Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 10,39 Mb.
Pdf görüntüsü
səhifə152/152
tarix30.10.2018
ölçüsü10,39 Mb.
#75889
1   ...   144   145   146   147   148   149   150   151   152
    Bu səhifədəki naviqasiya:
  • RESUME

Elmə ən doğma din İslam dinidir 

437 


Seyid Cəmaləddin mühafizəkar üləmanın elmi müsəlman elmləri və 

Avropa elmləri adlandıraraq iki yerə bölməsinin qəti  əleyhinə idi və  İslam 

dininin elmə açıq bir din olduğunu əsaslandırırdı. O deyirdi ki, elmi bölmək-

lə bu alimlər xalqı rasional elmləri öyrənməkdən çəkindirirlər: “Haqqı, 

həqiqəti sübut edən elmi bizim alimlər qadağan edirlər, elə bilirlər ki, 

bununla  İslamı qoruyub saxlayırlar. Belə adamlar əslində  İslamın 

düşmənidirlər”

10

. Belələrinin sayəsində  İslam elmdən, məntiq və rasional 



düşüncədən məhrum ehkamçı  təlimə çevrilmişdir.  Əfqani danılmaz 

gerçəklik olan təbiət qanunlarını öyrənən elmləri, riyazi və  fəlsəfi elmləri 

İslama zidd hesab edənləri höccətül-İslam  əl-Qəzalinin təbirincə  İslamın 

cahil və nadan dostu adlandırırdı  və belələrinin dinə vurduğu zərərlərin 

zındıqların və kafirlərin zərərindən daha çox olduğunu vurğulayırdı. Çünki, 

filosofun nəzərincə, “elmə və mədəniyyətə ən yaxın və ən doğma din İslam 

dinidir, elm və maarifin inkişafı ilə  İslam qanunları arasında heç bir 

ziddiyyət yoxdur”

11



İslam dininin ilk dövrlərində müsəlmanlar antik yunan alim və filosof-



larının əsərlərini ərəbcəyə çevirərək öyrənmiş, elmin, fəlsəfənin inkişafında 

böyük nailiyyətlər  əldə etmişdilər. Neçə  əsrlər isə cahil təfsirçilərin, 

xürafatçı üləmanın günahı üzündən elmin qapıları müsəlman xalqların üzünə 

bağlı qalmışdır. Əfqanini də təəccübləndirən o idi ki, müsəlmanlar Aristoteli 

əsil müsəlmanmış kimi rəğbətlə oxuduqları halda, Qalileyi, Nyutonu, Kep-

leri kafir hesab edirlər, “onlar başa düşmürlər ki, şərafətli elm heç bir mil-

lətin malı deyil, kim ona yiyələnsə, onundur…Hər bir millət elmi ilə məhşur-

laşır. İnsanları elmi ilə qiymətləndirmək, elmi ilə tanımaq lazımdır, elmi in-

sanlarla yox”

12



C.Əfqaninin elmlə dinin münasibətinə dair görüşləri onun fransız  şərq-

şünas Ernest Renanın “İslam və elm” mövzusunda oxuduğu mühazirənin 

mətninə yazdığı cavabda da öz əksini tapmışdır. 

 E.Renan Sorbonna universitetində oxumuş olduğu mühazirədə  ərəb tə-

fəkkürünün doğurduğu İslamın əzəldən elmə və fəlsəfəyə düşmən olduğunu 

və ərəblərdə elm və fəlsəfə yaratmaq bacarığının çatmadığını əsaslandırmağa 

                                                 

10

 C.Əfqani. Təlim-tərbiyə haqqında / C.Əfqani. Seçilmiş  əsərləri, s.32-33.  



11

 Yenə orada, s.33. 

12

 Yenə də orada, s.32. 




 

Qəmər MÜRŞÜDLÜ 

438 


çalışır. O iddia edir ki, müsəlman ölkələrin tarixində elm və  fəlsəfə yalnız 

ortodoksal İslamın müəyyən səbəblərdən zəiflədiyi vaxtlarda çiçəklənmişdir. 

Renanın fikrincə, hətta o zamanlarda nə elm, nə də fəlsəfə ərəb mənşəli 

olmayıb ya yunan, ya da fars (sasani) mənbələrinə söykənmişdir. Və onları 

yaradanlar nə qanına, nə  də düşüncə  tərzinə görə  ərəb deyildilər. Elmdə 

müstəqil və  dəyərli nə vardısa, ortodoksal İslama qarşı olanlar tərəfindən 

yaradılmışdı və onlar da bidətçilikdə təqsirləndirilərək, təqib olunurdular. 

C.Əfqani Renanın irəli sürdüyü tezislərə qarşı ərəbcə bir cavab yazır və 

həmin yazı fransız dilinə  tərcümə olunaraq, “Journal desDebats”ın 18 may 

1883-cü il tarixli sayında dərc edilir. 

Şeyx Cəmaləddinin cavabı Renanın mühazirəsinin iki əsas müddəasının 

təkzibinə yönəlmişdi: birincisi, İslam dini elm və tərəqqiyə qarşıdır; ikincisi, 

ərəblər irq olaraq elm və fəlsəfə yaratmaq qabiliyyətinə malik deyillər. 

Əfqani fransız alimin İslamın elm və  tərəqqiyə qarşı olması haqqında 

fikirlərinə münasibət bildirərək, bütün dinlərin tarixən elmə  və  fəlsəfəyə 

barışmaz mövqedən yanaşdıqlarını  əsaslandırır və yazırdı: “Əgər  İslam 

dininin elmin inkişafına əngəl olduğu doğrudursa, bu əngəlin bir gün ortadan 

qalxmayacağı da iddia edilə bilərmi? İslam dini bu cəhətdən digər dinlərdən 

nə ilə  fərqlənir? Bütün dinlər hər biri özlüyündə dözümsüzdür...Həqiqətən, 

İslam dini elmi boğmağa, inkişafını dayandırmağa çalışdı. Həm də o fəlsəfi 

və intellektual hərəkatı dayandırmağa, ağılları elmi həqiqəti araşdırmaqdan 

imtina etdirməyə nail oldu. Yanılmıramsa, bildiyimə görə Xristian dini 

tərəfindən də eyni şeyə  təşəbbüs edilmişdir və katolik kilsəsinin möhtərəm 

rəhbərləri bu gün belə mübarizədən əl çəkməmişlər”

1



Mütəfəkkir həyatı boyu İslam qanunları ilə elm arasında barışmazlığın 



olmadığını və müsəlmanların saf İslam prinsiplərinin dirçəldilməsi ilə tərəq-

qiyə çata biləcəkləri ideyasını təbliğ etdiyindən, Renanın mühazirəsinə şərh-

dəki bəzi mülahizələri, yəni elmə münasibətdə İslamı digər dinlərlə eyniləş-

dirməsi, müsəlmanların geriliyində despotizmlə bərabər İslam dinini də əsas 

səbəb kimi göstərməsi onun fikirlərinin ziddiyyətli olması haqda rəy yarat-

mışdır.  Şeyxin ardıcılları  və  tərəfdarları isə onun belə  məzmunda cavab 

yazmadığını, fransız dilini bilmədiyindən ərəbcə yazdığı mətnin bu dilə tər-

cüməsində təhriflərə yol verildiyini güman edirlər. Bu fikirlər əsassız deyil. 

                                                 

1

 C.Afqani. Renana cevap / M.Türköne. C.Afqani. Ankara, 1994,  s.58-59. 




Elmə ən doğma din İslam dinidir 

439 


Belə ki, cavabdakı mülahizələr mütəfəkkirin digər yazı  və  çıxışlarındakı 

ideyalarından fərqlidir

2

. Bu dövrdə  Cəmaləddinin hələ fransız dilini 



bilməməsi də doğrudur. O Renana cavabda yazır: “Lakin mən əlimin altında 

olan, bu nitqin əslinə az və ya çox sadiq bir tərcüməsini oxuya bilirəm. Əgər 

fransızca mətni oxuya bilsəydim, bu böyük düşünürün fikirlərinə daha yaxşı 

nüfuz edə bilərdim”

3



Bəzi tədqiqatçılar C.Əfqaninin cavabını  təslimçilik, onun dinsizliyinin 



ifadəsi, görüşlərinin ziddiyyətliliyi və s. kimi dəyərləndirirlər. Prof. H.Kara-

mana görə isə, Cəmaləddinin cavabı Renanın fikirlərinə qarşı rəddiyə mahiy-

yətindədir və Şeyx fransız alimin iddialarını cavablandırarkən fərqli yanaş-

ma və üslub ortaya qoyduğu üçün, “bəzi  İslam filosoflarının istifadə etdiyi 

üslubu mənimsədiyi üçün” yanlış anlaşılmışdır

4

. Nikki R.Keddi də belə 



hesab edir ki, Renana cavabında Əfqani müsəlman filosofların auditoriyanın 

səviyyəsinə uyğun müraciət formalarından istifadə etmək ənənəsindən bəh-

rələnərək, geniş kütləyə müraciətindən fərqli fəlsəfi arqumentlər işlətmişdir 

və buna görə də onun mülahizələri ziddiyyətli hesab olunmuşdur

5



Hər iki tədqiqatçının irəli sürdüyü mülahizə ilə razılaşmaq olar. Belə ki, 



İslam filosofları  ənənəvi olaraq müsəlmanları dini ehkamı  mənimsəmə 

səviyyəsinə görə iki qrupa ayırmışlar: kütlə  (əmmə) və seçilmiş  zəka 

sahibləri (xassa). Məsələn,  əl-Qəzaliyə görə xassa dini dərindən bilən, 

təbiətən istedadlı dini elitadır;  əmmə isə dinin yalnız zahiri tərəfini görən 

xalq kütləsidir. C.Əfqani də bu ənənəni davam etdirir və belə hesab edir ki, 

sadə xalq kütləsi rasional fəlsəfi dəlilləri dərk edə bilməz. Və “Renana 

cavab”ın sonunda yazır: “...Çünki kütlələr ağlı xoşlamazlar və  ağlın öyrət-

dikləri ancaq bir qrup elit zəkalar tərəfindən qavranıla bilir”

6



Bununla bərabər, “Renana cavab”ı mütəfəkkirin digər məqalə  və  çıxış-



larının mətni ilə müqayisə edərkən bu qənaətə gəlmək olur ki, Cəmaləddin 

Avropa oxucusuna müraciət etdiyindən, elmlə dinin münasibəti məsələsinə 

də Qərbdə başa düşülən anlamda, daha rasional yanaşmış, sosioloji təhlillər 

                                                 

2

 Bax: C.Afqani. Dehriyyuna Reddiye; yenə onun: Təlim-tərbiyə haqqında / 



C.Əfqani. Seçilmiş əsərləri, s.25-33. 

3

 C.Afqani. Renana cevap / M.Türköne. C.Afqani, s.56. 



4

 H.Karaman. Efqani Cemaleddin / İA, c.10. İst., 1994, s.463-464. 

5

 Nikki R.Keddie. An Islamic Response to Imperialism, p.37-38. 



6

 C.Afqani. Renana cevap / M.Türköne. C.Afqani, s.65. 




 

Qəmər MÜRŞÜDLÜ 

440 


apararaq təkcə  İslamın deyil, ümumiyyətlə dinin elm və  fəlsəfə ilə 

barışmazlığı tezisini irəli sürmüşdür: “İnsanlıq var olduğu müddətdə ehkam 

və azad araşdırma, din və fəlsəfə arasındakı mübarizə davam edəcəkdir. Bu 

elə ümidsiz bir mübarizədir ki, qorxuram ki, zəfər azad düşüncənin 

olmayacaqdır”

7

. Digər tərəfdən də, ola bilsin ki, tərcüməçi Cəmaləddinin 



düşüncəsini düzgün qavraya bilməmiş, İslam və müsəlman anlayışlarını eyni 

anlamda başa düşmüş və tərcümə xətalarına yol vermişdir. Belə ki, Əfqani 

müsəlman aləminin geriliyində, tənəzzülündə  İslam dinini deyil, həmişə 

İslamın nadan təfsirçilərini, din başçılarını və despotları günahlandırır, yəni 

ilkin, həqiqi İslamın deyil, son əsrlərdə mövhumat və xürafatın sirayət etdiyi 

İslam dininin elmin və  mədəniyyətin inkişafına mane olduğunu qeyd edir. 

E.Renan da bu fikirlə razılaşır: “Fikrimcə  Şeyx Cəmaləddin mənim bu iki 

ana tezisimə önəmli dəlilər gətirmiş oldu: - İslam mövcudluğunun ilk yarı-

sında müsəlman torpaqlarında elmi hərəkatın meydana gəlməsinə mane ol-

madı; mövcudluğunun ikinci yarısında öz qoynunda elmi hərəkatı boğdu və 

bu onun fəlakətinə səbəb oldu”

8



Əfqani təhsilin insanın və cəmiyyətin həyatındakı rolunu yüksək dəyər-

ləndirirdi və yazırdı ki, toplumun bütün sinif və təbəqələri gözəl təhsilə yiyə-

lənərsə, həmin toplum çiçəklənəcək və  tərəqqi edəcəkdir, onun bütün sinif 

və təbəqələri bir-birilə harmoniyada və bərabərlik münasibətlərində olacaq-

lar. Mükəmməl təhsil sayəsində belə toplumda “böyük rəhbərlər formalaş-

dığı kimi, gözəl filosoflar, erudisiyalı alimlər, bacarıqlı sənətkarlar, təcrübəli 

aqronomlar, imkanlı tacirlər və digər sənət sahibləri mövcud olacaqdır”

9



Mütəfəkkirə görə, belə toplumun həm rəhbərləri, həm də bütün təbəqələri 

digər ölkələrin müvafiq təbəqələrindən üstün olacaqdır; yəni təhsilin inkişaf 

tapdığı ölkə başqa ölkələrdən öz üstünlükləri ilə fərqlənəcəkdir. Amma əgər 

təhsilə  mənəviyyatsızlıq (bu kəlmə ilkin İslam prinsiplərindən uzaqlaşmaq, 

biliyə laqeyidlik, əxlaqi dəyərlərin itməsi, mövhumatın və  cəhalətin yayıl-

ması anlamında başa düşülməlidir – Q.M.) sirayət edərsə, bu, ayrı-ayrı 

                                                 

7

 Yenə orada. 



8

 E.Renan. Bir Evvelki Konferansa Ek / M.Türköne. C.Afqani, s.73. 

9

 J.al-Afghani. Commentary on the Commentator / Nikki R.Keddie. An Islamic Re-



sponse to Imperialism, p.123-124. 

 



Elmə ən doğma din İslam dinidir 

441 


təbəqələrin və ümumilikdə toplumun zəifləməsinə  və gücdən düşməsinə 

səbəb olar. 

Şeyx Cəmaləddin inanırdı ki, gücsüzlük, cəhalət və  səfalət içində olan 

müsəlmanlar da mükəmməl təhsil sayəsində öz keçmiş qüdrət və xoşbəxt-

liklərinə qayida bilərlər. Əsas şərt isə İslam cəmiyyətində təhsilin və təlimin 

dini dəyərlər üzərində qurulmasıdır. Çünki, filosofa görə, insanları maarif-

ləndirəcək, qəti dəlilə söykənən bilgilərlə  təmin edəcək, onların mənəviy-

yatını saflaşdıracaq alim, müəllim və  tərbiyəçilərin hazırlanması dini vəzi-

fədir: “Təhsil işinə məsul bir müəllim və “xeyirli işi görməyi əmr edib, pis 

əməlləri qadağan edəcək”

10

 bir tərbiyəçi  İslami həyat baxımından bir 



zərurətdir”

11

 və İslam dininin davamçıları üçün bu bir fərzdir. Əfqanini yaz-



dığına görə, qəzet nəşr etmək, modern məktəblər açmaq, zahiri görkəmində 

və  həyat tərzində  Qərbi təqlid etmək ümmətin oyanışı  və dirçəlişi üçün 

bəzən ya xeyir vermir, ya da yetərli deyil. Çünki İslam cəmiyyətinin 

xəstəlikləri müsəlmanların düşüncəsində, inancında və  mənəviyyatında 

olduğuna görə, çarəni də onlarda axtarmaq lazımdır

12

. Yəni təhsilə yol tap-



mış  mənəviyyatsızlığı aradan qaldırmaq, müsəlmanların düşüncəsini, inanc 

və  əxlaqını saflaşdırmaq lazımdır. Bu isə ilkin İslama və Quran hikmətinə 

qayıdışla mümkündür: “Bu şərəfli iman, bu təmiz etiqad bu millətin qəlbində 

yenidən yerini almağa davam etdikcə, zehinlərdə bu inancın nişanələri 

yenidən görünməyə başladıqca,  İslami həqiqətlər mötəbər alimlər və düşü-

nürlər arasında yenidən yayıldıqca bu ümmət üçün əsla ölüm yoxdur”

13



Əfqani  İslamın təməl prinsipləri üzərində qurulan təlim-tərbiyənin ailədən 



başlayaraq geniş  təhsillə davam etdirilməsini və bu məqsədlə  məktəblərin 

sağlam ruh və sağlam bədənə malik insanlar yetişdirə biləcək səviyyədə for-

malaşdırılmasını təklif edirdi. 

Şeyx Cəmaləddinin bu gün də aktuallığını saxlayan ideyalarından biri də 

təhsilin və  təlim-tərbiyənin milli dildə aparılmasıdır.  Şeyxin fikrincə, “elm 

və maarif əgər millətin öz ana dilində  tədris olunarsa, onların öyrənilməsi 

                                                 

10

 Əfqani bu ifadəni Qurani-Kərimin Ali-İmran surəsinin 104-cü ayəsindən götür-



müşdür. 

11

 C.Afqani. Dehriyyuna Reddiye, s.101. 



12

 Bax: C.Afqani. Ümmetin geçmişi, hali ve hastalıklarının çaresi / C.Afqani, 

M.Abduh. El – Ürvetül-vüska, s.91-99. 

13

 C.Afqani. Kaza ve kader / C.Afqani, M.Abduh. El – Ürvetül-vüska, s.151-152. 




 

Qəmər MÜRŞÜDLÜ 

442 


daha asan olar, beyinlərə daha tez həkk edilər, daha gec unudular, elmlərin 

dəqiqliyinə daha artıq vaqif olunar, elmin mahiyyəti və mənfəəti daha yaxşı 

aydınlaşar”

14

. Mütəfəkkir yazırdı ki, elm və maarif o zaman xeyir verər ki, 



millətin bütün nümayəndələri ondan istifadə edə bilsin, bəhrələnə bilsin; 

doğma dildə olmayan elm isə hamının malı ola bilməz. Bu baxımdan alimlər 

ana dilinin inkişafı qeydinə qalmalıdırlar, sözləri müxtəlif sənət və peşə 

sahələrinə uyğun mənalandırmalıdırlar. Bu məqsədlə onlar xarici dillərdən 

də sözlər ala bilərlər, ancaq bir şərtlə ki, həmin sözləri öz dillərinə uyğun-

laşdırsınlar

15



Cəmaləddinin  İslamın mahiyyətindən qaynaqlanan rasionalizmi özünü 



onun dini islahat konsepsiyasında da göstərirdi. Belə ki, filosof ilkin İslamın 

təməl prinsiplərini, Quran ayələrini yeni bir üslubda, müdriklik işığı ilə təfsir 

edilməsini tövsiyə edirdi və düşünürdü ki, yalnız belə bir səy müsəlmanların 

şüur və qəlblərini doğru yola yönəldə bilər, onları durğunluqdan, xürafat və 

mövhumatdan xilas edə bilər. Əfqani İslamda islahatın mahiyyətini də məhz 

bu mənada, yəni ilkin İslamı olduğu kimi qavramaqda, ağıla dayanaraq şərh 

etməkdə  və  təbliğ etməkdə görürdü. O deyirdi: “…Dini islahatın mənası 

Rəsulillah gətirməyən bir şeyi dinə artırmaq, yainki İslam qaydalarını 

batırmaq deyil, bəlkə Rəsulillah gətirmiş dinə sonradan və sonrakı adamlar 

tərəfindən əlavə olunan şeyləri götürüb də dini əsri-səadətindəki rövşənə sal-

maq deməkdir”

16

. Mütəfəkkirin məqsədi  İslam dinini deyil, müsəlmanların 



şüurunu dəyişmək, onlara saf Quran hikmətini aşılamaq idi. 

 

                                                 



14

 C.Əfqani. Milli vəhdət fəlsəfəsi və dil birliyinin həqiqi mahiyyəti / C.Əfqani. 

Seçilmiş əsərləri, s.13. 

15

 Yenə orada, s.15. 



16

 İqtibas üçün bax: Ş.Qurbanov. Cəmaləddin Əfqani və türk dünyası. Bakı, 1996, 

s.24. 



Elmə ən doğma din İslam dinidir 

443 


 

ƏDƏBİYYAT 

  

1. Afqani C. Dehriyyuna Reddiye (Natüralizm eleştirisi) / Terc. V.İnce. 

İst., Ekin Yayınları, 1997. 

2. al-Afghani J. The Benefits of Philosophy / An Islamic Response to 

Imperialism. Political and Religious writings of Sayyid Jamal ad-Din “al-

Afghani” by Nikki R.Keddie. University of California Press. Berkeley, Los 

Angeles, London, 1983, 2-nd edit. – pp.109-122. 

3. al-Afghani J.Commentary on the Commentator / An Islamic Response 

to Imperialism. Political and Religious writings of Sayyid Jamal ad-Din “al-

Afghani” by Nikki R.Keddie. University of California Press. Berkeley, Los 

Angeles, London, 1983, 2-nd edit. – pp.123-129. 

4. Afqani C. Kaza ve kader / Afqani C., Abduh M. El-Ürvetül – vüska 

/Terc. İ.Aydın. İst., Bir Yayıncılık, (nəşr ili göstərilmir). – s.139-153. 

5. Afqani C. İslam birliği / Afqani C., Abduh M. El-Ürvetül – vüska 

/Terc. İ.Aydın. İst., Bir Yayıncılık, (nəşr ili göstərilmir). – s.167- 174. 

6. Afqani C. Renana cevap / M.Türköne. C.Afqani. Ankara, Türkiye 

Diyanet Vakfı Yayınları, 1994. – s.55-66.  

7. Afqani C. Ümmetin geçmişi, hali ve hastalıklarının çaresi / Afqani C., 

Abduh M. El-Ürvetül – vüska /Terc. İ.Aydın.  İst., Bir Yayıncılık, (nəşr ili 

göstərilmir). – s.87-100. 

8. Karaman H. Efqani Cemaleddin / İA, c.10. İst., Türkiye Diyanet Vakfı 

Yayınları, 1994. 

9.  Əfqani C. Milli vəhdət fəlsəfəsi və dil birliyinin həqiqi mahiyyəti / 

Əfqani C. Seçilmiş əsərləri (Toplayan, tərtib edən və ön sözün müəllifi prof. 

Ş.Qurbanovdur). Bakı, Azərnəşr, 1998. – s.8-21. 

10.  Əfqani C. Təlim-tərbiyə haqqında / Əfqani C. Seçilmiş  əsərləri 

(Toplayan, tərtib edən və ön sözün müəllifi prof. Ş.Qurbanovdur). Bakı, 

Azərnəşr, 1998. – s.25-33. 

11. Qurbanov Ş. Cəmaləddin  Əfqani və türk dünyası. Bakı, Azərnəşr, 

1996. 


12. Renan E. Bir Evvelki Konferansa Ek / M.Türköne. C.Afqani. An-

kara, Türkiye Diyanet Vakfı Yayınları, 1994. – s.67-73.

  



 

Qəmər MÜRŞÜDLÜ 

444 


 

РЕЗЮМЕ 

 

Эти  слова  принадлежат  крупному  мыслителю,  реформатору  и 



просветителю  Исламского  мира  Дж.Асадабади  Афгани.  Он  в  своих 

трудах и выступлениях обосновал, что Исламская религия не только не 

отрицает рациональные науки, наоборот, всячески поощряет их разви-

тие,  что  Ислам  подчеркивает  верховенство  разума.  Поэтому  он  резко 

критиковал  консервативную улему за то, что  она делила науку на му-

сульманскую и европейскую. 

В статье на основе анализа некоторых работ Афгани, показывается, 

что мыслитель высоко ценил роль науки и техники в развитии общес-

тва  и  ратовал  за  распространение  образования  и  культуры  среди  му-

сульман. 

 

RESUME 

 

These words belong to outstanding thinker, reformer and enlightener 

world of Islam J. Asadabadi Afghani. He in the transaction and appearances 

has basing that the religion of Islam not only does not negate rational 

sciences, on the contrary, in every way encourages their development, that 

Islam underlines the supremacy of reason. Therefore he criticized conser-

vative ulama for the fact that it divided a science on Muslim and European. 

 In the article on the basis of the analysis of some transaction Afghani, 

shows, that thinker highly appreciated a role of a science and technics in 

development of society and fighted for propagate of education and culture 



among Muslim. 





Yüklə 10,39 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə