Азярбайжан республикасы тящсил назирлийи азярбайжан дювлят игтисад университети



Yüklə 459,85 Kb.
Pdf görüntüsü
səhifə4/16
tarix26.05.2018
ölçüsü459,85 Kb.
#46090
1   2   3   4   5   6   7   8   9   ...   16

11 

 

Monomer  elə  bir  halqadır  ki.  ondan  polimerin  bütün  zənciri  qurulur.  Tək-tək 



kərpiclər  yığılıb  böyük  bir  binanı  əmələ  gətirdiyi  kimi.  ayrı-ayrı  monomerlər  də 

yığılıb polimeri əmələ gətirir. Monomeriərin ayrı-ayn molekulları arasmdakı rabitə 

qüvvəsi  çox  böytik  olmur.  Onlar  bir-birlərindən  ayrıla  bilir.  Ona  görə  də 

monomeıiər  adətən  qaz  və  ya  maye  halında  olur.  Bərk  halında  olan  monomer  isə 

suda və ya başqa həlledicilərdə asanhqla həll edilir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


12 

 

1.2. PLASTIK KÜTLƏLƏRIN TƏRKIBININ ƏSASINI TƏŞKIL EDƏN 



YÜKSƏKMOLEKNLLU BIRLƏŞMƏLƏRIN TEXNIKI-IQTISADI 

GÖSTƏRICILƏRININ 

XARAKTERISTIKASI. 

 

Yüksəkmolekullu  birləşmələri  almaq  üçün  əsasən  aşağıda  göstərilən 

üsullardan istifadə edilir: polimerləşmə. Polikondensləşmə və mövcud polimerlərin 

kimyəvi  üsullarla  çevrilməsi.  Polimerləşmə  dedikdə  çoxlu  miqdarda  eyni  və  ya 

müxtəlif  kiçikmolekullu  maddələrin  /monomerlərin/  bərləşərək  yüksəkmolekullu 

maddə əmələ gətirməsi başa düşülür. 

Polimerləşmə  prosesində  yalnız  bir  maddənin  molekulları  iştirak  edirsə,  belə 

proses  homopolimerləşmə  adlanır.  Buna  misal  olaraq  stirolun  polimerləşməsini 

göstərmək  olar.  Polimerləşmə  prosesində  iki  və  ya  bir  neçə  müxtəlif  maddənin 

/monomerin/  molekulları  iştirak  etdikdə  belə  proses  birgə  polimerləşmə  adlanır. 

Buna  misal  olaraq  stirol  ilə  akril  turşusunun  metil  efirinin  birgə  polimerləşməsini 

göstərmək  olar.  Polimerləşmə  prosesi  monomerin  quruluşundan,  reaksiyanın 

fəallaşma üsulundan və polimerbşmə şəraitindən çox asılıdır. Bu faktorların təsirini 

ayrılıqda göstərək. 

1.  Monomerin quruluşunun polimerbşmə prosesinə təsiri. Tərkibində heç olmazsa 

bir ikiqat rabitəsi olan birləşmələr polimeriəşirlər. 

Tərkibində  iki  və  daha  çox  ikiqat  rabitə  olan  birləşmələr  yuxarıda  göstərilən 

birləşmələrə  nisbətən  daha  asan  polimerləşir.  Müxtəlif  qapalı  quruluşda  olan 

maddəbr də polimerləşə bilirlər. 

2.  Polimerləşmə  prosesinin  fəallaşdırıiması  üsulları.  Qeyd  etmək  lazımdır  ki,  bəzi 

maddələr,  xüsusən  stirol,  akroleinakril  turşusunun  metil  efiri  və  s.  xarici  təsirdən 

asılı  olmayaraq  öz-özünə  polimerləşir.  Bu  prosesin  başa  çatması  üçün  bir  həftə, 

bəzən  bir  ay  lazımdır.    İşıq  şüaları,  katalizatorlar,  istilik  enerjisi  və  bir  sıra  başqa 

faktorlar  polimerləşmə  prosesini  sürətləndirirlər.  Texnikada  polimerləşmə  prosesi 

əsas etibarib inisiatorların və katalizatorların iştirakı ilə aparılır. 



13 

 

3. Polimerləşmə   şərailinin   təsiri.   Texnikada   aşağıda   göstərilən dörd şəraitdə 



polimerləşmə aparıhr. 

A) Blokda (kütlədə) polimerləşmə, B) Məhlulda polimerləşmə, V)  Emulsiyada  və 

suspenziyada  polimerləşmə.  Q)  Damcıda  polimerləşmə,  Ğ)  Damcıda  və 

emulsiyada polimerləşmə. 



a)    Blokda  polimerləşmə.  Blok  polimerləşmə  üsulunda  monomer  təmiz 

halda, katalizator və ya inisiatoıiarın iştirakı ilə polimerləşdirilir. Bu üsulun müsbət 

xüsusiyyətlərdən  biri  odıır  ki.  polimer  təmiz  halda  alınır.  İçərisində  həlledici  və 

başqa  qarışıqlar  olnıur.  Çatmayan  cəhəti  odur  ki,  proses  zamanı  temperaturun 

yüksək  olması  sayəsində  pojimerin  tələb  olunan  molekul  çəkidə  alınması  çətin 

olur. 


b)  Məhlulda polimerləşmə. Bu proses elə həlledicidə aparılır ki, onda götürülmüş 

monomeıiər  və  bəzən  alınan  polimer  həll  ola  bilsin.  Blok  polimerbşmədən  fərqli 

olaraq, bu prosesdə, reaksiya zamanı hasil olan istiliyi kənar etməklə polimeıiəşmə 

dərəcəsini  nizamlamaq  mümkün  olur.  Bu  üsulun  çatışmayan  cəhəti  ondadır  ki. 

bəzən alınan polimeri həlledicidən təmizbmək çətinlik törədir. 

v)  Emulsiya  və  suspenziyada  polimerbşmə  üsulları  monomerin  həll  ola 

bimədiyi  məhlulda dispers hala  gətirilməsinə əsaslanmışdır. Bu proses katalizator, 

emulqator, sabiıtəşdirici, nizamlayıcı və s. kimi reaktivbrin iştirakı ilə aparılır. 

q)  Damcıda  polimerləşmə prosesində  fəallaşdıncı  maddə  yalnız  monomerdə 

həll  olur,  bununla  da  o

:

  blokda  polimerləşməyə  oxşayır.  Damcıda  polimeıiəşmə 



prosesi  zamanı  hasil  olan  istiliyin  asanhqla  ayrıla  bilməsi  cəhətdən  bu 

polimeıiəşmə blokda və emulsiyada polimeıiəşməsindən fərqlənir. 



ğ)  Damcıda  və  emulsiyada  polimerləşmə  üsulu  hazırda  sənayedə  geniş 

tətbiq  edilir.  Bu  üsulla  böyük  molekııl  çəkili  polimeıiər  alınaq  və  prosesi 

sürətləndirmək  mümkün  olur.  Polimerləşmə  üsulu  ilə  ahnan  yüksəkmolekullu 

birləşmələr  əsasən  termoplastik  xassəli  olurlar.  Yüksəkmolekullu  birləşmələrin 

alınmasında istifadə edilən üsullardan biri də polikondensləşmədir.Molekul kütləsi 

kiçik  olan  əlavə  maddələr  əmələ  gəlməsi  ilə  polimerlərin  alınması  prosesinə 

polikondensləşmə  deyilir.  Polikondensləşmə  reaksiyasına  girən  monomerləriri 



14 

 

tərkibində iki  və daha artıq  funksionalqruplar olmalıdır. Polikondensləşmə prosesi 



eyni  monomer  molekulları  arasında  getdikdə  buna  homopolikondensləşmə, 

müxtəlif monomerlər arasında getdikdə isə heteropolikondensləşmə deyilir. 

Əgər monomerin tərkibində bir funksional qrup olarsa, onun əsasında polimer 

almaq qeyri-mümkündür. Bifunksional monomeıiər əsasında xətti quruluşlu, üç və 

çoxfunksional  monomerlər  əsasında  isə  şaxələnmiş  fəza  quruluşlu  polimerlər 

alınır.  Funksional  qrupların  sayı  artdıqca  polimer  molekulunun  şaxələnməsi  artır 

və nəhayət. torşəkilli polimer əmələ gəlir. Polikondensləşmə prosesinə monomerin 

funksionalhğından  hgışqa.  funksional  qrupların  arasında  olan  karbon  atomlannın 

sayı  da  böyiik  təsir  göstərir.  Polikondensləşmə  tarazhq  (dönən)  və  qeyri  tarazhq 

(dönməyən)  vəziyyətində  olıır.  Dönən  polikondensləşmə  reaksiyasının  larazlıq 

sabiti 1000-ə, dönməyən polikondensləşmənin tarazhq sabiti isə lUOO-dən 10000-

ə 

qədərdir. 



Dönən 

polikondensləşmədən 

fərqli 

olaraq 


qeyri-tarazhq 

polikondensləşmə  böyük  sürətlə  gedir  və  çox  tez  başa  çatır.  Adətən  tarazlıq 

polikondensləşmə  ərintidə,  yaxud  məhlulda,  qeyri-tarazlıq  polikodensləşmə  isə 

fazalararası  polikondensləşmə  üsulu  ilə  aparıhr.  Dikarbon  turşuları  ilə  qlikollar, 

yaxud  dianiinlər  arasında  gedən  reaksiyanın  tarazhq  polikondensləşməyə.  xlor 

anhidridləri  ilə  diaminlər  arasında  gedən  reaksiyanı  isə  qeyri-tarazhq 

polikondensləşməyə  misal  göstərmək  olar.  Polimerlərin  kimyəvi  çevrilmələri. 

Yuxanda  göstərilən  polimerləşmə  və  polikondensləşmə  reaksiyaları  vasitəsilə 

monomeıiərdən  muxtəlif  polimer  maddələr  alınır.  Lakin  əksər  halda  alınmış 

sintetik,  hətta  təbii  polimer  maddələr  öz  fıziki-mexaniki  və  kimyəvi  xassələrinə 

görə  texnikanın  artmaqda  olan  tələbatmı  kifayət  qədər  ödəyə  bilmir.  Belə 

polimeıiərin  keytiyyətini  daha  da  yaxşılaşdırmaq  məqsədi  ilə  onların  tərkibinə 

müəyyən  kimyəvi  reaksiyalar  vasitəsilə  müxtəlif  elementlər  (xlor,  brom), 

funksional qruplar (nitril, amin və s.) daxil edilir. 

Qeyd  etmək  lazımdır  ki,  yüksək  molekullu  biıiəşmələr  müxtəlif  kimyəvi 

maddələrə  qarşı  özlərini  monomeıiər  kimi  apanr.  Belə  ki.  etilen  xlorlaşa  bildiyi 

kimi  ondan  ahnan  polietilen  də  asanhqla  xlorlaşa  bilir.  Polietilenin  xlorlaşması  

nəticəsində   alınan   polimer   maddənin   tiziki-mexaniki.   hətta kimyəvi  xassəsi 




Yüklə 459,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə