Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 10,39 Mb.
Pdf görüntüsü
səhifə146/152
tarix30.10.2018
ölçüsü10,39 Mb.
#75889
1   ...   142   143   144   145   146   147   148   149   ...   152

Elnur ƏLİYEV  

418 


bildirir ki, ona yalnız pak olanlar toxuna bilər. Axırıncı ayədə işlənən “pak 

olanlar” kəlməsinin kimlərə aid olması barəsində üç əsas fikir vardır: 

1. Şəriət buyurduğu qaydada paklanmış şəxslər;  

2. Cismanilikdən və günah etməkdən pak olan mələklər

3. Əxlaqi rəzilətlərdən və günahlardan paklanmış şəxslər.

4

 



Bu üç fikirdən birincisinə nəzər saldıqda görürük ki, ayədəki “əl-mutah-

hərun (pak olanlar)” kəlməsi  şəriətin buyurduğu qaydada təharət verərək 

dəstəmaz alıb pak olan şəxslərdir. Deməli, biz ayənin zahirinə baxsaq, belə 

qənaətə  gəlməliyik ki, Mütəal Allah “ona pak olanlardan başqa bir kimsə 

toxuna bilməz” deməklə dəstəmazsız şəxslərin Qurana toxunmadığını, yaxud 

toxuna bilmədiyini demək istəyir. Halbuki bu belə deyil. Çünki əvvəla, dəs-

təmazsız bir şəxsin Qurana toxunması heç də çətin, yaxud ağlasığılmaz bir iş 

deyil. İkincisi, şəriətdə dəstəmazsız Qurana toxunmağın haram olmasına dair 

əlimizdə heç bir dəlil və sübut yoxdur. Necə ki, “dəstəmaz ayəsində”

5

 Allah 



Təala bizə Quran oxumağa deyil, namaz qılmağa durduğumuz zaman dəs-

təmaz almağı  əmr edir. Üçüncüsü isə bizə  məlumdur ki, “əl-mutahhərun” 

kəlməsi “ta-hə-ra” felinin II babının (yəni, tahhəra babının) məful vəznində 

işlənmişdir. Qurani-Kərimdə isə “tahhəra” felinin hansısa bir vəznində gəlib 

dəstəmaz alanları  nəzərdə tutan bir ayə yoxdur. Deməli, ayədə  işlənən nə 

“pak olanlar” kəlməsindəki paklıq dəstəmazlı olmaqdır, nə  də “toxuna 

bilməzlər” deməkdə  məqsəd Qurani-Kərimə  əllə toxunmaqdır.  Əslində bu-

rada “pak olanlar” deyilərkən mənən pak olanlar - əxlaqi rəzilətdən, günah-

lardan pak olanlar başa düşülür, “toxuna bilməzlər” deyildikdə isə Qurani-

Kərimin  əsl həqiqətinə - Quran elminə  təmas etmək

6

  və ya həqiqi təfsirinə 



toxuna bilmək nəzərdə tutulur.

7

 



Belə olduğu halda, görəsən, “pak olanlar” deyildikdə cismanilik və gü-

nah etməkdən pak olan mələklər nəzərdə tutulur, yoxsa əqidə, əxlaq və əməl-

də hər növ pislikdən və günahdan pak olan şəxslər? Bunu bilmək üçün “la 

yəməssuhu illəl-mutahhərun” ayəsindəki altından xətt çəkilmiş “hu” bitişən 

əvəzliyinin özündən  əvvəl gələn iki ayədən (“innəhu ləQuranun Kərim, fi 

                                                 

4

 “Qurani-Kərim” (Azərbaycan dilinə tərcümə), Mehdiyev, Cəfərli 



5

 Maidə surəsi, ayə:6 

6

 “Əl-Mizan fi təfsiril-Quran”, Məhəmməd Hüseyn Təbatəbayi, c.19, səh.137 



7

 “Qurani-Kərim” (Azərbaycan dilinə tərcümə), Mehdiyev, Cəfərli 




Quranın Quranla təfsiri 

419 


kitabin məknun” ayələrindən) hansı birinə aid olduğuna diqqət yetirmək 

lazımdır. Beləki,  əgər ayədəki “hu” zəmiri (əvəzliyi) “fi kitabin məknun 

(lövhi-məhfuzdadır)” ayəsinə qayıdarsa, pak olanlar kəlməsi mələklərə aid 

edilə bilər. Yəni, “Vaqiə” surəsindəki həmin üç ayə belə başa düşülər: 



“Lövhi-məhfuzda olan Qurani-Kərimə yalnız pak olanlar (mələklər) toxuna 

bilər”

Əgər “hu” əvəzliyi “innəhu ləQuranun Kərim” ayəsinə qayıdarsa, onda 

“əl-mutəhhərun - pak olanlar” kəlməsi əqidə, əxlaq və əməldə pislik və gü-

nahdan pak olan şəxslər nəzərdə tutulur ki, Allah Təala başqa bir ayədə hə-

min şəxslərin kimlər olduğuna işarə edərək buyurur: 

اًﺮﻴﻬﻄَﺗ ْﻢُآَﺮّﻬﻄُﻳ َو ِﺖْﻴَﺒﻟا َﻞْهأ َﺲْﺟﱢﺮﻟا ُﻢُﻜْﻨَﻋ َﺐِهﺬُﻴِﻟ ﷲا ُﺪﻳﺮُﻳ ﺎَﻤّﻧإ

 

İnnəma yuridullahu liyuzhibə ənkumur-ricsə əhləl-bəyti və yutəhhirə-

kum təthira 

“Ey Peyğəmbərin  Əhli-beyti, Allah sizdən çirkinliyi uzaqlaşdırıb, sizi 

tər-təmiz və pak etmək istəyir”

8

 



Bu iki ayəyə (“Vaqiə” surəsindəki “pak olanlar” ayəsi və  “Əhzab” su-

rəsindəki “pak etmək” ayəsinə) diqqətlə nəzər salsaq, görərik ki, hər iki ayə-

də işlənən kəlmə (istər “pak olanlar”, istərsə də “pak etmək” kəlmələri) bir 

felin eyni babında işlənmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, Qurani-Kə-

rimdə  həmin felin eyni babında (“tahəra” felinin ikinci babında) gəlib nə 

dəstəmaz alanları, nə  də  mələkləri nəzərdə tutan hər hansı bir ayə yoxdur. 

Belə ki, “Əhzab” surəsindəki bu ayədən açıq-aşkar şəkildə göründüyü kimi 

“Vaqiə” surəsində “əl-mutahhərun (pak olanlar)” deyildikdə mələklər deyil, 

Əhli-beyt (ə.s) nəzərdə tutulur.

9

 



“Vaqiə” surəsindəki “əl-mutahhərun” kəlməsi mübəyyən

10

 bir kəlmə, 



“Əhzab” surəsindəki “yutahhirukum” kəlməsi isə mübəyyin

11

 bir kəlmədir. 



Beləliklə, “əl-mutahhərun (pak olanlar)” kəliməsinin təfsirini, yəni, “pak 

olanların” kimlər olduğunu Qurani-Kərim özü “təthir” ayəsində açıqlamış-

dır. 

                                                 



8

 Əhzab surəsi, ayə: 33 

9

 “Əl-Mizan fi təfsiril-Quran”, Məhəmməd Hüseyn Təbatəbayi, c.19, səh.137 



10

 Açıqlanmağa ehtiyacı olan kəlmə 

11

 Açıqlayan, aydınlıq gətirən kəlmə 




Elnur ƏLİYEV  

420 


“Təfsirul-Quran bil-Quran” təfsir edilmə baxımından müxtəlif qismlərə 

bölünür:


12

 

a) Qurani-Kərimdə olan “mübəyyən” bir ayənin “mübəyyin” ayə vasitə-

silə təfsir edilməsi; 

b) “Mütləq” mənada işlənən ayənin “müqəyyəd” bir ayə vasitəsilə təfsir 

edilməsi; 



c) Ümumi məna ifadə edən hər hansı bir Quran ayəsinin xüsusi məna ifa-

də edən digər bir ayə vasitəsilə təfsir edilməsi.

13

 

Quranın Quranla təfsirinin bu üç növün qavranması oxucudan xüsusi 



diqqət tələb edir. Buna görə də yaxşı olar ki, bu növlərin hər birinə ayrı-ayrı-

lıqda nəzər salaq. 

 

“Mübəyyən” bir ayənin  

“mübəyyin” ayə vasitəsilə təfsir edilməsi 

 

Qurani-Kərimi Quranla təfsir etmə vasitələrindən biri “mübəyyən” bir 



ayənin “mübəyyin” ayə vasitəsilə təfsir edilməsidir. Burada açıqlanmağa eh-

tiyacı olan ayə “mübəyyən”, onu açıqlayan ayə isə “mübəyyin” ayə adlanır. 

Məsələn, Mütəal Allah Qurani-Kərimin ilk surəsi olan “Fatihə”də buyurur:

 

"



ِّّﺪﻟاِ مْﻮَﻳ ِﻚِﻟﺎَﻣ ،ﻢﻴِﺣﱠﺮﻟاِ ﻦﻤْﺣﱠﺮﻟأ ،َﻦﻴِﻤﻟﺎَﻌﻟا ﱢبَر ﷲ ُﺪْﻤَﺤﻟأ

ﻦﻳ

"

  

Əlhəmdu lillahi rəbbil-aləmin,  ər-Rəhmanir-Rəhim, Maliki yaumid-



din

 

“Aləmlərin rəbbi, mehriban və rəhimli, din gününün sahibi olan Allaha 

həmd olsun”

14

 



Ayədəki “din günü” kəlməsi mübəyyən bir ifadədir. Yəni, açıqlanmağa 

ehtiyacı olan bir kəlmədir. Allah təala bu kəlməyə başqa bir ayə ilə izah 

gətirərək buyurur: 

"

ﷲ ٍﺬِﺌَﻣْﻮَﻳ ُﺮْﻣﻷاَو ًﺎﺌْﻴَﺷٍ ﺲﻔﻨِﻟ ٌﺲﻔﻧ ُﻚِﻠْﻤَﺗ ﻻ َمْﻮَﻳ

  

Yaumə la təmliku nəfsun linəfsin şəy`ən vəl-əmru yauməizin lillah 

                                                 

12

 Ətraflı məlumat əldə etmək istəyənlər müraciət edə bilərlər: “Quranın bütünlüyü 



üzərinə” Quranın Quranla təfsiri, Dos. dr. Xalis Əlbayraq, İstanbul-1996 

13

 “Təfsir tarixi”, Dos. dr. Möhsün Dəmirçi, səh.129 



14

 “Fatihə” surəsi, ayə: 2-4 




Yüklə 10,39 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə