Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 421,31 Kb.
Pdf görüntüsü
səhifə7/17
tarix21.06.2018
ölçüsü421,31 Kb.
#50642
1   2   3   4   5   6   7   8   9   10   ...   17

12.5.  İdman  klubları  istehsalat,  təhsil  və  tibb  müəssisələri,  həmkarlar  ittifaqları, 

bələdiyyələr, eləcə də digər qurumlarla əlaqələr yarada bilərlər.

 

12.6.  İdman  klubları  ilk  növbədə  uşaq



-

gənclər  idmanı  sahəsində  təlim

-

məşq 


prosesinin  və  idman  yarışlarının  təşkili  üçün  imkanlar  yaradır,  klubların  üzvləri 

arasında  vətəndaşlıq  və  mənəvi

-

əxlaqi  keyfiyyətlərin  formalaşdırılması  üzrə 



məqsədyönlü  iş  aparır,  fəaliyyətlərini  bədən  tərbiyəsi  və  idman  sahəsində  dövlətin 

siyasətinə uyğun qururlar.

 

12

.7.  Dövlət  orqanları  və  bələdiyyələr  idman  klublarının  yaradılmasına, 



fəaliyyətlərinin  təşkilinə  və  iş  şəraitinin  yaxşılaşdırılmasına  aşağıdakıların  həyata 

keçirilməsi yolu ilə kömək göstərirlər:

 

12.7.1.  idman  qurğularının  və  digər  idman  obyektlərinin  tikintisi,  bərpası,  təmir 



edilməsi;

 

12.7.2. dövlət və bələdiyyə mülkiyyətində olan binaların, qurğuların əvəzsiz istifadəyə 



və ya güzəştli şərtlərlə uzunmüddətli icarəyə verilməsi;

 

12.7.3. idman ləvazimatı və avadanlığı ilə təmin edilməsi;



 

12.7.4. qanunvericil

ikdə müəyyən olunmuş qaydada digər dəstəklərin göstərilməsi.

 

12.8. İdman klublarının səlahiyyətlərinə aşağıdakılar aiddir:



 

12.8.1.  ölkədə  tanınmış  müxtəlif  idman  növləri  üzrə  idman  məktəblərinin,  idman 

bölmələrinin, həvəskar və peşəkar komandalarının yaradılması;

 

12.8.2.  Vahid  idman  təsnifatının  tələblərinə  əsasən  müəyyən  edilmiş  qaydada  öz 



səlahiyyətləri çərçivəsində idman dərəcələrinin verilməsi;

 

12.8.3. əhaliyə bədən tərbiyəsi



-

sağlamlıq və idman xidmətlərinin göstərilməsi;

 

12.8.4.  müəyyən  edilmiş  qaydada



 

idmançıların  bir  idman  təşkilatından  digərinə 

keçməsində iştirak edilməsi;

 

12.8.5.  klubun  nizamnaməsinə  (əsasnaməsinə)  və  qanunvericiliyə  əsasən  digər 



fəaliyyətin həyata keçirilməsi.

 

12.9.  İdman  klublarının  fəaliyyəti  qanunvericiliklə  qadağan  olunmayan  mənbələr 



hesabına maliyyələşdirilir.

 

Maddə 13. Bədən tərbiyəsi və idmanın təşviqi və təbliği

 

13.1.  Müvafiq  icra  hakimiyyəti  orqanları,  bələdiyyələr,  bədən  tərbiyəsi  və  idman 



yönümlü  təşkilatlar  əhalinin  müxtəlif  qruplarının  yaş,  peşə  və  sosial  xüsusiyyətləri

ni 


nəzərə  almaqla,  bədən  tərbiyəsi  və  idmanın  təbliği  forma  və  metodlarını  müəyyən 

edirlər,  kütləvi  informasiya  vasitələrində  bədən  tərbiyəsi  və  idmanın  sosial 

əhəmiyyətinin,  əhalinin  sağlamlığının  möhkəmləndirilməsi  və  fiziki  inkişafında, 



sağlam  həyat  tərzinin  formalaşdırılmasındakı  rolunun  açıqlanmasını  təmin 

etməlidirlər.

 

13.2.  İdman  obyektlərində,  eləcə  də  bədən  tərbiyəsi



-

sağlamlıq  tədbirləri  və 

yarışlarının  keçirildiyi  digər  yerlərdə  reklamın  yerləşdirilməsi  və  yayımı  qaydası 

müvafiq qanunla tənzimləni

r. 

III fəsil

 

Olimpiya hərəkatı

 

Maddə 14. Milli olimpiya hərəkatı

 

14.1. Milli olimpiya hərəkatı olimpiya hərəkatı prinsiplərinin təbliği və geniş yayılması, 



bədən  tərbiyəsi  və  idmanın  inkişafına  dəstəyin  göstərilməsi,  beynəlxalq  idman 

əməkdaşlığının  gücləndirilməsi,  olimpiya  oyunlarında  və  Beynəlxalq  Olimpiya 

Komitəsinin hamiliyi (rəhbərliyi) altında keçirilən digər beynəlxalq idman tədbirlərində 

iştirak  etmək  məqsədlərinə  xidmət  edən  beynəlxalq  olimpiya  hərəkatının  tərkib 

hissəsidir.

 

14.2.  Milli  olimpiya  hərəkatına  öz  fəaliyyətini  Azərbaycan  Respublikasının 



qanunvericiliyi,  Beynəlxalq  Olimpiya  Komitəsinin  Olimpiya  Xartiyası,  Beynəlxalq 

Olimpiya  Komitəsi  tərəfindən  tanınma  və  öz  nizamnaməsi  əsasında  həyata  keçirən 

Milli Olimpiya Komitəsi rəhbərlik edir.

 

14.3. 



Dövlət Milli olimpiya hərəkatını tanıyır və dəstəkləyir, Milli Olimpiya Komitəsinə 

onun nizamnamə məqsədlərinin həyata keçirilməsində hərtərəfli kömək göstərir.

 

Maddə 15. Milli Olimpiya Komitəsi

 

15.1. Milli Olimpiya Komitəsi ölkə ərazisində olimpiya hərəkatına aid olan məsələlərin 



həllində  səlahiyyətli  olan,  Beynəlxalq  Olimpiya  Komitəsinin  Olimpiya  Xartiyasına, 

Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  fəaliyyət  göstərən 

müstəqil ictimai birlikdir.

 

15.2. Milli Olimpiya Komitəsi aşağıdakıları həyata keçirir:



 

15.2.1. ölkədə olimpiya hərəkatı prinsiplərini təbliğ edir, yüksək nailiyyətlər idmanının 

və kütləvi idmanın inkişafına dəstək göstərir;

 

15.2.2.  Beynəlxalq  Olimpiya  Komitəsinin  Olimpiya  Xartiyasına  müvafiq  olaraq 



olimpiya oyunlarında və Beynəlxalq Olimpiya Komitəsinin hamiliyi (rəhbərliyi) altında 

keçirilən digər beynəlxalq idman tədbirlərində dövləti təmsil edir;

 

15.2.3. Milli Olimpiya Komitəsinin nümayəndə heyətinin tərkibini təsdiq edir və onun 



olimpiya oyunlarında və Beynəlxalq Olimpiya Komitəsinin hamiliyi (rəhbərliyi) altında 

keçirilən digər beynəlxalq idman tədbirlərində iştirakını təmin edir;

 

15.2.4. olimpiya oyunlarında və Beynəlxalq Olimpiya Komitəsinin hamiliyi (rəhbərliyi) 



altında  keçirilən  digər  beynəlxalq  idman  tədbirlərində  iştirak  edən  nümayəndə 


Yüklə 421,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə