Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 421,31 Kb.
Pdf görüntüsü
səhifə3/17
tarix21.06.2018
ölçüsü421,31 Kb.
#50642
1   2   3   4   5   6   7   8   9   ...   17

4.0.5. bədən tərbiyəsi və idman sahəsində fəxri adların və digər dövlət həvəsləndirmə 

formalarının təsis edilməsi;

 

4.0.6. dövlət mülkiyyətində olan idman obyektləri və bazalarından, olimpiya hazırlığı 



mərkəzlərindən istifadə normaları və qaydalarının müəyyən edilməsi;

 

4.0.7.  respublika  idman  federasiyalarının  təqdimatına  əsasən  milli  yığma 



komandaların, eləcə də məşqçilər heyətlərinin rəsmi beynəlxalq yarışlara hazırlığı və 

onlarda iştirakı üzrə tədbirlərin həyata keçirilməsi;

 

4.0.8. ölkə ərazisində dünya və Avropa çempionatlarının və digər beynəlxalq idman 



yarışlarının  müvafiq  beynəlxalq  idman  təşkilatları  tərəfindən  müəyyən  olunmuş 

tələblərə riayət olunmaqla təşkili və keçirilməsinin təmin edilməsi;

 

4.0.9.  sağlamlıq  imkanları  məhdud  uşaqlar  və  əlillər  üçün  respublika  və  beynəlxalq 



idman yarışlarının təşkili və bu yarışlara ölkə idmançılarının hazırlığının və iştirakının 

təmin edilməsi;

 

4.0.10.  bədən  tərbiyəsi  və  idman  vasitələri  ilə  əhali  arasında  hüquqpozmaları, 



narkomaniya,  tütündən  istifadə,  alkoqolizmin  profilaktikası  üzrə  tədbirlər  sisteminin 

işlənib hazırlanması və həyata keçirilməsi;

 

4.0.11.  respublika  idma



n  federasiyalarının  dövlət  reyestrinin  və  idman  növlərinin 

dövlət reyestrinin işlənib hazırlanması, təsdiq edilməsi və aparılması;

 

4.0.12. 


respublika 

idman 


federasiyalarının 

(assosiasiyaların) 

dövlət 

akkreditasiyasının (tanınmasının) həyata keçirilməsi;



 

4.

0.13.  milli  yığma  komandaların  üzvlərinin  və  məşqçilərinin,  bədən  tərbiyəsi



-idman 

təşkilatları  işçilərinin  fəaliyyətinin  dəstəklənməsi  üzrə  tədbirlərin  hazırlanması  və 

həyata keçirilməsi;

 

4.0.14. idman arbitrajının yaradılması və fəaliyyətinin təşkili;



 

4.0


.15.  milli  idman  növlərinin  inkişafının  dəstəklənməsi  və  təbliği  üzrə  müxtəlif 

tədbirlərin həyata keçirilməsi;

 

4.0.16.  bədən  tərbiyəsi  və  idman  sahəsində  dövlət  təhsil  standartlarının  qəbul 



edilməsi, bədən tərbiyəsi və idman sahəsində çalışan mütəxəssislərin hazırlanması, 

yenidən hazırlanması və ixtisaslarının artırılmasının təşkili;

 

4.0.17.  ehtiyat  idman  qüvvələrinin  seçilməsi  və  hazırlıq  prosesinin  vahid  sisteminin 



yaradılması, ehtiyat idman qüvvələrinin və yüksək dərəcəli idmançıların hazırlanması 

ilə məşğul olan idman yönümlü təşkilatların, idman klublarının və uşaq

-

gənclər idman 



müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi və inkişaf etdirilməsi;

 

4.0.18.  bədən  tərbiyəsi  və  idmanın  inkişafının  təmin  edilməsi  üçün  zəruri 



infrastrukturun və maddi

-texnik


i bazanın yaradılması və inkişaf etdirilməsi;

 



4.0.19.  idman  avadanlığı  və  ləvazimatları  haqqında  texniki  reqlamentlərin  işlənib 

hazırlanması,  bədən  tərbiyəsi  və  idman  sənayesinin  yaradılması  və  inkişaf 

etdirilməsi;

 

4.0.20.  milli  yığma  komandaların  elmi



-metodoloji,  tibbi-

bioloji,  tibbi  və  antidopinq 

təchizatı,  həmçinin idman növləri üzrə  elmi kompleks qrupların formalaşdırılması  və 

onların fəaliyyətinin əlaqələndirilməsi;

 

4.0.21.  bədən  tərbiyəsi  və  idmanın  inkişafı  üzrə  Milli  strategiya  və  Dövlət 



proqramlarının həyata keçirilməsində iştirak edən müvafiq bədən tərbiyəsi və idman 

yönümlü 


təşkilatlarla 

müqavilələrin 

bağlanması, 

fəaliyyətin 

təşkili 

və 


maliyyələşdirilməsi;

 

4.0.22.  bədən  tərbiyəsi  və  idman  sahəsində  beynəlxalq  əməkdaşlıq  üzrə 



müqavilələrin  bağlanması  və  müqavilə  öhdəliklərinin  yerinə  yetirilməsinin  təmin 

edilməsi;

 

4.0.23.  respublika  nümayəndə  heyətlərinin  xarici  dövlətlərdə  idmanla  bağlı  keçirilən 



tədbirlərdə iştirakının təmin edilməsi;

 

4.0.24.  ölkə  ərazisində  fəaliyyət  göstərən  tabeçiliyindən  və  mülkiyyət  formasından 



asılı olmayaraq bütün bədən tərbiyəsi və idman yönümlü təşkilatlardan, müxtəlif tipli 

idman  məktəblərindən  il  ərzindəki  fəaliyyətlərinin  yekunları  haqqında  müvafiq  icra 

hakimiyyəti  orqanı  tərəfindən  təsdiq  edilmiş  formalara  uyğun  statistik  hesabatların 

toplanılması,  ümumiləşdirilməsi,  müvafiq  icra  hakimiyyəti  orqanına  təqdim  edilməsi, 

təhlilinin aparılması və monitorinqlərin keçirilməsi;

 

4.0.25.  bədən  tərbiyəsi  və  idmanın,  sağlam  həyat  tərzinin  təbliğinin  həyata 



keçirilməsi;

 

4.0.26.  bədən  tərbiyəsi  və  idman  sahəsində  informasiya  təminatının  Vahid  dövlət 



sisteminin işlənib hazırlanması;

 

4.0.27.  bədən  tərbiyəsi  və  idman  sahəsinin  elmi



-

metodoloji  təminatı,  bu  sahə  üzrə 

elmi, tədris və elmi

-

populyar ədəbiyyatın nəşrinin təşkili;



 

4.0.28.  idman 

obyektlərinin  tikintisinin  təşkili,  fəaliyyət  göstərən  idman  obyektlərinin 

bərpası və işlək vəziyyətdə saxlanılması;

 

4.0.29. hərbi qulluqçuların və xüsusi xidmət keçən şəxslərin hərbi



-

tətbiqi və xidməti

-

tətbiqi idman növləri üzrə hazırlığının təşkili;



 

4.0


.30.  bütün  növ  idman  məktəbləri  və  olimpiya  ehtiyatı  məktəbləri  üçün  müxtəlif 

idman növləri üzrə tədris proqramlarının işlənib hazırlanması və təsdiqi;

 

4.0.31.  əhalinin  müxtəlif  kateqoriya  və  qrupları  üçün  bədən  tərbiyəsi  və  idman 



proqramlarının və nümunəvi tədris planlarının işlənib hazırlanması və təsdiqi;

 

4.0.32.  bədən  tərbiyəsi  və  idman  hərəkatının  veteranlarına  diqqət  və  qayğının 



göstərilməsi;

 



Yüklə 421,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə