Çökdürücü aparatlar



Yüklə 362,33 Kb.
səhifə1/5
tarix01.05.2023
ölçüsü362,33 Kb.
#107840
  1   2   3   4   5
Çökdürücü aparatlar.(nəbi)


Çökdürücü aparatlar.
Heterogen sistem öz-özlüyündə iki fazalı sistem olub məh­luldan fərqlənir. Məhlul bircins olduğu halda, bunlar qey­ri bir­cins olub ən azı iki fazadan ibarətdir vəfazaların halından ası­lı olur. Bu sistem müxtəlif cür adlanır-tüstü, duman, kö­pük, sus­penziya, toz, emulsiya. Əsas mühit qazdırsa, içərisində ası­lı hal­da bərk hissəciklər olarsa ona toz deyilir. Asılı faza his­sə­cik­ləri çox kiçik olduqda (0,1 mk-n <) buna tüstü deyilir.
Əsas mühit maye olub, asılı faza sülb hissədən ibarət olar­sa, suspenziya adlanır.
Hissəciklərin ölçülərindən asılı olaraq, suspenziyalar bir-bi­rindən fərqlənir. Hissəcikləri 100 mikrondan böyük olduqda, ko­bud suspenziya, 0,3÷100 mikron olduqda incə suspenziya, 0,3 mikrondan kiçik olduqda isə buna kolloid məhlullar de­yi­lir.
Hər iki faza bir-birində həll olmayan mayedən ibarət olub, biri digərində damcı şəklində paylanıbsa, bu emulsiya ad­la­nır.
Əsas mühit maye fazadan ibarət olub, dispers faza isə qaz olar­­sa bu köpük adlanır. Yuxarıdakılardan fərqli olaraq emul­si­ya və köpük fazalarının nisbi miqdarının dəyişməsindən asılı ola­raq inversiyaya uğrayır. Yuxarıda göstərilən sistemləri ya­rat­maq və ya bir-birindən ayırmaq üçün hidromexaniki pro­ses­lər­dən istifadə olunur. Bu proseslərin növündən asılı ol­ma­yaraq mad­di balans tənliyi eyni olub, ümumi halda aşa­ğı­dakı şəkildə y­a­zılır:
GMXM
G5X5

GçXç

Gs = GM + Gç (7.1)

Burada Gs, Gm və Gç – uyğun olaraq suspenziyanın, tə­miz­lənmiş mayenin və çöküntünün miqdarlarıdır.
Xs, Xm və Xç – ayrılacaq çöküntünün uyğun axınlardakı qa­lıqlarıdır (konsentrasiyaları).
Çöküntüyə görə maddi balans tənliyi aşağıdakı kimi ola­caq­dır

Gs·Xs = Gm·Xm+ GçXç (7.2)



(7.1) və (7.2)-nin birgə həllindən


(7.3)

(7.4)
Bu tənliklər proses zamanı ayrılan fazaların miqdarını müəy­yən etməyə imkan verir. Həcm miqdarını tapmaq lazım gəl­dikdə bunun üçün onların sıxlıqları nəzərə alınır.


Yüklə 362,33 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə