Барак Обама



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə6/134
tarix18.06.2018
ölçüsü4,8 Kb.
#49652
1   2   3   4   5   6   7   8   9   ...   134

 
15 
Məhkəmə binasının fonunda havadan elə bil ki, asılı qalırdı. Sonra MiĢellə 
birlikdə  onların  əlindən  tutub  birlikdə  Konqressin  Kitabxanasına  getdik, 
orada  yüzlərlə  tərəfdarımla  görüĢdük,  onlar  həmin  gün  bu  məqsədlə  bura 
gəlmiĢdilər.  Sonrakı  bir  neçə  saatı  əlləri  sıxmağa,  onlarla  qucaqlaĢmağa, 
Ģəkil çəkdirməyə və avtoqraf paylamağa sərf etdim. 
Təbəssümlər,  təĢəkkürlər,  xoĢ  münasibət  və  mərasimlər  yəqin  ki, 
Kapitolinin  qonaqlarına  ən  mühüm  cəhət  kimi  təsir  göstərdi.  Lakin  əgər 
hətta  bütün  VaĢinqton  həmin  gün  nəzəkət  nümunəsinə  çevrilsəydi,  bizim 
demokratiyanın vərəsəliliyinə inam tapsaydı belə, havada müəyyən gərginlik 
hiss  olunurdu,  bu  elə  bir  əlamət  idi  ki,  belə  əhval-ruhiyyə  uzun  müddət 
davam  etməyəcəkdi.  Yaxınlarım  və  dostlarım  evlərinə  qayıtdıqdan  sonra, 
qəbul  baĢa  çatdıqda  və  qıĢ  axĢamının  pərdəsi  arxasında  günəĢ  gizləndikdə, 
elə  bil  ki,  Ģəhərin  üzərində  danılmaz  faktın  dəqiq  müəyyənliyi  asılmıĢdı. 
Ölkə parçalanmıĢdı, VaĢinqton da parçalanmıĢdı və siyasi bölünmənin Ġkinci 
Dünya müharibəsindən sonra ən ciddi hal aldığı görünürdü. 
Həm  prezident  seçkisi,  həm  də  müxtəlif  statistik  ölçülər  bu  qənaətin 
inandırıcı  olduğunu  göstərirdi.  Demək  olar  ki,  bütün  məsələlərdə 
amerikalılar öz rəylərində bir-birləri ilə razılaĢmırdılar: bu istər Ġraq məsələsi 
olsun,  istərsə  də  vergilər,  abort  problemi,  silah,  On    Vəsiyyət,  bircinsli 
nikahlar,  immiqrasiya,  ticarət,  təhsil  siyasəti,  ekoloji  qanunvericilik, 
hökumət üzvlərinin sayı və məhkəmələrin rolu məsələləri olsun. Bu radikal 
qaydada  razılaĢmamaq  idi,  həm  də  müxtəlif  rəylərin  tərəfdarları  əks  tərəfi 
tənqid etmək üçün hirslərini və acı istehzalarını əsirgəmirdilər. Vəziyyət ona 
gəlib  çatmıĢdı  ki,  biri-birimizlə  nə  qədər  razı  olmadığımız  barədə  də,  nədə 
və nəyə görə razı olmadığımız barədə də mübahisə edirdik. Hər Ģey barədə 
mübahisə  gedirdi,  istər  bu  iqlimin  dəyiĢilməsi  səbəbi  və  ya  bu  faktın  özü 
olsun, istər büdcə defisitinin həcmi olsun ya da bu defisitə görə məzəmmət 
edilməli olan təqsirləndirilənlər olsun. 
  Bunda mənim üçün elə bir təəccbülü iĢ də yox idi. Hələ uzaqda olanda 
da  VaĢinqton  siyasi  döyüĢlərinin  hərarətinin  yüksəldiyini  hiss  etmiĢdim. 
Bunlar  Ġran-Kontra  və  Olli  Norta  aid,  Borkun  hakimliyə  namizəd  irəli 
sürülməsinə,  Uilyam  Horton,  Klarens  Tomas  və  Anita  Hillə,  Klintonun 
seçilməsinə  və  Qinqriç  inqilabına,  «Uaytvoter»  və  Starr  təhqiqatına, 
hökumətin  istefası  və  impiçimentə,  Qora  qarĢı  BuĢun  iĢinə  aid  olan 
məsələlər  idi.  Biz  hamımız  dövlətimizin  bədəninə  qalmaqal  metastazının 
yayıldığını,  kabel  televiziyasının,  radio  söhbətlərinin,  «Nyu-York  Tayms» 
bestsellərinin  siyahısını  dolduran  yaxĢı  sahmanlanmıĢ  və  müəyyən  mənada 
faydalı olan təhqirlərin bütöv industuriyasının Ģahidləri idik. 
Ġllinoys  qanunvericilik  məclisində  iĢlədiyim  səkkiz  il  ərzində  mən 
müəyyən  qədər  özlüyümdə  bütün  bu  siyasi  oyunların  nədən  baĢlandığını 


 
16 
aydınlaĢdırmıĢdım.  1997-ci ildə  mən Sprinqfildə gəldikdə, Ġllinoys ġtatının 
Senatında respublikaçılar çoxluqu artıq çoxdan bu qayda ilə hərəkət edirdi, 
spiker  Qinqriç  Konqressin  Nümayəndələr  palatasında  tam  nəzarəti  əldə 
etmək üçün məhz bu qaydadan istifadə etmiĢdi. Keçirilmək bir yana qalsın, 
hətta ən kiçik düzəliĢi  müzakirə  etmək imkanına  malik olmayan deputatlar 
qıĢqırmağa,  qəzəblənməyə  baĢladılar,  axırda  əlacsız  qalıb  geri  çəkildilər, 
Respublikaçılar  isə  əksinə  korproativ  vergilərə  iri  güzəĢtlər  etmək  barədə 
qanunlar qəbul edir və bunu əmək qanunvericiliyi və sosial təminat sistemi 
ilə əlaqələndirməyə müvəffəq olurdular. Zaman keçdikcə bu qəzəb coĢmağa 
baĢladı  və  demokratların  qapalı  müĢavirələrində  «Böyük  qoca    partyianın 
(GOP)  nitqindən  çıxan  hər  bir  ədəbsiz  söz  qələmə  alınırdı.  Altı  ildən  sonra 
demokratlar  hakimiyyətə  gələndə,  respublikaçılar  o  qaydada  özlərini 
aparmağa  baĢladılar.  Bizim  veteranlar  nisgil  hissi  ilə  o  dövrləri 
xatırlayırdılar ki, həmin vaxtlarda Respublikaçılar və Demokratlar dinc Ģam 
yeməyi  arxasında  görüĢüb,  bifĢteks  yeyə-yeyə,  yaxĢı  siqar  çəkə-çəkə 
kompromisslər tapmağı bacırırdılar. Lakin əleyhdarları onlara çirkab atanda, 
onları  vəzifə  cinayətlərində,  korrupsiyada,  səriĢtəsizlikdə  və  əxlaqi 
düĢgünlükdə,  bir  sözlə,  bütün  ən  ağır  günahlarda  ittiham  edəndə  siyasi 
veteranlar tələsik qaydada təslim olurdular. 
Mən də bu ümumi qismətdən qaça bilmədim. Siyasi mübarizəyə bir növ 
idmanın    kontaktlı  növü  kimi  baxırdım,  zəif  yerə  vurulan  zərbədən 
qorxmurdum.  Lakin  Demokratların  arxasında  qalın  divar  kimi  dayandığı 
seçki dairəm məni Respublikaçıların ən pis söyüĢlərindən qoruyurdu. Bəzən 
ən  mühafizəkar  kolleqalarımla  birlikdə  hansısa  qanun  üzərində  iĢlədikdə, 
poker oyunu oynayanda və pivə içəndə onunla razılaĢırdıq ki, bizdə ümumi 
cəhətlər açıqca etiraf etdiyimizdən daha çoxdur. Buna görə də Sprinqfilddə 
iĢləyəndə  mən  belə  bir  qənaətə  gəldim  ki,  siyasi  mübarizənin  metodları 
müxtəlifdir  və  doğrudan  da  seçicilərin  zövqü  dəyiĢilmiĢdir.  Hamını  artıq 
faktların, ifĢaların təhrifi və mürəkkəb məsələlərin Ģübhəli olan yüngül həlli 
iyrəndirirdi.  Əgər  mən  seçicilərin  diqqətini  cəlb  etmək  istəyirəmsə,  öz 
baxıĢlarımı  dəqiq  nəql  etməliyəm,  mümkün  qədər  səmimi  qaydada  izah 
etməliyəm  ki,  nəyə  görə  baĢqa  cür  deyil,  belə  hesab  edirəm,  onda 
vicdanlılığı  hiss  etmə  və  sağlam  düĢüncə  onları  mənim  mövqeyimə  cəlb 
edəcəkdir. Mən düĢünürdüm ki, belə risqə getməyə hazır olan kifayət qədər 
siyasətçi  tapılsa,  təkcə  ölkəmizin  siyasətçiləri  deyil,  həm  də  ölkənin 
siyasətləri yaxĢılığa doğru dəyiĢiləcəkdir. 
Belə  bir  əhval-ruhiyyə  ilə  mən  Senata  üzv  olmaq  üçün  2004-cü  il 
seçkiləri  kampaniyasına  baĢladım.  Bu  seçkiqabağı  kampaniyada  mən 
çalıĢırdım ki,  düĢündüklərimi danıĢım, öz baxıĢlarımı tam aydın və mətləbə 
uyğun Ģəkildə izhar edim. Mən ilkin seçkilərdə, sonra isə ümumi seçkilərdə 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə