B I b L i o q r a f I y a 1


B i b l i o q r a f i y a



Yüklə 2,07 Mb.
Pdf görüntüsü
səhifə2/57
tarix08.07.2018
ölçüsü2,07 Mb.
#53986
1   2   3   4   5   6   7   8   9   ...   57

B i b l i o q r a f i y a  

 
rin  sayına, müxtəlifliyinə  görə  “Xallı  gürzə”  romanı  sovetlərdən 
sonrakı  keşməkeşli  dövrün  yaddaqalan,  seçilən  və  sevilən  tarixi 
əsərlərin ən yaxşılarındandır. İdeoloji basqılar və tələblər nəticə-
sində qəsdən qarışdırılıb təhrif edilmiş tarixi həqiqətləri saf-çürük 
edən yazıçı həqiqi tarixi üzə çıxarmış, naməlumların üzərinə işıq 
salmış, Qarabağın az qala unutdurulmuş qaranlıq tarixinin həqiqi 
mənzərəsini  cızmış,  onu  ustalıqla  və  təmkinlə  bərpa  edə  bilmiş-
dir. Elə buna görədir ki, Qarabağ xanlığının  əsasını qoymuş igid 
sərkərdə,  müdrik  dövlət  xadimi,  incə  siyasi  gedişləri  ilə  həmişə 
uğur qazanmış Pənahəli xan Cavanşirin siması romanda əzəmətlə 
boy  verir  və  sevilir.  Çoxsaylı  oxucuların  və  tənqidin  rəğbətlə 
qarşıladığı  “Xallı  gürzə”  yazıldığı  1990-cı  ildən  bu  günə  kimi 
təkrar-təkrar nəşr edilmişdir. Hər bir yazıçının oxucu qıtlığı çək-
diyi bir vaxtda bu faktın özü çox şey deyir. 
Mustafa  Çəmənlinin  yaradıcılığında  həqiqətən  bir  mərhələ 
olan bu romanın uğurunu onun təkcə Qarabağ hadisələrinin aktu-
al olduğu bir məqamda yazılması və Qarabağ xanlığının yaranma 
tarixindən  bəhs  etməsi  ilə  izah  etmək  insafsızlıq  olardı,  çünki 
mövzu nə qədər aktual olursa-olsun, onun bədii təqdimatı zəifdir-
sə, əsər uğur qazanmayacaq. Deməli, “Xallı gürzə”nin uğuru tək 
mövzu aktuallığı ilə bağlı deyil. Bu romanda yazıçının təbii dillə 
təqdim etdiyi şirin bədii təhkiyəsi, mövzuya və Qarabağ təbiətinə 
sevgi  dolu  bələdliyin  doğurduğu  zəngin  milli  kolorit,  zamandan 
zamana yumşaq keçidlər, montaj üslubunda işlənmiş paralel səh-
nələr  və  epizodlar,  dolğun,  diri,  relyefli  surətlər,  sevilən  qəhrə-
manlar, incə münasibətlər, rəssam baxışı ilə çəkilmiş geniş pano-
ramlı lövhələr... 
Romandan  sitat  gətirməkdən  özümü  saxlaya  bilmirəm:  “Bir 
vaxt  köçürülmüş  Cavanşirlər  karvan-karvan,  qatar-qatar,  dəstə-
dəstə  vətənə  qayıdırdı.  Necə  ki,  bir  vaxt  getmişdi,  eləcə  geriyə 
qayıdırdı – kimi atlı, kimi piyada. Gedəndə zor gücünə getmişdi-
lər,  indi  özləri  qayıdırdılar...  Kimisi  sürü-sürü  qoyunlarıynan, 
ilxı-ilxı  atlarıynan,  qatar-qatar  dəvələriynən,  incə  beli  qızıl  kə-
mərli,  suluq  kimi  ağappaq  boynu  mirvarili,  barmaqları  üzüklü, 


M u s t a f a   Ç ə m ə n l i  

 
qulağı  sırğalı,  lalə  yanaqlı  xanımlarıynan,  kimisi  də  ayaqyalın, 
başıaçıq,  bir  çətən  külfətiynən,  mitil-şitili  bir  qatır  yükü,  bir  da-
ğarcıq unuynan qayıdırdı...” 
M.Çəmənlinin  yaradıcılığında  daha  əlamətdar  bir  əsər  “Fred 
Asif”  sənədli  romanıdır.  Əgər  “Xallı  gürzə”  Qarabağla  bağlı 
dərdlərimizin başlanğıc köklərinə bir münasibətdirsə, “Fred Asif” 
artıq Qarabağ uğrunda gedən xalq müharibəsinin, bu müharibədə 
məğlubiyyətlərimizin  anatomiyasını  bütün  açıqlığı  ilə  nümayiş 
etdirən  sənədli  romandır.  Ağrı-acı  dolu  bir  roman,  utanc  gətirən 
yaxın tariximizin özü. 
“Fred  Asif”  romanı  üçün  yazdığım  önsözdən  bir  məqam: 
“Xalqımızın ən böyük dərdi, faciəsi ondadır ki, Asif kimi qəhrə-
man  igidləri  ola-ola  torpaqlarımız  düşmən  tapdağındadır.  Ağda-
mın  Şahbulaq  karxanasının  ağappaq  daşlarından  tikilmiş  imarət-
lərini,  üstü  dəmir  taxtapuşlu  evlərini,  meyvəli  bağ-bağçalarını 
murdar düşmən yağmaladı. Bu, daha çox Ağdam, Qarabağ uğrun-
da canından-qanından keçmiş qəhrəmanlarımızın faciəsidir. Əlinə 
silah  alıb  düşmənlə  üz-üzə  dayanmamış  heç  bir  kəs  bu  ağrının 
dözülməzliyini  o  döyüşçülər  kimi,  qələbəyə  doğru  yürüş  etmiş 
qəhrəmanlar  sayağı  dərindən  hiss  etməz,  içindən  keçirə  bilməz. 
Fred Asifi də bu dərd öldürdü. Xəstəxanada ölüm yatağında olan-
da yaxınları, dostları Asifə təsəlli verib deyəndə ki, hər şey sülh 
ilə  bitəcək,  Ağdamı  da,  qalan  torpaqlarımızı  da  geri  qaytaracaq-
lar, yorğan-döşək dustağı olmuş, amma dəmir iradəsi qırılmaz bu 
igidin cavabını necə unudasan: “Ağdam döyüşnən alınmasa, mən 
heç vaxt ora qayıtmayacam!” 
Mustafa Çəmənlinin xatirələrə söykənib kitaba gətirdiyi ağrı 
və hikkə dolu bu lakonik, güllə kimi sərrast cavab Asif Məhərrə-
movu  bir  qəhrəman,  bütöv,  mərd  və  məğrur  bir  kişi  kimi  çox 
dəqiq  səciyyələndirir.  Bircə  bu  cavabla  Mustafa  Çəmənli  qəhrə-
manını sevdirə bilir ki, bu da hər bir əsərdə ən vacib olmalı key-
fiyyətdir,  çünki  qəhrəman  sevilməsə,  rəğbət  oyatmasa,  əsər  oxu-
cuya heç bir cəhətdən təsir etməyəcək. 


B i b l i o q r a f i y a  

 
Mustafa  Çəmənlinin  Qarabağ  hadisələri  ilə  bağlı  daha  bir 
əsəri  tarixi  romanlarına  nisbətən  yığcam  ölçüdə  olan  “Ruhların 
üsyanı”  povestidir.  Bu,  artıq  Qarabağdan  ayrı  düşmüş,  əli  heç 
yana  çatmayan  insanın  uzaq  və  yaxın  keçmişlə  bağlı  yuxuları, 
xatirələri, düşüncələri, xəyallarıdır. Olub keçmişləri təhlil etmək, 
məğlubiyyətin səbəblərini daha çox mənəvi naqisliyimizdə axtar-
maq, xəyallar qurmaq əsərin qəhrəmanının vətən nisgilini, torpaq 
xiffətini sərgiləyən məqamlardır. Bu yerdə odu söndürüb külü ilə 
oynamaq məsəli yada düşür, çox təəssüf ki, Qarabağla bağlı indi-
ki reallıq məhz belə təəssürat yaradır. 
Mustafa  Çəmənli  tarixi  mövzularda  işləyəndə  daha  böyük 
uğur  qazanır.  Sözümün  qüvvəti  kimi  yazıçının  son  əsərlərindən 
olan  “Ölüm  mələyi”  romanının  adını  çəkməyə  bilmərəm.  Əgər 
“Xallı gürzə”də Mustafa Çəmənli bizi XVIII əsrə aparırsa, “Ölüm 
mələyi”  romanında  Azərbaycan  tarixinin  daha  dərin  qatlarına  - 
XVI əsrə endirir. 
I Şah Təhmasibin ömrünün axır günləri, hakimiyyət uğrunda 
mübarizə, II Şah İsmayılın səltənət taxtına çıxması romanın  əsas 
süjet xəttini təşkil edir. Azərbaycan dövlətçiliyinin çox mürəkkəb 
bir dövrü gözlərimiz önündə canlanır. 
Səfəvilər xanədanının böyük bir tarixi kəsimini əhatə edən bu 
romanda I Şah Təhmasib, II Şah İsmayıl, Pərixan bəyim, Gövhər 
bəyim, İbrahim Mirzə, Hüseynqulu Xüləfa kimi tarixi şəxsiyyət-
lər  Mustafa  Çəmənlinin  yazıçı  təxəyyülü  ilə  canlanır,  ətə-qana 
dolub bədii obrazlara çevrilirlər. 
Bu  romanda  Mustafa  Çəmənli  bir  nöqtədə  dayanıb  yerində 
sayan  yazıçı  olmadığını  göstərir,  eyni  zamanda  o,  bir  sənətkar 
kimi artan ustalığını nümayiş etdirir. “Ölüm mələyi”nin yazılışın-
da  yazıçı  öz  yazı  üslubuna  xəyanət  etmədən  ehtiyatla  müasir 
Azərbaycan  romanistikasının  estetik  tələblərinə  uyğunlaşmağa 
çalışır və buna nail olur. 
“Ölüm  mələyi” kifayət qədər  kəskin və iti  süjet  xəttinə ma-
likdir, qəhrəmanları dediyim kimi canlı, diri, görünəndirlər. Yazı-
çı oxucunu uzun-uzadı döyüş səhnələri, ictimai-siyasi hadisələrin 


Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə