Барак Обама



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə7/134
tarix18.06.2018
ölçüsü4,8 Kb.
#49652
1   2   3   4   5   6   7   8   9   10   ...   134

 
17 
xeyli  səs  çoxluğu  ilə  qalib  gəldikdə,  əmin  olmağa  baĢladım  ki,  düz  yol 
tutmuĢam.  
Bütün  bunlarda  ancaq  bir  problem  var  idi.  Kampaniyam  o  qədər  yaxĢı 
gedirdi ki, belə görünürdü ki, elə bil ki, sadəcə olaraq bəxtim gətirir. Siyasi 
icmalçılar  qeyd  edirdilər  ki,  bizim  Demokratik  Partiyadan  olan  yeddi 
namizədin  heç  biri  ilkin  seçkilərə  gedəndə  öz  reklam  telemateriallarında 
neqativdən istifadə etməmiĢdi. 
Bizim  hamımızdan  ən  varlısı  –  300  milyon  dollar  var-dövləti  olan 
keçmiĢ ticarətçi pozitiv roliklərinə öz cibindən 28 milyon dollar xərcləmiĢdi, 
lakin  yarıĢın  finiĢində  sıradan  çıxdı,  çünki  mətbuat  onun  arvadını  boĢama 
prosesinin təfsilatını üzə çıxarmıĢdı. Mənim respublikaçı rəqibim, bir vaxtlar 
«Qoldman  Saks»ın  varlı  partnyoru  olmuĢ,  indi  isə  Ģəhərin  kasıb  rayonunda 
müəllim  iĢləyən  qəĢəng  oğlan  kampaniyanın  əvvəlindən  özünü  təqdim 
etməmiĢdən  mənim  tərcümeyi-halımı  tənqid  etməyə  baĢladı,  bu  adam  da 
qalmaqalla arvad boĢama əhvalatının qurbanına çevrildi. Mən öz rəqiblərimi 
söymürdüm. Demək olar ki, bir ay ərzində bütün Ġllinyos Ģtatına səfər etdim, 
sonra  isə  Demokratik  partiyanın  Milli  Qurultayında  proqram  nitqi  etmək 
üçün məni seçdilər və heç bir reklamsız və düzəliĢsiz mənə on yeddi dəqiqə 
müddətində canlı efir ayırdılar. Nəhayət,  hansısa anlaĢılmayan səbəbə görə 
Respublikaçılar mənə qarĢı prezidentliyə keçmiĢ namizəd Alan Kizi seçdilər. 
O,  Ġllinoysda  heç  vaxt  yaĢamamıĢdı,  onun    sərt  və  yenilməz  baxıĢları  hətta 
ən mühafizəkar Respublikaçıları da qorxudurdu.   
Sonralar  məni  bütün  əlli  Ģtatın  hamısında  ən  bəxti  gətirən  siyasətçi 
adlandıran  müxbirlər  də  tapıldı.  ƏməkdaĢlarımın  çoxu  bu  qiymətdən 
hiddətlənirdi, güman edirdilər ki, bu bizim titan zəhmətimizin üstündən xətt 
çəkir,  coĢğun  fəaliyyətimizin  mahiyyətini  heçə  endirir.  Lakin  bir  qədər 
bəxtimin gətirməyini də tamamilə inkar etmək olmazdı. Axı mən kənardan, 
lap  elə  bil  ki,  küçədən  gəlmiĢdim,  mənim  qələbəm  təcrübəli  siyasətçilərə 
hələ heç nəyi sübut edə bilmirdi. 
Aydındır  ki,  yanvarda  VaĢinqtona  gəldikdə  mən  təzə  adam  təsiri 
bağıĢlayırdım,  bu  adam  oyun  qurtarandan  sonra  lap  təzə  formada  özünü 
göstərir,  komandasından  olan  yorulmuĢ,  taqətdən  düĢmüĢ  yoldaĢları  öz 
yaralarını  sağaldanda  döyüĢə  can  atır.  Mən  intervyülər  vermək,  Ģəkil 
çəkdirməklə  məĢğul  idim,  daha  az  bağlılığa  və  acılığa  ehtiyacım  olduğu 
barədəki  ideyalar  Ģüuruma  hakim  kəsilmiĢdi.  Bu  vaxt  demokratlar  bütün 
cəbhə  boyu  –  prezident  kampaniyasını,  Senatdakı  və  Nümayəndələr 
palatasındakı yerləri uduzmuĢdular.  
Demokratlardan  olan  yeni  kolleqalarım  məni  olduqca  hərarətlə 
salamladılar, qələbəmi onlar az sayda olan ən parlaq hadisələrdən biri kimi 
qiymətləndirdilər.  Dəhlizlərdə,  yığıncaqlar  arasındakı  fasilələrdə  məni 


 
18 
kənara  çəkib,  həmin  senat  kampaniyasının  necə  keçdiyi  barədə  söhbət 
açırdılar.  
Artıq  məğlub  olmuĢ  keçmiĢ  demokratik  azlığın  lideri,  Cənubi 
Dakotadan  olan  Tom  DeĢle  barədə  mənə  danıĢdılar.  Onun  üzərinə  çox 
milyonlarla dollara baĢa gələn çirkli antireklam axını yönəlmiĢdi. Günbəgün 
qəzetlər və televiziya elan edirdi ki, o, körpə öldürülməsini (abortu) və gəlin 
toy  paltarında  olan  kiĢiləri  müdafiə  etmiĢdir.  Hətta  ona  qarĢı  öz  arvadı  ilə 
sərt  davranması  barədə  birbaĢa  ittihamlar  irəli  sürürdülər.  Qadın  isə  buna 
görə Cənubi Dakotaya səfər etmiĢdi ki, onun yenidən seçilməsinə köməklik 
göstərsin.  Corciya  Ģtatından  olan  keçmiĢ  namizəd  qılçası  üç  dəfə  kəsilmiĢ 
müharibə  veteranı  Maks  Klilandı  yada  salırdılar.  Bundan  əvvəlki 
kampaniyada  guya  kifayət  qədər  vətənpərvər  olmadığı  və  Üsamə  ben 
Ladenə  kömək  etməsi  barədəki  ittihamlara  görə  o,  öz  yerini  uduzmuĢdu. 
Bədbəxtlik  orasındadır  ki,  mühafizəkar  kütləvi  informasiya  vasitələrinin 
vaxtında  ortaya  atdığı  və  təngə  gətirən  nəqarata  çevirdikləri  bir  sıra 
materiallar Vyetnam müharibəsinin ləyaqətli veteranını ağciyərli və iradəsiz 
marionetkaya çevirə bilir. 
Əlbəttə,  Respublikaçılar  arasında  da  belə  oxĢar  qaydada  təhqir 
olunanlar  var  idi.  Mənə  belə  gəlir  ki,  sessiyanın  birinci  həftəsində  çıxan 
qəzetlərin  baĢ  məqalələri  əsasən  ədalətli  idi.  Bəlkə  də  artıq  vaxt  gəlib 
çatmıĢdır ki, biz seçki döyüĢlərini və qarĢılıqlı ədavəti unudaq, silahları yerə 
qoyaq,  heç  olmazsa  bir-iki  illiyə  ölkənin  idarə  olunması  ilə  daha  ciddi 
qaydada məĢğul olaq. 
Bunu  etmək  bəlkə  də  mümkün  olardı,  əgər  seçkilər  belə  yaxın 
müddətdə  keçirilməsəydi,  əgər  Ġraqda  müharibə  baĢa  çatsaydı,  əgər  bütün 
qəbildən olan entuziastlar, siyasət biliciləri və müxtəlif media qələbə barədə 
bu  qədər  hayküy  salmayaydılar,  kömək  etmək  əvəzinə  iĢə  mane 
olmayaydılar. Bəlkə də, Ağ evin sakinlərinin digər tərkibi əbədi mübarizənin 
ehtirasına bu dərəcədə qapılmasaydı, dinc yolla razılığa gəlmək olardı, çünki 
belə  Ağ  ev  üçün  48  səsə  qarĢı  51  səslə  qələbə  sakitləĢmə  və  kompromiss 
axtarıĢı siqnalına çevriləcəkdi, heç də özündən razılıq kütbeyinliyi üçün bir 
səbəb olmayacaqdı. 
Lakin  2005-ci  ildə  belə  barıĢıq  üçün  Ģərait  olmadı.  Heç  bir  qarĢılıqlı 
güzəĢt,  xoĢməramlı  jest  cəhdi  olmadı.  Seçkilərdən  iki  gün  sonra  Prezident 
BuĢ  televiziya  ilə  çıxıĢ  edib  bəyan  etdi  ki,  özünün  sahib  olduğu  siyasi 
kapitaldan  istifadə  etmək  niyyətindədir.  Elə  həmin  gün  mühafizəkarlar 
aktivisti  Qrover  Norkvist  hər  cür  diplomatiyanı  kənara  atıb  demokratların 
düĢərgəsindəki vəziyyəti belə ruhda qiymətləndirdi: «Hər bir fermer bilir ki, 
qaramal  müxtəlif  cür  olur-  eləsi  var  ki,  onu  bağlamasan,  sakitləĢmir». 
Mənim  and  içməyimdən  iki  gün  sonra  Konqressin  üzvü,  Klivlenddən  olan 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə