12
qaldığını unuda bilmirəm. Mən həm də yaxĢı baĢa düĢürəm ki, irq və ictimai
sinif həm gizli, həm də açıq Ģəkildə hər bir adamın həyatını formalaĢdırır.
Mənim baxıĢlarım ancaq bununla yekunlaĢmır. Mən bilirəm ki, bizim
partiya da özündən razılığa yuvarlanır, özündə qapanmaya, doqmatizmə əsir
düĢə bilir. Mən azad bazara, rəqabətə, sahibkarlıq ruhuna inanıram və
düĢünürəm ki, çox sayda hökumət proqramları onlara bəslənən ümidləri
doğruldacaqdır. Mən istərdim ki, bizdə hüquqĢünaslar az, mühəndislər isə
çox olsun. Mən düĢünürəm ki, tarixdə Amerika əksər hallarda Ģər deyil,
xeyir gücü olmuĢdur. Mən öz düĢmənlərimiz barədə heç bir illyuziyaya
malik deyiləm və bizim hərbçilərin igidliyinə və professionalığına yüksək
qiymət verirəm. Mən müstəsna olaraq irqi və ya cinsi əlamətlərə, cinsi
orientasiya və ya qurbana çevrilmək kompleksinə əsaslanan siyasəti qəbul
etmirəm. Mən düĢünürəm ki, kasıb rayonların bir çox problemləri
mədəniyyət böhranından meydana çıxır, bu isə pulla həll edilmir və bizim
dəyərlər və bizim mənəvi həyatımız bizim ümumi milli məhsulumuzdan
(GDP) az əhəmiyyət daĢımır.
ġübhəsiz ki, bu baxıĢlar mənə sakit yaĢamağa imkan vermir. Mən siyasi
səhnədə yeni adamam, tam müxtəlif siyasi məslək adamlarının öz baxıĢlarını
əks etdirəcək ekran rolunu hələ oynaya bilmərəm. Bu nöqteyi-nəzərdən mən
hamını olmasa da, çoxlarını məyus edə bilərəm. Ona görə də mənim
kitabımın əsas olmasa da, ikinci məqsədi o barədə danıĢmaqdır ki, rəsmi
vəzifədə olan mən ya baĢqa birisi Ģöhrət Ģirnikləndirilməsindən, hamıya xoĢ
gəlməyə cəhd etməkdən, itkilərdən qorxmaqdan uzaqlaĢa bilər, bu yolla
özündə həqiqət dənini saxlaya, bizim amallarımızı və məqsədlərimizi yada
salan sakit səsi eĢidə bilər.
Bu yaxınlarda mən iĢə gələndə bir reportyor qadın – o, hökumətin iĢini
iĢıqlandıran adam idi, - məni dayandırıb, ilk kitabımı maraqla oxuduğunu
dedi, sonra əlavə etdi:
-
Ġstərdim ki, siz sonrakı kitabınızı da belə maraqlı yaza biləsiniz.
-
O baĢqa sözü demək istəyirdi: «Ġstərdim ki, siz Bġ senatoru
vəzifəsində də belə vicdanlı olaraq qalasınız».
Mən də bunu istərdim. Ümid edirəm ki, bu kitab həmin suala cavab
verməkdə mənə kömək edəcəkdir.
I Fəsil
Respublikaçılar və Demokratlar
13
Çox vaxt mən Kapitoliyə kürsülük mərtəbəsindən daxil oluram. Kiçik
yeraltı qatar məni Hart-bildinqdən bura gətirir. Orada mənim ofisim
yerləĢir. Qatar əlli Ģtatın bayraqları və gerbləri ilə bəzədilmiĢ tunellə hərəkət
edir. Buradakı dayanacaqda mən vaqondan çıxıb, iĢə tələsən əməkdaĢların,
xidmət komandası üzvlərinin, təsadüfi turist qruplarının yanı ilə addımlayıb,
məni ikinci mərtbəyə qaldıracaq köhnə liftin yanına gəlirəm. Liftdən
çıxdıqda daim orada yığıĢan jurnalistlərə əl edir, Kapitoli Polisi ilə
salamlaĢıb, ikilaylı möhtəĢəm qapıdan keçib BirləĢmiĢ ġtatlar Senatının
mərtəbəsinə daxil oluram.
Senatın iclas zalı Kapitoli binasında heç də ən gözəl məkan deyildir,
lakin hər halda adamda müəyyən təəssürat yaradır. Bej rəngli divarların
panellərinə mavi ipək çəkilmiĢdir, sütunlar isə zərif damarcıqları olan
mərmərlə üzlənmiĢdir. Tavanda açıq sarı rəngli oval plafonun ortasında
Amerika qartalının Ģəkli çəkilmiĢdir. Qonaqlar qalereyasının yuxarısında
təntənəli qaydada təsvir edilən ilk iyirmi vitse-prezidentin büstü
qoyulmuĢdur.
Bir neçə addımlıqda dörd nal Ģəkilli cərgələrdə qırmızı ağacdan
hazırlanmıĢ yüz stol gözə çarpır. Bunlardan bir neçəsi 1819-cu ildən
qoyulanlardır, hər birinin üstündə mərəkkəbqabı üçün səliqəli deĢik və
qələmi qoymaq üçün yer vardır. Ġstənilən stolun siyirməsini açdıqda orada
onun keçmiĢ sahibinin qələmlə yazılmıĢ və ya hətta senatorun öz əli ilə
cızılmıĢ adlarını görərsən. Taftın və ya Lonqun, Stennisin və ya Kennedinin
adına rast gələ bilərsən. Bəzən bu zalda dayandıqda mənim xəyalıma Pol
Duqlasın və Hubert Hamfrinin öz stolları arxasında oturub, vətəndaĢ
hüquqları haqqında hansısa qanunun qəbul edilməsi üstündə qızğın
mübahisə aparmaları gəlir. Və yaxud Co Makkarti özünün növbəti ifĢalarına
hazırlaĢanda qəzəblə kağızları araĢdırır və ya Lindon Conson (LVJ) yuxarı
qaldırılan əlləri sayır. Bəzən mən, Deniel Uebsterin stolunun yanında
dayanıram, onun deputatlarla və qonaqlarla dolu zal qarĢısında ayağa qalxıb,
gözləri parıldıya-parıldıya ayrılmaq qüvvələrinə qarĢı qəzəbli Ģəkildə Birliyi
müdafiə etməsini təsəvvür edirəm.
Lakin bu anlar tezliklə də solub, yoxa çıxır. Səsvermə cəmi bir neçə
dəqiqə davam edir, nə mən, nə kolleqalarım Senat mərtəbəsində çox
qalmırıq. Çox hallarda məsələnin həllini, məsələn, hansı qanun layihələrinin
və nə vaxt müzakirə edilməsini, hansı düzəliĢlərdən söhbət gedəcəyini,
razılaĢmayan senatorların əməkdaĢlığa necə cəlb edilməsini qabaqcadan
çoxluğun rəhbəri, müvafiq komitənin sədri, onun əməkdaĢları, məsələnin
ziddiyətli olmasından və qanun layihəsinin hazırlayan Respublikaçının
baxıĢlarının geniĢliyindən asılı olaraq Demokratlar cəbhəsindən olan
14
opponentlərlə razılaĢdırırlar. Biz bu mərtəbəyə düĢdükdə və məmur siyahını
oxuduqda senatorların hər biri öz əməkdaĢları ilə, qapalı partiya yığıncağının
sədri, lobbiçilərlə, maraq qrupları ilə məsləhətləĢdikdən sonra, həm də iĢə
aid olan yazıĢmaları, ideoloji fikir ayrılıqlarını öyrəndikdən sonra bu və ya
digər məsələ haqqında hansı rəyə gəlmək lazım olduğunu bilir.
Bütün bunlar prosesi səmərəli edir və ona görə də bütün iĢtirakçılar
bunu yüksək qiymətləndirdiklərindən Kapitolidə on iki və ya on üç saatlıq
iĢlədikdən sonra öz ofisinə qayıtmağa can atırlar ki, seciləri ilə görüĢsünlər,
telefon zənglərinə cavab versinlər, sponsorlarla təyin edilmiĢ görüĢ üçün
mehmanxanaya getsinlər və ya bir baĢa efirdə intervyu verməyə tələssinlər.
Əgər siz burada bir qədər çox qalsanız, güman ki, öz stolunun arxasında
dayanmıĢ senatoru görəcəksən hamı çıxıb getsə də, o, zal qarĢısında ucadan
bəyanat verir. Bəlkə də o, qanun layihəsini təqdim edir və ya ümummilli
miqyasdakı problem barədə rəyini bildirir. Senatorun səsində ehtiras hiss
olunur, yoxsulluqla mübarizənin kiçildilmiĢ proqramı ilə və ya hakim
vəzifəsinə
təyinatdakı
maneələrlə
əlaqədar
arqumentləri,
enerji
müstəqilliyinin gücləndirilməsi zərurətinin xeyrinə onun dəlilləri, bəlkə də,
tam məntiqi və əsaslıdır. Lakin o, yarımboĢ zala müraciət edir, onun
dinləyiciləri sədr, bir neçə əməkdaĢ, Senat reportyoru və bir də ictimai-siyasi
kabel televiziya Ģəbəkəsinin (C-SPAN) gözünü qırpmayan kamerasıdır.
Natiq çıxıĢını baĢa çatdırır. Göy uniformada olan iĢçi ona yaxınlaĢır və rəsmi
qeydiyyat üçün yazılmıĢ vərəqələri səssizcə götürüb aparır. Senator çıxır və
o dəqiqəcə onun yerini baĢqa birisi tutur. Yenə də eyni mərasim təkrar edilir.
Dünyada ən nəhəng müzakirə orqanında onları heç kəs dinləmir.
4 yanvar 2005-ci il hadisəsini, həmin gün Senatın üçdə bir yeni üzvü ilə
mən 109-cu Konqressin üzvü kimi and içdim, aydın olmayan gözəl cizgiləri
ilə xatırlayıram. GünəĢ parlaq iĢıq saçırdı, havada fəsilə uyğun gəlməyən bir
istilik var idi. Ġllinoysdan, Havay adalarından, Londondan və Keniyadan
gələn ailə üzvlərim və dostlarım Senatın qonaqlar qalereyasına
toplaĢmıĢdılar və yeni kolleqalarım kimi mənim də mərmərdən ucaldılmıĢ
yerin yanında dayanıb sağ əlimi qaldırmaqla and içməyimə sevinclə tamaĢa
edirdilər. Senatın köhnə zalında mən arvadım MiĢel və qızlarımla birlikdə
bütün mərasimi təkrar etdim və vitse-prezident Çeyni ilə Ģəkil çəkdirdik
(qaydalara tam müvafiq olaraq altı yaĢlı qızım Maliya ədəblə vitse-
prezidentin əlini sıxdı, bu vaxt üç yaĢlı SaĢa isə əllərini bərkdən onun əlinə
çırpdı, sonra çönüb birbaĢa telekameraya əlini yellədi). Sonra qızların
tullana-tullana Kapitolinin Ģərq pilləkənləri ilə qaçdıqlarını gördüm, onların
yubkalarının çəhrayı və qırmızı rəngdə olan və qalxan büzmləri Ali
Dostları ilə paylaş: |