B I b L i o q r a f I y a 1


M u s t a f a   Ç ə m ə n l i



Yüklə 2,07 Mb.
Pdf görüntüsü
səhifə11/57
tarix08.07.2018
ölçüsü2,07 Mb.
#53986
1   ...   7   8   9   10   11   12   13   14   ...   57

M u s t a f a   Ç ə m ə n l i  
36 
 
Bu  gün  qürur  və  iftixarla  deyirəm  ki,  Mustafa  Çəmənlinin 
Azərbaycan  nəsrində,  publisistikasında,  mədəniyyətində  özünə-
məxsus xidməti və yeri var. Bir münasibətə də sevinirəm ki, son 
illər  onun  yaradıcılığı  ilə  əlaqədar  ədəbi  tənqiddəki  susqunluğa 
son verilib. İndi kitabları haqqında, yaradıcılığı ilə bağlı müxtəlif 
qələm sahibləri, tənqidçilər öz sözlərini deyir, yazıçılıq məziyyət-
lərini yüksək dəyərləndirirlər. Mustafa Çəmənli son dərəcə abırlı 
və  istedadlı  qələm  sahibidir.  Yazıçılığa  Allahın  ona  bəxş  etdiyi 
istedadının  sayəsində  gəlib.  Fədakar  və  zəhmətkeşdir.  Yaradıcı-
lıqda əldə etdiyi uğurları ona qazandıran bitkin jurnalistliyi, səriş-
təli  naşirliyidir.  Yazıçı,  jurnalist,  naşir  –  bu  üç  amil  onun  bütün 
həyatında  çox  möhkəm  vəhdətdədir.  Mustafa  Çəmənli  yazaraq 
yaşamaq  üçün  imkan  tapıb.  Daha  bəziləri  kimi  imkanına  görə 
yazıçılıq etməyib, kiminsə əlindən halal qismətini almayıb. Adlar, 
titullar onun ünvanını çoxdan tapmalıydı,  əgər əngəllər, qısqanc-
lıqlar,  maneələr  olmasaydı...  Mustafa  Çəmənli  əsl  yazıçı  taleyi 
yaşayır. Təmtəraqlı təqdimatlardan, hay-küylü məclislərdən, şüar 
deyən  yazarlardan,  təmənnalı  təriflərdən,  süni  mədhiyyələrdən, 
saxta imiclərdən çox uzaqda dayanıb. 
Flora Xəlilzadə, 
Əməkdar jurnalist 
 
Ciddi  nasir,  bacarıqlı  naşir  və  səriştəli  redaktor  kimi  tanıdı-
ğım yazıçı dostum Mustafa Çəmənli çiynini həmişə ağır, bəlkə də 
heç kimin girişmədiyi işin altına verən, bir kitabı yazıb başa çat-
dırmaq üçün onlarla kitaba, tarixi məxəzə, yüzlərlə sənədə müra-
ciət edən zəhmətkeş yazıçıdır. Bu keyfiyyət onu bütün yaradıcılı-
ğı  boyu  izləyir:  qədim  tarixi  mövzuya  müraciət  edəndə,  yaxın 
keçmişimizi qələmə alanda, lap elə müasir mövzulara üz tutanda da.  
Mustafa Çəmənli 30 illik yaradıcılığı dövründə ardıcıl olaraq 
musiqiçilərimizin,  müğənnilərimizin,  instrumental  ifaçılarımızın 
yaradıcılığını bir tədqiqatçı, musiqiçi səriştəsi ilə izləmiş, onların 
sənətinin  təbliğatçısı,  araşdırıcısı  olmuşdur.  Azərbaycan  radiosu-
nun qızıl fondunda onun ifaçı musiqiçilərimizin yaradıcılıq port-


B i b l i o q r a f i y a  
37 
 
retlərini  ifadə  edən  yüzə  qədər  konsert-oçerki  saxlanılır  və  vaxt-
aşırı səsləndirilir. Gözəl musiqi duyumu, hafizəsi, muğam və xalq 
mahnılarımıza dərindən bələd olması ona hər hansı bir müğənni-
nin, ifaçının sənətinin obyektiv və düzgün qiymətləndirməyə, əsl 
sənəti  saxta  sənətdən  ayırmağa  imkan  verir.  Bir  çox  unudulmuş 
sənətkarlarımızın  yaradıcılıq  taleyinə  işıq  salmaq,  onları  üzə 
çıxardıb çağdaş nəslə çatdırmaq işində Mustafa Çəmənlinin xid-
mətləri həqiqətən böyükdür.  
Mustafa  Çəmənli  yaradıcılığına  çox  ciddi  yanaşan,  sözün 
qədrini və qiymətini bilən və ən əsası öz mövzusu olan yazıçıdır. 
O,  meyvəsini  dərdiyi,  bəhərini  yediyi  ağacın  budağını  qırmaq 
günahdır  prinsipi  ilə  yaşayır  –  söz  sənətinə,  onun  bir  qolu  olan 
kitab nəşrinə də həmin prinsipdən yanaşır.  
Əli Əmirli, 
Əməkdar incəsənət xadimi  
 
Mustafa Çəmənlinin “Xallı gürzə” romanında süjet xətti yal-
nız  bir  obraz  üzərində  cəmlənmişdir.  Hadisələr  Pənahəli  xanın 
həyatı, dövrü, mübarizəsi ilə bağlıdır. Süjetdən yayınma hallarına 
demək olar ki, təsadüf etmirik. Müəllif tarixi hadisələri də “Qara-
bağnamə”lərdən  və  digər  mənbələrdən  diqqətlə  öyrənmiş,  onları 
sistemli  şəkildə  öz  romanında  əks  etdirmişdir.  Həm  də  F.Kərim-
zadənin “Qoca qartalın ölümü” romanı ilə müqayisədə “Xallı gür-
zə”də hadisələrin miqyası daha genişdir. Burada müəllif Pənahəli 
xanın həyatı ilə yanaşı Qarabağ xanlığı ilə bağlı olan bütün mət-
ləblərdən söz açmağa çalışmışdır. 
Yavuz Axundov, 
filologiya elmləri doktoru, professor 
 
Son  illərin  tarixi  romanları  içərisində  Mustafa  Çəmənlinin 
“Xallı gürzə” romanını xüsusi qeyd etmək istərdik. Romanda Qa-
rabağ  xanlığının  əsasını  qoyan  Pənah  xanın  həyatı  qələmə  alın-
mışdır.  


M u s t a f a   Ç ə m ə n l i  
38 
 
...Əsəri  oxuduqca  “Qarabağnamə”lərin  təsirini  açıqca  hiss 
edirsən və hətta belə bir qənaətə gəlirsən ki, müəllif heç bir əziy-
yət  çəkməmiş, sadəcə  olaraq, “Qarabağnamə”ləri  (əlbəttə,  Pənah 
xanla və onun yaşadığı dövrlə bağlı hadisələri) bədiiləşdirmişdir. 
Ancaq bu, zahirən belə təsir bağışlayır. Romanda “Qarabağnamə” 
müəlliflərindən  fərqli  olaraq  tarixi  hadisələrə  ayıq  bir  münasibət 
hiss edilir. Tarixi əsərlə bədii əsərin fərqi də burada aydın nəzərə 
çarpır.  Məxəz,  mənbə,  qaynaq  yazıçı  qələmində  cilalanır,  bədii 
obrazlar kəskin konfliktlərlə yenidən üzə çıxır.  
  Ədilə Məmmədzadə
tənqidçi 
 
Mustafa  Çəmənli  qələmli  publisistdir.  O,  neçə  illərdir  Azər-
baycan  musiqi  sənətinə  ölməz  incilər  bəxş  edən  sənətkarlardan 
oçerklər yazır, radio və televiziya üçün verilişlər hazırlayır, sonra 
bütün bu məqalələri kitab halında oxuculara çatdırır. Cahan Talı-
şinskaya,  Şövkət  Ələkbərova,  Əbülfət  Əliyev,  Sara  Qədimova, 
Yavər  Kələntərli,  Arif  Babayev...  onun  məhəbbətlə  vəsf  etdiyi 
sənətkarlardır.  
Vaqif Yusifli, 
filologiya elmləri doktoru 
 
Oхuculara və ədəbi ictimaiyyətə əslində yalnız “Хallı gürzə” 
romanından sonra bəlli olan və məhz bu  əsəri ilə ədəbi  tənqidin 
diqqətini özünə cəlb еdən Mustafa Çəmənli öz dəst-хəttinə malik, 
dеməyə özünün müəyyən sözü olan, bədii yaradıcılığa 70-ci illər-
də  gələn  maraqlı  yazıçılardandır.  Ədəbiyyat  tariхində  еlə  hallar 
olur  ki,  hər  hansı  bir  sənətkar  uzun  müddət  diqqətdən  kənarda 
qalır, kütləvi oхucu auditoriyasını bir qədər ləng və gеc toplayır. 
Mustafa Çəmənlinin yazdıqlarını – хеyli oçеrk, hеkayə, publisis-
tik  yazılar,  nəhayət  povеst  və  roman-nəzərdən  kеçirərkən  aydın 
olur  ki,  onun  ədəbi  talеyi  bu  mənada  o  qədər  də  gətirməmişdir. 
Lakin,  hər halda,  “Хallı gürzə” romanı  (1991) ona,  sözün  həqiqi 
mənasında,  yazıçı  vəsiqəsi  vеrmiş  oldu.  Kafеdra  “Хallı  gürzə” 


Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə