Bank sferasında risk menecmentinə təsir edən amillərin optimallaşdırılması



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə10/31
tarix17.05.2022
ölçüsü1,54 Mb.
#87197
1   ...   6   7   8   9   10   11   12   13   ...   31
BRAH-ML-M-S-NB-R-NAT-Q-q-z-n-n

Sxem 2

2

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

                                                           



2

 

Riskin funksiyaları   

 

Riskin funksiyaları  

Stimullaşdırıcı 

Müdafiə  

Konstruktiv  

Dekonstruktiv  

Tarixi genetik  

Sosial-hüquqi  

İnnovasiya 

İnvestisiya 

Ehtiyat fondu 

Sığorta fondu  

Cinayət və mülki 

məcəllənin müddəaları  




14 

 

 



 

 

1.2.



 

Risklərin formalaşması, klassifikasiyası 

           Risklərin  idarə  olunmasının  təşkilinin  səmərəliliyi  və  ümumilikdə  bank 

sferasında    bank  fəaliyyətinin  genişlənməsi  bank  məhsulları  və  xidmətlərinin 

çoxşaxəliliyini    nəzərə  alaraq  qeyd  edə  bilərik  ki,  risklərin    təsnifləşdirilməsi 

mühüm  əhəmiyyətə  malikdir.  Bank  kreditlərinin  təsnifləşdirilməsini  aşağıdakı 

formada göstərə bilərik.  



Sxem 3

3

  

Riskin səviyyəsinə görə 

Makro səviyyədə risklər 

Mikro səviyyədə risklər 

Yaranma zamanına görə 

Cari risklər 

Perspektiv riski 

Retrospektiv risklər 

 

Müştəri bazasının tərkibinə əsasən 



 müştərilərin sahə strukturuna uyğun 

formalaşan risklər 

Iri, orta və xırda müştərilərdən irəli gələn 

risklər 


 

 

Risk  əmələ gətirən amillərə görə 



Daxili risklər – Bu daha çox bankın aktiv və 

passiv əməliyyatları ilə əlaqədar və eləcə də 

maliyyə xidmətlərinin satışı və idarə 

olunmasının keyfiyyəti ilə əlaqədar risklərə aid 

edilir. 

Xarici risklər – iqtisadi, demoqrafik, sosial 

siyasi və digər 

Bank məhsulu, xidməti əməliyyatların 

xarakterinə görə 

Hesablaşma riski 

Valyuta riski 

Əməliyyat riski 

Kredit riski 

 

Ölkədən irəli gələn risk 



                                                           

 

İradəli qərar  




15 

 

Riskin təsir dərəcəsi və miqyasına görə 



Bank əməliyyatlarından formalaşan risklər  

Maliyyə məsuliyyəti daşıyan mərkəzlərin 

fəaliyyəti ilə əlaqədar yaranan riskdir. 

Bankın növünə görə 

Ixtisaslaşmış Bankın Riski 

Sahə bankının  riski 

 

Bankın dayanıqlı inkişafının təminatı 



səviyyəsinə görə 

Kapital bazası risk 

Faiz riski 

Gəlirlərin itirilməsi riski 

Balanslaşdırılmamış likvidlik riski 

Rəqabət qabiliyyətinin itirilməsi riski 

 

  

Bankdan asılılıq səviyyəsinə görə 



 

Bankın fəaliyyətindən asılı olaraq formalaşan 

risklər 

Bankın fəaliyyətindən asılı olmayaraq, 

formalaşan hisslər 

 

Riskin qiymətinə görə 



Tam risklər 

Mülayim risklər 

Aşağı risklər 

4

 



Qeyd  etdiyimiz  bu  təsnifat  formasında    xarici  risklərin    tərkibinə  siyasi  risklərin  

bank  fəaliyyətinə  mənfi  təsir  edən  risk  qrupu  da  aid  edilir.  Siyasi  risklər  aşağıda 

göstərilənlərlə əlaqədardır: 

 



siyasi rejimin dəyişməsi, kapital itkisinə  müvafiq kompensasiya edilmədən 

əmlakın milliləşdirilməsi  

 

müharibə,  hərcmərclik  



 

bank  kontragentinin  yerləşdiyi  dövlətin  icra  orqanlarının  qərarlarına  əsasən 



sərhədlərin bağlanması, müqavilələrin pozulması  

Makro  səviyyədə  risklər  isə    ölkə  iqtisadiyyatında  baş  verən  bir  sıra  proseslərlə, 

xüsusilə  valyuta  məzənnəsində  baş  verən  dəyişikliklərlə  əlaqəlidir.  Belə  ki, 

                                                           



4

 

Bank risklərinin təsnifləşdirilməsi. 

Mənbə : Kazımlı X. , Quliyev İ. “İqtisadi risklərin 

qiymətləndirilməsi və idarə edilməsi” , Bakı, 2011 

 



16 

 

Mərkəzi Bankın kommersiya banklarının fəaliyyət normaları ilə əlaqədar müəyyən 



etdiyi  qaydalara  baxması  və  müəyyən  dəyişikliklər  etməsi  bank  fəaliyyətinin 

miqyasına ciddi formada təsir göstərə bilər.  

Rus  tədqiqatçısı  V.V.Kiselev  Bank  risklərini  5  kateqoriyaya  bölmüşdür.  Onlar 

müvafiq olaraq: 

 

Kredit riski; 



 

Faiz riski; 



 

Likvidlik riski; 



 

Bazar riski; 



 

ödəniş qabiliyyətsizliyi və ya müflisləşmə riski.  



Bank  riskinin    xüsusiyyəti  ondan  ibarətdir  ki,  o  ictimai  məhsulun  istehsalı  və 

tədavülü  proseslərini  əks  etdirməklə  yanaşı,  həm  də  mübadilə  sferasının 

dövriyyəsindən formalaşır. Ölkəmizdə  bank riski  müstəqilik əldə etdikdən sonra  

bank  fəaliyyətinin  və  bank  sisteminin  formalaşması  ilə  əlaqədar  olaraq  meydana 

çıxmışdır.  

           Kredit riski maliyyə riskləri kateqoriyasının tərkib hissəsi olub, ilk növbədə, 

kontragentlərin  öhdəlikləri  yerinə  yetirmədikləri  halda  yaranan  maliyyə  itkisini 

ifadə  edir.  Bununla  yanaşı,  kredit  riski  borcalan  tərəfindən  kreditə  görə 

hesablanmış faizin ödənilməməsi ilə əlaqədar olaraq yaranır. Bu zaman müştərinin 

bank  tərəfindən  təklif  edilən  kredit  faizlərinin  yüksək  olması  nəticəsində 

ödənilməməsi  ilə  bağlı  yarana  biləcək  itkilər  ifadə  edir.  Kredit  riskinin    tərkib 

hissələrindən biri də sahə riski hesab edilir. Bu risk kateqoriyası xüsusilə hər hansı 

bir  inkişaf  sahəsinin  perspektivləri  və  onun  yerləşmə  məntəqəsi  ilə  bağlı  olub, 

ölkədə  mövcud  risk  üzrə  qeyri-müəyyənlik  ilə  sıx  şəkildə  uzlaşır.  Ümumilikdə 

kredit  riski  kredit  prosesinin  istənilən  mərhələsi  üçün  valyuta  əməliyyatlarının  

icrasında,  banklararası  əməliyyatların  icrası  və  eləcə  də  qiymətli  kağızlar 

istehsalında və diler fəaliyyəti sahələrində mövcud olur.  

           Likvidlik  riskləri.  İlk  öncə  qeyd  etməliyik  ki,  kommersiya  banklarının 

likvidli  olması    onların  əmanətçilərlə  borclular  qarşısında  öhdəliklərinin  vaxtında 



17 

 

icra  etmək  bacarığı  ilə  ölçülür.  Bu  zaman  ödəniş  sabitliyinin  kifayət  qədər 



olmaması  və  bankın  müştəriləri  qarşısında  öz  öhdəliklərini  icra  edə  bilməməsi 

likvidlik riskinin yaranmasına səbəb olur. Bankın likvidlik riskini müəyyən etmək 

olduqca mürəkkəbdir. Buna səbəb bankın fəaliyyətinə bir sıra amillərin təsir etməsi 

ilə  əlaqəlidir.  Belə  ki,  bu  amillərə  bank  da  öz  növbəsində  əks  təsir  edə  bilmir. 

Likvidlik  səviyyəsini  müəyyən  edən  ən  sadə  üsullardan  biri  isə  kredit  təşkilatının 

illik    aktivlərinin  ümumi  aktivlərə  olan  nisbətidir.  Ümumilikdə,  likvidliyi  

müəyyənləşdirərkən  bir  sıra  suallar  formalaşır  ki,  ən  asası  aktivlərdən  hansısa 

birini  daha  likvidli  hesab  etmək  mümkündür  və  bu  zaman  cavablar  heç  də 

birmənalı  olmur.  Bu  istiqamətdə  kommersiya  banklarında  formalaşan  problemlər 

“müəyyən  müddət  ərzində  ödənilən  lakin  həmin  müddətə  kimi  0-a  bərabər 

dövriyyədə olan kredit qoyuluşu likvidlik kredit kimi təqdim edilməlidirmi”  kimi 

suallarla 

əlaqəlidir. 

Kommersiya 

banklarının 

ödəniş 


qabiliyyətinin 

müəyyənləşdirilməsi  və  buna  müvafiq  likvidlik  riskinin  formalaşması  səviyyəsi, 

Maliyyə  Bazarlarına  Nəzarət  Palatasının    xüsusi  yanaşmasına  uyğun  olaraq 

müəyyən edilir.  Belə ki, bu yanaşmaya görə likvidli aktivlər, kredit qoyuluşundan 

ibarət olan yüksək likvidli aktivdir və 30 günü ərzində ödənilməsi nəzərdə tutulan 

kreditlərdən ibarət likvidli aktivlərə bölünür.  

           Qiymət  riski  .  Kredit  və  likvidlik  riski  ilə  birgə  maliyyə  risklərinin  tərkib 

hissəsi  hesab  edilir.  Qiymət  riski  də  kommersiya  banklarında  aktivlərin  və  bank 

öhdəliklərindən  əldə  olunan  gəlirlərin  gözlənilmədən  dəyişməsi  mümkünlüyü  ilə  

əlaqəlidir və bu qrupa 3 risk  kateqoriyası aid edilir.  

1.

 

Faiz dərəcəsinin dəyişmə riski  



2.

 

Valyuta riskləri  



3.

 

Bazar riskləri   



4.

 

Bazis riskləri      



           Faiz  dərəcəsinin  dəyişmə  riski    kreditlərə  və  öhdəliklərə  təsir  edən  risk 

növünə  aid  edilir.  Faiz  dərəcəsinin  dəyişməsi  əsasən  bazar  iqtisadiyyatında 

mövcud olan qeyri-müəyyənlik situasiyası zamanı meydana çıxır və bu zaman da 

qeyri  sabitliyin  nəticəsi  olaraq,  bankın  passiv  və  aktiv  əməliyyatlarına  təsir 




18 

 

göstərir.  Ümumilikdə,  rəqabətin  kəskin  artması  və  maliyyə  bazarının 



mürəkkəbləşməsi  faiz dərəcəsinin dəyişmə riskini bir o qədər artırır.  

           Bazis  riskləri.  Bazis  riski  faiz  dərəcəsinin  dəyişkənliyi  riskinin    əksinə 

olaraq faiz dərəcəsi səviyyəsinin dəyişməsi ilə deyil, əksinə olaraq bank sferasında 

faiz  dərəcəsinin  strukturunda  hərəkətlə  sıx  əlaqəlidir.  Bu  risk  eyni  zamanda,  ayrı 

cari  faiz  dərəcələrinin  hərəkətinə  asimmetriyanın  yaranması  ilə  şərtləndirilmişdir. 

Ancaq bu mütənasibliyə nail olsa da, faiz dərəcəsinin dəyişmə riskinin meylliyini 

hələ də ləğv edə bilməmişdir.  


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə