Барак Обама



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə14/134
tarix18.06.2018
ölçüsü4,8 Kb.
#49652
1   ...   10   11   12   13   14   15   16   17   ...   134

 
31 
Həqiqətən  də  müddətinin  sonunda  Klintonun  Ģübhəsiz  ki,  proqressiv, 
həm də öz məqsədlərinə görə mötədil olan siyasi proqramları ictimaiyyətdən 
geniĢ  dəstək  aldı.  Siyasətdə  o,  Demokratların  bəzi  sui-istifadələrə  yol 
vermələrinə  dözdüyünə  görə,  Demokratlar  nəticədə  seçkiləri  uduzdular. 
Sürətli  iqtisadi  inkiĢafa  baxmayaraq  o,  populyar  siyasi  Ģüarları  iĢlək  bir 
hakim koalisiyaya çevirə bilmədi və bu, dolayı da  olsa ənənəvi demokratik 
ərazilərdə  demoqrafik  böhranın  olduğunu  (xüsusən,  doğum  artımı 
mərkəzinin  möhkəmlənən  amerikan  Cənubuna  keçməsi),  həm  də 
Respublikaçıların 
Senatda 
əldə 
etdikləri 
struktur 
üstünlüklərin 
mövcudluğunu  təsdiq  etdi.  Çünki,  493.782    nəfər  əhali  yaĢayan 
Vayominqdən  olan  iki  Respublikaçının  səsi,  əhalisi  33.871.648  adamdan 
ibarət olan Kaliforniyadan olan iki Demokratın səsinə bərabərləĢirdi. 
Hər  Ģeydən  əvvəl  müvəffəqiyyətsizlik  Qinqriç,  Rouv,  Norkvist  və 
onlara  bənzəyən  digərləri  üçün  sınağa,  mühafizəkar  hərəkatını  birləĢdirmək 
və  təĢkil  etmək  bacarığı  üçün  testə  çevrildi.  Onlar  iri  Ģirkətlərin  və  varlı 
adamların  qeyri-məhdud  pullarını  cəlb  edib,  beyin  trestlərindən  və  media 
imkanlarından  bütöv  Ģəbəkə  yaratdılar.  Onlar  texnologiyanın  ən  yeni 
nailiyyətlərini  öz  məafelərinə  xidmətə  yönəltdilər  və  partiya  intizamını 
gücləndirmək üçün Nümayəndələr palatasında hakimiyyəti ələ keçirdilər. 
Uzunmüddətli  mühafizəkar  çoxluqda  təmsil  olunmalarına  Klintonun 
Ģəxsində olan təhlükəni onlar vaxtında hiss etdilər və bu, Klintonun üzərinə 
niyə  belə  qızğın  Ģəkildə  hücuma  keçilməsinə  aydınlıq  gətirdi.  Klintonun 
mənəvi  simasına  olan  hücumlar  da  bununla  izah  olunurdu,    onun  siyasi 
xəttini  radikal  adlandırmaq  mümkün  deyildisə,  Ģəxsi  həyatı  bu  vaxt 
mühafizəkarlar üçün artıq bol material verdi (burada məktubun ilkin variantı 
epopeyası  da,  marixuana  ilə  nadinclik  də,  «Məxmər  liqasının» 
intellektualizmi də, piroq biĢirə bilməyən iĢləyən arvadı da, ən baĢlıcası isə – 
seks  var  idi).  Kifayət  miqdardakı  təkrarların,  faktlarla  sərbəst  müraciətin, 
Ģəxsi  səhvlərinin  təkzib  olunmayan  sübutlarının  köməyi  ilə  Klintonu, 
altmıĢıncı  illər  liberalizminin,  mühafizəkar  hərəkatı  qamçılayan  elə  həmin 
xüsusiyyətlərin  təcəssümünə  çevirdilər.  Klinton  bu  hərəkatla  döyüĢü  heç-
heçə  qurtara  bilsə  də,  mühafizəkarlar  bundan  yalnız  gücləndilər  və  Corc 
U.BuĢun  prezidentliyinin  birinci  müddətində  bu  hərəkat  BirləĢmiĢ  ġtatlar 
hökumətində üstünlüyü əldə etdi.  
Mən yaxĢı anlayıram ki, bu tarixi çox ümumi Ģəkildə nəql etdim. Həmin 
dövrün mühüm hadisələrini, məsələn, istehsalın aĢağı düĢməsini və Reyqan 
dövründə  aviadispetçerlərin  kütləvi  Ģəkildə  iĢdən  çıxarılmasının  amerikan 
həmkarlar ittifaqı hərəkatına ölümcül zərbə vurmasını, Cənubda Konqressə 
seçkilər  üzrə  seçki  dairələrinin  yaradılmasında  «çoxluq-azlıq»  prinsipi 
hesabına  qaradərili  nümayəndələrin  sayının  artması  və  həmin  regionda 


 
32 
Demokratların  təmsil  olunmalarının  azalmasını,  Klintonun  qarĢılaĢdığı 
Demokrat  konqressmenlərin  inadkarlıqla  əməkdaĢlıq  etmək  istəməməsini, 
özlərinin  mübarizənin  episentrinə  düĢmələrini  belə  anlamamalarını  mən 
yada  salmadım.  Onu  da  demədim  ki,  hiyləgər  seçkiqabağı  fırıldaqlar 
Konqressi  parçalayırdı,  pul  və  televiziya  ilə  verilən  antireklam  atmosferi 
zəhərləyirdi.  Qocaman  VaĢinqton  siyasətçisi  ilə  köhnə  söhbətimi 
xatırlayanda,  Corc  Kennan  və  Corc  MarĢallın  gördükləri  iĢlər  barədə 
düĢüncəyə dalanda, Bobbi Kennedi və Everett Dirksenin nitqlərini oxuyanda 
bir  fikirdən  yayına  bilmirəm  ki,  bizim  günlərimizin  siyasi  həyatı  məhz 
inkiĢafın  ləngiməsindən  əziyyət  çəkir.  Həmin  adamlar  üçün  Amerikanın 
keçirdiyi çətinliklər heç də abstraksiya deyildi və buna görə də sadə Ģəkildə 
də    görünmürdü.  Müharibədə  iĢtirak  etmək  qərarı  çox  ağır  olsa  da,  tam 
düzgün  idi.  Ən  iri  miqyaslı  planlara  baxmayaraq  iqtisadiyyat  göz  önündə 
çökürdü.  Adamlar  bütün  həyatı  boyu  dincəlmədən  iĢləyir,  lakin  heç  nəyə 
malik deyildilər.  
Onların  arxasınca  gələn  və  onları  əvəz  edən  liderlər  nəsli,  müqayisə 
edildikdə  rahat  Ģəraitdə  böyümüĢdülər,  bu  nəslin  həyat  təcrübəsi  siyasətə 
baĢqa  münasibətin  bəslənməsini  ĢərtləndirmiĢdi.  Klintonla  Qinqriç 
arasındakı  vurnuxmalar,  2000-ci  və  2004-cü  illərin  seçkilərinin  özü  mənə 
«Doğum  canlanması»  nəslinin  bütün  ölkə  qarĢısında  nümayiĢ  etdirdikləri 
psixoloji dramı xatırladırdı. Bu, köhnə incikliyə görə hesab çəkən, bir tələbə 
kampusunda  yaĢadıqları  dövrdən  qisas  almaq  istəyən  adamların  gözləri 
qarĢısında  baĢ  verirdi.  AltmıĢıncı  illər  nəslinin  nailiyyətləri  –  azlıqlara  və 
qadınlara  tam  vətəndaĢ  hüquqları  vermək,  Ģəxsi  azadlıqları  gücləndirmək, 
avtoritetlərin fikrinə qarĢı çıxmağa hazır olmaq - Amerikanın öz vətəndaĢları 
qarĢısındakı  cazibədarlığını  xeyli  gücləndirirdi.  Lakin  bizi  amerikalı  edən 
ümumi məsuliyyət, etibar, yoldaĢlıq hissi birdəfəlik itirildi və hələ də bərpa 
edilməmiĢdir. 
Onda, bəs nəyə malikik? Nəzəri olaraq Respublikaçılar öz sıralarından 
yeni  Klintonu,  sağ  qanad  liderini  irəli  sürə  bilərlər  və  o,  Klinton  maliyyə 
siyasətinin  mühafizəkar  xarakterini  qoruyub  saxlaya,  lakin  eyni  zamanda 
federal bürokratiyanın köhnə binasını böyük səylə yenidən qurmağa və bazar 
prinsiplərinə  və  etibarlı  tədbirlərə  əsaslanan  sosial  siyasət  problemlərinin 
həlli  ilə  eksperimentlər  aparmağa  baĢlaya  bilər.  Belə  bir  lider  hələ  də 
meydana  çıxa  bilər.  Respublikaçı  məmurların  heç  də  hamısı  indiki 
mühafizəkarların  ehkamlarının  tərəfdarları  deyillər.  Həm  Nümayəndələr 
palatasında,  həm  Senatda,  ölkədəki  bütün  Ģtatlrın  paytaxtlarında  ənənəvi 
mühafizəkar ləyaqətlərinin, mülayimliyin və ciddiliyin çox sayda tərəfdarları 
vardır,  bu  adamlar  etiraf  edirlər  ki,  varlılar  üçün  olan  vergi  güzəĢtlərinin 
altından  çıxmaq  nəticəsində  yaranan  borcların  artması  məsuliyyətsiz  bir 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə