Барак Обама



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə134/134
tarix18.06.2018
ölçüsü4,8 Kb.
#49652
1   ...   126   127   128   129   130   131   132   133   134

 
280 
günortadan  sonra,  mən  Sprinqfilddən  Çikaqoya  axĢam  seçkiqabağı 
yığıncağa  gedəndə,  Kerri  kampaniyasının  meneceri  Meri  Bet  Kahil  mənə 
zəng  edib,  xəbəri  çatdırdı.  Mən  dəstəyi  asdıqdan  sonra  sürücüm  Mayk 
Siqneytora tərəf dönüb dedim: 
-
 
Mən, anlayıram ki, bu yaxĢı bir iĢdir.  
Mayk baĢı ilə razılığını bildirdi: 
-
 
Sən bunu deyə bilərsən. 
Bu  vaxta  qədər  mən  yalnız  Demokratik  partiyanın  bir  seçkiqabağı 
qurultayında,  2000-ci  ildə  Los-Ancelesdə  keçirilən  qurultayda  olmuĢdum. 
Mən  həmin  qurultaya  getməyi  planlaĢdırmamıĢdım.  Ġllinoys  Birinci 
Konqress 
dairəsindən  Demokratik  partiyanın  ilkin  seçkilərindəki 
məğlubiyyətimdən  yenicə  özümə  gəlirdim  və  yayın  xeyli  hissəsini 
hüquqĢünaslıq  praktikamda  buraxılmıĢ  imkanları  bərpa  etməyə  həsr 
edəcəkdim, çünki, kampaniya vaxtı bu iĢdən diqqətimi yayındırmıĢdım (bu 
laqeydlik  mənə  baha  baĢa  gəlmiĢdi),  həmçinin  son  altı  ayda  məni  az  görən 
arvadımla və qızımla keçirmək istəyirdim. 
Ancaq, axırıncı dəqiqədə ora getmək istəyən dostlar və tərəfdarlar təkid 
etməyə  baĢladılar  ki,  mən  onlara  qoĢulmalıyam.  Onlar  mənə  dedilər  ki, 
gələcək  kampaniyam  üçün    sənə  ölkə  səviyyəsində  kontaktlar  əldə  etmək 
lazımdır -  həm də, ümumiyyətlə səfərimiz Ģən olacaqdır. Baxmayaraq ki, o 
vaxt  onlar  bunu  mənə  deməmiĢdilər,  ancaq,  Ģübhələnirəm  ki,  onlar  qərara 
gəliblərmiĢ ki, qurultaya bu səfər mənim üçün faydalı olacaqdır, nəzəriyyəyə 
görə  əgər    atdan  yıxılmısansa,  ən  yaxĢısı,  o  saatca  yenidən  onun  belinə 
minməkdir. 
Nəhayət,  mən  razılaĢdım  və  Los-Ancelesə  bilet  sifariĢ  etdim. 
Təyyarədən  düĢəndə,  mən  kirayəyə  avtomobil  götürməyə  getdim,  piĢtaxta 
arxasında  duran  qadına  öz  «Amerikan  ekspress»  kartımı  verdim  və  Venis-
Biçin yanında tapdığım ucuz otelə getmək üçün xəritəyə baxmağa baĢladım. 
Bir neçə dəqiqə sonra qadın qayıdıb, utancaq Ģəkildə dedi: 
-
 
BağıĢlayın, mister Obama, sizin kartınızı qəbul etmirlər. 
-
 
Bu ola bilməz. Bəlkə, bir də yoxlayasınız.  
-
 
Ser,  mən  iki  dəfə  yoxladım.  Bəlkə  siz  «Amerikan  eksperss»ə  zəng 
vurasınız.  Yarım  saat  telefonla  danıĢıdıqdan  sonra  «Amerikan  ekspress»in 
xeyirxah nəzarətçisi avtomobil kirayəsinə səlahiyyət verdi. Lakin bu epizod 
mənim  üçün  pis  əlamət  oldu.  Nümayəndə  olmadığıma  görə,  iclas  zalına 
buraxılıĢ vərəqəsi ala bilmədim. Partiyanın Ġllinoys təĢkilatının sədrinə çox 
xahiĢlər  edilsə  də,  o,  mənə  yalnız  əraziyə  keçmək  üçün  buraxılıĢ  vərəqəsi 
verə  bildi.  ĠĢ  onunla  qurtardı  ki,  mən  televiziya  ekranına  baxdım,  Steypl-
Sentrin müxtəlif yerlərində televizorlar qoyulmuĢdu, bəzən isə dostlarım və 
tanıĢlarımın  yanına  mühüm  Ģəxslər  üçün  olan  otağa  keçirdim  və  aydın 


 
281 
görünürdü  ki,  mən  bu  məclisə  mənsub  deyiləm.  ÇərĢənbə  axĢamı  mən 
anladım  ki,  mənim  burada  olmağım  nə  mənim  öz  marağıma,  nə  də 
Demokratik partiyanın marağına xidmət etmir və ona görə də çərĢənbə günü 
səhər tezdən  artıq birinci reyslə Çikaqoya uçdum. 
Mənim əvvəlki çağırılmamıĢ qonaq rolum ilə indiki yeni əsas məruzəçi 
rolum  arasındakı  fərqi  nəzərə  almaqla  narahat  olmağa  əsasım  vardı  ki, 
Bostondakı çıxıĢım bəlkə də lazımınca alınmayacaqdır. 
Lakin  bu  ana  qədər  mən  kampaniya  vaxtı  hər  cür  ağılsız  iĢlərin  baĢ 
verdiyinə  adət  etdiyimdən,  o  qədər  də  həyəcanlanmırdım.  Xanım  Kahilin 
zəngindən  bir  neçə  gün  sonra  mən  yenə  özümün  Sprinqfilddəki  otel 
otağımda  idim,  çıxıĢımın  eskizlərini  cızırdım  və  televizorla  basketbola 
baxırdım.  Mən  seçkiqabağı  kampaniya  vaxtı  nə  danıĢdıqlarım  –  əgər  belə 
imkan  varsa  adamların  gərgin  iĢləməyə  hazır  olması,  həmin  imkanlar  üçün 
hökumətin  bünövrə  yaratması  zərurəti,  amerikalıların  qarĢılıqlı  öhdəliklər 
hissinə  malik  olmalarına  inam  -  barədə  düĢünürdüm.  Mən  toxunmalı 
olduğum məsələlərin siyahısını tutdum: səhiyyə, təhsil, Ġraqdakı müharibə. 
Hər  Ģeydən  əvvəl  kampaniya  vaxtı  görüĢdüyüm  adamların  sözləri 
barədə  düĢünürdüm.  Mən,  Geylsberqdə  yeniyetmə  oğluna  qaraciyər 
köçürülməsinə  nail  olmağa  çalıĢa  Tim  Uiller  və  onun  arvadı  ilə  görüĢümü 
xatırladım.  Mən  Ġst-Molində  ġeymus  Ahern  adlı  Ġraqa  yollanan  gəncin  öz 
ölkəsinə  xidmət  etmək  istəyini,  atasının  iftixar  hissi  ifadəsini  və  üzündəki 
təhlükə həyəcanını gördüyümü xatırladım. Mən Ġst-Sent-Luisdəki gənc qara 
qadını  xatırladım,  mən  onun  adını  eĢidə  bilməmiĢdim.  Bu  qadın  mənə 
özünün kollecə girmək  cəhdlərindən danıĢdı, baxmayaraq ki, onun ailəsində 
bir nəfər də orta məktəbi bitirməmiĢdi. 
Mənə təsir edən təkcə bu adamların mübarizəsi deyildi. Daha çox mənə 
təsir  edən  onların  qətiyyətliliyi,  öz  qüvvələrinə  inanmaları,  çətinliklər 
qarĢısında  onların  zəifləməyən  nikbinliyi  idi.  Mənim  pastorum,  mübarək 
Ceremiya A.Raytın bir dəfə moizəsində dediyi kəlməni xatırladım. 
Ümidin cəsarəti.  
Mən  düĢündüm  ki,  bu  amerikan  ruhunda  ən  yaxĢı  cəhətdir,  -  belə  bir 
ümidə  malik  olmaqla  bütün  sübutların  ziddinə,  bizim  münaqiĢələrlə 
dağıdılmıĢ  milli  birlik  hissimizi  bərpa  edə  biləcəyimizə  inamdır.  ġəxsi 
uğursuzluqlara, iĢi itirməyə, ailənin üzvünün xəstəliyinə və ya yoxsulluqda 
keçirilən  uĢaqlığa  baxmayaraq,  inam  hədyanlığıdır  ki,  biz  öz  taleyimiz 
üzərində müəyyən nəzarətə və həm də məsuliyyət hissinə malikik. 
Məhz bu cəsarət, mən  düĢündüm ki, bizi bir xalq kimi birləĢdirmiĢdir. 
Məhz  bu  hər  Ģeyə  nüfuz  edən  ümid  ruhu  mənim  ailəmin  rəvayətlərini  çox 
böyük  Amerikan  rəvayətləri  ilə,  mənim  öz  rəvayətlərimi  təmsil  etmək 
istədiyim seçicilərin rəvayətləri ilə bağlamıĢdır. 


 
282 
Mən  basketbola  baxmaq  üçün  televizoru  söndürdüm  və  yazmağa 
baĢladım. 
-
 
Bir  neçə  həftə  sonra  mən  Bostona  gəldim,  üç  saat  yatdım  və  oteldən 
Flit  –  Sentrə  «yollandım  ki,  ilk  dəfə  «Mətbuatla  görüĢ»  veriliĢində  çıxıĢ 
edim.  VeriliĢin  sonuna  yaxın  Tim  Rassert  ekrana  1996-cı  ildə  «Klivlend 
pleyn  diler»  qəzetinə  verdiyim  intervyüdən  bir  hissəsini  çıxardı.  Mən  onu 
tamam yaddan çıxarmıĢdım, o vaxt Ġllinoys ġtatının Senatına namizəd kimi 
siyasətlə  məĢğul  olmağa  yenicə  baĢlamıĢdım  və  reportyor  məndən  - 
Demokratik  partiyanın  Çikaqodakı  qurultayı  barədə  nə  fikirləĢdiyimi 
soruĢmuĢdu. 
-
 
«Seçkiqabağı  qurultay  satılır...  Sən  orada  10.000  dollara  Qızıl  Çevrə 
klubundakı nahar xörəyini almalısan. DüĢünürəm ki, adi seçici buna baxanda 
tam əsasla bu qərara gələ bilər ki, o bu prosesdən kənardadır. Onlar 10.000 
dollarlıq  səhər  yeməyinə  gələ  bilməzlər.  Onlar  bilir  ki,  kim  ora  gəlmək 
vəziyyətindədir, ora girməyi onlar heç təsəvvürlərinə də gətirə bilməzlər». 
Ekrandan sitat götürüldükdən sonra Rassert mənə müraciət etdi. 
-
 
Bu  qurultay  üçün  yüz  əlli  donor  40  milyon  dollar  pul  vermiĢdir,  -  o 
dedi.  –  Sizin  standartlara  baxdıqda,  bu  Çikaqoda  olduğundan  da  pisdir.  Bu 
sizi narazı salırmı və bu orta seçiciyə nə deyir? 
Mən  cavab  verdim  ki,  siyasət  və  din  hər  iki  partiya  üçün  problem 
olmuĢdur, lakin Con Kerrinin və mənim özümün səs verməyim göstərir ki, 
biz ölkə üçün daha yaxĢı olan məsələlərə səs veririk. Mən dedim ki, qurultay 
bunları  dəyiĢəcəkdir,  lakin  mən  təsdiq  edirəm  ki,  özünü  prosesdən  xaric 
edilmiĢ sayan adamları Demokratlar daha çox iĢtiraka cəlb edəcəklərsə, onda 
biz daha çox mənĢələrimizə, sadə amerikanlar partiyasına sadiq qalacağıq və 
bir partiya kimi güclü olacağıq. 
ġəxsən özüm fikirləĢirdim ki, 1996-cı ildəki ilkin sitat daha yaxĢı idi. 
Vaxt var idi ki, siyasi qurultaylar siyasətin vacibliyini və dramatizmini 
əks  etdirirdi  -  o  vaxtlar  namizədlər  partiya  fraksiyalarının  nümayəndələri 
tərəfindən, səslərin sayılması, təzyiq vasitəsilə müəyyən olunurdu, ehtiraslar 
və  səhvlər  ikinci,  üçüncü  və  ya  dördüncü  səsvermə  aparılmasına  səbəb 
olurdu.  
Lakin o vaxtlar çoxdan ötüb keçmiĢdir. Ġlkin seçkilərin keçirilməsi ilə, 
partiya  bosslarının  ağalığına  çoxdan  gözlənilən  son  qoyulmasının  baĢ  
verməsi  səhnə  arxasındakı  sövdələĢmələrin  dayandırılması  ilə,  indiki 
seçkiqabağı qurultaylarda gözlənilməyən heç nə baĢ vermir. Onlar daha çox 
partiyanın və onun namizədinin həftə boyu davam edən reklam çarxlarından, 
həmçinin partiyaya Ģəfqətli olanların və əsas sponsorların dörd gün ərzində 
yeyib-içməsi,  əylənməsi  və  professional  danıĢıqlarla  müĢayiət  olunan 
mükafatlanması vasitəsindən ibarətdir. 


 
283 
Seçkiqabağı  qurultayda  mən  demək  olar  ki,  üç  günü  bu  təmtəraqlı 
tamaĢada,  öz  rolumu  oynamaqla  keçirdim.  Mən  Demokratik  partiyanın 
donorları ilə dolu olan zallar qarĢısında da çıxıĢ edir və əlli Ģtatın hamısından 
olan  nümayəndələrlə  səhər  yeməyi  yeyirdim.  Mən  öz  çıxıĢımı  videolent 
qarĢısında  qaydaya  qoydum,  onun  necə  təqdim  olunacağını  məĢq  etdim, 
harada dayanmaq, harada əl etmək və mikrofondan necə yaxĢı istifadə etmək 
barədə    təlimatlar  aldım.  Əlaqələr  üzrə  direktorum  Robert  Gibbs  və  mən 
Flit-Sentrin pilləkənləri ilə yuxarı-aĢağı qaçır və bəzən iki dəqiqəlik fasilə ilə 
Ey-bi-siyə  (ABC),  En-bi-siyə  (NBC),  si-bi-esə  (CBS),  Si-en-enə,  (SNN), 
«Foks nyusa» və En-pi-ara (NPR) intervyülər veririk, hər an Kerri-Edvards 
komandasından bizə verilmiĢ tezisləri qeyd edirdik, bu tezislərin isə hər sözü 
yəqin ki, saysız-hesabsız səsvermələrdə və fokus qurpularında yoxlanmıĢdı. 
BaĢ verənlərin qızğın sürətini nəzərə aldıqda, mənim öz çıxıĢımın necə 
qəbul  ediləcəyini  düĢünməyə  də  vaxtım  yox  idi.  Yalnız  çərĢənbə  axĢamı 
günü  axĢam  mənim  köməkçilər  dəstəmlə  MiĢel  yarım  saat  hansı  qalstuku 
geyinməli  olduğum  haqda  mübahisə  etdikdən  sonra  (nəhayət,  Robert 
Gibbsin  boynundakı  qalstuku  geyinməli  oldum),  Flit-Sentrə  gedəndə  yolda 
tanımadığımız  adamların  «Uğurlar!»  və  «Onları  cəhənnəmə  göndər, 
Obama!»  qıĢqırıqlarını  eĢitdikdən,  çox  məlahətli  və  Ģən  Tereza  Haynts 
Kerrinin  otel  otağındakı  görüĢünə  getdikdən  sonra,  nəhayət  təkcə  MiĢellə 
mən  səhnə  arxasında  oturub,  translyasiyaya  baxdıq  və  mən  bir  qədər 
həyəcanlanmağa  baĢladım.  O,  məni  bərk  qucaqladı,  gözümə  baxıb,  dedi: 
«Təkcə hər Ģeyi korlama!».  
Biz hər ikimiz güldük. Bu anda quruluĢ hissəsinin menecerlərindən biri 
içəri girib, mənə dedi ki mən artıq səhnə arxasında yerimi tutmalıyam. Qara 
pərdənin  arxasında  dayanıb  Dik  Durbinin  məni  necə  təqdim  etməsini 
dinləyərək,  mən  öz  anam,  atam  və  babam  barədə,  auditoriyada  olsaydılar 
onların  nə  hiss  edəcəkləri  barədə  düĢündüm.  Mən  nənəmin  Havaylarda 
televiziya  ilə  seçkiqabağı  qurultaya  baxmasını  düĢündüm,  beli  çox 
ağrıdığından ona səyahət etmək olmazdı. Ġllinoysda mənim namimə çox Ģey 
edən bütün könüllülər və tanıĢlarım barədə düĢündüm. 
Allah, mənə kömək et, onların rəvayətlərini düzgün danıĢım, deyə mən 
öz-özümə pıçıldadım. Sonra səhnəyə çıxdım.  
Boston  qurultayındakı  çıxıĢım  müsbət  reaksiya  ilə  qarĢılanmasının  - 
aldığım  məktubların,  Ġllinoysa  geri  dönərkən  kütlələrin  mitinqlərin  mənə 
Ģəxsi həzz vermədiyini desəm, yəqin ki, yalan danıĢmıĢ olardım. Hər Ģeydən 
əlavə mən siyasətə gəlmiĢdim ki, ictimai diskussiyaya bir təsir göstərə bilim, 
düĢündüm  ki,  ölkənin  hansı  istiqamətdə  getməli  olduğu  barədə  mənim 
danıĢmağa sözüm vardır.  


 
284 
Lakin  çıxıĢdan  sonra  üzərimə  tökülən  açıqlıq  məndə  belə  bir  hissi 
möhkəmləndirdi  ki,  Ģöhrət  necə  də  tez  ötüb  keçəndir,  necə  də  o  min  cür 
təsadüflərdən,  nəyinsə  belə  yox,  baĢqa  cür  baĢ  verməsindən  asılıdır.  Los-
Anceles beynəlxalq aeroportunda (LAX) müvəqqəti olaraq qaldığım vaxtdan 
daha  ağıllı  olmamıĢam.  Mənim  səhiyyəyə,  təhsilə  və  ya  xarici  siyasətə 
baxıĢlarım  icma  təĢkilatçısı  kimi  gözə  çarpmayan  iĢdə  iĢlədiyim  vaxtdan 
daha mürəkkəb olmamıĢdır. Əgər mən daha ağıllı olmuĢamsa, bu əsasən ona 
görədir  ki,  mən  özüm  üçün  seçdiyim  yolla,  siyasətçi  yolu  ilə  bir  az  uzağa 
getmiĢəm və görmüĢəm ki, o həm xeyirə, həm də Ģərə aparıb çıxara bilər. 
Məndən bir qədər yaĢlı, altmıĢıncı illərdə Çikaqoda vətəndaĢ hüquqları 
ilə  məĢğul  olmuĢ  və  ġimal-Qərb  universitetində  Ģəhər  problemləri 
tədqiqatından  dərs  verən  dostumla  təqribən  iyirmi  il  əvvəlki  söhbətimizi 
xatırlayıram.  Mən  üç  il  iĢlədikdən  sonra  hüquq  fakültəsinə  girməyi  qərara 
aldım.  Bu  adam  mənə  az  sayda  tanıĢ  olan  müəllimlərdən  biri  olduğundan 
ondan mənə zəmanət verə biləcəyi barədə soruĢdum. 
O,  dedi  ki,  zəmanət  yazmağa  Ģad  olacaqdır;  ancaq  əvvəlcə  bilmək 
istərdi  ki,  mənə  hüquqĢünas  diplomu    nəyə  lazımdır.  Xatırlatdım  ki,  mənə 
vətəndaĢ  hüquqları  ilə  məĢğul  olmaq  maraqlıdır  və  mən  istəyirəm  ki,  bir 
dəfə  öz  namizədliyimi  dövlət  vəzifəsinə  irəli  sürüm.  O,  baĢı  ilə  razılığını 
bildirdi  və  maraqlandı  ki,  belə  yol  seçiminin  nə  olacağını  bilirəmmi, 
düĢünmüĢəmmi  ki,  hüquqi  icmal  hazırlamaqla  və  ya  partnyor  olmaqla, 
yaxud  həmin  birinci  vəzifəyə  seçilməklə  sonra  yuxarı  qalxmalıyam.  Bir 
qayda olaraq, hüquqĢünaslıq və siyasət kompromiss tələb edir - o, dedi, - özü 
də  ayrı-ayrı  məsələlər  üzrə  yox,  fundamental  məsələlərdə  -  sənin 
dəyərlərində və ideallarında. O, dedi ki, bunu ona görə izah etmir ki, məni 
qərarımdan çəkindirsin. Sadəcə olaraq bu faktdır. 
Kompromissə  getmək  istəmədiyindən  o,  cavanlığında  ona  çox  təklif 
etsələr də, həmiĢə siyasətə getməkdən imtina etmiĢdi. 
-
 
Bu o demək deyildir ki, kompromiss öz-özlüyündə pisdir – mənə dedi. 
– Sadəcə olaraq o mənə məmnunluq gətirmirdi. Ġllər keçdikdən sonra məlum 
oldu  ki,  məmnunluq  gətirənləri  etmək  lazımdır.  Ümumən  isə,  mən 
düĢünürəm  ki,  yaĢa  dolmağın  bir  üstünlüyü  vardır,  bu  da  odur  ki,  nəhayət 
nəyin  sənə  vacib  olduğunu  anlamağa  baĢlayırsan.  Problem  ondadır  ki,  bu 
suala sənin əvəzinə heç kəs cavab verməyəcəkdir. 
Ġyirmi il sonra mən bu söhbəti xatırlayıram və dostumun dediyi sözləri  
o vaxtkına nisbətən daha yaxĢı qiymətləndirməyi bacarıram. Mən isə o yaĢa 
çatıram  ki,  bu  vaxt  sənə  nəyin  məmnunluq  gətirdiyini  hiss  edirsən  və 
baxmayaraq  ki,  mən  güman  ki,  özəl  məsələlərdə  kompromissə  dostumdan 
daha  dözümlüyəm  və  əminəm  ki,  məmnunluğu  heç  də  televiziya 
yupiterlərinin  iĢığında  və  kütlənin  alqıĢlarında  tapmayacağam.  Məmnunluq 


 
285 
görünür adamlara ləyaqətlə yaĢamaqda kömək etməyi konkret olaraq mənim 
bacara  biləcəyim  Ģüurundan  gəlir.  Mən  Bencamin  Franklinin  öz  anasına 
nəyə görə bu qədər vaxtı dövlət xidmətinə sərf etdiyini izah etdiyi barədə də 
düĢünürəm: «Mən istərdim ki, mənim haqqımda: o varlı öldü deyil, o faydalı 
yaĢadı, desinlər». 
Ġndi mənə məmnunluq gətirən, düĢünürəm ki, - ailəmə və məni seçmiĢ 
adamlara  faydalı  olmağım,  özümdən  sonra  mənim  uĢaqlarımın  həyatını 
bizimkinə nisbətən daha bol ümidli edəcək irs qoyub getmək istəyidir. Bəzən 
VaĢinqtonda iĢləyəndə hiss edirəm ki, bu məqsədə yaxınlaĢıram. BaĢqa vaxt 
mənə elə gəlir ki, məqsəd məndən uzaqlaĢır və mənim bütün məĢğuliyyətim 
–  dinlər,  çıxıĢlar,  mətbuat  konfransları  və  memorandumlar  –  bu,  bütün 
baĢqaları uçün faydasız olan özündən bədgümanlıqır.  
Belə əhval-ruhiyyədə olanda, Esplanadada qaçmağı xoĢlayıram. Adətən 
mən xüsusən yayda və payızda axĢam tərəfi qaçırdım, bu vaxt VaĢinqtonda 
hava  isti  və  sakit  olur,  yarpaqlar  yavaĢca  yellənir.  Qaranlıq  düĢəndə  orada 
adam çox olmur, bir neçə gəziĢən cütlük, skameykalarda oturan evsizlər öz 
müxəlləfatlarını  götür-qoy  edirlər.  Demək  olar  ki,  mən  həmiĢə  VaĢinqton 
Memorialının  önündə  dayanıram,  ancaq  bəzən  Ġkinci  Dünya  Müharibəsi 
Milli  Memorialına  tərəf  küçə  ilə,  sonra  isə  Vyetnam  veteranları 
Memorialının  Əks  etmə  gölməçisinin  yanı  ilə  və  Linkoln  Memorialının 
pilləkənləri ilə yuxarı qaçıram. 
Gecə  nəhəng  məbəd  iĢıqlıdır,  lakin  çox  vaxt  boĢ  olur.  Onun  mərmər 
sütunları arasında daynıb, mən Gettisberq Müraciətini və Ġkinci Ġnauqurasiya 
nitqini  oxuyuram.  Sonra  Əks  etmə  gölməçəsinə  baxıram,  kütlənin  Kinqin 
güclü  səsindən  susduğunu  təsəvvürümə  gətirirəm,  sonra  nəzərlərlərimi 
projektorlarla  iĢıqlandırılmıĢ  obeliskin  və  Kapitolinin  parıldayan  qübbəsinə 
dikirəm. 
Məhz  bu  vaxt  Amerika  barədə,  onu  quranlar  barədə  düĢünürəm. 
Dövlətin əsasını qoyanlar barədə ki, onlar hansısa yolla cılız ambisiyalardan 
və  dar  hesablamalardan  yuxarı  qalxdılar  ki,  ölkənin  dənizdən  dənizə 
uzandığını  təsəvvür  edə  bilsinlər.  Linkoln  və  Kinq  kimi  adamlar  barədə, 
hansılar  ki,  nəhayət  etibarilə  qeyri-mükəmməl  olan  ittifaqı  kamilləĢdirmək 
naminə  öz  həyatlarını  qurban  vermiĢlər.  Bütün  adsız  kiĢilər  və  qadınlar, 
qullar,  əsgərlər,  dərzilər  və  qəssablar  haqqında,  hansılar  ki,  özləri,  öz 
uĢaqları,  nəvələri  üçün  kərpicbə-kərpic,  tirbə-tir,  qabarlı  əllərlə  həyat 
qurmuĢdular ki, bizim ümumi arzumuzu reallığa çevirsinlər. 
Məhz bu prosesdə mən iĢtirak etmək istəyirəm. 
Mənim ürəyim bu ölkəyə məhəbbətlə doludur. 
 
 


 
286 
(Üz qabığının 4-cü səhifəsində yazılacıq mətn) 
 
 
Barak  Obamanın  ilk  dəfə  2006-cı  ildə  vətənində  çapdan  çıxmıĢ 
«Ümidin cəsarəti» kitabının yaxın dostumun israrlı məsləhəti ilə orijinaldan 
tərcümə  etdikdə,  bu  ağır  zəhmət  tələb  edən  iĢdən  fərəh  duydum.  Əsərdə 
müəllifin  kredosu,  ölkənin  strateji  məsələləri  öz  əksini  tapmıĢdır. 
Dəyərlərinə  görə  «Nyu-York  Tayms»  qəzeti  kitabı  bir  nömrəli  bestsellər 
elan etmiĢdir. 
«Ümidin  cəsarəti»ni  BirləĢmiĢ  ġtatların  siyasi,  iqtisadi,  sosial  və 
mənəvi  həyatının  minatur  panoraması  hesab  etmək  olar.  Tablodakı  hər  bir 
yaxma, iĢıq və və rəng oyunu rəssamın istedadından xəbər verdiyi kimi, yazı 
manerası,  tarixə  uğurlu  ekskurslar,  təsvir  olunan  Ģəxsiyyətlərin  daxili 
aləminə  nüfuz  etmək  bacarığı  müəllifin  qələminin  gücünü  nümayiĢ  etdirir. 
O,  geniĢ  dünyagörüĢə  malikdir,  səmimi  və  təvazökardır.  Bu  isə  yazının 
cazibədarlığını artırmağa kömək edir. 
Müəllif ambisiyalardan xali olmadığını da bildirir və iki il sonra ABġ 
Prezidenti  seçilməsi  bunu  bir  daha  parlaq  Ģəkildə  sübut  etdi.  Onun  qəlbi 
bani-atalardan  tutmuĢ  Amerikanı  ən  böyük  dövlətə,  amerikanların  ümumi 
arzularını  isə  reallığa  çevirən  Ģəxsiyyətlərin  hamısına  minnətdarlıq  hissləri 
ilə doludur. Öz ulduz saatını da o belə bir mübarizədə tapmıĢdır. Unudulmaz 
Abraham  Linkoln  kimi  o  da  Allahın  himayəsi  altında  olan  bu  millətin 
azadlığına yeni həyat vermək arzusundadır. Buna ardıcıllıqla nail olduqca o, 
özünün  faydalı  ömür  sürmək  idealının  bütünlüklə  gerçəkləĢdiyinə  əminlik 
tapacaqdır.   
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə