B I b L i o q r a f I y a 1


M u s t a f a   Ç ə m ə n l i



Yüklə 2,07 Mb.
Pdf görüntüsü
səhifə9/57
tarix08.07.2018
ölçüsü2,07 Mb.
#53986
1   ...   5   6   7   8   9   10   11   12   ...   57

M u s t a f a   Ç ə m ə n l i  
30 
 
 
 
 
Görkəmli şəxsiyyətlər  
Mustafa Çəmənli haqqında 
 
Hörmətli Mustafa Çəmənli! 
Səni,  müasir  ədəbiyyatımızın  görkəmli  nümayəndəsini  70 
illik yubileyin münasibətilə ürəkdən təbrik edirəm. Sən bu yubile-
yi  yazıçı  kimi  də,  Vətəndaş  kimi  də  başucalığı  ilə  qarşılayırsan. 
Sən  Azərbaycana,  Azərbaycanın  daxilində  isə  Qarabağa  böyük 
sevgi ilə yazıb-yaradan qələm sahibisən. Sənin bədii əsərlərin də, 
sənədli  əsərlərin  də  anadan  olduğun  doğma  diyarın  ab-havası  ilə 
nəfəs alır. Xanın, Şövkət xanımın, Habilin, Arifin sənəti, bu sənə-
tin koloriti yalnız onlar haqqında yazdığın  əsərlərdə deyil, sənin 
tamam  başqa  mövzulu  roman  və  hekayələrində  də  səciyyəvi  bir 
cəhətdir. Çünki ürəkdən yazırsan, təmiz, saf hisləri ifadə edirsən. 
Hörmətli qələm dostum! 
Səni bir daha ürəkdən təbrik edir, sənə cansağlığı, xoşbəxtlik 
arzulayıram. Yazmaq şövqü isə həmişə səninlədir. 
 
 
 
Hörmətli  qələm  dostum  Mustafa  Çəmənli.  Sizi,  respublika-
mızın  tanınmış  yazıçısını  və  publisistini  anadan  olmağınızın  50 
illiyi münasibətilə ürəkdən təbrik edirəm. Sizin roman, povest və 
hekayələriniz, eləcə də sənədli əsərləriniz, esseləriniz istedadlı və 
vicdanlı bir qələmin məhsulu kimi oxucuların ürəyinə yol tapmış, 
sizə layiq olduğunuz sənətkar şöhrəti qazandırmışdır. Siz səriştəli 
və xeyirxah bir naşir və redaktor kimi də qələm dostlarınızın də-
rin  hörmətini  qazanmısınız.  Əziz  dostum,  sizi,  təvazökar  insanı, 
qeyrətli vətəndaşı, bir daha təbrik edir, sizə uzun ömür, cansağlığı 
və yeni-yeni yaradıcılıq qələbələri arzulayıram.  
Elçin Əfəndiyev,  
Xalq yazıçısı 


B i b l i o q r a f i y a  
31 
 
Mustafa  Çəmənli  tarixi  mənbələrlə,  mədəniyyətimizlə  mün-
təzəm məşğul olan tədqiqatçı yazıçı kimi, milli-mənəvi dəyərləri-
mizə  nüfuz  edən,  onun  dərin  qatlarını  ürəyinin  işığıyla  görən, 
göstərən qələm dostum, qiymətli əsərlər müəllifidir. Buna görə də 
M.Çəmənlinin oxucuları çoxdur. O, romanlarında tariximizin ya-
zılmamış,  yaxud  zaman-zaman  yasaq  edilmiş  elə  səhifələrini 
açıqlayır  ki,  biz  zənginləşirik,  ürəyimizdə  bu  sənətkara  minnət-
darlıq hissi baş qaldırır. 
Mən  onun  “Xallı  gürzə”  romanını  vaxtilə  İranda  nəşriyyat 
məsələləri  ilə  bağlı  səfərdə  olarkən  kitab  mağazasından  aldım, 
oxudum və işğalçı Rusiyanın, eləcə də İranın Azərbaycanda apar-
dıqları siyasi-hərbi kolliziyalarda qarabağlı Pənahəli xanın, onun 
oğlu  İbrahim  xanın  həyatlarındakı,  talelərindəki  qəsdlərin  yeni-
dən şahidi oldum. Bu, müəllifin bədii hünəriydi. 
Mustafa  Çəmənli  musiqiyə,  incəsənətə  aid  bir  çox  esselərin, 
bədii  portret  cizgilərinin,  publisist  yazıların  da müəllifidir. Onun 
“Leyli və Məcnun” – 100 il səhnədə” ensiklopedik əsərinin ədə-
bi-mədəni mühitdə böyük rəğbətlə qarşılanması – müəllifin bir tə-
rəfdən musiqi xadimlərilə, incəsənət aləmilə yaxınlığını göstərir-
sə,  digər  tərəfdən  onun  genişmiqyaslı  dünyagörüşünə,  yüksək 
estetik-kulturoloji biliyə malik olduğunu da sübut edir. 
Nəriman Həsənzadə
Xalq Ģairi 
 
Yazıçı Mustafa Çəmənlini uzun illərdir tanıyıram. Şəxsi tanış-
lıqdan  əvvəl  romanlarını,  publisistik  əsərlərini  oxumuşdum  və 
mənim nəzərimdə Mustafa Çəmənli ilk növbədə dəyərli yazıçıdır. 
O, Azərbaycanın və Qarabağın tarixi ilə bağlı bir çox əhəmiyyətli 
və ciddi əsərlərin – “Xallı gürzə”, “Ölüm mələyi” tarixi romanla-
rının, maraqlı povest və hekayələrin müəllifidir.  
Eyni zamanda Mustafa Çəmənli bir publisist kimi dəyərli ya-
zılara,  sənət  tariximiz,  görkəmli  sənətkarlarımız  haqqında  “Mu-
ğam dünyasının Xanı”, “Səsin ruhu” “Oxu, gözəl”, “Nəğməli xa-
tirələr”,  “Sənət  hekayələri”  və  bir  çox  başqa  əsərlərə  imza  atıb. 


M u s t a f a   Ç ə m ə n l i  
32 
 
“Leyli və Məcnun – 100 il səhnədə” sənədli bədii ensiklopediyası 
isə diqqətəlayiq bir nəşr kimi yadımda qalıb. 
Mustafa  Çəmənli  həm  də  bizim  peşəkar  redaktorlarımızdan-
dır.  İndilərdə  az-az  tapılan,  nəşriyyatların  ehtiyac  duyduğu  bu 
peşə yaxşı ki, Mustafa Çəmənli kimi peşəkarların simasında yaşa-
yır. Onun redaktorluğu ilə yüzlərlə kitab işıq üzü görüb, eləcə də 
mənim  kitabımın  redaktoru  olub.  Çoxlu  sayda  kitabın  tərtibçisi-
dir. Dəyərli yazıçımız ədəbi yaradıclıqla yenə də fəal məşğuldur, 
mədəniyyətlə,  sənətlə  bağlı  tədbirlərdə  ardıcıl  iştirakı  ilə  seçilir. 
Mustafa  Çəmənlinin  indiyədək  gördüyü  işlər  qiymətlidir,  onun 
ədəbiyyatımızda, incəsənətimizdə xidmətləri danılmazdır və ina-
nıram ki, bu sahədəki işlərini bundan sonra da uğurla davam etdi-
rəcək. 
Rəşad Məcid, 
Azərbaycan Yazıçılar Birliyinin katibi,  
“525-ci qəzet”in baĢ redaktoru  
 
...Yazıçı  Mustafa  Çəmənli  bu  yolda  ilk  müvəffəqiyyətli  ad-
dım  atanlardan  biri  kimi  Pənah  xanın  həyatından  maraqlı,  tarixi 
həqiqətlə səsləşən “Xallı gürzə” romanını qələmə almışdır. Tarixi 
mənbələri  diqqətlə  öyrənmiş  müəllif  tamamilə  müasir  səslənən, 
dövrümüzdə baş verən, xalqa əzab və iztirab gətirən uydurma Qa-
rabağ  “problemini”  dərindən  dərk  etməyə  kömək  göstərən  bədii 
lövhələr yarada bilmişdir.  
Müəllif Pənahəli xanın həyatındakı tarixi dəqiqliyə sadiq qal-
maqla  bərabər,  eyni  zamanda,  özünün  yaradıcılıq  təxəyyülünün 
köməyilə,  şübhəsiz,  maraqlı  əsər  yazmışdır.  Əminik  ki,  bu  əsər 
xalqımızın  yaxın  keçmişində  və  müasir  həyatında  onun  bədxah-
larını – xallı gürzələri tanımaqda oxuculara kömək göstərəcəkdir.  
Nazim Axundov, 
professor 
 
Tanınmış yazıçı, neçə-neçə roman, povest və hekayələr, esse-
lər, oçerklər müəllifi Mustafa Çəmənlinin bu əsəri “Leyli və Məc-


Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə