Барак Обама



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə15/134
tarix18.06.2018
ölçüsü4,8 Kb.
#49652
1   ...   11   12   13   14   15   16   17   18   ...   134

 
33 
iĢdir,  bu  defisit  kasıblar  hesabına  azaldılmamalıdır,  kilsənin  dövlətdən 
ayrılması təkcə dövləti deyil, kilsəni də qoruyur, lakin kilsə və xarici siyasət 
xoĢ  niyyətlərə  deyil,  faktlara  əsaslanmalıdır.  Son  altı  ilin  mübahisəsində 
Respublikaçılar  heç  də  əsas  rol  oynamadılar.  Corc  BuĢ  özünün  2000-ci  il 
kampaniyasında «həmdərd mühafizəkarlıq» vəd etsə də, onun «Böyük qoca 
partiyasının»  (GOP)  indiki  ideologiyasını  mühafizəkarlıq  deyil,  məhz 
absolyutizm  xarakterizə  edir.  Bu  azad  bazarın,  vergilərdən  azad  olmanın, 
nizamlanmanın,  sosial  təminat  və  maddi  yardım  proqramlarının 
absolyutizmdir,  əslində  isə  özəl  mülkiyyəti  qorumaq  və  milli  mənafe 
maraqlarına  qayğı  göstərmək  lazım  olan  yerdə,  idarəetmənin  özünün 
olmamasıdır. 
Xristian  sağların  dini  absolyutizmini  də  hesabdan  silmək  olmaz,  onlar 
çox  çətin  məsələ  olan  abort  məsələsinin  həllində  əvvəlcə  xeyli  xal 
qazandılar, lakin sonralar bu fəaliyyət daha geniĢ miqyas aldı . Onlar təkid 
edirdilər ki, xristianlıq Amerikanın üstünlük təĢkil edən dinidir, həm də bunu 
irəli  sürürdülər  ki,  bu  dinin  fundamential  isitiqaməti  dövlət  siyasətinə  ton 
verməli  və  bütün  hər  Ģeyin  qiymətləndirilməsində  yeganə  kamerton  rolunu 
oynamalıdır.  Bu  vaxt  onlar  liberal  ilahiyyatçıların  iĢlərini,  Milli    Elmlər 
Akademiyasının əsərlərini və Tomas Ceffersonun sözlərini inkar edirdilər. 
Bundan  əvvəl,  belə  bir  sarsılmaz  inam  da  mövcud  idi  ki,  çoxluğun 
iradəsi  axırıncı  mərhələdəki  həqiqətdir,  hətta  bu  qoy  heç  çoxluq  olmasın, 
çoxluğun adından idarə edənlər olsun. 
Məhkəmələr,  Konstitusiya,  mətbuat,  Cenevrə  konvensiyası,  Senatın  iĢ 
qaydası,  seçki  dairələri  sərhədlərinin  ənənvi  dəyiĢdirilməsi  kimi  sosial 
institutlara  qarĢı  bu açıq  laqeydlik  bizim  Yeni  Yerüsəlimə  doğru durmadan 
irəliləməmizi ləngidir.  
Əlbəttə,  Demokratların  arasında  da  belə  qızğın  entuziastlar  vardır. 
Lakin Rouvun və ya Deleyin malik olduğu hakimiyyəti, baĢqa sözlə partiya 
üzərində  tam  nəzarətə  sahib  olmağı  yuxularında  da  görməyənlər,  sədaqətli 
olanların sıralarını doldurmaqla bir sıra ən radikal ideyaları qanunvericiliyə 
daxil etdilər. Partiya daxilində regional, milli və iqtisadi fərqlərin çoxalması, 
seçki  dairələrinin  xəritəsi  və  Senatın  strukturası,  seçkilərin  iqtisadi  elita 
tərəfindən    maliyyələĢməsinə  olan  ehtiyac  -  bütün  bunlar  idarə  edən 
Demokratları  mərkəzə  yaxın  olmağa  məcbur  edirdi.  Liberallara  çəkilmiĢ 
karikaturanın  prototipliyinə  layiq  olan  bir  neçə  seçilmiĢ  Demokratı  misal 
göstərə bilərəm: deyək ki, Con Kerri Amerikanın hərbi üstünlüyünü qoruyub 
saxlamaq zərurətinə, Hillari Klinton kapitalizmin kamil ləyaqətlərinə inanır, 
Konqressdəki  «Qara  müĢavirənin»  hər  bir  iĢtirakçısı  isə,  məhz  öz  
günahlarına görə Ġisus Xristin çarmıxa çəkildiyinə inanır. 


 
34 
Həqiqətən  də  Demokratların  sıralarında  bir  çaĢqınlıq  vardır.  Bizim 
aramızda  köhnə  baxıĢların  tərəfdarları  da  vardır  və  onlar  bir  saniyə  belə 
düĢünmədən «Yeni kursu» və «Böyük cəmiyyəti» Respublikaçıların hər cür 
qəsdlərindən  qorumağa  atılacaq  və  liberallar  arasında  özünə  100  faizli 
reytinq  qazanacaqdır.  Lakin  indi,  deyəsən,  bu  tendensiya  zəifləyir,  ayıq-
sayıqlıq, qloballaĢmanın və ya mərkəzi rayondan praktiki olaraq ayrı düĢmüĢ 
hansısa böyük Ģəhərin yeni-yeni problemlərinin həllinə lazım olan enerjinin 
və təzə ideyaların olmaması daha az tərəfdarlar tapır. BaĢqaları isə daha az 
«mərkəzyönlü  kursa»  üstünlük  verir,  güman  edirlər  ki,  onlar  partiyanın 
mühafizəkar  rəhbərliyindən  uzaqlaĢmaqla  daha  ağıllı  hərəkət  edirlər,  lakin 
ilbəil öz mövqelərinin daha çox zəiflədiyini bu vaxt görmürlər. Demokratik 
hüquqĢünaslar  və  namizədlər  energetika  və  təhsil,  səhiyyə  və  milli 
təhlükəsizlik sahəsində bütöv praktiki tədbirlər toplusu təklif etməklə ümid 
edirlər  ki,  onlar  mükəmməl  idarəetmə  sisteminə  bənzər  nəyisə  yaratmağa 
kömək edəcəklər. 
Ümumən  bütövlükdə  götürdükdə  Demokratik  partiya  irtiçacılar 
partiyasına  çevrilmiĢdir.  Lazımınca  düĢünülməmiĢ  müharibəyə  bizim 
münasibətimiz  ümumilikdə  bütün  hərbi  hərəkətlərə  qarĢı  Ģübhəliliyi  üzə 
çıxardı. Bazarın bütün xəstəliklər üçün ən yaxĢı dərman olduğu barədə tezisə 
cavab  verdikdə,  biz  cəmiyyətin  mühüm  problemlərini  həll  etməkdə  məhz 
bazar  prinsiplərindən  inadkarlıqla,  ən  yaxĢı  tətbiqə  layiq  qaydada  imtina 
edirik. Dini təzyiqdən qorunduqda biz var gücümüzlə cəhd edib, demək olar 
ki,  antiklerikallara  çatdıq,  mənəviyyat  dilində  danıĢmağı  yadırğadıq,  bu  
mənəviyyat isə bizim siyasi iĢlərimizə  daha dərin məna verir. Biz seçkiləri 
uduzuruq,  ancaq  fikirləĢirik  ki,  məhkəmələr  Respublikaçıların  planlarını 
poza  biləcəklər.  Biz  məhkəmələri  də  uduzuruq  və  indi  də  ümidimizi  Ağ 
evdəki növbəti qalmaqala bağlayırıq. 
Biz daha çox Respublikaçılarınkına oxĢay 
an,  kəskin  və  kobud 
siyasi  metodlara  meyl  edirik.  Demokratik  fəallar  və  tərəfdarlar  qrupu 
arasında  ümumi  cəhəti  bu  qəbildən  olan  mülahizələr  təĢkil  edir: 
Respublikaçılar  seçkilərdə  təkcə  bazanı  gücləndirməyə  görə  deyil,  həm  də 
Demokratları  hər  cür  söymələri  ilə,  seçicilər  arasına  Ģübhə  toxumu 
səpməklə,  öz  sağ  qanadlarını  fəallaĢdırmaqla  və  partiya  xəttindən 
uzaqlaĢanları  yoluna  qoymaqla  qəti  qələbə  çala  bildilər.  Əgər  Demokratlar 
ümumən 
nə 
vaxtsa 
hakimiyyətə 
qayıtmaq 
istəyirlərsə, 
onlar 
Respublikaçılardan bu metodları hökmən əxz etməlidirlər. 
Bu  ruhda  fikir  yürüdənlərin  hisslərini  baĢa  düĢürəm.  Respublikaçıların 
kəskin qübtləĢmə kursunun köməkliyi ilə daim qələbə çalmaq bacarıqları hər 
kəsdə  təəssürat  oyada  bilər.  Mən  mühafizəkar  hərəkatın  daha  da  güclənən 
təzyiqi  qarĢısında  təfərrüata  və  nyuanslara  diqqəti  cəmləĢdirməyin 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə