Bank sferasında risk menecmentinə təsir edən amillərin optimallaşdırılması



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə7/31
tarix17.05.2022
ölçüsü1,54 Mb.
#87197
1   2   3   4   5   6   7   8   9   10   ...   31
BRAH-ML-M-S-NB-R-NAT-Q-q-z-n-n

Tədqiqatın praktiki əhəmiyyəti. 

Tədqiqat işinin praktiki əhəmiyyəti ondan 

ibarətdir  ki,  tədqiqat  işində  əks  olunan  məsələlər    ölkəmizdə    fəaliyyət  göstərən 

kommersiya  banklarının  risk  menecmenti  və  risklərin  idarə  edilməsi  ilə  əlaqədar 

müvafiq bölmələrində istifadə edilə bilər.  

Dissertasiyanın  quruluşu  və  həcmi.

  Dissertasiya  işi  giriş,  3  fəsil,  8 

paraqraf, nəticə və təklif, ədəbiyyat siyahısı, istinad edilən mənbələrdən ibarətdir. 

 

 

 

 

 

 

 



 

 



 

 

I FƏSİL.BANK SFERASINDA RİSKLƏRİN MAHİYYƏTİ VƏ ROLU 

1.1.

 

Risk anlayışı 

İnsan cəmiyyətinin müxtəlif inkişaf dövrlərində iqtisadi yüksəliş  sahibkarlar 

və  investorların  riskli  qərarlar  qəbul  etməsi  ilə  əlaqədar  olmuşdur.  Bazar 

iqtisadiyyatı  şəraitində  kritik  qərarlar  qəbul  etməyən  sahibkarlar  və  rəhbərlərin 

fəaliyyəti  uğurlu  hesab  edilmir.  Risk    təsərrüfat  rəhbərlərinin  daha  çox  mənfəət 

əldə  etmə  ehtimalı  və  təşəbbüskarlığı  ilə  əlaqədar  idarəetmə  qərarlarının  qəbul 

edilməsinə  uyğun  olaraq  fəaliyyətini  əks  etdirir.  Müasir  dövrdə  təsərrüfat 

fəaliyyətlərində  köhnə  metodlardan  imtina  edərək  yeniliklərin  tətbiq  edilməsi  və 

buna müvafiq olaraq da atılan qərarlar riski daha da gücləndirir.  

İstehsalın  idarə  olunması  prosesində  riskin    zəruriliyi,  xüsusilə  də 

idarəetmənin  demokratikləşməsinin  təmin  edilməsi  məqsədilə  bazar  iqtisadiyyatı 

şəraitində daha çox mənfəət əldə etmək, yüksək nailiyyətlər qazanmaq məqsədi ilə 

əlaqəlidir.  Buna  müvafiq  olaraq  qeyd  etməliyik  ki,  müasir  dövrdə  idarəetmə 

qərarlarının  əksəriyyəti  risk  şəraitində  qurulur.  Bu  nöqteyi  nəzərindən  riskin 

məzmununa  dair    bir  sıra  ədəbiyyatlarda  çoxsaylı  fikirlərin  mövcudluğu  onunla 

izah  edilir  ki,  mövcud  olan  təsərrüfatçılıq  qanunvericiliyinə  praktik  olaraq  risk  

əksər hallarda real əsaslara uyğun gəlməyən və onu əks edən hallardan ibarət olan 

mürəkkəb təzahür kimi çıxış edir.  

Risk yunan sözü olub, “ridcio” sözündən  götürülmüşdür və mənası sıldırım 

qaya deməkdir.  

İtalyan  dilində  risk    təhlükə,    qorxunc  qayaları  arasında  manevr  etmək 

mənasını verir.   

Fransız  dilində  bu  söz  risdoe    sözündən  götürülərək  qorxub  risk  etmək 

mənasını ifadə edir.  




 

Azərbaycan dilinin izahlı lüğətində isə bu anlayış daha çox qorxu, baş verə 



biləcək təhlükə və təhlükə imkanı kimi xarakterizə olunur.  

          Risk  anlayışına,  XX  əsrdə  hələ  Amerika  tədqiqatçıları  bu  haqda  yazdıqları 

müxtəlif ədəbiyyatlarda rast gələ bilərik. Buna müvafiq olaraq qeyd edə bilərik ki, 

ilk  dəfə  bu  anlayışdan    Frenk  Nayt  özünün    “Risk,  qeyri  müəyyənlik  və  gəlirləri 

əsərində”  istifadə etmişdir. Risk anlayışını ilk dəfə olaraq elmi ədəbiyyata gətirən 

bu  amerikalı  tədqiqatçı,  sanki  o,  öz  növbəsində  həm  davamlı  sosial  iqtisadi 

təşkilatın hər hansı bir  ümumi  firmanın  prinsiplərini tədqiq edərkən  rəqabəti təbii 

qiymət  nəzəriyyəsi  ilə  birgə  baxmış  və  firmanın  fəaliyyətinə  daha  xalis  və  qeyri 

xalis  rəqabətli  mühitdə  izahını  verərək  mövcud  fərqləri  göstərmişdir.  Bununla 

yanaşı,  onu  real  həyatda  xalis  rəqabətli  bazarın  mövcud  olmasını  və  qiymətlərin 

əmələ  gəlməsi  və  idarə  edilməsi  prosesi  zamanı  firmaların  daha  çox  risklə 

üzləşdiyini ifadə etmişdir.  

          Istər  qeyri-müəyyənlik,  istərsə  də  risk  nöqteyi  nəzərindən  ümumilikdə, 

dünya ədəbiyyatında riskə müxtəlif təriflər verilmişdir .Bunların bir neçəsinə nəzər 

salaq: 

 



Risk  təsadüf  nəticəsində  əlverişsiz  hadisələr  səbəbi  ilə  yaranan  mümkün 

olan itkiləri ifadə edir; 

 

Risk  insanların  fəaliyyəti  və  yaxud    təbiət  hadisələrin  səbəbi  ilə  baş  verə 



biləcək təhlükələrdir; 

 



Risk qarşıya qoyulmuş məqsədə çatmamaq ehtimalıdır;  

 



Investisiya müddətinin sonunda  investisiyaların dəyəri ilə əlaqədar gözlənən 

nəticələrin qeyri-müəyyənliyidir; 

Rus tədqiqatçıları isə ümumilikdə riski anlayışına; 

 



itkinin baş vermə ehtimalı; 

 



qeyri müəyyənliyin qarşısını almaq üçün yerinə yetirilən tədbirlər

 



gözlənilən nəticələrin əldə edilməmə ehtimalı kimi yanaşmışlar  

Beləliklə,  risk  anlayışı  dedikdə  müəyyən  edilmiş,  müşahidə  müddəti  ərzində 

strateji  məqsədlərə  nail  olmağa  mənfi  təsir  göstərən  bir  sıra  daxili  və  xarici 



 

zəminləri başa düşə bilərik. Riskin  bir sıra ümumiləşdirilmiş xüsusiyyətləri vardır 



ki, bunlar aşağıdakılardan ibarətdir: 

1.

 



Ziddiyyətlilik;


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə