Барак Обама



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə3/134
tarix18.06.2018
ölçüsü4,8 Kb.
#49652
1   2   3   4   5   6   7   8   9   ...   134

 

süpürür  və  yonca  yarpaqları  Ģəklində  olan  yaĢıl  afiĢaları  dirəklərdən 
qoparırdılar. 
Hər Ģeydən çox idarə etdiyim maĢında səfər etməyə üstünlük verirdim. 
Çikaqonun  bir  rayonundan  digərinə,  mahaldan  mahala,  Ģəhərdən  Ģəhərə, 
Ģtatın  bir  baĢından  digər  baĢına  yollanırdım,  qarğıdalı  və  paxlalı  bitkilər 
tarlalarının,  uzaq  məsafəyə  yollanan  maĢınların  və  silos  qüllələrinin 
yanından  ötüb  keçirdim.  Bu  səfərləri  yüngül  və  ləzzət  verən  adlandırmaq 
olmazdı.  Lakin  proses  elə  bir  səmərə  vermirdi.  Mənim  sərəncamımda  nə 
Demokratik  partiya  təĢkilatının  maĢını,  nə  real  ünvan  siyahısı,  nə  Ġnternet 
əməliyyatı  var  idi.  Mən  yalnız  öz  qapılarını  mənə  açan,  kilsədə,  ittifaq 
salonunda,  bric  həvəskarları  klubunda  və  ya  Rotari  Klubda  seçicilərlə 
mənim  görüĢümü  təĢkil  edən  dostlarıma  və  tanıĢlarıma  bel  bağlayırdım. 
Bəzən  olurdu  ki,  bir  neçə  saat  sükan  arxasında    keçirdikdən  sonra  mətbəx 
stolunun  yanında  məni  gözləyən  iki-üç  adamla  görüĢürdüm.  Ev  sahiblərinə 
çoxlu  xoĢ  sözlər  deyirdim,  hər  Ģeyin  yaxĢı  olduğunu  söyləyir  və  verdikləri 
Ģam  yeməyini  tərifləyirdim.  Bəzi  hallarda,  mən  bütün  kilsə  mərasiminin 
axırınacan  gözləyir,  pastor  da  sadəcə  məni  yaddan  çıxardırdı  və  ya  yerli 
həmkarlar ittifaqının baĢçısı əvvəlcə mənə söz verib, sonra isə ittifaqın baĢqa 
namizədi dəstəklədiyini elan edirdi. 
Ġstər  iki  yaxud  da  əlli  adamla  görüĢüm,  Nort  ġorun  sərin,  əzəmətli 
evlərində, Uestsayddakı lifti olmayan çoxmərtəbəli binalarda, yaxud hardasa 
Bluminqtonda  bir  fermerin  evində  olum,  məni  istər  dostcasına,  istərsə  də 
laqeyd  və  ya  açıqca  düĢməncəsinə  qarĢılasınlar,  hər  yerdə  mən  az 
danıĢmağa, daha çox isə dinləməyə çalıĢırdım. Adamlar mənə öz iĢlərindən, 
bizneslərindən,  yerli  məktəbdən  danıĢırdılar,  BuĢa  və  Demokratlara  olan 
qəzəblərini bildirirdilər, onlar itlərini, öz bellərindəki ağrını, hərbi xidmətdə 
olmalarını  və  uĢaqlıqlarından  bəri  digər  Ģeyləri  yada  salırdılar.  Bəziləri  isə 
sənayedə  iĢ  yerlərinin  ixtisar  olunması  səbəblərinə  və  ya  müalicəyə  görə  
xərclərin çox yüksək olmasına öz münasibətini bildirmək üçün nəzəriyyəyə 
müraciət  edirdi.  RaĢ  Limbodan  və  ya  Milli  Ġctimai  radionun  (NRR) 
veriliĢlərindən  eĢitdiklərini  sitat  gətirirdilər.  Lakin  onlardan  çoxunu  siyasət 
deyilən  Ģeydən  daha  artıq  iĢ  və  uĢaqları  maraqlandırırdı,  ən  vacib 
məsələlərdən: 
zavodun 
bağlanmasından, 
kiminsə 
vəzifədə 
irəli 
çəkilməsindən,  mənzilin  isidilməsinə  görə  böyük  xərcdən,  valideynlərini 
ahıllar  evinə  göndərmələrindən,  oğlunun  və  ya  qızının  yeriməyə 
baĢlamasından söhbət açırdılar. 
Uzun  aylar  boyu  aparılan  bu  söhbətlər  mənim  üçün  bir  vəhy,  bir 
açıqlama  idi.  Mən  adamların  arzularının  belə  adi  olmasından  riqqətə 
gəlirdim, bu arzular mahaldan, irq, din və siniflər fərqindən asılı olmayaraq 
bir-birinə həm də çox bənzəyirdi. Onlardan çoxu güman edirdi ki, əgər sən iĢ 


 

axtarırsansa,  bu  elə  iĢ  olmalıdır  ki,  maaĢı  istehlak  minimumuna  uyğun 
gəlsin.  Onu  da  qeyd  edirdilər  ki,  adam  xəstəliyi  üzündən  iflasa 
uğramamalıdır.  Onlar  inanırdılar  ki,  hər  bir  uĢaq  həqiqətən  yaxĢı  təhsil 
almalıdır, çərənləməyə qulaq asmamalıdır, sonra isə hətta valideynləri varlı 
olmasa  belə  təhsilini  davam  etdirmək  imkanına  malik  olmalıdır.  Onlar 
cinayətkarlardan və terrorçulardan qorunmalarını istəyirdilər, təmiz hava ilə 
nəfəs  almağı,  təmiz  su  içməyi,  uĢaqları  ilə  məĢğul  olmaq  üçün  vaxtlarının 
olmasını  arzulayırdılar.  Qocalıqda  isə  onlar  pensiya  təminatına  qadir 
olmaqla yanaĢı, nəcib hörmətlə əhatə olunmalarını istəyirdilər. 
Bax, iĢlər barədə belə demək olardı. Bu o qədər də çox deyildi. Həyatda 
çox Ģeyin insanın özündən asılı olmadığı aydın olsa da, heç kəs hökumətdən 
bütün  problemlərin  həllini  gözləmirdi  və  heç  kəs  bundan  da  artıq  dərəcədə 
isə  onların  vergi  dollarlarının  əbəs  yerə  xərclənəcəyini  gözləmirdi,  həm  də 
hər kəs güman edirdi ki, hökumət lazım gəlsə ona kömək əlini uzadacaqdır. 
Mən onlarla razılaĢırdım, həqiqətən də hökumət bütün problemləri həll 
edə bilməz. Lakin prioritetləri azacıq dəyiĢsək, biz elə edə bilərik ki, hər bir 
uĢaq  həyatda  yaxĢı  start  götürsün,  bizim  bir  millət  kimi  üzləĢdiyimiz 
çətinliklərin  öhdəsindən  gələ  bilsin.  Cavabında  çox  vaxt  adamlar  razılıqla 
baĢlarını silkələyir və  mənə necə kömək  göstərə biləcəklərini soruĢurdular. 
Uzağa  getdikdə  xəritəni  yanımdakı  sərniĢin  oturacağına  qoyub,  növbəti 
dayanacağa  qədər  olan  yolda  nəyə  görə  siyasətə  daxil  olduğum  barədəki 
suala bir daha cavab tapırdım. 
Mən ömrümdə heç vaxt bir belə inadkarlıqla iĢlməməmiĢdim.  
 
 
Bu  kitab  birbaĢa  seçkiqabağı  kampaniyadakı  həmin  söhbətlərdən 
meydana gəlmiĢdir. Seçicilərlə söhbətlərim bir daha təsdiq etdi ki, amerikan 
xalqına ləyaqət baĢlanğıcdan xasdır və Amerikan təcrübəsinin özəyini bizim 
ümumi  vicdanımızı  sakitləĢməyə  qoymayan  ideallar  təĢkil  edir.  Bizim 
hamımız ümumi dəyərlərə malikik və məhz həmin dəyərlər hər cür fərqlərin 
əksinə  olaraq  bizi  birləĢdirir,  ümidin  sapını  bizim  ağlasığmaz  demokratik 
təcrübələrimiz  hərəkət  etdirir.  Bu  dəyərlər  və  ideallar  təkcə  abidələrin 
mərmərində  və  tarix  kitablarının  səhifələrində  təcəssüm  olunmamıĢdır. 
Onlar əksər amerikalıların ürəklərində və zəkalarında yaĢamaqda davam edir 
və  bizdə  iftixar  hissləri  yaradır  və  bizi  iftixara,  bor    və  fəda  etmək  hissinə 
ilhamlandırır. 
Anlayıram ki, belə danıĢmaqla mən həm də risq edirəm. QloballaĢma, 
baĢgicəlləndirici  texnoloji  inkiĢaf,  qızğın  siyasi  mübarizə  və  mədəniyyətlər 
arasındakı rəhmsiz müharibələr dövründə bizdə, deyəsən, heç ümumi din də 
yoxdur  ki,  bir-birimizə  öz  ideallarımızdan  danıĢaq  və  həm  də  elə  bir  vasitə 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə