Aztermoizol asc-əMƏk resurslarindan səMƏRƏLİ İSTİfadəNİn təKMİLLƏŞDİRİLMƏSİ Mövzusunda d I ssertas I y a I Ş İ Kafedra: «Menecment və marketinq»



Yüklə 0,85 Mb.
səhifə20/21
tarix26.10.2023
ölçüsü0,85 Mb.
#132071
1   ...   13   14   15   16   17   18   19   20   21
dissertasiya yanvar 2021

NƏTİCƏ VƏ TƏKLİFLƏR
İqtisadi təhlilin ən əhəmiyyətli və perspektivli sahələrindən biri əmək ehtiyatlarından səmərəli istifadənin təhlilidir. Müəssisələrin lazımi bilik və bacarıqlara malik işçilərlə kifayət qədər təmin edilməsi, onlardan səmərəli istifadə edilməsi, yüksək əmək məhsuldarlığı səviyyəsi istehsal həcmlərinin artırılması və istehsalın səmərəli təşkili əsas məsələlərdən hesab olunur. Əmək ehtiyatları fiziki inkişafı, əldə etdiyi təhsil və peşə ixtisas səviyyəsi baxımından ictimai faydalı fəaliyyətlərlə məşğul olmağı bacaran ölkə əhalisinin bir hissəsidir. Əmək ehtiyatları mütləq və nisbi göstəricilərlə ölçülən müəyyən kəmiyyət, keyfiyyət və struktur xüsusiyyətlərə malikdir, yəni: işçilərin orta sayı, kadrların dövriyyəsi dərəcəsi, ümumi sayında ali və orta ixtisas təhsili alan işçilərin payı, müəyyən kateqoriyalı işçilər üçün orta iş təcrübəsi, ümumi kateqoriyada müəyyən kateqoriyalı işçilərin payıdır.
Az.Termoizol ASC şirkəti 20 ildən artıqdır ki, yüksək gərginlikli transformator yarımstansiyalarının, elektrikötürücü xətlərin, istilik və su təchizatı obyektlərinin istismarı, şəbəkə enerji obyektlərinin yenidən qurulması, təmiri və texniki cəhətdən yenilənməsi ilə məşğul olur, Azərbaycanın ən iri tikinti şirkətləri sırasına daxildir. Aparılan tədqiqat işinin təhlil nəticələrinə əsasən aşağıdakı nəticələr əldə olunmuşdur: Az.Termoizol ASC-nin əmək məhsuladrlığının dinamik təhlilindən şirkətin fəaliyyətinin rentabelli olduğunu və işçi heyətinin keyfiyyət tərkibinin kifayət qədər yaxşı olduğunu göstərdi ki, bu da göstərilən xidmətlərin həcminin artırılmasına və şirkətin səmərəliliyinin yüksəldilməsinə imkan yaradır və əmək ehtiyatlarının səmərəliliyinin artırılması üçün böyük əhəmiyyətə malikdir.
Tədqiqat işində əmək ehtiyatlarının təhlili aparılmış, səmərəliliyinin artırılması üçün amillər müəyyən edilmişdir. Əmək ehtiyatlarının tapılması yolları nəzərdən keçirilmişdir.
Aparılan tədqiqat işində aşağıdakı nəticələr əldə edilmişdir:

  1. Kadr dövriyyəsi kifayət qədər deyil, işçi heyəti demək olar ki, sabitdir;

  2. Əmək məhsuldarlığının dinamik təhlilindən görünür ki artım əldə olunmuşdur;

  3. Yeni kadrların təhlil olunan dövr ərzində müəssisəyə axını baş vermişdir;

  4. Əmək məhsuldarlığının təhlili göstərdi ki, baxılan dövr ərzində bir işçinin istehsal dinamikası müsbətdir;

  5. İstehsal həcminin və əmək məhsuldarlığının artma templəri azalmışdır.

Tədqiqat zamanı əmək ehtiyatlarından istifadənin səmərəliliyinin artırılması üçün aşağıdakı əsas təkliflər irəli sürülmüşdür:

  1. şəraitinin, sanitar-gigiyenik və fizioloji iş şəraitinin yaxşılaşdırılması, iş və istirahət rejiminin rasionalizasiyası, işçi hərəkətını dəyişdirmək üçün imkanlar yaratmaq və psixoloji iş şəraitinin yaxşılaşdırılması;

  2. işçi hərəkətlərinin və texnikanın təkmilləşdirilməsi, maşınların əhatə etdiyi müddət ərzində köməkçi və xidmət işlərini yerinə yetirməyə imkan verən əmək metodlarının tətbiqi;

  3. əmək normasının keyfiyyətinin yaxşılaşdırılması, texniki cəhətdən etibarlı normaların onların ümumi sayında nisbətinin artırılması, normalara yenidən baxılması;

  4. işçilər üçün ixtisasartırma kurslarında təlimlərin keçirilməsi.

Təklif olunan tədbirlər nəticəsində gəlirlər 2% artacaq, işçilərin sayı dəyişməz qalacaq və orta illik məhsul 2% artacaq. Beləliklə, Az.Termoizol ASC əmək məhsuldarlığının səmərəliliyini artıra və qarşısına qoyduğu bütün hədəf və vəzifələri həyata keçirə biləcəkdir.


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə