Azərbaycanda


“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat



Yüklə 1,01 Mb.
Pdf görüntüsü
səhifə21/43
tarix14.04.2018
ölçüsü1,01 Mb.
#38315
növüXülasə
1   ...   17   18   19   20   21   22   23   24   ...   43

“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

43



E. İnanclı fəallar





a.

 

Səid Dadaşbəyli və onunla birgə tutulan şəxslərin işi

Cənab  Dadaşbəyli  Azərbaycan  Dövlət  İqtisad  Universitetinin  “İqtisadiyyat  və  istehsalın  idarə

olunması”  ixtisası  üzrə  təhsil  alıb.  1992‐1998‐ci  illərdə    Azərbaycan  Dövlət  Neft  Şirkətində

çalışıb.  1998‐ci  ildən  “Azəri  EM‐AY  Drillinq  Flyuids”  Azərbaycan‐ABŞ  birgə  müəssisəsində

material‐texniki  təchizat  üzrə  koordinator  vəzifəsində  çalışıb.  Kanada  hökuməti  mütəxəssis

əaliyyəti  ilə  əlaqədar  olaraq  ona  daimi  yaşayış  haqqında  pasport  təqdim  etmişdir.  Evlidir,  2

f

azyaşlı uşağı var.



13‐18 yanvar 2007‐ci il tarixlərində “Səid Dadaşbəyli işi” üzrə təxminən 30 nəfər həbs

edilib. Bir müddət sonra həbs edilənlərin bəziləri Milli Təhlükəsizlik Nazirliyinin

təcridxanasında saxlanılan 11 nəfərin əleyhinə izahat vermək şərti ilə azadlığa buraxılıb.

Həbslərin ilkin mərhələsindən etibarən ciddi qanun pozuntularına yol verilib. İttiham

olunanların mənzillərində axtarış aparılması barədə məhkəmə qərarları olmadan Milli

Təhlükəsizlik Nazirliyinin əməkdaşları güc tətbiq edərək mənzillərə daxil olub. Həbs

edilənlərin valideynləri və qohumlarının etirazlarına baxmayaraq, MTN əməkdaşları

nümayişkaranə şəkildə həbsi əsaslandırmaq üçün silah və lazım olan digər "maddi

sübut"ları mənzillərə qoyublar. Baş verən hərəkətlər Azərbaycan Respublikasının

Cinayət Prosessual Məcəlləsinin kobud şəkildə pozulmasıdır. Bununla yanaşı, həbsin ilk

günlərində saxlanılanlara vəkilləri ilə əlaqə yaratmaq imkanı verilməyib.

İstintaqın ilk yeddi ayı ərzində ittiham olunanlardan heç biri məhkəmə önünə

çıxarılmayıb. Onların istintaq dövründə həbs edilmələri barədə məhkəmə qərarları qəbul

edilməyib və həbslər qanuni şəkildə rəsmiləşdirilməyib. İttiham olunan şəxslər həbsdən

8 ay sonra 17 sentyabr 2007‐ci il tarixində Ağır Cinayətlərə Dair Məhkəməyə gətirilib.

Həbs edilənlər istintaq zamanı məhkəməyə qədər ‐ 13 yanvar 2007‐ci il tarixindən 11

dekabr 2007‐ci il tarixinədək Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında tək

adamlıq kameralarda saxlanılıblar. Onlar mütəmadi olaraq döyülüb, yatmaqdan,

yeməkdən və sudan məhrum ediliblər. Eyni zamanda həbs edilənlərə psixotrop maddələr

verilib. Həbs edilənləri istintaqa lazım olan etiraf izahatları verməyəcəkləri təqdirdə

azadlıqda olan qohumlarına işgəncə veriləcəyi ilə hədələyiblər.

2007‐ci ilin mart ayında vəhşicəsinə edilən işgəncə zamanı Emin Məmmədov adlı

məhbus dünyasını dəyişib. Emin Məmmədovun ölümünün səbəbləri barədə tibbi arayış

var. Bir neçə ay ərzində Emin Məmmədovun ölümü valideynlərindən və ictimaiyyətdən

gizlədilib. Onun ailəsi hüquq müdafiəçilərinə Emin Məmmədovun ölümü ilə bağlı

müraciət edəcəkləri, ictimaiyyət qarşısında öldürülmüş şəxsin taleyi ilə bağlı məsələ

qaldıracaqları təqdirdə yeni repressiyalara məruz qalacaqları ilə hədələnib. Vəkilin

məhbus E. Məmmədovun saxlandığı yer barədə verdiyi sorğusuna cavab verən MTN

bildirilib ki, bu adam haqqında heç bir məlumata malik deyillər və E. Məmmədov MTN‐də

heç bir zaman olmayıb. MTN təcridxanasında işgəncələrə məruz qalaraq həyatını itirən

E. Məmmədov məhkəmə prosesləri zamanı xatırlanmayıb. E. Məmmədov məhkəmə və

ictimaiyyət üçün izsiz olaraq yoxa çıxıb.

Məhkəmə prosesləri qapalı keçirilib və həbs edilənlərin ailə üzvləri proseslərə

buraxılmayıb. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 200‐cü

maddəsinə əsasən dövlət sirlərinin yayılmasının qarşısını almaq məqsədilə məhkəmə

prosesləri qapalı keçirilə bilər. Lakin cinayət işində dövlət sirri barədə hər hansı bir

qeyd yoxdur və CPM‐nin 200‐cü maddəsinə istinad edilərək məhkəmə proseslərinin

qapalı keçirilməsi əsaslandırılmayıb. Bu cinayət işi üzrə məhkəmə proseslərinin qapalı

keçirilməsi qanuna zidd idi. Məhkəmə prosesi zamanı ittiham edilənlər, onlara qarşı irəli

sürülən ittihamları qəbul etməyiblər. Eyni zamanda həbs müddətində işgəncələrə və

digər qanuna zidd hərəkətlərə məruz qaldıqlarını bəyan ediblər. Məhkəmə prosesi

zamanı məlum olub ki, terror təşkilatı yaratmaqda günahlandırılanların əksəriyyəti




“Azərbaycanda siyasi məhbusların siyahısı” barədə hesabat

Hesabat 12 avqust 2014‐cü ilə qədər olan məlumatları əhatə edir

44

həbsə qədər bir‐birlərini tanımayıblar. Eyni zamanda irəli sürülən ittihamların heç birini



məhkəmə zamanı sübuta yetirmək mümkün olmayıb. Məhkəmə prosesi ittiham tərəfinin

i

stəyinə uyğun şəkildə yekunlaşıb.











35.

 

Ağayev Fərid Nadir oğlu

Saxlanma tarixi:

15 yanvar 2007‐ci il



İttiham:

CM‐nin  28.2  (yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq),

180.3.1  (soyğunçuluq,  mütəşəkkil  dəstə  tərəfindən  törədildikdə);  218.2  (cinayətkar  birlikdə

(təşkilatda),  habelə  mütəşəkkil  dəstələrin  təşkilatçılarının,  rəhbərlərinin  və  ya  sair

nümayəndələrinin birliyində iştirak etmə) və  278‐ci (Azərbaycan Respublikasının Konstitusiyasına

zidd olaraq hakimiy

hakimiyyətin zorla saxlanılmasına, habelə

övlətin konstitusiya

əsinə yönələn hərəkətlər) maddələri

yətin zorla ələ keçirilməsinə, yaxud

quruluşunun zorla dəyişdirilm

axlandığı yer:

1 saylı Cəzaçəkmə Müəssisəsi



d

S

3

6.

 

Dadaşbəyli Səid Ələkbər oğlu

Saxlanma tarixi:

15 yanvar 2007‐ci il



İttiham:

CM‐nin  28.2  (yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq),

180.3.1 (soyğunçuluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə); 204.3.1 (satış məqsədi ilə saxta

pul,  qiymətli  dövlət  kağızları  və  ya  xarici  valyuta,  yaxud  xarici  valyutada  ifadə  olunan  qiymətli

kağızları  hazırlama,  habelə  əldə  etmə  və  ya  satma,  mütəşəkkil  dəstə  tərəfindən  törədildikdə),

204.3.2  (satış  məqsədi  ilə  saxta  pul,  qiymətli  dövlət  kağızları  və  ya  xarici  valyuta,  yaxud  xarici



valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma, külli miqdarda

törədildikdə),  218.1  (ağır  və  ya  xüsusilə  ağır  cinayətlər  törətmək  məqsədilə  cinayətkar  birlik

(təşkilat)  yaratma,  habelə  belə  birliklərə  (təşkilatlara)  və  ya  onların  tərkib  hissəsi  olan  struktur

bölmələrinə rəhbərlik etmə, həmçinin ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi üçün plan və

şərtlərin işlənib hazırlanması məqsədilə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə