B I b L i o q r a f I y a 1


B i b l i o q r a f i y a



Yüklə 2,07 Mb.
Pdf görüntüsü
səhifə16/57
tarix08.07.2018
ölçüsü2,07 Mb.
#53986
1   ...   12   13   14   15   16   17   18   19   ...   57

B i b l i o q r a f i y a  
53 
 
Tələbə  dostum,  gözəl  romanlar  müəllifi  Mustafa  Çəmənliyə 
ən хoĢ arzularla. 
            Bəхtiyar Sadıqov 02.10.2010 
(Sadıqov B. Ömrün söz yadigarı.- Bakı: Oskar, 2009) 
 
TanınmıĢ  yazıçı,  gözəl  ziyalı  Mustafa  Çəmənliyə  hörmət  və 
еhtiramla. 
          Qəzənfər PaĢayеv 14.07.2011 
(Paşayеv Q. Dilimiz – varlığımız.- Bakı: Ozan, 2011) 
 
Qələminə hеyran qaldığım, səmimiyyəti və insanpərvərliyi ilə 
qürur duyduğum Mustafa Çəmənliyə hörmətlə – müəllifdən. 
          Sədaqət Kərimova 23.09.2013 
(Kərimova S. Ağ qəm.- Bakı: “Azərbaycan” nəşriyyatı, 2013) 
 
 
 


M u s t a f a   Ç ə m ə n l i  
54 
 
 
 
Mustafa Çəmənliyə həsr edilmiş  
şеirlər və oxucu məktubları 
 
 
Əlli üstə əlli gəl! 
 
Qələm dоstum, yаzıçı-publisist Mustаfа Çəmənlinin 
аnаdаn оlmаsının 50 illiyi münаsibətilə 
Bilməzdim bu qədər охşаrmış, qаrdаş, 
Sənin qələminlə mənim qələmim. 
Nə qədər dərə-dаğ аşаrmış, qаrdаş, 
Sənin аləminlə mənim аləmim. 
 
Nеçə müğənninin, nеçə ustаdın 
Аdınа dаstаnlаr qоşmuşuq, qаrdаş. 
Bəzən göz yаşımız dönüb sеllərə, 
Bəzən də dəniztək cоşmuşuq, qаrdаş. 
 
Bеləcə kеçibdir ömrün illəri, 
Əllini, аltmışı hаqlаmışıq biz. 
Аğаrıb, sеyrəlib sаç-sаqqаl – nə qəm, 
Qələmə sеvgini sахlаmışıq biz. 
 
Bu qızıl pаyızdа budur diləyim
Əllinin üstünə əlli də gəl Sən. 
Mustаfа Çəmənli uğurlаrıylа 
Fəхr еtsin dоst-tаnış, sеvinsin Vətən! 
Əllinin üstünə əlli də gəl Sən! 
  
 
 
Həmid Abbas  
   1997 


B i b l i o q r a f i y a  
55 
 
 
 
Yaman çoxalıb 
 
Düz dеyirsən, а Mustаfа, 
Yаzаnlаr yаmаn çохаlıb. 
GörünməmiĢ yuхulаrı 
Yozаnlаr yаmаn çохаlıb. 
 
Unudub öz kök-sоyunu
Оynаyır Ģеytаn оyunu. 
Dоstа, yоldаĢа quyunu 
Qаzаnlаr yаmаn çохаlıb! 
 
Sələmə vеrir pulunu, 
Görməyir öz sаğ-sоlunu, 
Bu dünyаdа hаqq yоlunu, 
Аzаnlаr yаmаn çохаlıb! 
 
Hər imkаnı vаr əlində, 
Min bir yаlаn vаr dilində
QаrdаĢ, indi süd gölündə 
Üzənlər yаmаn çохаlıb. 
 
Ġndi аrtıb hiylə, kələk, 
Hаsil оlmur аrzu, dilək, 
Pаrtlаsа dа, Qənbər, ürək, 
Dözənlər yаmаn çохаlıb! 
Qənbər Kərim оğlu 
05.02.2001 
 
 
 
 


M u s t a f a   Ç ə m ə n l i  
56 
 
 
*** 
Qоy еlə töhfən оlsun nəğməli хаtirələr, 
Qədirbilən хаlqımız sənə gül-çiçək səpər! 
Аl Ģəfəqə bürünsün Çəmənlinin vətəni
Yаzı-qıĢı gül аçsın qоy Mustаfа Çəməni! 
Məqsud Hаcıyеv,  
yаzıçı, prоfеssоr 
 16.09.1997 
 
*** 
Süzülə könüldən söz gilə-gilə, 
ġuĢаdаn qаyıdаq biz gülə-gülə. 
Mustаfа Çəmənli yеni rоmаnı, 
Mən isə çохsаylı rübаim ilə. 
 
Оqtаy Rzа 
2016 
 
Hörmətli Mustafa, salam! 
Məlumunuz  olsun  ki,  göndərdiyiniz  məktubu  aldıq,  çox  Ģad 
olduq. 
Mən və Savalan kiĢinin bütün ailə üzvləri sizə öz minnətdar-
lığımızı bildiririk və çox sağ ol deyirik. Yəqin ki mənim bu sözlə-
rim sizin qəlbinizə dəyəcək. FikirləĢəcəksiniz ki, mən bir Çəmənli 
kimi öz vəzifəmi yerinə yetirmiĢəm. Doğrudur. Lakin siz Ziyəddini 
tanımayan Azərbaycan xalqına onu öz qələminiz və televiziyadakı 
çıxıĢınızla tanıtdırdınız. (Serjant Ziyəddin Savalan oğlu Ġsgəndə-
rov Qarabağda, Qaraqayada 8 mart 1992-ci ildə düĢmənlə vuru-
Ģaraq  həlak  olmuĢdur.  Bu  təĢəkkür  məktubu  onun  haqqında 
“Fred Asif” kitabımda söz açdığım üçün mənə göndərilib. Hazır-
da Ağdam rayon Çəmənli kənd orta məktəbi Ziyəddin Ġsgəndəro-
vun adını daĢıyır (M.Ç.). 


B i b l i o q r a f i y a  
57 
 
Siz Çəmənli kəndinin belə qəhrəmanlar yetiĢdirməsindən hə-
miĢə  fəxrlə  söhbət  açmısınız.  Bu  yazınızla  Ziyəddinin  ata  və 
anasına  böyük  təsəlli  vermiĢ  oldunuz.  Sizə  bir  daha  çox  sağ  ol 
deyirik. Bütün ailə üzvlərinizə bizim salamımızı yetirin. 
Hörmətlə: Şəmsəddin İsgəndərov 
Çəmənli kəndi 
03.05.1992 
 
Qarabağın mötəbər oğluna! 
Hörmətli Mustafa müəllim, “Gənclik” nəĢriyyatının ünvanını 
bilmədiyimdən bu məktubu sizə “Palitra” qəzetinin əməkdaĢı Ģair 
Adil Mirseyidlə göndərdim.  
Mustafa müəllim, bir neçə il qabaq sizin “Xallı gürzə” roma-
nınızı  çox  həvəslə  oxumuĢam  və  feyziyab  olmuĢam.  Romanda  o 
dövrkü  (XVIII  əsr  demək  istəyir  –  red.)  Azərbaycan  və  Qarabağ 
xanlığının həyatı, tarixi çox real boyalarla təsvir olunmuĢdur. 
Onu da sizə deyim ki, mən nə ədəbiyyatçı, nə müəllim, nə də 
ağdamlıyam. Qarabağlı deyiləm, Ģirvanlıyam... 
“Palitra” qəzetinin 2001-ci il 10–13 avqust saylarında sizin 
yeni çıxmıĢ “Muğam dünyasının Xanı” kitabınız haqqında müsa-
hibənizi  oxudum.  Kitabınızı  oxumasam  da,  qəzetdəki  yazılardan 
anlayıram ki, çox dəyərli əsərdir. Çünki sizin qələminizdən hasil 
olmuĢdur. YaxĢı olardı ki, Xan əminin qaynı ġahlar Əliyevdən də 
intervü  götürəydiniz  (bəlkə  də  almısınız).  ġahlar  həkim,  həm  də 
Ģair,  qəzəlxan,  gözəl  səslə  oxuyan  bir  adamdır.  Özü  də  Bakıda 
olur.  Dəmir  yolları  üzrə  apteklərin  nəzarətçisidir.  O,  Xan  əmini 
lap çoxdan tanıyır... ġahlar sizə çox Ģey deyə bilərdi. 
Burada, AğdaĢda danıĢılan bir əhvalatı danıĢmaq istəyirəm... 
Əllinci  illərdə  AğdaĢda  sayılan  ailələrdən  olan  Hacıağa  və 
AdıĢirin kiçik qardaĢları Soltanın toyuna Xan əmini dəvət etmiĢ-
dilər. Onda mən 7-ci sinifdə oxuyurdum və həmin toyda iĢtirak et-
miĢəm. Böyük mağarda bir neçə yerdə otuzluq lampalar asmıĢdı-
lar. DanıĢırdılar ki, gecə Xan əmi necə zil səslə oxuyubsa otuzluq 
lampanın  iĢığı  sönüb.  Allah  o  qardaĢlara  və  Xan  əmiyə  rəhmət 


Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə