Барак Обама



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə8/134
tarix18.06.2018
ölçüsü4,8 Kb.
#49652
1   ...   4   5   6   7   8   9   10   11   ...   134

 
19 
Tabbz  Cons  Nümayəndələr  palatasında  çıxıĢ  etdi  və  bu  qadın  Ohayo 
Ģtatındakı  seçkilərin  nəticəsi  ilə  razılaĢmadığını,  elektorların  sertifikatına 
Ģübhəsini  bildirdi.  O,  çox  sayda  səsvermə  proseduralarının  pozulmasını 
sadaladı,  bu  pozuntular  isə  seçki  günü  qeydə  alınmıĢdı.  Sıravi 
respublikaçılar acıqlı-acıqlı qaĢ-qabaqlarını töküb, bir-birrləri ilə pıçıldaĢırdı 
(qulağıma    «Xəstə  uduzanlar»  sözləri  çatır).  Lakin  spiker  Hastert  və 
çoxluğun  lideri  Deley  təlaĢ  keçirməyən  sifətləri  ilə  öz    hündür  yerlərindən 
hamıya  tamaĢa  edirdilər,  yaxĢı  anlayırdılar  ki,  səs  də,  çəkic  də  onların 
əlindədir. Kaliforniyadan olan Barbara Bokser etiraza qol çəkməklə razılaĢdı 
və  biz Senatın iclas zalına qayıdanda həmin gün yetmiĢ üç ya yetmiĢ dörd 
səs verənlə birlikdə ilk səsimi verirdim, bu vaxt Corc BuĢu ikinci müddətə 
BirləĢmiĢ ġtatların prezidenti seçdilər. 
Həmin səsvermədən sonra mənə çox sayda acıqlı telefon zəngləri gəldi, 
iri  dəstələrlə  qəzəbli  məktublar  alırdım.  Mən  qəzəblənmiĢ  partiya 
yoldaĢlarıma zəng edib, izah edirdim ki, Ohayoydakı vəziyyətdən halı idim, 
deyirdim  ki,  təhqiqat  hər  Ģeyi  aydınlaĢdıracaqdır,  lakin  hər  halda  mənim 
nöqteyi-nəzərimə  görə  Corc  BuĢ  seçkiləri  udmuĢdur  və  bu  da  mümkün 
deyildir  ki,  bu  vəzifədə  olduğum  iki  gündən  sonra  satıla  bilim,  ya  da 
baĢqasının fitnəsinə qoĢulum. Təqribən həmin vaxtlarda keçmiĢ senator Zell 
Millerlə görüĢdüm.  Corciya Ģtatından olan arıq,  zillənmiĢ baxıĢları olan bu 
demokrat  Milli  atıcılar  assosiasiyasının  (NRA)  idarə  heyətinin  üzvü  idi. 
Demokratik  partiyadan  ümidi  kəsildikdən  sonra  Corc  BuĢu  dəstəkləmiĢ, 
Respublikaçıların partiya qurultayında qəzəbli çıxıĢ edərək amansız Ģəkildə 
əhdi  pozan  Con  Kerrini  və  onun  milli  təhlükəsizlik  sistemini  zəiflətməyi 
nəzərdə tutmasını kəskin surətdə tənqid etmiĢdi. Biz bir qədər söhbət etdik, 
istehza  ilə  dolu  kəlmələr  iĢlətdik ki,  yaĢlı  Cənublu  gedir,  gənc  qara  ġimallı 
gəlir  və  öz  mötəbər  partiya  qurultaylarımızdakı  çıxıĢlarımızda  bu  kontrast 
mətbuatın diqqətindən yayınmadı. Senator Miller məni səmimi Ģəkildə təbrik 
etdi,  yeni  yerdə  mənə  hər  cür  uğurlar  arzuladı.  Sonra  o,  özünün  «Ləyaqət 
defisiti» kitabında qurultayda etdiyim çıxıĢı nə vaxtsa eĢitdiyi ən yaxĢı çıxıĢ 
adlandırmıĢdı.  Onu  da  əlavə  etmiĢdi  ki,  -    bunu  güman  edirəm  ki,  bic 
təbəssümlə  yazmıĢdı,  -  belə  çıxıĢ  seçkilərdəki  qələbəyə  çətin  ki,  kömək 
edərdi. 
BaĢqa  sözlə,  mənim  adamım  uduzdu,  Zell  Millerin  adamı  isə,  əksinə, 
uddu. Siyasi gerçəkliyin sərt, soyuq üzü belədir.  
Bütün yerdə qalanlar isə yalnız sadəcə hissdir. 
 
 
Arvadım təsdiq edə bilir ki, təbiət etibarilə mən coĢğun emosiyalarımı o 
qədər  də  tez-tez  biruzə  vermirəm.  Enn  Koulterin  və  ya  Siin  Hannitinin 


 
20 
televizorun  ekranından  ildırım  çaxdırdıqlarını    görəndə,  onları  o  qədər  də 
ciddi  qəbul  etmirəm.  DüĢünürəm  ki,  onlar  reytinqlərini  yüksəltmək  və 
kitablarının  satıĢını  artırmaq  üçün  belə  hərəkət  etməyə  məcburdurlar, 
baxmayaraq  ki,  təsəvvür  edə  bilmirəm  ki,  kimsə  nifrət  oyandıran  belə 
tiplərlə  öz  qiymətli  axĢamını  bir  otaqda  keçirmək  istəsin.  Hansısa  bir 
yığıncaqda  Demokratlar  məni  danıĢığa  tutub  olduqca  pis  dövrdə 
yaĢadığımızı, sürünən faĢizmin öz kəndirini boğazımıza keçirdiyini deyəndə, 
mən  öz  həmsöhbətlərimə  nə  ilə  cavab  verəcəyimi  bilirdim  –  bu,  Franklin 
Delano 
Ruzveltin 
(FDR) 
prezidentilyi 
dövründə  yapon  mənĢəli 
amerikalıların  nəzarət  altında  saxlanmasıdır,  Con  Adamsın  dövründə 
Əcnəbilər haqqında və Qiyama təhrik barədə olan qanunlardır və ya onlarla 
adminstrasiyanın  dövründə  yüz  il  ərzində  linçləmənin  davam  etməsidir. 
Bütün bunlar olmuĢdur, bəlkə daha pisləri də olmuĢdur, ona görə də xüsusən 
təĢviĢ  keçirməyə  elə  bir  ehtiyac  da  yoxdur.  Rəsmi  nahar  məclislərində 
məndən  soruĢandakı,  hazırkı  siyasi  Ģəraitdə,  bütün  bu  böhtan 
kampaniyalarının və Ģəxsi hücumların içərisində necə iĢləyirsən, mən Nelson 
Mandelanı, Aleksandr Soljenitsini, Çin və ya Misir dustaqxanalarında yatan 
istənilən məhbusu yada salıram. Ümumiyyətlə, nə vaxtkı səni söyürlər, bu o 
qədər də pis deyildir. 
Əlbəttə,  mənim  indiyədək  dərdə  qarĢı  immunitetim  yoxdur.  Əksər 
amerikalılar  kimi,  bu  gün  bizim  demokratiyanın  güclü  Ģəkildə  təhrif 
olunduğu hissi mənə də yad deyildir. 
Mən  onu  nəzərdə  tutmuram  ki,  bizim  etiqad  etdiyimiz  ideallarla 
gündəlik  reallıq  arasında  keçilməz  uçurum  əmələ  gəlmiĢdir.  Bu  uçurum 
həmiĢə mövcud olmuĢdur, bəlkə də Amerikanın doğuluĢundan mövcuddur. 
Amalları və real həyatı yaxınlaĢdırmaq üçün müharibələr baĢ verdi, qanunlar 
qəbul edildi, islahatlar aparıldı, ittifaqlar təĢkil edildi, etirazlar eĢidildi.  
Ən  təhlükəlisi  çağırıĢların  böyüklüyü  ilə  bizim  siyasi  həyatın  cılızlığı 
arasındakı  uçurumdur,  gündəlik  mənasızlıq,  bayağılıq,  sərt  qərarlardan 
xroniki  qorxu,  istənilən  ciddi  problemi  həll  etmək  naminə  iĢlək  konsensus 
qurmaq sahəsində bacarıqsızlığımız bizi çox asanlıqla öz arxasınca aparır. 
Hamımız  bilirik  ki,  ümumdünya  rəqabəti  bərabər  imkanlar  və 
cəmiyyətin  daim  artan  mobbilliyi  inamına  həqiqi  sədaqəti  nəzərə  almadan 
belə,  bizdən  yuxarıdan  aĢağı  bütün  təhsil  sistemini  köklü  sürətdə 
dəyiĢdirməyi,  pedaqoji  kadrları  xeyli  dərəcədə  təzələməyi,  dəqiq  və  təbiət 
elmlərinin  öyrədilməsinə  böyük  diqqət  verilməsini,  yoxsul  rayonlarda 
uĢaqların  savadsızlığına  qarĢı  qəti  mübarizə  aparılmasını  tələb  edir.  Lakin 
bütün  bunlar  barədəki  mübahisələr  heç  bir  fayda  vermir,  çünki  kəskin 
dəyiĢikliklərin  tərəfdarları  və  hazırkı  vəziyyətə  səcdə  qılanlar  arasında, 
pulun  təhsildə  heç  bir  rol  oynamadığını  bəyan  edənlər  və  böyük  maliyyə 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə