B I b L i o q r a f I y a 1


M u s t a f a   Ç ə m ə n l i



Yüklə 2,07 Mb.
Pdf görüntüsü
səhifə7/57
tarix08.07.2018
ölçüsü2,07 Mb.
#53986
1   2   3   4   5   6   7   8   9   10   ...   57

M u s t a f a   Ç ə m ə n l i  
22 
 
 
Məni görə-görə özünü görməməzliyə vuran, gözəl, sənin bu eti-
barsızlığına dözmədim, səni əbədi itirdim.  
 
 
Həyatda  mənim  üçün  səbəbkarı  olduğum  insan  sevincini  seyr 
etməkdən böyük mükafat yoxdur.  
 
 
Ġnanıram  ki,  siz  də  o  KĠġĠNĠ  mənim  kimi  lap  yaxından  tanı-
yırsınız.  Öz  dərdi-sərini  unudub  onun-bunun  dərdini  çəkən  kiĢini 
deyirəm.  
 
 
Əziz atasını itirmiĢ qadın dərdinə Ģərik axtarıb hüzür məclisinə 
ağıçı  çağırtdırmıĢdı.  Əslində,  heç  buna  ehtiyac  da  yoxdu,  ürəkdən 
gələn  bir  cüt  Ģəffaf  göz  yaĢı  dərdin  böyüklüyünün  daha  səmimi 
ifadəçisi deyilmi?  
 
 
Payızın son günləridi, ayaqlarım altında xəzəl olmuĢ qızılı yar-
paqlar “ağlaĢır”. Mən isə, deyəsən, dünənə kimi kölgəsində oturdu-
ğum  ağacla  müqayisədə  daha  qəddar,  daha  amansızam.  Ağacın 
budağında tək bir yarpaq qalıb. Tək-tənha. Bir azdan qəfil mehdən o 
da budağından qopacaq. Nə etmək, qocalığa çarə yoxdur. Budaqda 
tək yaĢamaq çətindir. KaĢ o tənha yarpaq mənim ayaqlarım altında 
qalmaya.  
 
 
Ġnsan  həyatını  alıĢ-veriĢ  üstə  qurub.  Ona  görə  də  ömür  boyu 
bazar həyatını yaĢamağa məhkumdur. Alır, satır… Çünki baĢqa cür 
yaĢaya bilməz, alverçilik onun xislətindədir. Bu yolla, hətta heyvan-
ları da ram edir. Ata kiĢmiĢ, arpa yedirdib Ģahə qaldırır, ayıya Ģirni 
yedizdirib mayallaq aĢdırır, di gəl yaĢa… 
 
 


B i b l i o q r a f i y a  
23 
 
 
Yer üzündə azacıq da olsa günahı olmayan insan yoxdur. Amma 
di  gəl  ki,  cani  də  məhkəmədə  tutduğu  əmələ  görə  özünə  bəraət  qa-
zandırır, haqlı olduğunu sübut etməyə çalıĢır.  
 
 
– Bala, sənin o günah qapısında nə iĢin vardı? Sən ki, bilirsən, 
günah qapısı cəhənnəmin qapısı ilə üzbəüzdür.  
–  BağıĢla,  deyəsən,  qapı  döyülür,  baxım  görüm  gələn  kimdi. 
Bəlkə, səni aparmağa gəliblər?!  
 
 
Zəngin bir qəlbin tarixini yazmağa bir ömür belə çatmaz.  
 
 
Ona  Eldəgəz  deyərdilər.  Doğrudan  da,  daĢıdığı  ad  ona  çox 
yaraĢırdı. Vətəni kənd-kənd, oba-oba gəzib dolaĢmıĢdı. Əslində, bir 
dərviĢ  həyatı  yaĢamıĢdı.  O,  adamlara  nağıl  danıĢmamıĢdı,  amma 
elinin,  millətinin  ağ  günə  çıxması  üçün  ömür  boyu  çarpıĢmıĢdı. 
Ürəyindəki  ideyanı  –  azadlıq  ideyasını  insanlara  qandıra-qandıra 
axırda Ģamtək ərimiĢdi.  
 
 
…Ruhumu  muğam  qədər  heç  nə  oxĢamır.  Ovqatımın  Ģən  və 
kədərli  anlarında  içərimdə  ancaq  özümün  eĢitdiyim  bir  səs  elə  hey 
oxuyur… O səsin xəyalımda yaratdığı qövsi-qüzehin gözlə görünmə-
yən  min  bir  rəngi  var…  Bu  rənglərin  çəkdiyi  rəsmlərsə  ömrü  at 
belində keçmiĢ ulu babalarımızın mənəviyyatının, Azərbaycan türkü-
nün  lal  duyğularının  tarixidir.  Elə  buna  görə  də  muğamları,  onun 
görkəmli ifaçılarının sənətini həmiĢə ürəkdən vəsf edirəm. 
 
 
ġəhər həyatı teatra bənzəyir. Küçələr, küçələri bəzəyən binalar 
onun dekorasiyaları, ora-bura tələsən insanları isə aktyorlarıdır.  
 
 


M u s t a f a   Ç ə m ə n l i  
24 
 
 
Zamanında populyarlıq heç də əbədiyyətin artıq əldə olunması 
demək deyildir.  
 
 
Öz  əqidəsi,  öz  fikri  olmayan  insanlar  mənə  tamaĢadan  sonra 
boĢ  qalmıĢ  səhnəni  xatırladır.  TamaĢaçı  vardı  –  oyun  qurulmuĢdu. 
Oyun bitdi –tamaĢaçı yoxa çıxdı.  
 
 
Bir gün dərk elədim ki, ətrafımdakılar özlərini yüngülləĢdirmək-
dən ötəri məni yükləməklə məĢğuldurlar.  
 
 
Dünya o zaman düzələr ki, hər kəs öz halal haqqına sahib olsun.  
 
 
Biz  içimizdə  çoxdan,  lap çoxdan,  1828-ci  ildə  Ġranla  çar  Rusi-
yası  arasında  bağlanan  Türkmənçay  sülh  müqaviləsinin  bağlandığı 
o məĢum anlaĢmadan baĢlayaraq Azadlıq meydanına yol gəlirdik.  
 
 
Bu var olan dünyada, əslində, heç də hamı yoxdur.  
 
 
Bir  dəstə  adam  toplaĢıb  xoĢbəxt  olmaq  istəyən  birisini  xoĢbəxt 
olmağa  qoymurdular.  Bu  adam  deyirdi  ki,  filan,  filan  Ģeylərə  görə 
mən xoĢbəxtəm. O saat qaĢlar çatılırdı, sifətlər turĢuyurdu, dodaqlar 
sallanırdı, növbəylə xoĢbəxt olmaq istəyənə sübut eləmək istəyirdilər 
ki,  sən  bədbəxtlərin  bədbəxtisən,  xoĢbəxtəm  deyib  xalqı  özünə  gül-
dürmə. Guya xoĢbəxt olmaq istəyənin xoĢbəxtliyi bunların bədbəxtli-
yinə səbəb olacaqdı.  
 
 
Səhər  tezdən  bal  arıları  çəmən  çiçəklərini  öpüĢlərə  qərq  elə-
miĢdilər. Arılar nə qədər azad, nə qədər məsud idilər.  


B i b l i o q r a f i y a  
25 
 
 
Gözəlliyi görən gözlər gözəldir. Mən neyləyim ki, sən ancaq pis 
Ģeyləri görürsən.  
 
 
ġərəfsizin birini pulun gücünə qəhrəman eləyib baĢa keçirtdik, 
sonra  baĢımıza  döydük  ki,  vallah,  bizim  bu  adda  qəhrəmanımız  ol-
mayıb.  
 
 
Həyatda  elə  insanlar  var  ki,  öləndən  sonra  da  problemlər 
onlardan əl çəkmir.  
 
 
Elə  zənn  etməyin  ki,  Əzrail  uzaqdadır.  O,  hər  zaman  öz  içi-
mizdədir.  
 
 
Sözündə böyük idi, əməlində bapbalaca.  
 
 
– Nə axtarırsan?  
– Ġnsan axtarıram, qardaĢ.  
– Necə yəni insan axtarıram, ətrafımız insanla dolu deyilmi?  
– Mən mənə dinclik, azadlıq gətirən insanı axtarıram. 
 
 
Kin də bordağa bağlanmıĢ cöngə kimidir, ipi açılanda sahibini 
tanımır.  
 
 
ÖyrəĢmiĢdi  hər  Ģeyi  pulla  ələ  almağa,  ancaq  qapısını  əcəl 
döyəndə puluna yaxın duran olmadı.  
 
 
Ġnsan öz keçmiĢinin təkrarıdır.  


Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə