Bank sferasında risk menecmentinə təsir edən amillərin optimallaşdırılması



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə9/31
tarix17.05.2022
ölçüsü1,54 Mb.
#87197
1   ...   5   6   7   8   9   10   11   12   ...   31
BRAH-ML-M-S-NB-R-NAT-Q-q-z-n-n

Sxem 

𝟏

1



 

    


 

 

 



 

 

 



 

 

       



 

 

                                                           



1

 

İqtisadi risk nəzəriyyələri və meyarları [ 6, səh.17]

 

İqtisadi risk 

nəzəriyyələri  

 

Klassik 



Neoklassik  

 

Təkmilləşdirilmiş 



neoklassik  

gözlənilən itkilər üzrə 

qərarların qəbulu  

gözlənilən mənfəətdən  

kənarlaşmalar üzrə qərarların 

qəbulu 


gözlənilən kənarlaşmalar və 

mənfəətin miqdarı üzrə 

qərarların qəbulu  



11 

 

 Risk  anlayışından  bəhs  edərkən,    bank  risklərinin  də    məzmununa  nəzər  salmaq 



mühüm  əhəmiyyət  kəsb  edir.  Hər  şeydən  öncə  qeyd  etməliyik  ki,    bir  tədqiqat 

obyekti kimi bank riskləri yalnız müasir dövrə aid deyil. Bank risklərinin bankların 

fəaliyyətindəki  rolu    hələ  qədim  zamanlardan  tədqiqatçılar  tərəfindən  təhlil 

edilmişdir.  Belə  ki,  məşhur  rus  iqtisadçısı  N.X.Bunqe    öz  tədqiqatlarında  bank 

risklərindən  bəhs  etmiş  və  ümumilikdə  qeyd  etmişdir  ki,  öhdəliklərin  düzgün  və 

səlis  icra  edilməsi  risklərin  azaldılmasında  çox  mühüm  əhəmiyyət  kəsb  edir. 

Xüsusilə də rəqabətin kəskinləşdiyi bir dövrdə banklar risk amilinə daha çox diqqət 

yetirirlər. Bu baxımdan daha bank sferasında meydana gələn risklərin azaldılması 

və aradan qaldırılması ilə əlaqədar fəaliyyəti və ideyalarına bank elmində və bank 

təcrübəsində  mühüm  ehtiyac  vardır.  İqtisadi  fəaliyyət  kateqoriyası  hesab  edilən 

bank fəaliyyətində subyektlər arasında qarşılıqlı münasibətlərdə risk qanuni olaraq 

daima  mövcuddur.  Belə  ki,  bu  sferada  istənilən  iqtisadi  əməliyyatların  yerinə 

yetirilməsi zamanı gözlənilməz hallar  formalaşa bilər. Bu əlverişsiz hallar zamanı 

baş  verən  hadisələrin  mənfi  gedişatının  qarşısının  alınması,  fəaliyyətin  düzgün 

tənzimlənməsi  və  meydana  çıxa  biləcək  mənfi  nəticələrin  aradan  qaldırılması 

məqsədilə banklarda yarana biləcək risklərin qarşısını əvvəlcədən almalı və onların 

mənfi  nəticələrindən  bankın  fəaliyyətinə  təsirini  daim  diqqət  mərkəzində 

saxlamalıdırlar.  

      Terminologiya  baxımından  risk  anlayışının  təhlükə  zamanı  baş  verə  biləcək 

itkilər  kimi  də  xarakterizə  olunduğunu  artıq  bilirik.  Maliyyə  kredit  baxımından  

bank  riski  daha  çox  kredit  mütəxəssisləri  tərəfindən  icra  edilən  bank 

əməliyyatlarının xüsusiyyətlərindən irəli gələn itkilərin təhlükəsi kimi şərh edilir. 

Belə  ki  ,  A.A.Xundriyev  Bank  risk  haqqında  söyləmişdir  :  “Risk  arzuolunmayan 

hadisələrin  nəticəsində  meydana  gələn  mümkün  itki  və  təhlükələrdir”.  İ.O.Krolli 

isə    qeyd  etmişdir  ki,  risk bankın öz  vəsaitlərinin  bir  hissəsini itirməsi  gözlənilən 

gəlirlərin  əldə  edilməsi  ehtimalı  ilə  əlaqədar  maliyyə  əməliyyatlarının  həyata 

keçirilməsi  zamanı  yaranan  əlavə  xərclərdir.  Sevruk  riski  bank  riskinin  və  bank 

fəaliyyətinin  nəticələrinin  qeyri  müəyyənliyi  və  uğursuz  fəaliyyəti  nəticəsində 

meydana gələn əlverişsiz şəraiti kimi ifadə etmişdir.  



12 

 

          Müxtəlif mütəxəssislər tərəfindən  risk anlayışına verilən təriflərin birtərəfli 



yanaşmaları  nəzərə  alaraq  qeyd  edə  bilərik  ki,  sonradan  mütəxəssislər  risk 

anlayışının  çoxaspektli    olduğunu  nəzərə  alaraq,  müxtəlif  fəaliyyət  sferaları  üzrə 

“sahibkarlıq  riski”,  “işgüzar  riski”    kimi  anlayışlardan  istifadə  etmişlər.  Lakin 

bütün bunlarla yanaşı, yunan müəllifləri arasında risk verilən tərifi haqqında vahid 

bir fikir mövcud deyil. 

     Ümumilikdə bank risklərinin mahiyyətini, bu formada qeyd edə bilərik ki, bank 

riskləri gözlənən gəlirlərin əldə edilməməsi, qeyri müəyyənlik itkilərin baş verməsi 

ehtimalı  kimi  şərh  edilir.  Bununla  yanaşı,  bank  riski  xüsusi  fəaliyyət  növü  kimi 

meydana çıxır. Belə ki, bank bir tərəfdən müştəri ilə müxtəlif əməliyyatların icrası 

zamanı  ,  digər  tərəfdən  özünə  məxsus  olmayan  resursları  müvəqqəti  istifadəyə 

verən bir subyekt kimi çıxış edir. Bu isə bankların öz öhdəliklərinə götürdüyü riski 

2  dəfə  artırır.  Bank  sferasında  bank  risklərinin  mövcudluğunun  əsas  xüsusiyyəti 

ondan ibarətdir ki,  bu riskləri ictimai məhsulun dövriyyəsini əks etdirməklə ödəniş 

dövriyyəsində mübadilə prosesində özünü göstərir.  

     Bank riskləri  həm də sosial mənşəli  proseslərdir. Belə ki, bankda baş verən hər 

hansı bir əlverişsiz vəziyyətdə sadəcə banka deyil, bu bankın müştərilərinə eləcə də 

bankda pul vəsaitlərini yerləşdirən fiziki və hüquqi şəxslərə də təsir edir. Onlar da 

öz  növbəsində  itkilərə  məruz  qalırlar.  Bu  baxımdan  qeyd  edə  bilərik  ki,  digər 

sahələrdən fərqli olaraq, bank sferasında meydana gələn itkilər və bank böhranları 

daha  ağır  nəticələrə  səbəb  olur.  Sadaladığımız  bu  məsələlərlə  əlaqədar  bank 

sferasında  ilk  öncə  kreditorların  borc  alanların  maraqlarının  təmin  edilməsi  ilə 

əlaqədar  sistemin  gücləndirilməsi  istiqamətində  fəaliyyətinə  diqqət  yetirmək 

lazımdır.    

     İstər    bank  sferasında  istərsə  də  istənilən  sahədə  risklərin  yaranma  mənbələri 

mövcuddur. Belə ki, müxtəlif ədəbiyyatlarda risklərin daha çox ya subyektiv ya da 

obyektiv    xarakterli  olduğu  haqqında  mülahizələr  mövcuddur.  Buna  müvafiq 

olaraq  qeyd  edə  bilərik  ki,  riskin  obyektiv  formada  mövcudluğu,  sosial 

iqtisadiyyatın  subyektləri  şəklində  çıxış  edən  bir  çox  təbii,  sosial  və  texnoloji 

proseslərin  mövcudluğu  imkanını  bir  şərt  kimi  qarşıya  qoyur.  İstənilən  sahə  üzrə 



13 

 

risklərin təhlil edilməsi, onların yaranma mənbələrini müəyyən etməyə imkan verir 



ki, bunlar aşağıdakılardan ibarətdir : 

 



təsadüfilik.  Bank  sferası  və  digər  sahələrdə  gözlənilən  nəticələrin  baş 

verməsinin  qabaqcadan  müəyyən  etmənin  qeyri  mümkün  olduğu  şəraitdə 

formalaşan riskləri əks etdirir.  

 



mübahisəli ideyaların mövcudluğu zamanı maraqların toqquşması . Bu daha 

çox  rəqabətin  kəskin  olduğu  bir  şəraitdə  mübahisəli  iddiaların  qəbulu  və 

bunun vasitəsilə meydana çıxan mənfi nəticələr zamanı yaranır.  

 



öz özünə baş verən yaxud daxili səbəblərdən törəyən risklər.  

Bununla  yanaşı qeyd  etməliyik  ki, qərar qəbul  edərkən  müəyyən  səviyyədə  riskə 

hazır olmaq və əlaqədar qərarların qəbulunda, həm stimullaşdırıcı, həm də müdafiə 

xarakterli  risklər    mühüm  rol  oynayır.  Bu  isə  özünü  riskin  funksiyalarında  əks 

etdirir ki, onlar aşağıdakılardan ibarətdir: [6, səh.18] 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə