Bank sferasında risk menecmentinə təsir edən amillərin optimallaşdırılması

Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə8/31
tarix17.05.2022
ölçüsü1,54 Mb.
#87197
1   ...   4   5   6   7   8   9   10   11   ...   31
BRAH-ML-M-S-NB-R-NAT-Q-q-z-n-n

2.

Alternativlik;

3.

Qeyri-müəyyənlik. 

Bu xüsusiyyətlərin hər birinə ayrıca nəzər salsaq  ilk öncə ziddiyyətlilik  haqqında 

qeyd  edə  bilərik  ki,  risk    prosesində  ziddiyyətlilik  özünü  o  zaman  göstərir  ki, 

ideyaların,  təşəbbüslərin,  eksperimentlərin  reallaşmasını  təmin  edir,  yəni  ictimai 

texniki tərəqqini sürətləndirir. Digər tərəfdən isə daha böyük  hadisələrin inkişafına 

mane olur və sosial tərəqqinin ləngiməsinə səbəb olur. Bu zaman riskin ziddiyyətli 

xüsusiyyəti özünü büruzə verir.  

Riskin  alternativlik  xüsusiyyəti  isə  qərarların  qəbul  edilməsi  prosesində  bir 

neçə mümkün variantların mövcudluğu və onların seçilməsi ilə əlaqəlidir. Belə ki, 

alternativ  seçimi  olmadığı  zaman  da  riskli  vəziyyət  də  yaranmır.  Alternativliklə 

yanaşı, riskin mövcudluğu birbaşa olaraq onun qeyri müəyyənliyi ilə əlaqəlidir. 

     Müxtəlif  dövrlərdə  risk  anlayışının  məzmununun  izah  edilməsi  ilə  əlaqədar 

iqtisad  elmində  aparılan  müzakirələr,  risk  haqqında  müxtəlif  nəzəriyyələrin  

formalaşması  ilə  nəticələnmişdir.  Bunlara  müvafiq  olaraq,  əsasən  riskin  klassik  

neoklassik  nəzəriyyələri  mövcuddur.  Klassik  risk  nəzəriyyəsinin  görkəmli 

nümayəndələri  Mil  və  Seniordur.  Bu  nəzəriyyəyə  görə  risk    verdiyiniz  bu  və  ya 

digər  qərarın  reallaşması  nəticəsində  baş  verə  bilən  itkilərin  gözlənilməsi  ilə 

eyniləşdirilir.  Neoklassik  nəzəriyyə  2  maddəyə  əsaslanır.  Burada  deyilir  ki,  qeyri 

müəyyənlik  şəraitində  fəaliyyət  göstərən  müəssisələr  2  əsas  xüsusiyyəti  özündə 

rəhbər tutmalıdır : 

1.

gözlənilən mənfəətin ölçüsü; 

2.

mümkün tərəddüdlərin kəmiyyəti.  

Bu  nəzəriyyə  daha  sonra  Keyns    tərəfindən  təkmilləşdirilmiş  və  Keynsin  

təkmilləşdirmişik  neoklassik  nəzəriyyəsi  kimi  iqtisadi  risk  nəzəriyyələri  tarixinə 

daxil edilmişdir. Belə ki, bu nəzəriyyənin  təkmilləşdirilməsinin məzmunu bundan 

ibarətdir  ki,  qeyri-müəyyənlik  şəraitində  qərarların  qəbulu  üçün  sadəcə  olaraq 

mənfəətin  gözlənilən  səviyyəsindəki  kənarlaşmalar  deyil,  həm  də  gözlənən 

mənfəət səviyyəsində özünü nəzərə almaq mütləqdir.  

       Risk  anlayışından  bəhs  edərkən,    bank  risklərinin  də    məzmununa  nəzər 

salmaq  mühüm  əhəmiyyət  kəsb  edir.  Hər  şeydən  öncə  qeyd  etməliyik  ki,    bir 

tədqiqat obyekti kimi bank riskləri yalnız müasir dövrə aid deyil. Bank risklərinin 

bankların  fəaliyyətindəki  rolu    hələ  qədim  zamanlardan  tədqiqatçılar  tərəfindən 

təhlil  edilmişdir.  Belə  ki,  məşhur  rus  iqtisadçısı  N.X.Bunqe    öz  tədqiqatlarında 

bank risklərindən bəhs etmiş və ümumilikdə qeyd etmişdir ki, öhdəliklərin düzgün 

və  səlis  icra  edilməsi  risklərin  azaldılmasında  çox  mühüm  əhəmiyyət  kəsb  edir. 

Xüsusilə də rəqabətin kəskinləşdiyi bir dövrdə banklar risk amilinə daha çox diqqət 

yetirirlər. Bu baxımdan daha bank sferasında meydana gələn risklərin azaldılması 

və aradan qaldırılması ilə əlaqədar fəaliyyəti və ideyalarına bank elmində və bank 

təcrübəsində  mühüm  ehtiyac  vardır.  İqtisadi  fəaliyyət  kateqoriyası  hesab  edilən 

bank fəaliyyətində subyektlər arasında qarşılıqlı münasibətlərdə risk qanuni olaraq 

daima  mövcuddur.  Belə  ki,  bu  sferada  istənilən  iqtisadi  əməliyyatların  yerinə 

yetirilməsi zamanı gözlənilməz hallar  formalaşa bilər. Bu əlverişsiz hallar zamanı 

baş  verən  hadisələrin  mənfi  gedişatının  qarşısının  alınması,  fəaliyyətin  düzgün 

tənzimlənməsi  və  meydana  çıxa  biləcək  mənfi  nəticələrin  aradan  qaldırılması 

məqsədilə banklarda yarana biləcək risklərin qarşısını əvvəlcədən almalı və onların 

mənfi  nəticələrindən  bankın  fəaliyyətinə  təsirini  daim  diqqət  mərkəzində 

saxlamalıdırlar.  

10 

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə