Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 10,39 Mb.
Pdf görüntüsü
səhifə151/152
tarix30.10.2018
ölçüsü10,39 Mb.
#75889
1   ...   144   145   146   147   148   149   150   151   152

 

Qəmər MÜRŞÜDLÜ 

434 


Bu mülahizələrdən çıxış edərək C.Əfqani,  İslam ümmətinin maarif-

lənməsini, elmin və texnikanın nailiyyətlərinə yiyələnməsini dini islahatçılıq 

konsepsiyasının tərkib hissəsi hesab edirdi. Onun üçün müsəlmanları 

gerilikdən, cəhalət və mövhumatdan xilas etməyin yollarından biri onların 

zehniyyətindəki durğunluğu aradan qaldırmaq, elmi bilikləri yaymaq idi. 

Cəmaləddin deyirdi ki, Qərb ölkələrində inkişafın  əsas vasitəsi elmdir və 

Avropa xalqları elmin və texnologiyanın inkişafına görə güclü və üstün-

dürlər. Qərb bilik və zəhmət sayəsində ucaldığı halda, Şərq cahillik və tən-

bəllik nəticəsində çökmüşdür. Filosofa görə,  Şərq xalqlarının – müsəlman-

ların da tərəqqisi Qərbin əsaslandığı iki mühüm dayağa söykənməlidir: ağıl 

və vətəndaş fəallığı. 

Buna görə  də Seyid Cəmaləddin  İslam alimlərini və filosoflarını elmin 

və texnikanın nailiyyətlərindən geri qalmamağa, yeni elm sahələrini, yeni 

ixtiraları  və  kəşfləri öyrənməyə çağırırdı. O hind alimlərinin simasında 

müsəlman ziyalılara müraciətlə deyirdi: “İbn Sinanın “Şəfa”sında, yaxud da 

Şihabəddinin “İşraq fəlsəfəsi”ndə adları  çəkilmədiyi üçün yeni şeyləri 

öyrənməkdən imtina etməniz nə dərəcədə doğrudur? O böyük sələflərinizin 

sizi təmin etdiyi kimi, siz də öz davamçılarınızı ən yüksək ideyalarla təmin 

etməyə borclu deyilsinizmi?”

4

  



Mütəfəkkir müsəlmanların Avropada inkişaf etmiş rasional elmləri və 

texnologiyaları mənimsəmələrini vacib saysa da, onları Qərbin ruhu, mənəvi 

dəyərləri ilə deyil, İslamın saf hikmətilə  əxz etməyə çağırırdı  və bu işdə 

alimlərin üzərinə bir məsuliyyət düşdüyünü vurğulayırdı. Qeyd etmək lazım-

dır ki, Əfqani Qərbin mədəniyyəti, elm və texnologiyaları qarşısında təslim-

çiliyi və təqlidçiliyi rədd edirdi. O Avropada təhsil almış, geyim, davranış və 

həyat tərzində Qərbi təqlid edən və öz mədəniyyətini inkar edən müsəlman 

ziyalıları tənqid edir, müstəmləkəçilərin belə təqlidçilərin xidmətlərindən öz 

məqsədləri üçün həmişə yararlandıqlarını ürək ağrısı ilə deyirdi. Mütəfəkkir 

Qərb sivilizasiyasından bəhrələnməyi zəruri saysa da, Şərqin öz mənəvi 

dəyərləri üzərində yüksəlməsinə üstünlük verirdi.  

 Əfqani çıxışlarının birində deyirdi ki, elm təkcə  fəlsəfi dünyagörüşün 

əsası deyil, o həm də iqtisadi, siyasi və  hərbi inkişafın mühüm vasitələ-

                                                 

4

 J.al-Afghani. The Benefits of Philosophy / Nikki R.Keddie. An Islamic Response 



to Imperialism, p.122. 


Elmə ən doğma din İslam dinidir 

435 


rindəndir. Maarifçi-filosof bütün tarix boyu xalqların qazandıqları nailiy-

yətləri, gücü-qüdrəti elmlə bağlayırdı. Onun nəzərincə, keçmişdə  kəldani-

lərin, misirlilərin, finikiyalıların və yunanların əldə etdikləri uğurlar onlarda 

elmlərin inkişafı ilə bağlı olmuşdur: “İsgəndər Yunanıstandan durub Hindis-

tana gəlmişdir ki, Hindistanı öz təsiri altında saxlasın. O da bunu elmin 

hünərinə edirdi…İndi isə bütün dünyanı öz təsiri altında saxlayan Avropanı, 

Əfqanıstanı tutan ingilisi, Tunisi işğal edən Fransanı götürün. Bunlar nə 

ingilisin hünəridir, nə  də fransızların, bunlar yalnız onların elminin gücü-

nədir. Gerilik və nadanlıq isə hər yerdə başını zəlillik torpağına qoymaqdan 

başqa bir çarə tapmamışdır”

5

.  Şeyxin fikrincə, insan yaşayışını  təmin edən 



bütün nemətlər, var-dövlət və sərvət də əsasən elmin məhsuludur, bunlar ha-

mısı  sənayenin,  əkinçiliyin və ticarətin elmi yollarla aparılmasının nəticə-

sidir. 

C.Əfqani dövrünün elm sahələrinə yaxşı  bələd idi və elmləri konkret 



vəzifələrinə, tədqiqat mövzularına görə ayırırdı. Məsələn, yazırdı ki, fizika 

mövcud olan cisim və  əşyalardan bəhs edir; kimya cisimlərin tərkib və 

analizindən, nəbatat elmi isə bitkilərdən bəhs edir və s. Filosofa görə, hər bir 

elmin öz sahəsi olsa da, onlar bir-biri ilə sıx əlaqədədir. Çünki hər bir elmin 

“mövzusu ümumi elmin bədəni üçün bir üzv kimidir və bunların heç biri 

ayrı-ayrılıqda yaşaya bilməz və  bəşəriyyətə xeyir də verə bilməz”

6

. Və 


mütəfəkkir bu elmləri birləşdirə biləcək bir elmin gərəkliliyini vurğulayaraq, 

onun fəlsəfə olduğunu əsaslandırırdı. 

Elmin bəşəriyyət üçün üstünlüklərini və faydalarını qeyd edən Cəma-

ləddin mülahizələrini ümumiləşdirərək, deyirdi: “…Dünya elm üstündə 

bərqərar olur… Dünyanın sultanı həmişə elm olmuşdur, elmdir və elm ola-

raq qalacaqdır…Hələ ki, elm sarayından heç bir hökmdar qovulmamışdır. 

Dünyanın hər yerində həqiqi hökmdar olan elm ancaq vaxtaşırı öz paytaxtını 

dəyişmiş, gah Məşriqdən Məğribə, gah da Məğribdən Məşriqə getmişdir”

7



Mütəfəkkir elmin paytaxtının gah Şərqdən Qərbə, gah da əksinə keçdi-



yini deyərkən, dünya elminin bütövlüyü, vahid sistem olması ideyasından çı-

xış edirdi. O yazılarında və mühazirələrində Şərq və Qərb mədəniyyətlərinin 

                                                 

5

 C.Əfqani. Təlim-tərbiyə haqqında / C.Əfqani. Seçilmiş əsərləri. Bakı, 1998, s.27. 



6

 Yenə orada, s.29. 

7

 C.Əfqani. Təlim-tərbiyə haqqında / C.Əfqani. Seçilmiş əsərləri, s.27-28. 




 

Qəmər MÜRŞÜDLÜ 

436 


və elminin varislik əlaqəsindən, qarşılıqlı  təsirindən dəfələrlə söz açmış, 

Şərq xalqlarının öz düşüncə və təfəkkürünə görə Qərb xalqlarından bacarıq-

sız olmadıqlarını əsaslandırmışdır. 

Şeyx Cəmaləddin vaxtilə müsəlmanların elmdə  və  fəlsəfədə böyük 

uğurlar qazandıqlarını yazırdı: “Şərqdə  İbn Sina, Fərabi, Razi və digərləri; 

Qərbdə də İbn Bəcca, İbn Rüşd, İbn Tüfeyl və digərləri vardı. Şəriət elmləri 

isə İslam aləminin bütün bölgələrində inkişaf etmişdi”

8

. Ancaq mütəfəkkiri 



təəssüfləndirən o idi ki, son dövrlərdə İslam cəmiyyətində rasional elmlərin 

öyrənilməməsinin səbəbkarı müsəlman alimlərin özləri idi, təhsilin və 

təlimin düzgün aparılmaması idi. O deyirdi ki, üləmanın cahilliyindən və 

təlim-tərbiyənin naqisliyindəndir ki, müsəlmanlar nəhv elmindən, məan və 

bəyan elmindən, fiqh və üsuldan bir fayda görə bilmirlər: nə  ərəb dilində 

düzgün yazıb-oxuya bilirlər, nə  də gündəlik sözləri düz yazıb, düz tələffüz 

edə bilirlər. “Fiqh elmini yaxşı öyrənib bilən hər bir şəxs ölkənin sədr-əzəmi, 

yaxud bir dövlətin baş naziri səviyyəsinə yüksəlməyə layiq olmalıdır. 

Halbuki fiqhi öyrənən və öyrədən alimlərimiz öz evlərini idarə etməkdə belə 

acizdirlər və bu axmaqlıqları ilə fəxr də edirlər ”

9



Əfqani alimlərin təlim-tərbiyədəki rolunu İslamın onlara verdiyi şərəfə 



görə  dəyərləndirirdi və hesab edirdi ki, əsil alim nur mənbəyi olmalıdır, 

ətrafa işıq yaymalıdır. Amma İslam alimləri isə, nə öz ətrafını  işıqlandıra 

bilirlər, nə də başqalarına işıq verə bilirlər. Çünki onların “başı mövhumatla 

doludur”, onlar dövrün elmi nailiyyətlərindən, ixtira və  kəşflərindən 

xəbərsizdirlər.  Şeyx yazırdı ki, onlar dini elmlərdə, müqəddəs Quranın və 

səhih sünnətin göstərdiyi xoşbəxtlik yolunu dərk etməkdə  də acizdirlər. 

Buna görə  də mütəfəkkir doğru müəyyənləşdirirdi ki, İslam cəmiyyətinin 

tənəzzülü, xürafata və mövhumata düçar olması ilk öncə alimlərdə, din 

başçılarında təzahür etmiş, sonra müsəlmanlara keçmişdir; buradan da o 

müsəlmanların maariflənməsi, elmə, mədəniyyətə yiyələnməsi üçün din 

başçılarının, üləmanın islah olunmasını, elmlərini təkmilləşdirməsini və 

təlim-tərbiyənin, təhsilin səmərəliliyinin artırılmasını zəruri hesab edirdi. 

                                                 

8

 C.Afqani. İslam birliği / C.Afqani, M.Abduh. El – Ürvetül-vüska.  İst., (nəşr ili 



göstərilmir), s.167. 

9

 C.Əfqani. Təlim-tərbiyə haqqında / C.Əfqani. Seçilmiş  əsərləri, s.31. 



 


Yüklə 10,39 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə