Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 10,39 Mb.
Pdf görüntüsü
səhifə144/152
tarix30.10.2018
ölçüsü10,39 Mb.
#75889
1   ...   140   141   142   143   144   145   146   147   ...   152

İlk dövr İmamiyyə şiəsi müfəssirlərinə görə Qurandakı mübhəmlər 

411 


ləri bir şeylə (günahlandırıb) incidənlər, bir böhtan və açıq bir günah yüklən-

mişlər"(Əhzab, 33/58) ayəsindəki mömin kişi və mömin qadından məqsədin 

İmam Əli və Hz. Fatimə olduğunu söyləmək də eyni şəkildədir. Daha sonra 

təfsirçi, ayənin bütün insanlar üçün etibarlı olduğunu söyləməklə əslində bir 

cür örnəkləmə etdiyini göstərməkdədir. Bu üsul “tətbiqi” və ya “örnəkləmə” 

təfsir üsuludur. 

Yenə  İbn Teymiyyənin sələf üləmasına nisbətlə  təqdim etdiyi bir neçə 

nümunə vardır ki, bunlar Şiə  təfsirlərində olanlarla bənzərlik göstərmək-

dədir.  İbn Teymiyyənin qeyd etdiyinə görə  Əhl-i Sünnənin sələf alimlərin-

dən bəziləri, "Səbr edənləri, doğru olanları, hüzurunda könüldən boyun bü-

küb divan dayananları, Allah üçün (mal) xərcləyənləri və səhərlərdə istiğfar 

edənləri görməkdədir. (Al-i İmran, 3/17) ayəsində  bəhsi keçən səbr edən-

lərdən məqsəd Peyğəmbər, doğru olanlardan məqsəd Əbu Bəkr, Allaha bo-

yun  əyənlərdən məqsəd Ömər, infaq edənlərdən məqsəd Osman və  səhər-

lərdə bağışlanma diləyənlərdən məqsəd də Əlidir. Yenə "Məhəmməd Allahın 

Rəsuludur. Onun yanında olanlar, kafirlərə qarşı qatı, bir-birlərinə qarşı 

mərhəmətlidirlər. Onların rüku və səcdə edərək Allahın lütf və razılığını ax-

tardıqlarını görərsən (Fəth, 48, 29) ayəsi ilə əlaqədar olaraq, bərabərindəki-

lərdən Əbu Bəkrin, kafirlərə qarşı qatı olanlardan Ömərin, öz aralarında mər-

həmətlilərdən Osmanın, ruku və  səcdə edənlərdən  Əlinin nəzərdə tutul-

duğunu söyləmişlər. (6, 92) 

Diğər yandan ilk dövr Şiə  təfsirçiləri eyni üsulu İmam  Əli və digər 

İmamların müxaliflərinə  də  tətbiq etmişlər. Məsələn, Qummi, "Bu özlərini 

tərifləyib ucaldan kəsləri görmədinmi? "(Nisa, 4/49) ayəsində  bəhs edilən 

şəxsləri, "onlar özlərini Sıddık, Faruk və Zi'n-Nureyn olaraq adlandıran-

lardır" şəklində açıqlamaqdadır. (5, I, 140)  

Görüldüyü kimi ayə ümumi olub özünü tərifləyib ucaldan hər kəsi əhatə 

etməkdədir. Ancaq Qummi, bəhs etmiş olduğu kəsləri bu ayənin müxatəblə-

rindən qəbul etdiyi üçün ümumi olan ayəni xüsusiləşdirmişdir. İstər Şiə mü-

fəssirlərindən istərsə də İbn Teymiyyədən tədqdim etdiyimiz örnəklərdə gö-

rüldüyü kimi ayə xüsusiləşdirilirkən ümumi məna inkar edilməmişdir. Sadə-

cə ayə daha yaxşı anlaşılsın deyə şəxslərə tətbiq edilmişdir.  

İlk dövr Şiə  təfsirçilərinin tətbiq etdikləri ikinci metod isə ayə içəri-

sindəki bir sıra sözlərin zahirinə zidd bir şəkildə açıqlanmasıdır. Burada da 

iki yol izlədikləri görülməkdədir. Bəzən bir sıra sözləri məzhəbi tərəfkeşlik 



 Aslan HƏBİBOV 

412 


gösdərmədən və Sünni sufilərin də etdiyi kimi şərh etməkdədirlər. Məsələn, 

Qummi "ölüdən dirini, diridən ölünü çıxarar"(Rum, 30/19) ayəsini "kafirdən 

mömini, mömindən kafiri çıxarar  şəklində  təfsir etməkdədir. (5, II, 154) 

Yenə "ki diri olanları xəbərdar edəsən" (Yasin, 36/70) ayəsindəki "diri olan"ı 

mömin olaraq açıqlamaqda, səbəb olaraq isə möminin ürəyinin diri olduğunu 

göstərməkdədir. (5, II, 217) Əyyaşinin nəql etdiyi rəvayətdə isə "dənəni və 

nüvəni yaran, şübhəsiz Allahdır" (Ən'am, 6/95) ayəsindəki "dənə" ni mömin, 

"nüvə"ni isə kafir olaraq şərh edilməkdədir. (4, I, 400.)  

Buraya qədər təqdim etdiyimiz örnəklərdən hərəkətlə belə deyə bilərik: 

Şiə müfəssirlərini tənqid edənlər haqsızlıq etmişlər. Çünkü eyni metod 

hem Şiə həm də Əhl-i Sünnə müfəssirləri tərəfindən tətbiq edilmişdir. Əgər 

tənqid ediləcəksə hər iki tərəf tənqid edilməlidir. 

İlk dövr Şiə  təfsirlərində  bəzən də bir sıra sözlərin  əlaqəsiz bir şəkildə 

məzhəbi tərəfkeşliklə zahire zidd olaraq açıqlandığına  şahid olunmaqdadır. 

Məsələn, Əyyaşi, "Kitabı sənə o endirdi. Onun bəzi ayələri möhkəmdir (ki) 

bunlar Kitabın anasıdır. Digərləri də mütəşabihdir. Ürəklərində əyrilik olan-

lar, fitnə çıxarmaq, xəbərdar etdiyi nəticəyə uğramaq üçün mütəşabih ayələ-

rin ardına düşərlər" (Al-i İmran, 3/7) ayəsindəki möhkəmdən məqsədin Əmi-

rul-Möminin və  İmamlar, "mütəşabihat"dan məqsədin filan, filan və filan 

(ilk üç xəlifə), və "ürəklərində əyrilik ollanlar"dan məqsədin isə onların sə-

habələri və  vəlayətlərini qəbul edənlər olduğu  şəklində bir şərhi  Əbdürrəh-

man b. Kəsir  əl-Haşimi kanalıyla  İmam Sadiqdən nəql etməkdədir. (4, I, 

185) Yenə, "(Lut)"kaş ki sizinlə döyüşəcək gücüm olsaydı yaxud da çox 

möhkəm bir qalaya pənah apara bilsəydim" dedi" (Hud, 11/80) ayəsindəki 

gücün Qaim (Mehdi), möhkəm qaladan məqsədin isə onun 313 səhabələri 

olduğunu Saleh b. Sad kanalıyla İmam Sadiqdən nəql etməkdədir. 

Bu cür şərhlər ilk dövr Şiə  təfsirində digərlərə nisbətlə daha çoxdur. 

Mübhəmlərin bu şəkildə şərh edilməsindən ötürü ortaya atılan tənqidlərə biz 

də qatılırıq. Quran təfsirində zahirə bu qədər zidd izahlara və keyfiliyə yol 

verilməməlidir. 

Burada son olaraq ən çox mübahisə edilən bir nümunəni təqdim 

etməyimiz mövzumuzun daha yaxşı anlaşılması üçün yerində olacaqdır. 

İmamiyyənin təfsir anlayışından bəhs edən tədqiqatlarda ən çox ortaya atılan 

Nur 24/35-36 ayələri (1, 163-164; 9, 449-450) ilə əlaqədar Qummi təfsirində 




İlk dövr İmamiyyə şiəsi müfəssirlərinə görə Qurandakı mübhəmlər 

413 


qeyd edilən üç dənə rəvayət üç təvil şəklini müqayisə edə bilmək üçün bizcə 

çox yaxşı bir nümunədir. 

Qummi təfsirində, bu ayə ilə əlaqədar olaraq ikisi şagirdinin öz sənədiylə 

İmam Baqir və  İmam Sadiqdən, digəri isə  Qumminin  öz  sənədiylə  İmam 

Rızadan nəql etdiyi üç rəvayət vardır. Müqayisə edilə bilməsi üçün üç rəva-

yəti də eynilə təqdim edirik. 

I. Rəvayət 

Saleh b. Səhl əl-Həmədani İmam Sadiqin belə dediyini nəql etmişdir: 

(Allah göylərin və yerin nurudur. Onun nuru şama bənzəyir) Şam Fatimə 

(ə)dır, (içində lampa vardır.  Bu  lampa)  Həsən və Hüseyindir. (şüşə içəri-

sindədir. Şüşə sanki incidən bir ulduzdur) sanki Fatimə yer üzü qadınları ara-

sında incidən bir ulduzdur, (mübarək zeytun ağacından yanmaqdadır)  İbra-

him (ə)dən bəri yanmaqdadır. (nə şərqə nə də qərbə aiddir) nə Yəhudi nə də 

Xristiandır, (haradasa atəş dəyməsə də yağı işıq verər) harada isə ondan elm 

daşmaqdadır, (nur üzərinə nurdur) imamdan sonra imam, (Allah dilədiyini 

nuruna çatdırar) Allah dilədiyini xüsusi olaraq onların vəlayətinə daxil etmək 

istəsə onları  İmamlara çatdırar (Allah insanlara misal verər. Allah hər  şeyi 

bilər.) (5, II, 102-103) 

II. Rəvayət 

Talha b. Zeyd İmam Sadiq kanalıyla  İmam Baqirdən belə  nəql etmək-

dədir: 

(Allah, göylərin və yerin nurudur.) Allah öz nuru ilə başlamışdır. (onun 



nuru) möminin ürəyindəki hidayəti kimidir, (içində lampa olan şama bənzər. 

Bu lampa) mişkat möminin qarnıdır,  şam isə ürəyidir. Misbah isə Allahın 

onun ürəyinə yerləşdirmiş olduğu nurdur. (mübarək ağacdan yanar) ağac 

mömindir, (nə  şərqə  nə  də  qərbə aid olmayan Zeytun ağacından)  şərqi və 

qərbi olmayan bir dağdır. Günəş doğularkən də batarkən də üzərində batar, 

(yağı harada isə işıq verər) danışmasa da Allahın onun ürəyinə yerləşdirmiş 

olduğu nur alovlanar, (nur üzərinə nur) fərz üzərinə  fərz, sünnə üzərinə 

sünnə, (Allah dilədiyini nuruna çatdırar), Allah dilədiyini fərzlərinə və sün-

nələrinə çatdırar, (və Allah insanlara misal verər) bu Allahın mömin üçün 

vermiş olduğu misaldır. Mömin beş nur içində dəyişər. Girişi nur, çıxışı nur, 

elmi nur, kəlamı nur və qiyamət günü Cənnətə gedişi nurdur. (Ravi deyir ki) 

mən Cəfər b. Məhəmməd (ə)ə, sənə  fəda olum, onlar "Rəbbin nurunun 




Yüklə 10,39 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə