Азярбайжан республикасы тящсил назирлийи азярбайжан дювлят игтисад университети



Yüklə 459,85 Kb.
Pdf görüntüsü
səhifə3/16
tarix26.05.2018
ölçüsü459,85 Kb.
#46090
1   2   3   4   5   6   7   8   9   ...   16

 

büküm materialları, müxtəlif təyinatlı taralar, ayaqqabı istehsalı üçün işlədilən süni 



materiallar  polimer  plyonkalar  və  digər  plastik  kiitlə  əsasmda  hazırlanan  məişət 

təyinatlı  məmulatların  meydana  çıxması  kimya  sənayesinə  məxsus  əlamətdar 

hadisələrdir. 

Plastik  kütlədən  olan  məmulatların  zəruri  kompleks  xassələrə  malik  olması   

ilə   yanaşı    onun   tətbiqinin   iqtisadi   cəhətdən   səmərəliliyindən danışmamaq 

olmaz.  Belə  ki,  təcrübə  göstərir  ki,  bir  ton  plastik  kütlə  bir  qayda  olaraq  bir  neçə 

ton  metalı  əvəz  edə  bilər  və  eyni  zamanda  enerji  məsrəfı  əhəmiyyətli  dərəcədə 

azalır.  Məsələn.  plastik  kütlənin  istehsalı  və  emalı  üçün  neftin  tələb  etdiyi  enerji 

xammalı    eyni  miqdar  alüminium  üçün  lazım      olan      enerji      xammalından      beş   

dəfə      azdır.      Bununla      belə      plastik  kütlələrin  istehlakçılar  və  sənaye  sahələri 

üçün zəruri üstün cəhətləri vardır. Belə   ki,   plastik   kiitlə   məmulatları   xammal   

və      istehsal      texnologiyası  baxımından  ucuz  başa  gəlir,  plastik  kütlələr  kiçik 

xiisusi  çəkiyə,  yüksək  izolyasiya  xassəsinə,  yaxşı  forma  saxlama.  istəmiən  forma 

vermə, lazımi rəngə boyama,  istiliyi  mühafızə etmə  və s. xassələrə  malik olmaqla 

yanaşı,  korroziya  və  dağılmaya  qarşı  davamlıdır.    Məmulat  almaq    üçiin  istehsal 

prosesi    sadə      və    rahatdır.    Avtomatlaşdırma    və    mexanikləşdirmə    imkanı 

genişdir,    əmək    məhsuldarlığının    yiiksəldilməsi      üçün    şərait      vardır  və    s.      

Deyilənlərdən aydın olur ki, qızdırıldıqda plastik hal alan, öz formasını yük altında 

dəyişən,  soyudulduqdan  və  yük  təsiri  kəsildikdən  sonra  tələb  olunan  formanı 

saxlayan  yüksək  molekul  çəkili  üzvi  maddə  və  ya  həmin  maddə  əsasında  təşkil 

olunmuş  xəlitələr  plastik  kütlə  adlanır.  Aparılan  elmi-tədqiqat  işləri  və  təcrübi 

materiallar göstərir ki, müxtəlif növ plastik kütlələrin sürtünmə əmsalları çox geniş 

haldadır.  Belə  ki,  sürtünmənin  aşağı  olması  plastik  kütlələrin  sürtünməyə  məruz 

qalan  hissə  və  qovşaqların  istehsalmda  geniş  tətbiq  edilməsinə  səbəb  olmuşdtır. 

Ona  görə  də  yayma  dəzgahlarının,  nasosların.  müxtəlif  reduktorların  əlvan 

metallardan  hazırlanan  yastıq  içlikləri  və  oymaqlarının,  habelə  yönəldicilərin 

sürtünən  səthləri  üçün  plastik  kütlələr  olduqca  əlverişli  materialdır.  Korroziya 

şəraitində  və  aqressiv-  mühitdə  işləyən  müxtəlif  çənlərin,  qurğu  və  avadanlıqların 




 

plastik kütlələrdən hazırlanması və ya onlara plastik kütlə qatı çəkilməsi hissələrin 



iş müddətini əhəmiyyətli dərəcədə artırır. 

Plastik  kütlələr  yüksək  elektrik  izolyasiya  xassəsinə  malik  olduğuna  görə 

elektrik  maşınları  və  qurğuların  vacib  hissələrinin  hazırlanmasında  mühüm  yer 

tuttır.Plastik 

kütlələrin 

maşınqayırmada 

tətbiqi 

elmi-texniki 

tərəqqinin 

sürətləndirilməsinə  geniş  yollar  açır.  Eyni  zamanda  plastik  kütlələrin  tətbiqi 

müxtəlif təyinatlı maşınların keyfıyyət göstəricilərinin yaxşılaşdırılması ilə bərabər 

material  və  əmək  sərfinə  qənaət  etməyə  imkan  verir.  Plastik  kütlədən  olan 

hissələrin ucuz başa gəlməsi həmin hissələrin istehsal texnologiyasından asılıdır. 

Aparılan  elmi-tədqiqat  işlərinin  nəticəsinə  əsasən  demək  olar  ki,  əlvan  metalların 

tətbiq edildiyi sahədə onların plasük kütlələrə əvəz olunması kapital qoyuluşunu 3-

6 dəfə azaltmağa  imkan  verir.  Habelə  metal ərintisindən olan podşipniki  poliamid 

qətranla  əvəz  etdikdə  həmin  detal  7-8  dəfə  ucuz  başa  gəlməklə,  onun  xidmət 

müddəti  8-10  dəfə  artmış  oltır.  Bunlar  hamısı  plastik  kütlənin  üstün  cəhətləridir. 

Plastik  kütlələrin  qiymətli  xassələri  onların  tibb  və  əczaçılıqda  də  geniş  istifadə 

olunması  imkan  verir.  Plastik  kütlələrin  mühüm  istismar-texniki  göstəriciləri, 

qiymətli  xassələri,        iqtisadi      cəhətdən      səmərəliliyi        və      onların        məişətin    

müxtəlif sahələrində tətbiqinin nıüvəffəqiyyətlə genişləndirilməsi sinteıik qətranlar 

və  plaslik  kütlə  istehsalının  fasiləsiz  olaraq  artırılmasım  və  qiymətli  xassələrinin 

aşkara  çıxarılmasını  tələb  edir.  Artıq  demək  olar  ki.  bütün  iri  sənaye  müəssisələri 

nəzdində polimer materiallar əsasında işləyən geniş istehlak edilən istehlak malları 

istehsal edən sexlər və istehsalat sahələri yaradıhr. 

Respublikamız  neft  və  neft  kimyası  sahəsində  dünyada  tanınmış  və  şöhrət 

qazanmışdır.  Təsadüfı  deyildir  ki.  Azərbaycan  neft  kimyası  akademiyası  hesab 

edilir.  Respublikamızda  kimya  sənayesini  inkişaf  etdirmək  üçün  böyük  elmi  və 

sənaye  bazası  mövcuddur.  Sənaye  müəssisələri  tərəfindən  hər  il  xeyli  miqdarda 

mineral  kübrələr.  sintetik  qətranlar  istehsal  edilir.  Hazırda  kimya  sənayesi 

məhsullarınm  insan  məişətinə  gətirdiyi  xeyiri  hiss  etdirmək  və  onıın  zərərli 

cəhətlərini  aşkar  etmək.  onu  aradan  qaldırmaq,  məmulatın  keyfıyyətini 



10 

 

yaxlaşdırmaq,  çeşidin  təzələnməsi  məqsədi  ilə  təstiq  tədbirlər  görmək  qarşıda 



duran vacib problemlərdəndir. 

Qeyd  etmək  lazımdır  ki,  plastik  kütlələr  və  sintetik  qətranlar  istehsalmın 

artırılması,  onların  çeşidinin  genişləndirilməsi,  yeni  plastik  kütlə  materiallarının 

yaradılması  və  tətbiqinin  təkmilləşdirilməsi  məişətdə  və  sənayenin  müxtəlif 

sahələrində  material  ehtiyatlarma  qənaət  edilməsi  mövqeyindən  böyük  iqtisadi, 

texniki  və  istehlak  səmərəliliyi  mənbəyinə  çevrilmişdir.  Bu  baxımdan  plaslik 

kütlələrin və sintetik qatranların istehsalının və onların xalq təsərrüfatının müxtəlif 

sahələrində.  Xüsusilə  islehlak  malları  istehsalında  tətbiqinin  geniş  perspektivi 

vardır və buna getdikcə daha böyük əhəmiyyət verilir. 

Polimer  maddələr  çox  qədim  zamanlardan  mövcuddur.  Lakin,  bir  çoxları 

güman  ediriər  ki,  bu  maddələr  kimyaçılar  tərəfındən  süni  və  sintetik  üsulla 

almandan  sonra  məlum  olmuşdur.  Bu  düzgün  fikir  deyildir.  Belə  ki,  üzvi 

maddələrin  sintetik  üsulla  ahnması  XIX  əsrin  əvvələrində  başlandığı  halda, 

polimer maddələr 100 min il bundan əvvəl məlumdur. 

İnsan  yarandığı  gündən  bəri,  gündəlik  həyatmda  daima  polimer  maddələrlə 

əlaqədə olmuşdur. Belə ki, ağacın əsasını təşkil edən selüloz, yun, kətan və kəndir 

lifləri,  gön,  bıığda  və  kartofun  əsasını  təşkil  edin  nişasta  və  s.  polimer  maddələr 

sırasına  daxildir.  Bütün  bunlar  həmişə  həyat  üçün  ən  vacib  vasitə  olmuşdur. 

Polimer  maddələr  təbiətdə  olan  bütün  maddələr  kimi  ayrı-ayrı  molekullardan, 

molekullar isə atomlardan təşkil olunmuşlar. Lakin, polimer maddələr onları təşkil 

edən  molekulların  iriliyi  və  molekul  çəkilərinin  böyüklüyü  ilə  bəsit  maddələrdən 

fərqlənir. Polimer  maddələrin  molekul çəkisi bəsit  maddələrin  molekul çəkisindən 

bir  neçə  min  dəfəyə  qədər  çox  olur.  Hər  hansı  böyük  molekulu  adi  gözlə  görmək 

olmur.  Adətən  molekulun  ölçüsünü  bilmək  üçün  xüsusi  uzunluq  kəmiyyəti- 

anqstremdən  istifadə  edilir.  Məlum  olduğu  kimi  anqstrem  sm-in  yüz  milyondan 

biridir.  Elmi  tədqiqat  nəticəsində  müəyyən  edilmişdir  ki,  su  molekulunun  ölçiısü 

üç anqstremdir. Halbuki polimer maddə olan sellülozun bir molekulunun uzunluğu 

bundan çox çox artıqdır. 




Yüklə 459,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə