Азярбайжан республикасы тящсил назирлийи азярбайжан дювлят игтисад университети



Yüklə 459,85 Kb.
Pdf görüntüsü
səhifə2/16
tarix26.05.2018
ölçüsü459,85 Kb.
#46090
1   2   3   4   5   6   7   8   9   ...   16

 

Buraxılış  işində  plastik  kütlə  məmulatlarının  istehsah  üçün  istifadə  edilən 



yüksək  molekulah  birləşmələri  geniş  və  ətraflı  nəzəri  təhlili  verilmişdir.  Burada 

plastik  kütlələri  istehlak  xassələrinin  formalaşdıran  əsas  tərkib  materiallarının 

texniki  iqtisadi  göstəriciləri  şərh  edilir.  Bu  tərkib  materiallarının  istehlak 

xassələrinin formalaşmasındakı rolu araşdırılır.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

I. NƏZƏRI HİSSƏ  



1.1. POLİMER MATERİALLAR HAQQINDA ÜMUMİ MƏLUMAT 

 

XIX əsrin axırlarından  və XX əsrin əvvəllərindən başlayaraq dünyada  metal, 

ağac,  parça  və  digər  təbii  materialların  iqtisadi  cəhətdən  daha  əlverişli,  yüngül, 

davamlı aqressiv mühitə qarşı əks dayanan, istənilən formanı asanlıqla ala bilən və 

müxtəlif  sinıetik  materiallarla  əvəz  olunmasına  xüsusi  əhəmiyyət  verilməyə 

başlanmışdır. 

Məhz  buna  görə  də  bu  gün  məişətimizi  plastik  kütləsiz,  daha  doğrusu, 

kimyasız təsəvvür etmək çətindir. Bu  fıkiri izah etməyə ehtiyac  yoxdur. Ona görə 

də, XX əsri çox vaxt «polimerlər əsri» adlandırırlar. 

Hələ 


XIX 

əsrin 


birinci 

yarısında 

təbii 

kauçukun 



kükürdlə 

vulkanlaşdırılmasından  alınan  ebonit  plastik  kütlə  materiallarının  ilk  qantınıı 

nümunəsi  olmuşdur.  Bundan  sonra  nitrit  seilüloz  əsasında  sellüloid,  1897-ci  ildə 

kazeyin  əsasında  qalalit  kimi  plastik  materiallar  meydana  çıxmışdır.  Doğrudur,  o 

dövrlərdə  həmin  plastik  kütlələrin  fıziki-mexaniki  və  kimyəvi  xassələri  ətraflı 

öyrənilməmişdir.  Ona  görə  də  onların  tətbiq  sahələri  bir  qədər  məhdud  idi. 

Bunlardan xırdavat məmulatları istehsalmda, bəzək işlərində xammal kimi istifadə 

olunurdu. Qeyd etmək lazımdır ki, sənayedə ilk sintez polimer adlanan fenoplastlar 

XX  əsrin  əvvələrində  L.Bakelandın  və  Q.S.Petrovun  apardığı  elmi-tədqiqat  işləri 

nəticəsində  alınmışdır.  Yuxanda  adlarını  çəkdiyimiz  alimlərin  apardığı  elmi-

tədqiqat  işləri  sonralar  öziinə  geniş  tətbiq  sahəsi  tapmış  və  yeni-yeni  polimer 

materiallarm yaranmasına səbəb olmuşdur.   

Hazırda  plastik  kütlə  sənayesi  ölkəmizdə  xalq  təsərrüfatının  ən  mühüm  və 

qabağcıl  sahələrindən  birinə  çevrilmişdir.  Müasir  dövrdə  ölkəmizdə  baş  verən 

əsaslı  dəyişikliklər,  dünyanın  inkişaf  etmiş,  qabağcıl  ölkələri  ilə  əlaqələrin 

genişləndiniməsi, 

onlarla 

muştərək 

müəssisələrin 

yaradılması. 

Bazar 

iqtisadiyyatına           keçid



:

          müəssisələrə          müstəqilliyin           verilməsi 

və  istehsal  müəssisələrində  texnika  və  texnologiyanın  təkmilləşdirilməsi  polimer 

materialların yeni  növiərinin  meydana çıxmasına  və təlbiqinin  genişləndirilməsinə 




 

boyük  imkanlar  açmışdır.  Statisıika  məlumatı  göstərir  ki,  müasir  dövrdə  dünya 



miqyasında  işlədilən  materialların  təqribən  60%-ni  metal,    22%-ni  yüksək 

molekullu  sintetik  birləşmələr  təşkil  edir.  Mütəxəssis  alimlərin  hesablamalarına 

görə  yaxın  gələcəkdə  mövcud  vəziyyəl  kökündən  dəyişəcəkdir,  yəni  tətbiq  edilən 

materialların  78%-i  sintetik  polimerlərin.  19%-i  isə  metalların  payına  düşəcəkdir. 

Hazırda plastik kütlələr istehsalında istifadə edilən  istiyə  və şaxtaya davamh  flüor 

tərkibli,  müxtəlif  silisium  üzvi  polimetlər  radioelektronikada,  hava  donanmasında 

və  raket  texnikasında  geniş  işlədilməkdədir.  Onu  demək  kifayətdir  ki,  təkcə 

aviasiya  sənayesində  plastik  kütlədən  10000-dən  çox  detal  növü  hazırlanır.  Bir 

qədər  konkret  desək  plastik  kütlələr  olmadan  raket  texnikasının  avtomobil  və 

aviasiya,  kimya  və  maşınqayırma  sənaye  sahələrinin  və  təsərrüfatın  digər 

sahələrinin sürətlə inkişafını təsəvvür etmək çətindir. 

Hazırda  istehlak  mallarının  istehlak  xassələrinin  yüksəldilməsində  və  çeşid 

quruluşunun  yeniləşdirilməsi  və  yaxşılaşdırılmasında  kimya  sənayesinin  xüsusilə 

sintetik qətranların və plastik kütlələrin rolunun böyüklüyünü inandırmağa ehtiyac 

yoxdur.  Demək  olar  ki,  qeyri-ərzaq  mallarının  bütün  novləri  arasında  bu  plastik 

kütlə  əsasında  hazırlanan  məmulat  nümunələrinin  sayı  gündən-günə  çoxalır. 

Ticarət  şəbəkəsində  plastik  kütlədən  olan  təsərrüfat  təyinatlı  məmulatlarm  çeşidi 

genişlənməkdədir.  Onların  əksər  növləri  istehlakçıların  yüksək  rəğbətini 

qazanmışdır.  Plastik  kütlələr  həm  ənənəvi  və  həm  də  eksperiment  kimi  istehlak 

mallarının 

çeşidinin 

təkmilləşdirilməsinə 

və 

istehlak 



səmərəliliyinin 

yüksəldilməsinə  hərtərəfli  təsir  göstərir.  Plastik  kütlələrdən  təsərrüfat,  xırdavat, 

bəzək,  dəftərxana.  oyuncaq  və  digər  malların  hazırlanması  artıq  xeyli  vaxtdır    ki,  

ənənə çevrilmişdir.    

Bununla    yanaşı      müxtəlif  plastik  küılələrdən  hazırlanan  radio-televiziya 

qəbuledicilərinin  hissələri,  paltaryuyan  maşınlar,  soyuducular  məişətdə  istifadə 

edilən elektrik qurğu məmulatları, bir sıra qablaşdırıcı materiallar və taralar plastik 

kütləsiz  təsəvvür  edilə  bilmir.  Xüsusilə,  sintetik  kauçuk.  süni  və  sintetik  liflər, 

yuyucu  maddələr,  üzvi  həlledicilər,  lak-boyaq  məhsulları,  mineral  kübrələr, 

müxtəlif  dərman  maddələri  dezinfeksiyaedicilər,  bitki  stimulyatorları  ticarətdə 




Yüklə 459,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə