Azərbaycanda


“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə13/43
tarix14.04.2018
ölçüsü1,01 Mb.
#38315
növüXülasə
1   ...   9   10   11   12   13   14   15   16   ...   43

“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

şikayəti


dən

 Nəsimi  rayon  məhkəməsin

icraata  qəbul  edilməyib,  apellyasiya  şikayəti  təmin

edilməyib.

30  iyul  2014‐cü  ildə  Leyla  Yunusa  Azərbaycan  Respublikası  Baş  Prokurorluğu  Ağır

Cinayətlərə  dair  işlər  üzrə  istintaq  idarəsi  tərəfindən  Azərbaycan  Respublikası  Cinayət

Məcəlləsinin 274, 178.3.2, 192.2.2, 213.2.2, 320.1 və 320.2‐ci maddələri ilə ittiham verilib.

Həmin gün istintaq orqanının vəsatəti əsasında Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin

qərarı əsasında Leyla Yunus barəsində məhkəməyə qədər 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Leyla Yunusa qarşı 30 iyul 2014‐cü ilədək rəsmi ittiham verilməməsinə baxmayaraq, Baş

Prokurorluğun  və  onun  vəzifəli  şəxslərinin  yaydığı  bütün  bəyanatlarda,  Leyla  və  Arif  Ynuslar

cinayətkar  qismində  təqdim  edilmiş  və  bununla  da  onların  təqsirsizlik  prezumpsiyası  hüququ

pozulmuşdur.

Leyla  Yunusun  bütün  məhkəmə  şikayətlərinə  siyasi  motivli  ayri‐seçkilik  qoyulub,  onun

ərizələri  hətta  icraata  da  götürülməyib.  Leyla  Yunus  həbsindən  dərhal  sonra  Amnesty

İnte


vi

rnational tərəfindən cdan məhbusu elan edilib.

Onun  həbsi  birbaşa  siyasi  motivlidir  və  siyasi  məhbus  problemini  qabartması  ilə  birbaşa

əlaqədardır.  O,  yüzdən  artıq  siyasi  məhbusun  işlərini  araşdırıb  və  onların  qanunsuz  həbsində

siyasi  motivlərin  olduğunu  aşkara  çıxarıb.  Həbsindən  öncəki  həftələrdə  Leyla  Yunus  və  digər

hüquq müdafiəçisi Rəsul Cəfərov bir neçə təşkilatla birgə vahid siyasi məhbus siyahısı üzərində

işləyiblər.  Hazırkı  hesabat  onların  birgə  hazırladığı  siyasi  məhbus  siyahısıdır.  Təəssüf  ki,

siyahının ictimaiyyətə təqdim olunmasına bir neçə gün qalmış həm Leyla Yunus, həm də Rəsul

Cəfərov həbs olunmuşlar. Leyla Yunus və Rəsul Cəfərovun adları da onların həbsindən sonra, işçi

rupun digər üzvləri tərəfindən siyahıya əlavə edilmişdir.

q

21.

 

Arif Yunus (Yunusov Arif Seyfulla oğlu )

Saxlanma tarixi: 30 iyul 2014‐cü il

İttiham:  Cinayət  Məcəlləsnin  274  (Dövlətə

xəyanət), 178.3.2 (Dələduzluq, külli miqdarda

ziyan vurmaqla) maddələri

27

Saxlandığı  yer:  Bakı  İstintaq  Təcridxanası



(Kürdəxanı)

Yunusov Arif Seyfulla oğlunun (Arif Yunus) 59 yaşı

var.  Tarixçidir  və  elmlər  namizədidir.  1972‐ci

ildən  1992‐ci  ilə  kimi  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Tarix  İnstitutunda  işləmişdir.

1992‐ci ildə AR Prezident Aparatında informasiya analitik mərkəzin rəhbəri olub, 1993‐1994‐cü

illərdə  “Azəri”  analitik  mərkəzinin  prezidenti  olmuşdur.  1995‐ci  ildən  bu  günə  qədər  Sülh  və

Demokratiya İnstitutunda konfliktologiya  və  miqrasiya departamentinin  rəhbəridir.  Beynəlxalq

etnik  monitorinq  və  konfliktlərion  erkən  qarşısının  alınması  şəbəkəsinin,  həmçinin  MDB  və

Baltik  ölkələrində  miqrasiya  üzrə  tədqiqat  mərkəzinin  ekspertidir.  Azərbaycan  tarixi  üzrə,

həmçinin  Qarabağ  konfliktinin  müxtəlif  aspektlərinə,  dini  problemlərə,  milli  azlıqlar  və




“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

qaçqınlara həsr olunmuş Azərbaycan və onun sərhədlərindən kənarda 200‐dən çox elmi əsərin

28

müəllifidir.



Arif Yunusa qarşı 2014‐cü il iyulun 30‐da iki maddə üzrə ‐ CM‐nin 274‐cü (Dövlətə xəyanət) və

178.3.2‐ci maddəsi (Dələduzluq, külli miqdarda ziyan vurmaqla), üzrə cinayət işi açılıb. Bu və üç

başqa maddə ilə eyni cinayət işində Yunusovun həyat yoldaşı, hüquq müdafiəçisi Leyla Yunus da

ittiham  olunur  və  həbsdədir.  Cinayət  işi  Rauf  Mirqədirova  qarşı  başlanan  “Dövlətə  xəyanət”

maddəsi üzrə açılmış işin tərkib hissəsidir. Yunusovlar Mirqədirovu ermənilərin də iştirak etdiyi

beynəlxalq  konfranslara  göndərməkdə  və  ittihamın  iddiasına  görə,  onu  Ermənistan  xüsusi

xidmət orqanları ilə casusluğa sövq etməkdə günahlandırılırlar.

Aprelin  28‐dən  29‐a  keçən  gecə  Arif  və  Leyla  Yunusovlar  beynəlxalq  konfransa  gedərkən

saxlanılıblar,  məruz  qaldıqları  qeyri‐insani  rəftar  nəticəsində  Yunusovun  halı  pisləşib,  o

hipertonik kriz diaqnozu ilə xəstəxanaya yatırılıb və iki gün reanimasiyada olmaqla, mayın 17‐

dək xəstəxanada yatıb.

Onun həyat yoldaşı Leyla Yunus iyulun 30‐da həbs edilib, Arif Yunus isə hipertonik kriz keçirməsi

əsas  gətirilərək,  polis  nəzarəti  altında  qalıb.  Lakin  avqustun  5‐də  müstəntiq  İbrahim

Ləmbəranski  Arif  Yunusun  «cinayət  işi  üzrə  cinayət  təqibinə  məruz  qalan  və  ya  qala  biləcək

maraqlı  şəxslərlə  görüşləri,  internet  yazışmaları,  kütləvi  informasiya  vasitələri  və  xəbər

saytlarında dərc olunan müsahibələri ilə birtərəfli, yanlış məlumatlar verməsini» əsas gətirərək,

onun  haqqında  həbs  qətimkan  tədbirinin  seçilməsini  tələb  edib.  Həmin  gün  Nəsimi  rayon

məhkəməsinin hakimi Elman İsayev Arif Yunus haqqında 3 aylıq həbs qətimkan tədbiri seçib.

Yunusovların işi çoxsaylı qanun pozuntuları ilə müşayiət olunub. Nə şahid, nə ittiham olunan şəxs

qismində istintaqa cəlb olunmadıqları dövrdə Yunusovların pasportları və digər sənədləri girov

götürülüb, onların ölkədən girib çıxmasına heç bir hüquqi əsas olmadan qadağa qoyulub.

Yunusovların ikisinin də çalışdığı Sülh və Demokratiya İnstitutu hüquq müdafiəsi ilə məşğuldur

və  Azərbaycandakı  siyasi  məhbusların  siyahısını  hazırlayır.  Sülh  və  Demokratiya  İnstitutu

qeydiyyatdan  keçmədən  fəaliyyət  göstərir  və  göstərilən  fəaliyyətin  tamamilə  QHT  fəaliyyəti

olmasına  baxmayaraq,  istintaq  onu  qanunsuz  kommersiya  fəaliyyəti  kimi  qəbul  edir  və

Yunusovları bu kommersiya fəaliyyətindən vergi ödəməməkdə günahlandırır.

Arif Yunusov hökumət haqqında tənqidi fikirləri ilə seçilən siyasi təhlilçilərdəndir, amma onun

həbsi həmçinin ölkədəki hakim rejimin ən sərt tənqidçisi olan həyat yoldaşı Leyla Yunusa qarşı

təzyiq vasitəsi olduğu hesab edilir.

Yunusovlar və onlarla eyni ərəfədə həbs olunan hüquq müdafiəçisi Rəsul Cəfərov həbslərindən

bir müddət öncə vahid siyasi məhbus siyahısı (hazırkı) hazırlanması üzərində çalışıblar. Onların

həbsinin siyasi məhbus probleminin beynəlxalq müzakirəsinə maneə törətmək məqsədi daşıdığı

ehtimal edilir.

Arif Yunusov Kürdəxanı təcridxanasında saxlanılır.



22.

 

Cəfərov Rəsul Ağahüseyn oğlu

Saxlanma tarixi: 2 avqust 2014‐cü il


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə