B I b L i o q r a f I y a 1


M u s t a f a   Ç ə m ə n l i



Yüklə 2,07 Mb.
Pdf görüntüsü
səhifə8/57
tarix08.07.2018
ölçüsü2,07 Mb.
#53986
1   ...   4   5   6   7   8   9   10   11   ...   57

M u s t a f a   Ç ə m ə n l i  
26 
 
 
Neyləyim, sevincim çox azdı, gəl dərdimlə top-top oynayaq.  
 
 
Qadının gözü ağlından itidir.  
 
 
Sən elə zənn etmə ki, mən tənhayam, yox, ətrafımdan çəkilənlər 
yenə mənimlədi – ancaq xəyalımda.  
 
 
Elə adam var özündən yox, sözündən iyrənirəm.  
 
 
Adam var özü böyükdür, adam var sözü.  
 
 
QuĢu  tutub  qəfəsə  salmağa  nə  var,  oğul  ona  deyərəm  ki, 
ağızdan çıxan sözü tutub qəfəsə salsın.  
 
 
Mən ONA içimdəki gəncliyin gözü ilə, O isə qəlbimdə gizlənmiĢ 
gəncliyi görmədiyindən üzümdəki QOCALIĞA baxırdı. 
 
 
Birisi  ölməyə  gedirdi,  qoymadıq.  Amma  sonra  o  özü  bizi  ax-
maqlığıyla öldürdü.  
 
 
Birisi:  
– Dünya yaman dəyiĢib, – dedi.  
– Xeyr, dünya elə köhnə dünyadı, dəyiĢən bizik.  
 
 
Əxlaqsızın birisi bizi qarĢısında oturdub əxlaq dərsi keçirdi.  
 


B i b l i o q r a f i y a  
27 
 
 
 
Sən xəyalımda çiçək kimisən, amma həyatda çiçək deyilsən.  
 
  
Mənalı görünmək istəyənin birisi, day da gözümdə mənasızlaĢ-
dı. Çünki mahiyyətcə mənasız idi.  
 
 
Səbəb səbətə, səbət qəfəsə çevrilə bilər.  
 
 
Zaman bizi eĢĢək kimi yükləyib. EĢĢəyimiz dizinə qədər palçığın 
içindədi. ġələmiz nə yaman ağırdı.  
 
 
GəliĢin bayramdı, gediĢin faciə.  
 
 
Ġki yaĢlı nəvəm RəĢad həmtayı haqda deyir: – Cəbi dəlidi. Deyi-
rəm, yox, o sənin qaqaĢındı. Fikrindən dönmür: – Cəbi dəlidi. Bilmi-
rəm iki yaĢlı körpənin ağlına bu fikir hardan gəlir? 
 
 
Ata  ölmüĢdü.  O  özündən  sonra  dörd  bığıburma,  laydivar  oğul 
qoyub gedirdi. Dörd oğul – dörd kommersant. Ata elə bilirdi ki, son 
mənzilə  oğlanlarının  çiynində  gedəcək,  amma  belə  olmadı  – 
kommersant övladları atalarının cənazəsinə girmək üçün dörd nəfər 
fəhlə tutmuĢdular.  
Heyif səndən, a bu dünyadan köçən kiĢi.  
 
 
– Sən məni qocaltdın, sən...  
– Sənsə məni yaĢatdın.  
–  Yox,  yox,  sən  məni  öz  dəyirmanında  üyütdün,  sonra  da  bir 
dağarcığa yığıb atdın atıyın tərkinə. Yazıqlar olsun mənə.  


M u s t a f a   Ç ə m ə n l i  
28 
 
 
 
Sevincimi  əynimə  geyinib,  kədərimi  bərk-bərk  bələdim.  Amma 
kədərim  özümdən  güclə  çıxdı,  sevinc  köynəyimi  dartıb  əynimdən 
çıxartdı.  
– Mənimlə zarafat eləmə, – dedi, – sənə sevinc yox, əbədi kədər 
yaraĢır.  
 
 
Sənin  heç  xəbərin  də  yoxdur  ki,  mən  xəyalən  həmiĢə  sənin  ya-
nındayam. Neyləyim, xəyalın sərhədini aĢa bilmirəm. Qorxuram öz 
gəliĢimlə  sənin  zərif  ruhunu  incidəm.  Hərdən  üz-üzə,  göz-gözə  otu-
rub söhbətləĢirik  də.  Amma mən  yenə  özümü hasarın  o  biri  üzündə 
sanıram.  
Ayrılıq anı gəlir. Səni səndən xəbərsiz gözlərimə köçürüb özüm-
lə aparıram. Ona görə hər yerdə, hər zaman mənimləsən. Eh, bunu 
mən bilirəm, sən hardan biləsən ki... 
 
 
Mən  nağıllarda  olduğu  kimi,  yad  qapıları  döymədim.  Bilirdim 
ki,  tanımadığım  yad  qapıları  döysəm:  –  Kimdir?  –  sualını  mütləq 
eĢidəcəm. Mən bilirdim ki, Allah qonağı – deyəndən sonra nağıllar 
yalan  olacaq.  Çünki  o  nağıllardakı  –  Allaha  da  qurban  olum, 
qonağına  da  –  söyləyən  insanları  zaman-zaman  elə  qonaqlar  öz 
yaramaz  iĢdəkləriynən  qorxuzub,  qapıları  üzümüzə  bərk-bərk 
bağladıblar. Ona görə də mən nağıllarda olduğu kimi yad qapıları 
döyməyəcəyəm. Qoy nağıllar elə nağıl olaraq qalsınlar. 
 
 
– “Mənim eĢĢəyim öləndən sonra heç yonca bitməsin”.  
– Yox, əzizim, qoy bitsin, yoxsa eĢĢəklərin kökü kəsilər.  
– “Xoruz olmasa sabah açılmır?”  
– Açılmağına açılar, amma xoruz banının da öz ləzzəti var.  
 
 
– Sən özünə ölüm hökmü çıxarda bilərsənmi?  


B i b l i o q r a f i y a  
29 
 
– Yox, bacarmaram.  
– O zaman zəhmət olmasa, bu mübarizə yolundan çəkil. Çünki 
gün gələr sənə ölüm hökmü çıxarda bilərlər.  
 
 
– Xəstələnmisən?  
– Xeyr.  
– Bəs niyə kefsizsən, sənin dərdin nədir?  
– Mənim dərdim kasıbçılıq dərdidi.  
– Varlı olmaq xoĢbəxtlikdirmi?  
– Kasıba görə, bəli, varlı olmaq xoĢbəxtlikdi.  
– Deyirsən varlının dərdi yoxdu?  
– Varlı da dərdsiz deyil, onun da dərdi varlı olmağındadı. Kası-
bın heç nəyi yoxdu, varlı isə daim nigarançılıq içindədir. 
 
 
KaĢ bu yekəqarın yuxudan ayılmayaydı. Camaat yatıb yuxu gö-
rür, bu isə yuxusunda da ona-buna torba tikir. Nəsə, yuxudan ayıl-
masa yaxĢıdı, ayılsa fitnə göyərəcək.  
 
 
Mən  indi  bildim  ki,  həyat  beĢikdən  qəbirə  qədər  imiĢ.  Anam 
məni gülə-gülə beĢiyə, mən isə ağlıya-ağlıya onu qəbirə qoydum.  
 
 
YaĢanılan  hər  gün  tarix  deyildir,  ağacların  yarpaqlaması  kimi 
bir Ģeydir.  
 
 
Sizdən nə gizlədim, həmiĢə son sözdən üĢənmiĢəm. Ona görə ki, 
sözün qüdrətini, böyüklüyünü, həmiĢə diriliyini baĢa düĢmüĢəm.
 
 
 


Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə