Барак Обама



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə9/134
tarix18.06.2018
ölçüsü4,8 Kb.
#49652
1   ...   5   6   7   8   9   10   11   12   ...   134

 
21 
müdaxiləsinə çağırıĢlar edən, lakin onların təyinatı üzrə istifadə olunmasına 
təminat verməyə tələsməyənlər arasında razılığa gəlmək mümkün olmur.  
Təkrar  etməyə  ehtiyac  yoxdur  ki,  bizim  səhiyyə  sistemi  dağılmıĢdır, 
dəhĢətli  dərəcədə  səmərsizdir  və  çoxdan  artıq  ömürlük  iĢə  götürmə 
sistemindən imtina etmiĢ, halal amerikan zəhmətkeĢlərini xroniki mühafizə 
olunmamaq və demək olar ki, mümkün olan məhrumiyyət zolağına salan bu 
günkü iqtisadiyyata da pis uyğunlaĢmıĢdır. Ġllər gəlib keçir, bütün ideoloji və 
siyasi  oyunbazlıq  heç  nə  ilə  yekunlaĢmır.  2003-cü  il  istisna  idi,  həmin  ili 
dərman reseptini aldıq, bunda dövlətin və özəl bölmənin ən ciddi nöqsanları 
birləĢmiĢdi  –  çox  baha  qiymətlər,  bürokratik  hərc-mərclik,  hansısa  bir  real 
təminatın olmaması və vergi ödəyənlər üçün astronomik hesablar. 
Biz bilirik ki, beynəlxalq terrorizmlə mübarizə onun silahlı qaydada dəf 
edilməsini,  həm  də  ideyaların  mübarizəsini  nəzərdə  tutur,  bizim 
perspektivdəki  təhlükəsizliyimiz  hərbi  qüvvənin  tətbiq  edilməsinin  etibarlı 
hüquqi  bazası  ilə  və  digər  dövlətlərlə  olan  sıx  əməkdaĢlıqla  təmin 
edilməlidir. Dünya yoxsulluğu problemlərinə müraciət və geri qalan ölkələrə 
kömək  göstərmək, heç Ģübhəsiz, bizim dövlət maraqları sferasına daxildir, 
heç  də  sadəcə  xeyriyyə  fəaliyyəti  deyildir.  Bizim  xarici  siyasət  məsələləri 
barədə mübahisələrimizi eĢitsəniz sizə elə gələ bilər ki, burada yalnız iki yol 
vardır – hərbi təcavüz və ya izolyasiya. 
Dində biz təskinlik və anlaĢılma mənbəyini tapsaq da, hətta burada da 
tam yekdillik yoxdur. Biz özümüzü tolerantlıq nümunəsi hesab edirik, ancaq 
bizi  irqi,  dini,  mədəni  kataklizmlər  sarsıdır.  Bunları  həll  etmək,  bütün  fikir 
ayrılıqlarını  yoluna  qoymaq  əvəzinə  bizim  siyasi  xəttimiz  onları  qızıĢdırır, 
istismar edir və beləliklə bizi əks tərəflərə ayırır. 
Adi söhbətlərdə bizim dövlət məmurlarının çoxu səmimi qaydada etiraf 
edir  ki,  real  və  necə  deyərlər  ideal  siyasət  arasında  nəhəng  fərq  vardır. 
Aydındır ki, Demokratlar mövcud Ģəraitlə heç də razı deyillər, çünki ən azı 
indi  onlar  uduzmuĢ  vəziyyətdədirlər,  bütün  seçkiləri  udmaq  hesabına 
Respublikaçılar  ağalıq  edirlər  və  hakimiyyətin  bütün  budaqlarına  nəzarət 
etməklə  heç  bir  kompromiss  barədə  hətta  düĢünmürlər  də.  Lakin  ən 
uzaqgörən  Respublikaçılar  ümumilikdəc  sevinməməlidirlər,  çünki  əgər 
Demokratlar  bir  qədər  güc  sərf  etsələr  qalib  gələcəklər.  Respublikaçılar 
ancaq  göründüyü  kimi,  seçkiləri  reallığa  zidd  olan  Ģüarlarla  udduqlarından 
(xidmətləri  ixtisar  etmədən  vergilərin  aĢağı  salınması,  sığorta  yardımları 
sistemində  islahat  aparmadan  Sosial  Təminatın  özəlləĢdirilməsi,  qurbansız 
müharibə aparmaq), idarəetmə iĢini demək olar ki, yaddan çıxarmıĢlar. 
Bütün  bunlara  baxmayaraq,  nə  bu,  nə  də  digər  cəbhədə  düĢünülmüĢ 
təhlilin,  dərin  düĢüncələrin  və  ya    mövcud  çıxılmaz  vəziyyətə  görə  hətta 
xırda  bir  məsuliyyətin  etirafının  kiçicik  əlamətləri  də  gözə  çarpmır.  Siyasi 


 
22 
kampaniyalarda  heç  bir  tənqid  eĢidilmir,  heç  bir  ittiham  irəli  sürülmür, 
onlara  redaksiya  məqalələrində  də,  kitablarda  da,  dünyada  hələ  təzə  olan 
bloqqerlərdə  də  rast  gəlminmir.  Nöqteyi-nəzərdən  asılı  olaraq  bizim 
bugünkü  vəziyətimizi  radikal  mühafizəkarların  və  ya  yola  gəlməyən 
liberalların,  Tom  Deleyin  və  ya  Nensi  Pelosinin,  böyük  neftin  və  ya 
rüĢvətxor  vəkillərin,  dindar  fanatiklərin  və  ya  gey  hərəkatı  fəallarının, 
«Foks-nyus»  kanalının  və  ya  «Nyu-York  tayms»ın  fəaliyyətinin  təbii 
nəticəsi  hesab  etmək  olar.  Hekayətlərin  maraqlılığı,  arqumentlərin 
inandırıcılığı,  sübutların  dəqiqliyi  müəllifdən  müəllifə  keçdikcə 
fərqlənəcəkdir  və  gizlətmirəm  ki,  mənim  rəğbətim  Demokratların  tərəfində 
olacaqdır  və    hesab  edirəm  ki,  liberalların  arqumentləri  daha  yaxĢı 
əsaslandırılmıĢdır.  Ən  ümumi  cizgilərdə,  solların  və  sağların  izahları  indi 
bir-birinin güzgü əksinə çevrilmiĢdir. Burada siz qəsd nəzəriyyəsi, qorxutma 
vasitələri barədə mülahizələrə də rast gələcəksiniz, bütün Amerika elə bil ki, 
siyasi  intriqaçıların  pəncəsinə  keçmiĢdir.  Hər  bir  yaxĢı  əsaslandırılmıĢ 
nəzəriyyədə olduğu kimi, onlarda düzgünlük, inanmağa hazır olan adamları 
qənaətləndirmək üçün tələb edilən miqdardadır, bütün aydın ziddiyətlər isə 
ustalıqla ört-basdır edilir ki, heç kəs də azacıq da olsa Ģübhə əmələ gəlməsin. 
Bunların  hamısının  məqsədi  rəqibi  inandırmaq  olmayıb,  öz  tərəfdarlarında 
inamın közərmə dərəcəsini yüksəltməkdir, üstəlik daha çox yeni tərəfdarlar 
cəlb etməkdir ki, opponentini külə çevirə biləsən. 
Əlbəttə, öz adəti gündəlik iĢi ilə məĢğul olan milyonlarla amerikalı sizə 
tam baĢqa Ģeyləri söyləyəcəkdir. Onlar çox iĢləyir və ya iĢ axtarırlar, yeni iĢ 
baĢlayır,  dərs  hazırlamaqda  uĢaqlarına  kömək  edir,  qaz  və  tibbi  sığortaya 
görə yüksək xərcləri ödəyir, pensiyaları ilə olan vəziyyəti araĢdırırlar, çünki 
iflasa uğrama iĢləri üzrə hansısa məhkəmə bu pesiyaya etirazını bildirmiĢdir. 
Həyatda onların ümidi gələcək barədəki təĢviĢlərlə növbələĢir. Ziddiyyətlər 
və aydın olmayan məsələlər həddən çoxdur. 
Siyasət  deyəsən  bu  gündəlik  qayğılardan  nəhayətsiz  qaydada  uzaqdır, 
onlar anlayırlar ki, siyasət bu gün biznesə çevrilmiĢdir, heç də missiya, borc 
deyildir  və  qanun  layihələri  ətraındakı  bütün  müzakirələr  teatr  tamaĢasına 
bənzəyir, ona görə də adamlar üzlərini çevirirlər ki, səs-küyü, mübahisələri 
və ardı kəsilməyən çərənləmələri eĢitməsinlər. 
Amerikalıları  həqiqətən  təmsil  edən,  həmin  amerikalılara  xidmət  edən 
hökumət tam baĢqa siyasət aparmalıdır. Belə siyasət bizim hər birimizin real 
həyatının əsl güzgüsünə çevriləcəkdir. O bütün olan məsələlərə əlbəttə cavab 
verməyəcəkdir,  istehlaka  hazır  olan  məhsula  çevrilməyəcəkdir.  Onu  bizim 
ən yaxĢı ənənələrimizdən yaratmaq lazımdır, bu vaxt həm də keçmiĢimizdə 
pis  olanları  da  unutmamalıyıq.  BaĢa  düĢməliyik  necə  oldu  ki,  biz  vuruĢan 
fraksiyaların  və  qəbilə  nifrətinin  olduğu  bu  yerə  düĢdük.  Daim  yada 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə