Барак Обама



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə4/134
tarix18.06.2018
ölçüsü4,8 Kb.
#49652
1   2   3   4   5   6   7   8   9   ...   134

 
10 
yoxdur  ki,  heç  olmazsa  kövrək  razılığa  gələk  və  bu  idealların  həyata 
keçirilməsi  məsələsini  həll  edək.  Bizim  çoxumuz  reklamçıların,  intervyu 
alanların,  nitqləri  tərtib  edənlərin  və  siyasət  ustalarının  dediklərinin 
qiymətini  bilmək  müdrikliyinə  malikik.  Biz  baĢa  düĢürük  ki,  ən  bəlağətli 
sözlər  belə  ən  alçaq  məqsədlərə  xidmət  edə  bilər  və  ən  nəcib  hisslər 
hakimiyyət,  hiylə,  acgözlük  və  dözümsüzlük  hesabına  məhv  ola  bilər.  Adi 
universitet  tarix  dərsliyini  oxuyanda,  asanlıqla  görmək  olur  ki,  Amerikanın 
real həyatı necə bir sürətlə onun haqqında olan miflərdən və təsəvvürlərdən 
uzaqlaĢmağa  baĢlamıĢdır.  Belə  bir  Ģəraitdə  ümumi  ideallara  və  dəyərlərə 
çağırıĢ təhlükəli olmasa da, olduqca sadəlövh görünə bilər, axı bu, strategiya 
ilə onun yerinə yetirilməsi arasındakı dərin fərqləri inkar edir, daha pisi isə 
bizim dövlət maĢınının indiki iĢindən narazı olanların səsini batırır. 
Buna 
baxmayaraq 
mənim  arqumentim  baĢqa  seçimə  malik 
olmağımızdan  ibarətdir.  Heç  bir  sorğu  keçirməyə  ehtiyac  yoxdur  ki, 
amerikalıların əksəriyyətinin – respublikaçıların, demokratların və müstəqil 
olanların  indi  siyasətin  çevrildiyi  ölü  zonadan  boğaza  qədər  yorulduğunu 
sübut  edəsən.  Bu  siyasətdə  dar  maraqlar  toqquĢur,  ideoloji  azlıqlar  isə 
hamıya mütləq həqiqət barədə öz versiyasını sırıyır. Vacib deyildir ki, adam 
hansı  Ģtatdandır  –  qırmızı  və  ya  göy  Ģtatlardandır  (bu  rənglər 
Respublikaçıların  və  Demokratların  nüfuz  zonasını  bildirir  -  tərcüməçi), 
hamı  bizim  iradə  gücümüzdə  vicdanlılığın,  siyasi  müzakirələrdə  ciddiliyin 
və  ümumi  düĢüncənin  olmamasını  hiss  edir,  srağagünkü  vədlərdən 
hazırlanmıĢ  xörəklərdən  ürək  bulanır.  Dindarlar  və  dünyəvilər,  qaralar, 
qəhvəyilər  və  ağlar,  bizim  hamımız  baĢa  düĢürük,  özü  də  bu  düzdür  ki, 
millətin  ən  vacib  tələbatlarına  məhəl  qoyulmur  və  əgər  biz  nə  qədər 
mümkünsə kursu tez dəyiĢməsək, özümüzdən sonra bizə irs kimi gəlib çatanı 
deyil,  zəif  və  parçalanmıĢ  Amerikanı  qoyub  gedəcəyik.  Bəlkə  də,  bizə  indi 
həmiĢə  olduğundan  daha  artıq  baĢqa  siyasət  lazımdır,  elə  siyasət  ki,  onun 
üçün  ən  vacib  cəhət  bütün  amerikalılar  üçün  ümumi  olan  idealların  və 
baxıĢların ifadəsidir. 
Bu  kitabın  baĢlıca  qayəsi  budur:  biz  siyasətdə  və  ictimai  həyatda 
dəyiĢikliklər  prosesini  necə    baĢlamalıyıq.  Bu  o  demək  deyildir  ki,  mən 
dəqiq  olaraq  nə  etmək  lazım  olduğunu  deyəcəyəm.  Mən  bilmirəm. 
Baxmayaraq  ki,  hər  fəsildə  sizinlə  ən  ciddi  və  aktual  strateji  məsələləri 
müzakirə  edəcəyəm  və  çalıĢacağam  ki,  anlaĢılan  Ģəkildə  nəyə  görə  baĢqa 
deyil,  məhz  bu  həll  yolunu  təklif  etdiyimi  izah  edim,  ancaq  onu  da  demək 
istəyirəm  ki,  bir  sıra  hallarda  mənim  cavablarım  tam  və  bitmiĢ 
olmayacaqdır.  Mən  Amerika  dövlət  quruluĢunun  mükəmməl  nəzəriyyəsi 
barədə heç nə təklif etmirəm, onları əsaslandırmaq üçün heç bir cədvəldən, 


 
11 
diaqramdan,  on  maddəli  plandan  istifadə  etmirəm,  çünki  bu  səhifələr 
fəaliyyət üçün proqram xarakteri daĢımır.  
Bunların əvəzinə mənim təklif etdiklərim olduqca sadə Ģeylərdir. Məni 
ictimai  həyata  gətirən  ideallar  və  dəyərlər  barədə  söhbət  açıram,  bizi  məhz 
bugünkü siyasətdə lazım olmayan parçalanmaya sürükləyən cəhətlər barədə 
düĢüncələrimi  bildirirəm,  bir  senator  və  hüquqĢünas,  ər  və  ata,  xristian  və 
Ģəkkak  kimi  təcrübəmə  əsaslanaraq  bizim  siyasi  həyatımızın  ümumi  fayda 
əsasında necə qurulmalı olduğu barədə öz mühazirələrimi açıqlayıram. 
Bu  kitabın  quruluĢu  haqqında  bəzi  cəhətləri    qeyd  etmək  istəyirəm. 
Birinci fəsildə mən müasir siyasət tarixinə müraciət edirəm və bu gün Ģahidi 
olduğumuz xoĢagəlməz parçalanmanın meydana gəlməsinin səbəblərini izah 
etməyə  cəhd  edirəm.  Ġkinci  fəsildə  söhbət  bizim  ümumi  dəyərlərimizdən 
gedir, onlar bizim siyasi razılığımızın əsasını təĢkil edə bilər. Üçüncü fəsildə 
mən,    bizim  Konstitusiyanın  nəinki  Ģəxsiyyətin  hüquqlarına  təminat 
verdiyini, həm də ümumi gələcəyiniz barədə həqiqi demokratik müzakirənin 
təĢkili  vasitəsi  kimi  xidmət  etdiyini  göstərirəm.  Dördüncü  fəsildə,  mən 
institutsional  qüvvələr,  pul,  media,  maraq  qrupları  və  qanunvericilik 
prosesləri  barədə  -  bəzi  Ģeyləri  ifadə  etməyə  çalıĢıram.  Bu  amillər  hətta 
siyasətçilərin  ən  yaxĢı  niyyətlərini  də  boğa  bilirlər.  Sonrakı  beĢ  fəsildə  isə 
mən  bizim  ən  böyük  problemlərimizin  uğurlu  həlli  naminə  fikir  ayrılığını 
həll  etmək  üsullarını  təklif  edirəm.  Bu  problemlər  isə  amerikan  ailələrinin 
artan iqtisadi müdafiəsizliyi, bizim siyasi məkanda irqi və dini toqquĢmalar, 
həmçinin – terrorizmdən tutmuĢ pandemiyaya qədər olan və bizim qapımızı 
getdikcə daha inadkarlıqla döyən ümumdünya təhlükələridir. 
Güman  edirəm ki, oxuculardan çoxu bəzi  məsələləri çox qabartdığımı, 
digərlərinin  isə  üstündən  keçdiyimi  deyəcəklər.  Belə  hallarda  özümü 
məhkəmə  salonunda oturan   müttəhim  kimi hiss  edirəm.  Nəhayət  etibarilə, 
mən  Demokratam,  bir  çox  məsələlər  üzrə  mənim  rəylərim  «Uoll-strit 
cornal»dan  daha  çox  «Nyu-York  Tayms»  qəzetindəki  redaksiya  məqalələri 
ilə üst-üstə düĢəcəkdir. Mən birinici növbədə varlı və nüfuzlu amerikalıların 
mənafelərini  güdən  siyasətçilərlə  qətiyyən  razılaĢmıram.  Onlar  adi  orta 
statistik  adamları  kölgəyə  itələyir  və  bəyan  edirlər  ki,  hamıya  bərabər 
imkanlar yaratmaqda dövlətin müstəsna rolu vardır. Mən evolyusiyaya, elmi 
tədqiqatlara və qlobal istiləĢməyə inanıram. Mən söz azadlığına inanıram və 
bu    vacib  deyildir  ki,  həmin  söz  siyasi  nəzakət  qaydalarına  uyğun  gəlir  ya 
gəlmir,  lakin  mən  sevmirəm  ki,  dövlət  dindarlardan,  özümü  də  onların 
dəstəsinə aid edirəm,  dinsizlərə qarĢı təsir aləti kimi istifadə etsin. 
Bundan baĢqa, müəyyən mənada mən öz tərcümeyi-halımın girovuyam, 
axı mən amerikan həyatını qarıĢıq mənĢəli qararəngli amerikalının gözü ilə 
görürəm və mənə bənzər neçə-neçə nəsilin təqiblərə və alçaldılmalara məruz 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə