106 Ümummilli lider Heydər Əliyev – 90
Tarix və onun problemləri, №2 2013
BAYRAM ALLAHVERDIYEV
Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin
Kitabşünaslıq və nəşriyyat işi kafedrasının professoru,
tarix elmləri doktoru
HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA KİTAB NƏŞRİ MƏSƏLƏLƏRİ
Açar sözlər: Azərbaycan, Heydər Əliyev, kitab, nəşr, elm, təhsil, bilik, mədəniyyət, maarif
Ключевые слова: Азербайджан, Гейдар Алиев, книги, публикации, наука, образование,
знания, культура, образование
Key words:
Azerbaijan, Heydar Aliyev, books, publications, research, education, knowledge,
culture, education
Ümummilli liderimiz Heydər Əliyevin çoxşaxəli fəaliyyəti içərisində mədəniyyət və in-
cəsənətin inkişafı maarifin, təhsilin dünya səviyyəsinə qaldırılması xüsusi yer tutur. Bu sis-
temdə kitabçılıq işi, kitab nəşri mədəniyyəti və onun inkişafı böyük əhəmiyyət kəsb edir. Belə
ki, ümummilli liderimiz Heydər Əliyevin dərsliklərin nəşri üçün vəsaitlərin ayrılmasına da
xüsusi diqqət yetirmişdir. Respublika Nazirlər Kabinetinin 25 avqust 1994-cü il “Ümumtəhsil
məktəbləri şagirdlərinin dərsliklərlə təminatı məsələləri haqqında” 318 saylı qərarı 1995-
1996-cı dərs ilindən ibtidai siniflərə dərsliklərin pulsuz verilməsini, həmçinin V-XI sinif dərs-
liklərinin yalnız yerli təhsil şöbələrinin xəttilə məktəblərdə satışının keçirilməsini məqsədə-
uyğun hesab etdi [1].
Görkəmli şəxsiyyətlərin tanınmış ziyalıların, incəsənət xadimlərinin, görkəmli şair və
yazıçıların yubileylərinin qeyd edilməsində Heydər Əliyevin çıxışı ədəbiyyat və incəsənətin,
kitab və kitabçılıq işinin inkişafına istiqamət vermişdir. Ümummilli liderimiz Heydər Əliyevin
hələ, 1995-ci ildə Azərbaycan Respublikasının Milli kitabxanasında miniatür kitabın təqdimat
sərgisində çıxışı müstəqillik şəraitində respublikamızda kitabçılıq işinin inkişafının proqramı
idi.
Heydər Əliyev həmin çıxışında demişdir: “Bugünkü hadisə çox əlamətdardır. Burada
Azərbaycanın miniatür kitablarının sərgisi keçirilir. Zənnimcə, biz Azərbaycanda belə bir sər-
ginin ilk dəfə şahidi oluruq. Azərbaycanda kitab çapının tarixi böyükdür. Yaxın keçmişdə
Azərbaycan Respublikası onun 400 illiyini qeyd etmişdir. Keçmiş dövrlərdə məzmuna və for-
masına görə müxtəlif, çox maraqlı, nəfis kitablar buraxılmışdır. Bu nəşrlər dünyanın bir çox
ölkələrində də Azərbaycanı təmsil edir, onun haqqında biliklər verir. Ancaq Azərbaycanda mi-
niatür kitab nəşrinin tarixi qısadır. Mən çox məmnunam ki, bu gün biz Azərbaycanda yazıçı-
larımızın, şairlərimizin və ictimai-siyasi xadimlərimizin kitablarının miniatür nəşrini də görü-
rük. Şübhəsiz ki, bu, mədəniyyətimiz, kitab nəşrimiz üçün çox əlamətdar hadisə, böyük nailiy-
yətdir. Bununla əlaqədar mən sərginin təşkilatçılarını, Azərbaycan Respublikasının “Kitab”
Cəmiyyətini, buraya toplaşanları təbrik edir və əmin olduğumu bildirmək istəyirəm ki, bu iş,
təşəbbüs gələcəkdə də davam etdiriləcəkdir. Burada mənim Azərbaycan Prezidenti vəzifəsinə
başlayarkən andiçmə mərasimində nitqimin də miniatür nəşri nümayiş etdirilir. Bu gün həmin
kitabı mənə təqdim edirlər. Mən buna çox məmnunam” [1].
Heydər Əliyevdən gətirilən bu sitatda kitabçılıq işinin bir çox problemləri, tarixi, elmi,
nəşri və inkişafı məsələləri meydana çıxarılır. Görkəmli liderimiz Heydər Əliyevin bu sita-
tından məlum olur ki, dahi şəxsiyyət Azərbaycan kitab çapının qədim tarixə malik olduğunu,
Ümummilli lider Heydər Əliyev – 90 107
Tarix və onun problemləri, №2 2013
müxtəlif məzmunlu, müxtəlif formalı kitabların yarandığını və bu kitab məhsulu içərisində
miniatür kitabın müəyyən yer tutduğunu və inkişafının zəruri olduğunu qeyd edir.
Heydər Əliyevin bu çıxışından kitab nəşri ilə məşğul olan naşirlərimiz, müxtəlif növlü
və tipli kitabların nəşrinə, o cümlədən miniatür kitabların buraxılmasına diqqət yetirmələri
nəticədə kitabçılıq işinin ümumi inkişafına müsbət təsir göstərmişdir. Bunu respublikamızda
kitab nəşri sahəsində əldə edilən nailiyyətlər də təsdiq edir.
H.Əliyev buradakı çıxışında kitabçılıq işinin bir çox digər problemlərini də dərindən
bilən görkəmli kitabşünas alim kimi irəli sürür və xüsusilə, kitabın cəmiyyətdə yerinə yetirdiyi
funksiyaları çox gözəl şərh edir: “Kitab nəşri hər bir ölkənin, xalqın mədəniyyətində, ümumiy-
yətlə, mənəvi-ictimai həyatında çox görkəmli yer tutur. Hər birimiz ilk növbədə ancaq kitab
vasitəsilə təhsil, elm almışıq, həyatda yaşamağa, fəaliyyət göstərməyə hazırlaşmışıq. Ona görə
də hər birimiz kitablara borcluyuq. Həm kitabları yazıb-yaratmaq, həm də onları nəşr etmək
əsas vəzifələrimizdən biridir. Bunun üçün mümkün olan bütün tədbirləri görməliyik. Mən
respublikanın prezidenti kimi bunu əsas vəzifələrindən biri sayıram” [2].
Göründüyü kimi, dahi şəxsiyyət kitabın insan və cəmiyyətin həyatındakı rolunu əsas-
landırmış, onun təhsil elm və digər fəaliyyət sahələrində, bütövlükdə, şəxsiyyətin formalaşma-
sındakı rolunu elmi və təcrübi cəhətdən əsaslandırmışdır. Kitabın cəmiyyətdəki bu rolunu nə-
zərə alan Heydər Əliyev onun daim inkişaf etdirilməsini ölkəmiz üçün çox böyük əhəmiyyətə
malik olduğunu irəli sürür və beləliklə də, kitabçılıq işinin inkişaf etdirilməsi proqramını verir:
“Doğrudur, indiki ağır iqtisadi böhran dövründə respublikamızın iqtisadiyyatında yaranmış
çətinliklərlə əlaqədar və başqa ölkələrlə əlaqələrimizin məhdudlaşdığı bir vaxt da nəşriyyat işi
də çox çətinliklərlə qarşılaşır. Bu, təbiidir. Ancaq biz bu çətinliklərin qarşısını almalıyıq. Bu-
nun üçün yeni-yeni yollar axtarmalıyıq. Həyatımız dəyişir, hər bir şey dəyişir. Biz bu dəyişik-
liklər prosesinin içindəyik. Keçmişdə nəşriyyat işi dövlətin əlində idi, onun tərəfindən maliy-
yələşdirilirdi və bunun sayəsində Azərbaycanda həmin sahə çox genişlənmişdi. İndi dövlətin
imkanları məhdudlaşdığı, sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı yolu ilə getdiyimiz bir vaxt-
da, özəl bölməyə geniş imkanlar yaratmağa çalışmağımız və Azərbaycanda, kiçik də olsa, özəl
bölmənin meydana çıxdığı bir vaxtda biz onun bütün imkanlarını nəşriyyat işinin canlandırıl-
masına, inkişaf etdirilməsinə, xüsusən kitab nəşrinin genişlənməsinə cəlb etməli, yönəlt-
məliyik” [2].
Çox maraqlıdır ki, H.Əliyev kitabçılıq işində dünya təcrübəsinin istifadə olunmasının
zəruriliyini də irəli sürür. Bu mənada H.Əliyevin aşağıdakı fikri diqqəti cəlb edir: “Bu sahədə
başqa ölkələrdə, xüsusən Rusiyada yaxşı təcrübə var. Məsələn, Rusiyada bəzi firmalar, şirkət-
lər uşaqlar, gənclər üçün, ümumiyyətlə, cəmiyyət üçün, o cümlədən məktəblilər üçün lazım
olan kitabların nəşrini öz üzərinə götürür, bu işə sponsorluq edirlər. Mən bir neçə nümunə ilə
tanış oldum və deyə bilərəm ki, keçmişdəkindən də yaxşı kitablar buraxılır.
İndi respublikamızda xeyriyyəçilik fəaliyyəti genişlənir. Arzu edirəm ki, bizim iş
adamları, imkanlı sahibkarlar bütün sahələrdə xeyriyyəçilik fəaliyyətləri göstərdikləri kimi, bu
işdə - kitabların yazılması və nəşri sahəsində də köməkliklərini əsirgəməsinlər. Zənnimcə bu,
xeyriyyəçilik sahəsində ən yaxşı iş ola bilər. Mən iş adamlarını buna dəvət edirəm” [2].
Heydər Əliyev kitab nəşrində özəl sektorun rolunu, sponsorların xidmətini qeyd etmək-
lə yanaşı, dövlətin də kitab nəşrində yerini aydınlaşdırmağa çalışır. O, qeyd edir ki, “şübhəsiz
ki, dövlətin də imkanlarından daha səmərəli istifadə olunmalıdır. Ancaq, bayaq dediyim kimi
indi biz mülkiyyət formasını dəyişdiririk. Bazar iqtisadiyyatı yolu ilə gedirik. Özəl bölməyə
geniş imkanlar yaradırıq və bundan sonra da yaradacağıq. Ona görə də bunların hamısı ümum-
108 Ümummilli lider Heydər Əliyev – 90
Tarix və onun problemləri, №2 2013
milli əhəmiyyət kəsb edən kitab nəşrinə səfərbər edilməli, cəlb olunmalıdır. Ümidvaram ki,
belə də olacaqdır” [2].
Heydər Əliyev müəllif, kitab nəşri, oxucu münasibətlərinə xüsusi diqqət yetirir və bu
sintezin kitabçılıq işində çox böyük əhəmiyyət kəsb etdiyini qeyd edir, kitab nəşrinin pers-
pektivini müəyyənləşdirir. Dahi şəxsiyyətin fikir və mülahizələri Azərbaycan kitab nəşri mə-
dəniyyətini zənginləşdirir və inkişaf etdirir. Bu cəhətdən Heydər Əliyevin aşağıdakı fikri diq-
qəti cəlb edir:
“Yazıçı və şairlərimiz, alimlərimiz, mədəniyyət xadimlərimiz böyük potensiala malik-
dirlər. Onların indiyədək yazdıqları əsərlər Azərbaycan xalqının təhsillənməsində, biliklənmə-
sində, elm və mədəniyyətimizin, mənəviyyatımızın inkişafında öz rolunu oynamışdır. Ancaq
xalqımız Azərbaycanın elmi, mədəni potensialından, ümumiyyətlə, intellektual potensialından
bundan sonra daha çox bəhrələnməlidir. Ona görə də çalışmalıyıq ki, belə yaradıcı adamlar öz
fəaliyyətlərini davam etdirsinlər. Onlara kömək etməliyik, şərait yaratmalıyıq.
Eyni zamanda yazılan kitabların nəşr olunmasının qayğısına qalmalıyıq. Bilirəm ki, ya-
zanlar və yazmaq istəyənlər çoxdur. Bu adamlar – alimlər, yazıçılar, mədəniyyət xadimləri
yazdıqlarının bir çoxunu çap etdirə bilmirlər. Bu çətinliyi hamımız dərk etməliyik. Ancaq
bununla kifayətlənmək olmaz. Hər bir çətinlikdən çıxış yolu tapmalıyıq, özü də bunu birlikdə
axtarmalıyıq. Dövlət də bütün imkanlarından istifadə edəcəkdir. Ancaq ayrı-ayrı cəmiyyətlər,
təşkilatlar, iş adamlarımız da bu işə qoşulmalıdırlar. Arzu edərdim ki, bu tövsiyələrin əməli
nəticələri olsun” [3].
Müasir dünyada kitab nəşri genişlənir. Çünki problemlər, mövzular artır, onlar dünya
ölkələrində, o cümlədən Azərbaycanda yeni əsərlərin, kitabların meydana gəlməsinə, nəşr edi-
lib yayılmasına səbəb olur. Bu kitablar, yeni nəşrlər, oxuculara yeni biliklər, yeni məlumatlar
verir və çatdırır. Təsadüfi deyildir ki, dünya ölkələrində, o cümlədən Azərbaycanda redaksiya-
nəşriyyat prosesinin genişlənməsi, nəşriyyat fəaliyyətinin güclənməsi, özəl nəşriyyatların ya-
ranması və inkişaf etdirilməsi, dövrün, şəraitin qarşıya qoyduğu aktual problemlər, tələblərdir.
Bu prosesi nəzərə alan respublikamızın və türk dünyasının ümummilli lideri Heydər Əliyev öz
fəaliyyətində kitabçılıq işinin inkişaf etdirilməsini gördüyü, həyata keçirdiyi əməli işlər də
sübut edir.
Bu mənada respublikanın keçmiş prezidenti Heydər Əliyevin aşağıdakı sərəncamı diq-
qətəlayiqdir.
Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyinin tabeçiliyində olan bir
sıra müəssisələrin özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərənca-
mında deyilir: “İqtsadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi və investisiya-
ların cəlb olunması yolu ilə iqtisadiyyatın daha sürətlə inkişafına nail olmaq və onun səmərə-
liliyinin artırılmasını təmin etmək məqsədi ilə və “Azərbaycan Respublikasında dövlət əmla-
kının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq qərara alıram:
1.
Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyinin tabeliyində olan
aşağıdakı müəssisələr özəlləşdirməyə açıq elan edilsinlər:
- “İşıq” nəşriyyatı;
- “Şərq-Qərb” nəşriyyatı;
- “Yazıçı” nəşriyyatı;
- İstehsalat, təchizat və satış idarəsi;
- Sumqayıt icra mətbəəsi;
- Lənkəran mətbəəsi;
Ümummilli lider Heydər Əliyev – 90 109
Tarix və onun problemləri, №2 2013
- Bərdə rayon poliqrafiya mətbəəsi;
- Yevlax rayon icra mətbəəsi;
- Mingəçevir poliqrafiya mətbəəsi;
- Şəki icra mətbəəsi və s.
2.
Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyi bu sərəncamın 1-ci bən-
dində göstərilən müəssisələrin qanunvericilikdə nəzərdə tutulmuş qayda ilə özəlləşdirilməsini
təmin etsin.
3.
Özəlləşdirməyə açıq elan olunmuş müəssisələrin rəhbərlərinə tapşırılsın ki, hə-
min müəssisələr özəlləşdirilənədək onların idarə olunmasına və əmlakın qorunub saxlanılma-
sına şəxsən məsuliyyət daşıyırlar” [4].
Heydər Əliyevin bu cür sərəncamları sonrakı illərdə də qəbul edilmiş və həmin sərən-
camlar kitabçılıq işinin inkişafına, kitab nəşrinin genişlənməsinə, özəl nəşriyyatlaarın sürətlə
inkişaf etməsinə təkan vermişdir. Çünki müstəqillik dövründə nəşriyyatların yenidən qurul-
ması, nəşriyyat və poliqrafiya müəssisələrinin özəlləşdirilməsi, kitabın nəşri, təbliği və yayıl-
masına köməklik edən bir sıra qanunların – “Kitabxana işi haqqında” (25 dekabr 1998-ci il);
“Nəşriyyat işi haqqında” (30 may, 2000-ci il) və s. qəbul edilməsi və nəticədə nəşriyyat işində
müəyyən nailiyyətlərin əldə edilməsinə imkan vermişdir. Doğrudur, H.Əliyevin ilk dəfə haki-
miyyətə gəlməsi dövründə də, yəni 1970-1980-ci illərdə də kitabçılıq işi xeyli inkişaf etmişdir.
Belə ki, ХХ əsrin 70-80-ci illərində hər il ölkəmizdə müxtəlif elm və bilik sahələri üzrə 1300-
1400 adda 13-14 milyon nüsxədən çox kitab və kitabça nəşr edilirdi [5, 180].
Onu da qeyd etməliyik ki, totalitar sovet ideologiyası və rejimi olmasaydı respublika-
mızda kitab nəşri sahəsində daha böyük müvəffəqiyyətlər əldə etmək olardı. Müstəqillik döv-
ründə hakimiyyətə ikinci dəfə qayıdan H.Əliyevin fəaliyyəti nəticəsində xalq təsərrüfatının,
elmin, mədəniyyətin, təhsilin, o cümlədən kitabçılıq işinin inkişafında böyük nailiyyətlər əldə
edildi.
H.Əliyevin hərtərəfli və uzaqgörən siyasəti nəticəsində kitab nəşri, nəşriyyatların fəa-
liyyətləri, yəni dövlət, özəl nəşriyyatların fəaliyyətinin genişlənməsi (indi onların sayı 150-dən
çoxdur) kitabçılıq işinin ümumi inkişafında, xüsusilə kitab nəşrində (ad, tiraj və həcmində)
böyük irəliləyişə gətirib çıxartdı. Belə ki, 2005-2006-cı illərdə respublikamızda bütün elm və
bilik sahələrinə dair 1400-1500 addan çox kitab və kitabça, 10 milyon nüsxəyə qədər tirajla
çapdan buraxıldı. Kitabın nəşrində ad etibarilə artım diqqətəlayiqdir. Lakin respublikamızda
tiraj siyasəti olmadığına görə artım nəzərə çarpmır. Belə ki, keçmiş sovet hakimiyyətinin 70-
80-ci illərindəki kitab tirajı ilə müqayisədə indi illik kitabın tirajı 3-4 dəfədən çox azalmışdır
[5, 180].
Amma, araşdırmalar göstərir ki, 2006-2008-ci illərdə kitabın ad və tiraj etibarilə inkişa-
fı sürətlənmişdir. İndi hər il ölkəmizdə təxminən 2000-2500 addan çox kitab və kitabça, 10
milyon nüsxədən çox ümumi tirajla çapdan buraxılır.
Heydər Əliyev çox haqlı olaraq qeyd edirdi ki, “Tarixi olduğu kimi qəbul etmək, dərk
etmək və olduğu kimi qiymətləndirmək lazımdır”. Heydər Əliyevin bu məşhur kəlamı tarix
ədəbiyyatına, xüsusən vətən tarixinə, milli ədəbiyyat tarixinə elmimizin, ədəbiyyatımızın qiy-
mətli tarixi abidələrinə diqqət yetirməyi və bu istiqamətdə kitab nəşrinin həyata keçirilməsini
zəruri hesab edirdi.
Ulu öndər Heydər Əliyevi Azərbaycan xalqının, türk dünyasının, bütövlükdə, çağdaş
sivilizasiyanın ən böyük şəxsiyyətlərindən biri adlandıranlar tamamilə haqlıdırlar. Ensiklope-
dik biliyə, güclü iradəyə və milli ruha, dərin fəlsəfi düşüncə tərzinə və möhkəm tarixi yaddaşa
110 Ümummilli lider Heydər Əliyev – 90
Tarix və onun problemləri, №2 2013
malik olan bu böyük şəxsiyyətin bütün fəaliyyəti doğma xalqına və vətəninə sədaqətlə xidmə-
tin parlaq nümunəsidir. Bu nümunəni “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi
üzrə Dövlət Komissiyasının iclasında Azərabycan prezidenti, Dövlət Komissiyasının sədri
H.Əliyevin yekun nitqi təsdiq edir:
“Mən bu gün bunu bir daha demək istəyirəm ki, “Kitabi-Dədə Qorqud” dastanı indiyə
qədər Azərbaycanda az bir təbəqəyə məlum olan abidədir, əsərdir. Bunu bilənlər bizim tarixçi-
lərimizdi, - onların da hamısı yox, - o adamlar ki, “Dədə Qorqud”un tədqiqi ilə məşğul olub-
lar. Bunu bilənlər bizim ədəbiyyatçılarımız, yazıçılarımızdır. Cəsarətlə demək olar ki, onların
da bəlkə hamısı yox. Geniş kütləyə, xalqımıza, millətimizə gəldikdə isə onu demək olar ki,
ötən 3 il müddətində (bu 3 il “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin qeyd
edilməsi ilə əlaqədar yaradılan komissiyanın tarixini nəzərdə tutur. – B.V.Allahverdiyev) gör-
düyümüz işlər, apardığımız təhlillər və bu müzakirələrdə dinlədiyimiz fikirlər təsdiq edir ki,
bizim geniş kütləmiz “Dədə Qorqud” haqqında çox az təsəvvürə malik idi, az şey bilirdi.
Biz indi bu 3 il müddətində buradakı məruzələr, çıxışlar bunu göstərdi – birincisi “Kita-
bi-Dədə Qorqud” dastanını xalqımıza yaxşı tanıtdıq, ikincisi dünyaya tanıtdıq, üçüncüsü tam
təsdiq etdik ki, bu Azərbaycana məxsusdur. Bəli, bu türk xalqlarına məxsusdur, ancaq Azər-
baycana məxsusdur. Onun vətəni Azərbaycandır və varisi, sahibi Azərbaycandır, yəni Azər-
baycan xalqıdır. Biz gələcək işlər üçün böyük yol açdıq. Təsəvvür edin, bax qısa müddətdə
burada nə qədər kitablar nəşr olunubdur. Amma bizim komissiyanın birinci iclasını yada salın.
Nə var idi? Bunlar yox idi. O vaxt siz də deyirdiniz, indi burada çıxış edənlər də deyirlər ki,
Həmid Araslı, Bartold bir şey yazıblar, nəşr etdiriblər, amma o da itib gedibdir. Dəmirçizadə
də bir şey yazıbdır, o da yoxdur. Bizim bir neçə alimimiz – bəziləri burada iştirak edirlər – çox
yazıblar, amma bunları nəşr etdirə bilməyiblər. Yazdıqları da özlərində qalıbdır. Ancaq görün
indi qısa bir müddətdə nə qədər əsərlər yaranıbdır. Həqiqətən, bu, doğru sözdür ki, bütün bu
tədbirlərin hər bir əhəmiyyətlidir. Amma ən əhəmiyyətlisi odur ki, əsərlər yaranır və bu əsərlər
gələcək üçün, bizim tariximizin daha geniş dərin təhlil olunması üçün, gələcək nəsillər üçün
böyük töhfədir”.
Heydər Əliyev istənilən çıxışında, məruzəsində qarşıya qoyulan problemi, müəyyən
sahəni, mövzunu o qədər dərindən bilirdi ki, dinləyici onu elə bil həmin sahənin, problemin
mütəxəssisi kimi qəbul edirdi. Bunu kitab nəşrində də, kitabçılıq işinin bir çox problemləri ilə
əlaqədar çıxışlarında görə bilirik. Məsələn, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik
yubileyinin yekun nitqində də, bu mülahizəni aydın görürük. O, deyirdi:
“...Mən özüm də etiraf etməliyəm ki, “Dədə Qorqud”un bu qədər dərin dərya olduğunu
təsəvvür edə bilmirdim. İndi kimsə desə ki, yox, o bilirmiş, - güman edirəm xəta edir, mən bil-
mirdim. Məsələn, mənim bu barədə biliklərim bu kitablardan – təkcə onların sayına görə yox,
hər birinin məzmunu və mənasına görə - nə qədər artıbdır. Hesab edirəm, eləcə də hər bir
Azərbaycan vətəndaşının biliyi artıbdır.
Kütləvi surətdə həyata keçirilən tədbirlər “Dədə Qorqud”u geniş kütlələrə tanıdır. Bu
kitabların yazılması və keçmişdə yazılmış kitabların belə nəfis şəkildə yenidən nəşr olunması
çox qiymətlidir. Mən dünən soruşdum ki, bunların tirajı nə qədərdir?– 1000-2000 nüsxədir?
Bir il keçəndən sonra bu kitabları tapmaq yenə də mümkün olmayacaqdır. Təbiidir ki, indi biz
hər bir kitabı bir neçə min nüsxədə nəfis şəkildə nəşr edə bilmərik. Biz bunları yubiley üçün
yaratmışıq. Ancaq fikrim bundan ibarətdir ki, bu kitabların çoxunu, bəlkə də hamısını, yaxud
bir qismini geniş kütlələr üçün böyük tirajlarla sadə şəkildə nəşr edək. Onları geniş kütlələrə
Ümummilli lider Heydər Əliyev – 90 111
Tarix və onun problemləri, №2 2013
çatdırmaq üçün satışa buraxaq, kitabxanalara verək. İndi nəşr etdiyimiz bu əsərləri kitabxana-
lara versək, yerdə bir şey qalmayacaqdır. Çünki bunlar 1000-2000 nüsxədir...”.
Heydər Əliyevin bu fikri, bu mülahizəsi kitabçılıq işi üçün çox əhəmiyyətlidir. Belə ki,
Heydər Əliyev kitabın məzmununa çox yüksək qiymət verir. Bu yüksək qiymət kitabın məz-
mununun dəyəri, qiyməti oxucuya bilik verməsi ilə ölçülür. Buna görə də Heydər Əliyevin bu
çıxışı əsas götürülərək müasir dövrdə də nəşriyyatlar istənilən dərin məzmunlu kitabların bilik
və məlumat verən kitabların nəşr edilib yayılmasına xüsusi diqqət yetirməlidir. Yeri gəlmişkən
onu da qeyd etməliyik ki, müasir dövrdə Azərbaycan Respublikasında fəaliyyət göstərən nəş-
riyyatlarda tiraj siyasəti demək olar ki, yoxdur və tiraj siyasətinin müəyyənləşdirilməsi üzrə
mütəxəssis fikrinə etinasız münasibət göstərilir və hətta nəzərə alınmır. Halbuki, Heydər
Əliyev zəruri, lazımlı, dəyərli kitabların tirajının yüksək olmasını vacib şərt kimi irəli sürür və
bunun nəzərə alınmasını xüsusilə qeyd edir. Çünki tiraj siyasəti düzgün nəzərə alındıqda, düz-
gün müəyyənləşdirildikdə, kitablar kitabxanalara, oxuculara çatdırıla bilər.
Qeyd etdiyimiz kimi, dəyərli kitabların, yəni xalqın tarixindən, ədəbiyyat və incəsənə-
tindən, etnoqrafiyasından bəhs edən kitabların böyük tirajlarla nəşr edilməsini, yayılmasını
Heydər Əliyev kitabçılıq işinin qarşısında qoyulan ən mühüm vəzifələrdən hesab edir. Bu
mənada H.Əliyevin aşağıdakı fikri xüsusilə diqqəti cəlb edir: “Ancaq geniş kütlənin “Kitabi-
Dədə Qorqud” dastanı, abidəsi ilə bu gün və gələcəkdə dərindən tanış olması və onu dərindən
bilməsi üçün – bunun əsas mənası ondan ibarətdir ki, öz kökünü, keçmişini, millətinin tarixini
dərindən bilsin – biz bugünkü və gələcək nəsillərin bu kitablardan lazımi qədər istifadə etməsi
imkanına malik olmalıyıq. Mən bu fikri dünən söyləmişəm, indi bir daha deyirəm. Mən gö-
rülən işləri çox yüksək qiymətləndirirəm. Ancaq bu, işin başlanğıcı olmalıdır. Bunun üçün biz
vəsait də tapa bilərik. Doğrudur, indi bizim vəsaitimiz o qədər də çox deyildir. Amma biz
buna qənaət etməliyik, bunları etməliyik. Çünki bunlar xalqımıza, gələcək üçün lazımdır”.
Yeri gəlmişkən onu da qeyd etməliyik ki, H.Əliyevin hakimiyyəti dövründə respubli-
kamızda tanınmış şairlərin, alimlərin, yazıçıların yubileylərinin təşkil edilməsi ənənə halını
almışıdır. Məsələn, Məhəmməd Füzulinin, Nəsirəddin Tusinin, Nizami Gəncəvinin, Cəlil
Məmmədquluzadənin, Hüseyn Cavidin və başqa görkəmli ədiblərin yubileylərinin keçirilməsi
ilə əlaqədar Heydər Əliyevin xüsusi fərmanları, sərəncamları olmuşdur. Bu yubileylərin hər
birində Heydər Əliyev çıxış etmiş və öz çıxışlarında onların əsərlərinin nəşrinə, yayılmasına
xüsusi əhəmiyyət vermişdir. Bunun nəticəsidir ki, Azərbaycanda Heydər Əliyevin hakimiyyəti
dövründə kitabların nəşri genişlənmiş, artmış, məzmunu və bədii tərtibatı xeyli dərəcədə yax-
şılaşmışdır. O deyirdi: “Alimlərimiz, yazıçılarımız bu qısa müddətdə keçmiş kitablardan əlavə
yeni əsərlər yazıblar. Bu, çox gözəl hadisədir. Düşünürəm ki, əgər bu yubiley haqqında fər-
man imzalanmasaydı, bu işlər görülməsəydi, bəlkə də müəlliflərdən 5 faizi öz vaxtını sərf
edib, belə kitablar yazardılar. Ancaq bu yubileyin keçirilməsi haqqında qəbul etdiyimiz qərar
və Azərbaycanda bu məsələnin ötən 3 il müddətində geniş təbliğ olunması, bu işə dövlətin
böyük əhəmiyyət verməsi, bizim bir çox alimlərimizi, yazıçılarımızı həvəsə gətiribdir. Onların
hər biri yeni kitablar yazıbdır. Beləliklə də, “Dədə Qorqud” haqqında bizim həm tarixi kitab-
larımız, həm də ədəbi-publisist kitablarımız artıbdır. Bu da çox gözəl hadisədir”.
Heydər Əliyevin aşağıdakı fikri dəyərli kitabların həmişə çap olunmasını, xalqın ara-
sında yayılmasını şərtləndirir: “İndi hamı bu fikirdədir, kitablar da onu göstərir, Drezden ki-
tabxanasından gələn nüsxə də bunu deyir ki, “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalqı-
nın ən qədim mədəniyyət, ədəbiyyat, mənəviyyat abidəsidir. Ona görə də, demək, bu bizim
ana kitabımızdır. Bu kitabın məzmununu, mənasını onun hər bir kəlməsini hər bir Azərbay-
112 Ümummilli lider Heydər Əliyev – 90
Tarix və onun problemləri, №2 2013
canlı məktəbdən başalayaraq bilməlidir. İnsanlar bütün bunları nə qədər çox bilsələr, millətini,
xalqını, vətənini və müstəqil Azərbaycanı da bir o qədər sevəcəklər. Bu, bizim xalqımızın çox
əsrlik tarixində yeni bir mərhələdir”.
Heydər Əliyevin kitabçılıq işinə dair bu cür qiymətli fikirləri onun çoxsaylı məruzə-
lərində, çıxışlarında mövcuddur. Məsələn, Naxçıvanda görkəmli yazıçı-publisist və dramaturq
C.Məmmədquluzadənin ev muzeyinin açılışında Azərbaycan Respublikasının Prezidenti Hey-
dər Əliyevin nitqi maraq doğurur. O, nitiqndə deyirdi: “Azərbaycan öz milli ənənələrini, də-
yərlərini, dini dəyərlərini qoruyaraq, saxlayaraq, inkişaf etdirərək, eyni zamanda dünyəvi mə-
dəniyyətə doğru gedibdir. Azərbaycan xalqının buna nail olmasında Azərbaycanın böyük
simalarının, o cümlədən dahi insan C.Məmmədquluzadənin – Mirzə Cəlilin xüsusi xidməti və
rolu olubdur.
Əgər, C.Məmmədquluzadə kimi şəxsiyyət dünyaya gəlməsəydi, öz fəaliyyətini görmə-
səydi, əgər “Molla Nəsrəddin” jurnalı insanları qaranlıqdan çıxarmağa çalışmasaydı, əgər
onun “Ölülər” əsəri insanların gözünü real dünyaya açmasaydı xalqımız bu qədər inkişaf edə
bilməzdi. Bu sözlər təkcə C.Məmmədquluzadəyə aid deyil, bizim çox dahilərimizə aiddir. An-
caq biz bu gün məhz Mirzə Cəlilin evinə gəlmişik və burada onun xatirəsini yad edirik. Ona
görə mən bu sözləri deyirəm” [6].
Göründüyü kimi, Heydər Əliyev milli və ümumbəşəri dəyərlərin vəhdətinin təmin edil-
məsini zəruri sayırdı. Azərbaycan gəncləri bu gün bu istiqamətdə çalışmalı, milli və ümumbə-
şəri mənəvi sərvətlərə yiyələnməlidirlər.
Heydər Əliyevin zəngin elmi irsi inkişaf edən ölməz irsdir, nəsildən-nəsilə ötürüləcə-
yinə, əbədi yaşayacağına şübhə ola bilməz.
Yadda qalmalıdır ki, bir-birini əvəz edən hər nəsil əvvəlki dəyərli irsi dərindən mənim-
səmək, qoruyub saxlamaqla yanaşı, onu zənginləşdirməyə də borcludur. Milli yetkinləşmə
yalnız bu yolla mümkün ola bilər. Bu cəhətdən Heydər Əliyev irsi xalqa, xüsusilə də gənclərə
əvəzsiz töhfədir.
Bu məqalədə Heydər Əliyevin Azərbaycan kitab nəşri mədəniyyətindəki rolunun, xid-
mətinin çox cüzi bir hissəsi əks olunmuşdur. Fikrimizcə, H.Əliyev və Azərbaycan kitab nəşri
mədəniyyəti ayrıca elmi tədqiqat problemi kimi işlənməlidir və nəticəsi monoqrafiya halında
çap edilməlidir. Bu monoqrafiyada toplanılacaq və şərh ediləcək Heydər Əliyevin fikir və
mülahizələri Azərbaycan kitabının gələcək inkişaf istiqamətlərinin, perspektivinin bünövrəsi
ola bilər.
ƏDƏBİYYAT
1.Azərbaycan Respublikasında Dövlət Dili haqqında Azərbaycan Respublikasının Qanunu (20
sentyabr, 2002-ci il) // “Azərbaycan” qəz., 2003. -4 yanvar.
2.Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin M.F.Axundov adına Azərbaycan Milli
kitabxanasında miniatür kitabın təqdimat sərgisində çıxışı // “Azərbaycan” qəz., 1995. -6 iyun.
3.“Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının iclasında
Azərbaycan Respublikasının Prezidenti, Komissiyanın sədri Heydər Əliyevin yekun nitqi //
“Xalq” qəz., 2000. -12 mart.
4.Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyinin tabeçiliyində olan bir sıra
müəssisələrin özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı (29
mart, 2001-ci il) // “Respublika” qəz., 2001. -30 mart.
Ümummilli lider Heydər Əliyev – 90 113
Tarix və onun problemləri, №2 2013
5.Allahverdiyev B.V. Kitab nəşri: problemlər, mülahizələr, təkliflər // “Dil və ədəbiyyat”
beynəlxalq-elmi-nəzəri jurnal. –Bakı, 2006. –№3 (51). –S.180-181.
6.Naxçıvanda görkəmli yazıçı-publisist və dramaturq Cəlil Məmmədquluzadənin ev
muzeyinin açılışında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi //
“Ədəbiyyat qəzeti”., 1999. -22 oktyabr.
7.Allahverdiyev B.V. Heydər Əliyev və Azərbaycan kitab nəşri mədəniyyəti (Ümummilli
lider Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr edilir) // “Kitabşünaslıq və nəşriyyat
işi” elmi-nəzəri və təcrübi jurnal, 2008. -№2. –S.3-15.
БАЙРАМ АЛЛАХВЕРДИЕВ
профессор кафедры «Книговедение и издательское дело» БГУ,
доктор исторических наук,
ГЕЙДАР АЛИЕВ И ВОПРОСЫ КНИГОИЗДАНИЕ В АЗЕРБАЙДЖАНЕ
Гейдар Алиев всегда обращал особое внимание на развитие культурной сферы.
Книгоиздание, книжное дело, деятельность издательств в челом всегда имел особое
место в общественно-политический, культурной деятельности выдающийся личности
Гейдара Алиева. Он в своих выступлениях, докладах отделял особое место книгоизда-
ние, его пропаганде и распространение. Гейдар Алиев время от времени высказывал
очень ценные мысли о развитии книгоиздание во время солидарности в Азербайджане и
определял перспективы развитие книжного дело. В статье говорится о деятельности в
сферах книгоиздание, пропаганде и распространение, направление развитие книги
Гейдара Алиева.
BAYRAM ALLAHVERDIYEV
Professor of the chair of Bibliology and publishing work BSU,
doctor of history
HEYDAR ALİYEV AND THE İSSUES OF BOOK PUBLİSHİNG İN AZERBAİJAN
Heydar Aliyev has always paid attention to development of culture and art. Book
publishing and the activity of publishing houses take a special place in the social-political and
cultural activity of Heydar Aliyev. He gave broad place to book publishing, promotion and
distribution in his speech and lectures. Heydar Aliyev has made public his valuable thoughts
about book publishing in Azerbaijan in the period of independence and determined the
development perspective of book publishing.
The prospective development directions of book publishing, promotion and distribution
determined by Heydar Aliyev were covered in the article
Rəyçilər:f.ü.f.d.Ş.Quliyeva, t.e.d.R.C.Süleymanov
BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasının
3 aprel 2013-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №6).
Dostları ilə paylaş: |