Барак Обама



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə2/134
tarix18.06.2018
ölçüsü4,8 Kb.
#49652
1   2   3   4   5   6   7   8   9   ...   134

 

-
 
Nəyi nəzərdə tutursan? 
Hər  ikimiz  onun  əlinin  yanındakı  qəzetə  baxdıq.  Birinci  səhifədə 
Üsamə ben Ladenin Ģəkli verilmiĢdi. 
Həmsöhbətim baĢını silkələyərək dedi: 
-
 
Çox pis haldır. Bəxtin gətirməməyi budur. Əlbəttə, sən öz adını dəyiĢə 
bilməzsən.  Seçicilər  belə  Ģeylərdən  çox  Ģübhələnirlər.  Əgər  sən  yenicə 
həyata atılan siyasətçi olsaydın, bu baĢqa məsələ idi. Sən ləqəb götürərdin, 
ya baĢqa bir Ģey fikirləĢərdin. Ġndi isə... 
O,  günahkar  qaydada  susdu,  xidmətçiyə  hesabı  gətirmək  iĢarəsini 
verməmiĢdən əvvəl üzr istəyirmiĢ kimi çiyinlərini çəkdi. Əslində, o, düzgün 
mövqedən  danıĢırdı.  Lakin  bu  sözlər    mənə  olduqca  ağır  gəldi.  Bütün 
karyeram  boyu  ilk  dəfə  özümdən  cavan  olan  siyasətçilərə  həsəd  aparmağa 
baĢladım,  axı  onlar  mənim  uduzduğum  yerdə  uğur  qazanırdılar,  vəzifələr 
tuturdular,  irəli  gedirdilər,  nəhayət,  çox  Ģeyə  nail  olurdular.  Siyasi 
mübarizənin ləzzəti qızğın mübahisələrin adrenalinidir, sənin sıxdığın əllərin 
həqiqi hərarətidir, sadə adamlarla görüĢlərdir, bütün bunlar gündəlik həyatın 
ağırlıqları ilə müqayisədə gülünc Ģəkildə kiçik görünürdü. Bu ağırlıqlar isə 
pul  axtarıĢlarından,  uzun  çəkən  ziyafətdən  sonra  evə  gec  qayıtmaqdan, 
qeyri-sağlam  qidadan,  ağır  havadan,  arvadımla  qısa  telefon  danıĢıqlarından 
ibarət  idi.  Hələ  də  dözən,  ancaq  belə  həyatdan  yorulan  həmin  qadın  daim 
uĢaqlarla  təkcə  qalırdı  və  dəfələrlə  maraqlanmıĢdı  ki,  mənim  üçün  daha 
vacib olan nədir. Hətta qanunvericilikdəki iĢ, hətta məni birinci yer uğrunda 
döyüĢməyə  məcbur  edən  böyük  siyasət  də  əhəmiyyətsiz  görünürdü,  dövlət 
səviyyəsində  vergilər,  təhlükəsizlik,  səhiyyə  və  iĢ  yerləri  uğrunda  aparılan 
böyük  vuruĢmalardan  çox  uzaq  idi.  Mən  tez-tez  Ģübhələrə  məruz  qalırdım, 
görən mən düz yollamı gedirəm. Mən xəyala dalan, dinləmədən dinləməyə 
keçən  aktyor,  yaxud  aĢağı  liqada  məĢğul  olan  atlet  vəziyyətində  idim. 
Nəhayət,    onlar  anlayırlar  ki,  hər  Ģey-istedadlarının  hüdudu  da,  taleyin 
hədiyyəsi də bax budur. Arzu həyata keçməyəcəkdir, yalnız yaĢlılara məxsus 
qaydada  bununla  barıĢmaq  qalır  və  indi  öz  qarĢında  baĢqa,  həlli  məmkün 
olan məqsədlər qoymalı, ya da həqiqətən imtina edib, acıqlı, fağır, deyingən 
bir adama çevrilməlisən. 
 
 
Ġnkar,  qəzəb,  sövdələĢmə,  ümidsizliklik  -ekspertlərin  təsvir  etdikləri 
bütün  bu  səhnələri,  öz  düĢüncəmə  görə,  mən  keçməmiĢdim.  Lakin  zaman 
keçdikcə  öz  imkanlarımın  hədlərini  dərk  etməyə  baĢladım,  öləri  olduğum 
faktı  da  anladım.  Diqqətimi  Ģtatın  senatındakı  iĢimdə  cəmləĢdirdim,  bu 
vəzifədə  keçirdiyim  həmin  islahatlarda  və  təĢəbbüslərdə  bir  məmnuniyyət 
tapırdım.  Ġndi  evdə  daha  çox  olurdum,  qızlarımın  necə  böyüdüklərini 


 

görürdüm,  bacardığım  qədər  arvadıma  qayğı  göstərir  və  özümün 
uzunmüddətli pul iĢlərimi qaydaya salırdım. Ġdmanla məĢğul olur, romanlar 
oxuyur və yəqinlik tapırdım ki, Yer GünəĢ ətrafında fırlanır, ilin fəsilləri isə 
mənim  iĢtirakım  olmadan  bir  –birlərini  əvəz  edirlər.  Məhz  bundan  sonra 
mənim ağlıma özümü BirləĢmiĢ ġtatlar Senatına namizəd irəli sürmək kimi 
sərsəm fikir gəldi. Arvadıma bu risqli fikrimi, öz ideyalarımı yoxlamaq üçün 
axırıncı  imkan  kimi  izah  etməyə  cəhd  etdim.  Bu  imkan  qarĢısında  hər  Ģey 
sakit,  sabit,  nəhayət,  daha  təmin  olunmuĢ  qaydada  olacaqdı.  O,  mənimlə 
razılaĢdı,  güman  ki,  inamından  daha  çox  yazığı  gəlməyinə  görə,  əlavə  etdi 
ki,  onun  özünə  Ģəxsən  normal  ailə  həyatı  daha  vacibdir,  ona  görə  də 
arvadımın səsinə o qədər də bel bağlamırdım.  
Mən  ona  təskinlik  verirdim  ki,  Ģansım  olduqca  qeyri-realdır, 
respublikaçıların  namizədi  olan  Piter  Fitscerald  sələfi  Kerol  Mozli  Braunu 
kənarlaĢdırmaq üçün özünün Ģəxsi var-dövlətindən on doqquz milyon dollar 
xərcləmiĢdir.  Lakin  o,  geniĢ  populyarlığa  malik  deyildi,  heç  siyasətlə  də 
məĢğul olmaq onun zövqünə uyğun gəlmirdi. Ancaq səmimiyyəti ilə yanaĢı, 
nəhəng  ailə  kapitalına  malik  olduğuna  görə  o,  seçicilərin    müəyyən 
hörmətini  qazanmıĢdı.  KeçmiĢ  senator  Kerol  Mozli  Braun  bu  vaxt  Yeni 
Zelandiyadan səfir vəzifəsindəki iĢindən Amerikaya qaytımıĢdı və öz köhnə 
yerini  tutmağı  düĢünürdü.  Onun  namizədliyi  isə  mənim  yolumda  ən  ciddi 
maneə  idi.  Bu  qadın  Senata  seçilmək  əvəzinə  prezident  kampaniyasında 
iĢtirak etmək qərarına gəldikdə, Senatdakı yer uğrunda mübarizə ehtirasları 
xeyli qızıĢdı. Fitscerald yenidən seçilmək istəmədiyini elan etdikdə, mənim 
baĢlıca  rəqbilərim  altı  nəfər  idi.  Onların  arasında  Ģtatın  hazırkı  nəzarətçisi, 
bir neçə yüz milyon dollar var-dövləti olan iĢ adamı, Çikaqonun meri Riçard 
Deylinin seçki qərargahının keçmiĢ rəisi və qara rəngli həkim qadın var idi. 
Güman  edirdilər  ki,  axırıncının  namizədliyi  qara  seçicilərin  səslərini 
parçalayacaq  və  mənim  qələbəyə  onsuz  da  cılız  olan  Ģansımı  daha  da 
azaldacaqdı. 
Mən buna əhəmiyyət vermirdim. Ehtimal onsuz da əvvəldən çox kiçik 
idi,  lakin  mən  döyüĢə  özümün  də  gözləmədiyim  enerji  və  sevinclə  atıldım. 
Kiçik  məbləğdəki  pula  dörd  fərasətli  iĢçi  tutdum,  onların  yaĢı  otuza  yaxın 
idi.  Xırda  bir  ofis  tapdıq,  elanlar  çap  etdirdik,  telefon  çəkdirdik, 
kompyüterlər  aldıq.  Hər  gün  dörd-beĢ  saat  Demokratların  ən  böyük 
tərəfdarlarına  zəng  edirdim  ki,  bəlkə  bir  faydası  oldu.  Mətbuat  konfransı 
keçirsəm də, ora heç kəs təĢrif buyurmadı. Biz hətta müqəddəs Patrik Günü 
Ģərəfinə  olan  kiçik  paradda  iĢtirak  etməyə  ərizə  verdik,  lakin  bizə  dəstənin 
lap  axırında  yer  ayırdılar,  on  könüllü  ilə  birlikdə  mən  zibil  daĢıyan 
maĢınların  qabağında  addımlayırdım  və  az  sayda  hələ  baxmaqda  davam 
edən tamaĢaçılara əl edirdim. Bizim arxamızca isə zibil yığanlar tullantıları 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə