Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 10,39 Mb.
Pdf görüntüsü
səhifə147/152
tarix30.10.2018
ölçüsü10,39 Mb.
#75889
1   ...   144   145   146   147   148   149   150   151   152

Quranın Quranla təfsiri 

421 


“O gün heç kəs heç kəsin karına gələ bilməz. O gün hökm ancaq 

Allahındır.”

15

 

Beləliklə, Mütəal Allah “Fatihə” surəsindəki “mübəyyən” kəlmə olan din 

günü kəlməsini “İnfitar” surəsinin “mübəyyin” olan sonuncu ayəsi vasitəsilə 

təfsir edir.

 16


 

“Mütləq” mənalı ayənin  

“müqəyyid” ayə vasitəsilə açıqlanması 

 

Qurani-Kərimi Quranla təfsir etmə yollarından biri də “mütləq” bir ayə-



nin “müqəyyid” ayə ilə təfsir edilməsidir. Məsələn, Allah təala Qurani-Kə-

rimdə buyurur: 



"

ﷲاِ ﺮْﻴﻐِﻟ ِﻪﺑ ﱠﻞِهأ ﺎَﻣ َوِ ﺮﻳﺰْﻨِﺨﻟا َﻢْﺤﻟ َو َمﱠﺪﻟا َوَ ﺔَﺘْﻴَﻤﻟا ُﻢُﻜْﻴﻠَﻋ َمﱠﺮَﺣ ﺎَﻤّﻧإ

"

  

İnnəma harramə aləykumul-məytətə vəd-dəmə və ləhməl-xinziri və ma 

uhillə bihi liğayrillah 

Allah sizə meytəni (ölmüş heyvanı), qanı, donuz ətini (və  kəsildiyi za-

man) Allahdan ayrısının adı ilə kəsilənləri yeməyi mütləq haram etmişdir.”

17

 



Bu ayədə sadalananları  “haram etmişdir” ifadəsi “mütləq” hökmündə 

verilmişdir. Həmin ayənin ardınca isə Mütəal Allah belə buyurur: 



 ...

ﻪْﻴﻠَﻋَ ْﻢﺛإ َﻼﻓ ٍدﺎَﻋ َﻻ َوٍ غﺎَﺑ َﺮْﻴﻏ ﱠﺮُﺘْﺿاِ ﻦَﻤﻓ

 

Fəmənizturrə ğayra bağin va la adin fəla ismə aləyh

 

“Lakin məcburi halda (naçar qalanda) həris olmamaq və həddən aşma-

maq şərti ilə (bunları yeməyin) günahı yoxdur.”

18

 



Bu ayədə isə Mütəal Allah həmin haram buyurduqlarından zərurət halın-

da (məcbur və naçar qaldıqda) istifadə etməyin halal olduğunu bildirir. Bu 

ayədə  işlənən “fəmənizturrə” cümləsi

19

 haram olunmuşları mütləq  şəkildə 



(həmişə, hər zaman və hər yerdə) haram olmaqdan çıxararaq onlardan zəru-

rət halında istifadə etməyə icazə verir. Elə buna əsasən Quranı Quranla təfsir 

edən böyük alim və müfəssirlər bu ayənin birinci qismini elmi baxımdan 

“mütləq”, sonrakı qismini isə “müqəyyəd” adlandırırlar. 



 

                                                 

15

 “İnfitar” surəsi, ayə:19 



16

 “Təfsir tarixi”, Dos. dr. Möhsün Dəmirçi, səh.129 

17

 “Bəqərə” surəsi, ayə:173 



18

 “Bəqərə” surəsi, ayə:173 

19

 Zərurət halı



 


Elnur ƏLİYEV  

422 


Ümumi mənalı bir ayənin  

“təxsis” vasitəsilə izah edilməsi 

 

Quranı Quranla təfsir etmə yollarından başqa biri isə “amm”ın “təx-



sis”idir. Yəni, Qurani-Kərimdə ümumi məna ifadə edən bir ayənin başqa bir 

ayə vasitəsilə xüsusiləşdirilməsidir. Bunun üçün isə müəyyən bir qərinənin 

olması zəruridir ki, təxsisin baş verməsi mümkün olsun. Əks təqdirdə, ayələr 

öz ümumiliyində qalmaqda davam edər.

20

 

Ümumi mənalı bir hökmün “təxsis” vasitəsilə izah edilməsinə dair 



Qurani-Kərimin “Ənam” surəsindən misal çəkmək olar. Allah təala həmin 

surədə buyurur: 



ِ ﻢﻴِﺘَﻴﻟا َلﺎَﻣ اﻮُﺑَﺮﻘﺗ ﻻ َو

...

ِ

  



Və la təqrəbu maləl-yətim... 

“Yetimin malına yaxın düşməyin...”

21

 



Burada Mütəal Allah yetim malına yaxın durmağı ümumi şəkildə haram 

edir. Ayənin sonrakı qismində isə buyurur: 



...

ُﻦَﺴْﺣأ َﻲِه ﻲِﺘﱠﻟِﺎﺑ َﻻإ

  

İlla billəti hiyə əhsən 

“...olduqca gözəl bir şəkildən başqa”

 22


 

Yəni, yetimin malına onu zərərdən və  tələf olmaqdan qorumaq və ya 

onun xeyrinə istifadə etməkdən başqa bir məqsədlə yaxınlaşmayın. Ayənin 

birinci qismində  işlənən hökm (“yetimin malına yaxınlaşmayın” hökmü) 

“amm” (ümumi) bir hökmdür, bu hökm ayənin ikinci qismi vasitəsilə “təx-

sis” edilir (məhdudlaşdırılır). Yəni, “yetimin malına bəyənilmiş bir şəkildə 

yaxınlaşa birləsiniz” deyilməklə bəzi hallarda yetimin malına yaxınlaşmağa 

icazə verilməsi vurğulanır. Bununla da ayənin  əvvəlində verilən “yetimin 

malına yaxın durmayın” hökmü və ayənin sonrakı hissəsində deyilən “gözəl 

bir  şəkildən başqa” cümləsi belə bir işi icra edən  şəxsin nəzərində tutduğu 

niyyət və  məqsədi məhdudlaşdırır. Başqa bir ifadə ilə desək, ayənin ikinci 

qismindən aydın  şəkildə görünür ki, əslində, Allah təala burada yetimin 

                                                 

20

 “Təfsir tarixi”, Möhsün Dəmirçi, səh.129 



21

 “Ənam” surəsi, ayə:152 

22

 “Ənam” surəsi, ayə:152 




Quranın Quranla təfsiri 

423 


malına yaxınlaşmağı deyil, onun malına xoşagəlməz məqsədlə yaxınlaşmağı 

qadağan edir. 

Bildiyimiz kimi, illa kəlməsi müxəssis (təxsis edən) bir kəlmədir. Harada 

işlənməsindən asılı olmayaraq bu kəlmə özündən  əvvəlki cümləni təfsir 

(izah) edir. Bu iki cümlə istər eyni ayədə mövcud olsun (məsələn, “Ənam” 

surəsindən çəkdiyimiz nümunədə olduğu kimi: Və la təqrəbu maləl-yətimi, 



illa bil-ləti hiyə əhsən), istərsə də iki müxtəlif ayədə mövcud olsun (məsə-

lən, “Əsr” surəsində olduğu kimi: ...İnnəl-insanə lə fi xusr. İlləl-ləzinə amə-



nu və əmilus-salihati və təvasau bil-haqqi və təvasau bis-sabrilla kəlməsi-

nin işləndiyi ikinci cümlə birinci cümlənin açıqlanmsına xidmət edir. 

Bu mövzuya dair Qurani-Kərimin başqa ayələrini də misal çəkmək olar. 

Məsələn, Allah təala “Bəqərə” surəsində buyurur: 



"

نُﻮﻘﱠﺘَﺗ ْﻢُﻜﱠﻠَﻌﻟ ْﻢُﻜِﻠْﺒﻗ ْﻦِﻣ َﻦﻳِﺬﻟا َﻰﻠَﻋ َﺐِﺘُآ ﺎَﻤَآ ُمﺎَﻴﱢﺼﻟا ُﻢُﻜْﻴﻠَﻋ َﺐِﺘُآ اُﻮﻨَﻣﺁ َﻦﻳِﺬﻟا ﺎَﻬﱡﻳأ ﺂﻳ

"

 

Ya  əyyuhəl-ləzinə amənu kutibə aləykumus-siyamu kəma kutibə aləl-

ləzinə min qablikum ləalləkum təttəqun 

“Ey iman gətirənlər! Sizin üçün oruc yazılmışdır (qərara alınmışdır). 

Necə ki, sizdən əvvəlkilərə yazılmışdır. Ola bilsin ki, təqvalı olasınız.”

23

 



Bu ayədəki “sizin üçün oruc yazılmışdır” hökmü ümumi olaraq verilmiş-

dir. Mütəal Allah həmin surənin sonrakı ayələrində isə belə buyurur: 



"

ﺮَﺧأٍ مﺎﱠﻳأ ْﻦِﻣ ٌةﱠﺪِﻌﻓٍ ﺮﻔَﺳ َﻰﻠَﻋ ْوأ ًﺎﻀﻳﺮَﻣ ْﻢُﻜْﻨِﻣ َنﺎَآ ْﻦَﻤﻓ

"

 

Fəmən kanə minkum mərizən au əla səfərin fəiddətun min əyyamin 

uxər 

“Naxoş olan və səfərdə olanlar oruc tutmadığı günlərin sayı qədər ayrı 

günlərdə tutsunlar.”

24

 

Bu ayə əvvəlki ayədə ümumi məna ifadə edən “sizin üçün oruc yazılmış-

dır” cümləsini xüsusiləşdirərək onun “xəstə  və  səfərdə olan şəxslərin oruc 

tutmamasına icazə verməsini” açıqlayır. Birinci ayədə hamı üçün ümumi şə-

kildə verilmiş “oruc tutmaq” hökmü ikinci ayədə “müəyyən  şəxslərin oruc 

tutmamaq üçün icazəli olduğu”nun qeyd edilməsilə bu hökmün kimlərə aid 

olması ümumilikdən çıxaraq xüsusiləşmişdir. 

                                                 

23

 “Bəqərə” surəsi, ayə:183 



24

 “Bəqərə” surəsi, ayə:185 




Yüklə 10,39 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə