Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 10,39 Mb.
Pdf görüntüsü
səhifə150/152
tarix30.10.2018
ölçüsü10,39 Mb.
#75889
1   ...   144   145   146   147   148   149   150   151   152

 

Könül QULİYEVA 

430 


“Kəşfu`z-zunun”  əsərinin müəllifi Katib Çələbinin verdiyi məlumatlara 

görə, İbn Əbi`r-Rical ilə Muhamməd b. Şadşah b. Bəhramşah Mir’atu zama-



nı Yunini kimi qısaldaraq yenidən tərtib etmişlər. 

Mir’atuz-zamanın  biri müfəssəl, digəri müxtəsər olmaq üzərə iki versi-

yası vardır və bunların hər ikisinin də  bəzi cildlərində (xüsusilə  də 1056-

1086-cı il hadisələrini əhatə edən cildlər) müəyyən ixtisarlar edilmişdir, la-

kin bu ixtisarların kimlər tərəfindən aparıldığı dəqiq şəkildə bilinmir.  

Əsərin indiyə qədər aşağıdakı hissələri nəşr edilmişdir: 

1.

 



Müntəhabat min Miratuz-zaman, Recueil des Historiens des Croisades, 

Historiens Orientaux, Paris 1884, c.III, s.517-570. 

2.

 

Mir`atüz-zaman fi Tarixi`l-ayan, nşr.ed. James Richard Jewett, Chi-



cago 1907. 

3.

 



H.F.Amedroz tərəfindən nəşr edilən  İbnu`l Kalanisinin Zeylu Tarixi 

Dəməşq, Beyrut 1908 

4.

 



Mir’atuz-zaman fi tarixi`l-ayan, Heydərabad-Dəccən 1951-1952, c. I-

II. (H. 495-654-cü il hadisələrini əhatə edən və iki cild şəklində nəşr edilən 

bu hissə yuxarıda adı keçən James Richard Jewett nəşrinin eynidir).

8

 



Yuxarıda da qeyd edildiyi kimi, əsərin Azərbaycanda-Bakıda ancaq bir 

cildi (I cild) vardır. Bu cild 286 səhifədən və 90 fəsildən ibarətdir. Əlyazma 

20x30 formatındadır. Əlyazısı - nəshlə yazılmışdır. Kağızı möhkəm və Av-

ropa istehsalıdır.  Əlyazmadakı filiqranları  əsas götürsək belə bir nəticəyə 

gəlmək olar ki, əsərin üzü XVI əsrin sonunda köçürülmüşdür.  

Səlcuqlu tarixinin öyrənilməsi yönündən böyük bir boşluğu dolduran 

əsərin VIII cildi, həm də XI əsr türk dilinin (xüsusilə şəxs adlarının) və türk 

adət-ənənələrinin (toy və yas mərasimlərinin, saray həyatının) tədqiq edilmə-

si baxımından da mühümdür. Bütün bunlardan başqa Səlcuqlu dövlət təşki-

latı, dövlətin dini, iqtisadi və  mədəni siyasəti, xəlifə-sultan və sultan-vəzir 

münasibətləri haqqındakı qeydlər və ya bu mövzularla əlaqədar zikr edilən 

müxtəlif hadisələrin hər biri həqiqətən də, həmin dövrün tədqiq edilməsi 

baxımından dəyərli sənədlərdir.  

                                                 

8

 Ali Sevim, eyni əsər, s. 




Qızoğlu kimdir? 

431 


 

Biblioqrafiya 

 

1.

 



Ali Sevim, Sibt ibn əl- Cövzi “ Mir`atüz-zaman fi tarixi`l-ayan”, An-

kara,1968 

2.

 

Z. Bünyadov, “Azərbaycan Atabəyləri dövləti”, Bakı 2007 



3.

 

M.A.Pirimova, “Miratüz-zaman” о двух историках, Əlyazmalar xəzi-



nəsində, c.VIII,1987 

4.

 



Li Guo, Early mamluk Syrian historiography al-Yunini`s Dhayl Miràt 

al-zaman, Chicago, 1997 

 



 

Könül QULİYEVA 

432 


 

XÜLASƏ 

Əsli türk olan və Sibt İbnu-l Cövzi (ibnu-l Cövzinin nəvəsi) ləqəbi ilə ta-

nınan Şəmsuddin Əbu-l Müzəffər Yusif b. Qızoğlu b. Abdullah XII əsr ərəb 

tarixçilərindən biri olmuşdur. Bilindiyi kimi, XII əsrin sonu XIII əsrin əvvəl-

ləri ərəb tarixşünaslığında inkişaf dövrü olmuşdur. Ancaq bu dövr tarixin ən 

az öyrənilmiş  mərhələlərindəndir. Bunun da əsas səbəblərindən biri həmin 

dövrlərə aid yazılı  mənbələrin olduqca az olmasıdır. AMEA Əlyazmalar 

İnistitunda qorunub saxlanılan Sibt ibn Cövzi Qızoğlunun “Mir’atuz-zaman 



fi tarixi`l-ayan”  əsəri həmin dövr orta əsr  Şərq tarixinin öyrənilməsi baxı-

mından çox mühim mənbələrdən biri hesab edilir. 



 

RESUME 

Known under pseudonym Sibt ibn al-Jawzi (the grandson ibn Jawzi) 

Shamsuddin Abu-l Muzaffer Yusif ibn Kizoqli ibn Abdullah which was by 

origin the Turk, is one of the Arabian historians of XII century. As is known, 

the end XII, the beginnings of XIII century the period of progress Arabian 

historiography. But this is one of little learned period of history. One of prin-

cipal causes of it is lack written sources. Product Sibt ibn al-Jawzi “Miràtuz-

zaman fi tarixi-l a`yan”, stored Institute of Manuscripts of the National Aca-

demy of sciences of Azerbaijan, is considered one of the important sources 

for studying that period of history of the East.  

 

РЕЗЮМЕ 

Известный под псевдонимом Сибт Ибну-ль-Джоузи (внук ибн 

Джоузи)  Шамсуддин  Абуль-Музаффер  Юсуф  ибн  Гызоглы  ибн 

Абдуллах,  который  был  по  происхождению  турком,  является 

одним из арабских историков XII века. Как известно, конец XII, 

начала XIII века период развития арабского историковедения. Но 

этот период один из самых малоизученных. Одним из основных 

причин этого является недостаток писменных источников. Произ-

ведение Сибт ибн Джоузи Гызоглы «Миратуз-заман фи тарихил-

аян», хранившийся в Институте Рукописей Национальной Акаде-

мии Наук Азербайджана, считается одним из важных источников 

для изучения того периода истории Востока. 




Elmə ən doğma din İslam dinidir 

433 


“ELMƏ ƏN DOĞMA DİN İSLAM DİNİDİR” 

  

 Qəmər Mürşüdlü

 



 

Yazımıza sərlövhə kimi verdiyimiz bu sözlər İslam islahatçılığının lideri 

və İslam birliyi konsepsiyasının yaradıcısı Cəmaləddin Əsədabadi Əfqaniyə 

(1838-1897) məxsusdur.  

Mütəfəkkir bütün fəaliyyəti boyu İslam dininin elmi bilikləri inkar etmə-

diyini, ağlın, zəkanın aliliyinə söykəndiyini əsaslandırırdı və yazırdı ki, bü-

tün dinlər arasında “bir şeyə sübutsuz inanan insanları  tənqid edən tək din 

İslamdır. Zənnə tabe olanları möhkəm bir tənqidə  məruz qoyar…İnanc tə-

məllərini dəlil və sənədlərə dayalı olaraq yüksəldər. Hər kəsin bundan yarar-

lanmasını təmin edər”

1

. Şeyx Cəmaləddinin fikrincə, İslam öz davamçılarına 



“dinin təməl prinsiplərini ancaq sübuta əsaslanaraq qəbul etmələrini təlqin 

edər. Lazım gəldiyində ağıla müraciət edər. Bir hökm verdiyində, onu ağıla 

yönəldər. Xoşbəxtliyin ağılın və bəsirətin nəticəsi olduğunu vurğular”

2



C.Əfqani  İslamın Müqəddəs Kitabı Qurani-Kərimi də yalnız dini ehka-

mın və ibadətin mənbəyi hesab etmir, həm də yüksək mənəvi keyfiyyətləri

elm və müdrikliyi, bütün yaradılmışlar haqqında olub və olacaq bir çox 

məlumatları özündə ehtiva edən İlahi vəhy kimi şöhrətləndirirdi: “Bu Kitab 

makrokosmun  əhatəli nümunəsidir. Burada hər fərd bir hərf, hər məxluqat 

növü bir söz, hər irq bir sətir, hər mikrokosm bir səhifədir; hər bir hərəkət və 

dəyişiklik onun izahı  və xülasəsidir. Bu möhtəşəm Kitabın sonu yoxdur. 

Onun hərf, söz, sətir və  səhifələrini sayıb-qurtarmaq mümkün deyil. Hər 

sözdə, hətta hər hərfdə o qədər müəmma və sirr gizlənmişdir ki, keçmişin və 

indinin bütün müdrikləri Nuh qədər ömür sürsə idilər və onların hər biri hər 

gün minlərlə müəmmanın üstünü açsaydı belə, yenə də Kitabı dərk etməkdə 

aciz qalar və məğlubiyyətlərini etiraf etməli olardılar”

3



                                                 



 Bakı Dövlət Universitetinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının 

dosenti, fəlsəfə elmləri namizədi. 

1

 C.Afqani. Dehriyyuna Reddiye (Natüralizm Eleştirisi). İst., 1997, s.98. 



2

 Yenə orada. 

3

 J.al-Afghani. The Benefits of Philosophy / Nikki R.Keddie. An Islamic Response 



to Imperialism. Political and Religious writings of Sayyid Jamal ad-Din “al-

Afghani”. Berkeley, Los Angeles, London, 1983, 2-nd edit., p.114. 




Yüklə 10,39 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə