Azәrbaycanda inflyasiyanın ikirәqmli hәddә çatması makroiqtisadi tarazlıq vә



Yüklə 1,4 Mb.
Pdf görüntüsü
səhifə15/24
tarix20.09.2018
ölçüsü1,4 Mb.
#69412
1   ...   11   12   13   14   15   16   17   18   ...   24

 

49 

 

Gürcüstanda nisbi qiymәtlәrin çıxarılması  vә 



yoxlanılması Milli Hesablar Sistemindәki müqayisәyә 

gәlmә meyarından istifadә etmәklә, lakin qiymәtlәrin şәrti 

hesablanması olmadan aparılır. 

 

 



İSTEHLAK QİYMӘTLӘRİ İNDEKSİNİN KEYFİYYӘT 

GÖSTӘRİCİSİNİN AZALMASINA TӘSİR EDӘN 

HAKİM AMİLLӘR 

 

Postsovet mәkanında seçimlә bağlı  sәhvlәrdәn birini 



monitorinqin yanlış sәrhәdlәri ilә әlaqәlәndirirlәr. 

İQİ-nin hesablanması üzrә beynәlxalq standartların kәnd 

әhalisi üçün qiymәtlәrin dәyişmәsi ilә bağlı mәlumatların qeydә 

alınmamasına imkan vermәsinә baxmayaraq, bu yanaşma 

şәhәr vә  kәnd  әhalisinin istehlak xәrclәrinin pul vahidi ilә 

strukturu eyni vә ya tәxminәn eyni olduqda özünü doğrulda 

bilәr (İQİ-nin dәqiqliyinә tәsir göstәrmir). Postsovet ölkәlәrindә 

(xüsusilә  dә  әnәnәli aqrar sәnaye ölkәlәrindә) isә  hәyәtyanı 

tәsәrrüfat inkişaf etdiyindәn kәnd әhalisi bir çox hallarda әksәr 

kәnd tәsәrrüfatı  mәhsullarını almır. Buna görә  dә  sәhәr vә 

kәnd әhalisinin istehlak xәrclәrinin pul vahidi ilә strukturu bir-

birindәn xeyli fәrqlәnir. Belәliklә, kәnd әhalisi üçün qiymәtlәrin 

dәyişmәsi qeydә alınmır vә bu, real vәziyyәt baxımından İQİ-

dә yanlışlıqla nәticәlәnir. 

 

Misal üçün, 2004-cü ildә Ukraynada kәnd әhalisinin qida 



mәhsullarına çәkdiyi xәrclәrin istehlak xәrclәrindә xüsusi çәkisi 

şәhәr  әhalisinin müvafiq göstәricisindәn çox idi: bu, çörәk vә 

çörәk mәmulatları üzrә 1.8 dәfә, bitki yağları üzrә 1.6 dәfә, 

şәkәr vә  qәnnadı  mәmulatları üzrә 1.7 dәfә  tәşkil etmişdir. 

Aydındır ki, şәhәr  әhalisi ilә müqayisәdә  kәnd  әhalisinin 

istehlak xәrclәrindә daha yüksәk nisbi çәkisi olan әmtәәnin 

qiymәtindә artım  İQİ göstәricisinin artımını ümumiyyәtlә 

üstәlәdikdә, indeksin vahid dәrәcәsi azalacaq vә ya proses 

әksinә inkişaf etdikdә, indeksin vahid dәrәcәsi artacaq. 



50 

 

 



Monitorinqin yanlış  sәrhәdlәri ilә bağlı digәr misal kimi 

qeyd etmәk olar ki, Moskvaәtrafı vilayәtlәrdә yaşayan  әhali 

istehlak mallarını Moskva şәhәrindә  әldә etmәklә yanaşı,  

qiymәtlәrin monitorinqi zamanı  xәrclәrin strukturu Moskva 

şәhәrini deyil, vilayәtdәki göstәricilәri  әks etdirir. Prinsip 

baxımından bu sәhvi indeksdә yanlış “xüsusi çәki” hesab 

etmәk olar. Mütәxәssislәrin fikrincә, bu problemin hәll yolu 

әmtәә dövriyyәsi baxımından rayonlar üzrә “çәki” strukturunun 

hesablanması vasitәsilә mümkündür. 

 

İndeksin çәki strukturunda yanlışlıq 

 

Postsovet mәkanında 



İQİ-nin hesablanmasında 

fәrqlәndirici xüsusiyyәtlәrdәn biri ondan ibarәtdir ki, 

monitorinq zamanı seçilmiş ev tәsәrrüfatlarının xәrclәrinә dair 

mәlumatlar tәhrif edilmiş 

şәkildәdir. Belә ki, ev 

tәsәrrüfatlarının  әsasәn varlanmış hissәsi  әnәnәvi olaraq 

seçimdәn kәnarda qalır, çünki müәyyәn sәbәblәrә görә  şәxsi 

rifahının ölkә statistikasında yüksәk sәviyyәdә qeydә 

alınmasında heç kim maraqlı deyil. Bu, İQİ-nin “xüsusi çәki” 

strukturunda avtomaşın, soyuducu, televizor, benzin, hәmçinin 

istirahәt,  әylәncә  vә  tәhsil xәrclәrinin xeyli azalmasına gәtirib 

çıxarır. 

Misal üçün, Ukraynada 2000-ci ildә minik avtomobillәrin 

alınmasına çәkilәn xәrclәrin bütöv İQİ-dә xüsusi çәkisi 0.074% 

tәşkil etdiyi halda, tualet kağızı  vә xörәk dәsmalları üzrә 

müvafiq göstәrici 0.077%, benzin üzrә 0.463%, baş soğan 

üzrә 0.509%, rәngli televizorlar üzrә 0.157%, çuğundur üzrә 

isә 0.186% tәşkil etmişdir. 

Postsovet ölkәlәrindә istehlak qiymәtlәri indeksinin 

hesablanmasında әsas çatışmazlıqlardan biri dә ondan ibarәtdir 

ki, Gürcüstan istisna olmaqla, İQİ-nin strukturunda rayonların 

“xüsusi çәkisinin” uçotu әhalinin sayı (müvafiq yaşayış 

mәntәqәsindә yaşayan  әhalinin say nisbәti)  әsasında aparılır. 

Bu üsula alternativlәr aşağıdakılardır: 1) müvafiq regionda 

әhalinin xәrclәri vә  gәlirlәri  әsasında “xüsusi çәkinin” 



 

51 

 

qiymәtlәndirilmәsi; 2) әmtәә dövriyyәsi üzrә “xüsusi çәkinin” 



qiymәtlәndirilmәsi. 

Nәhayәt, hәr bir ölkәdә olduğu kimi, göstәricilәrin qey-

diyyatında, sonrakı hesablamalarda vә müqayisәyә  gәlmәdә 

sәhvlәr qaçılmazdır. Bu sәhvlәri törәdәn vә  hәr bir ölkә üçün 

standart olan amillәrlә yanaşı, postsovet ölkәlәri üçün xa-

rakterik olan aşağıdakı ümumi amillәri dә fәrqlәndirmәk olar: 

Postsovet ölkәlәrindә tәhrif olunmanın (qiymәtlәrlә bağlı 

informasiya faktiki satış qiymәtinә cavab vermir) sәbәbi ba-

zarlarda qiymәtin “aşağı yeri” mövcudluğu ilә izah oluna bilәr. 

Postsovet ölkәlәrindә sorğuçulara ödәnilәn  әmәk 

haqqının aşağı olması  nәticә etibarilә müşahidә edilmәli olan 

obyektin qeydiyyata alanın yaşayış yerinә daha yaxında 

yerlәşәn obyektlә mәcburi әvәz edilmәsinә gәtirib çıxarır. 

Әmtәәnin (xüsusilә dә qida mәhsullarının) satışı zamanı 

satıcı tәrәfindәn çox vaxt müfәssәl vә dәqiq mәlumat (әmtәә 

növünün hansı sorta aid olub-olmamağı, saxlanılması, tәrәzidә 

çәkilib qablaşdırılması, ölçüsü, istehsalçı ölkәnin adı  vә s.) 

verilmir ki, bu da sonda bir çox yanlışlıqların  әsas 

sәbәblәrindәn biridir. 

Tәrәzidә  çәkilib qablaşdırılmış  mәhsulların satışı zamanı 

qabın içindәki illә satıcının izahatı arasında tez-tez böyük fәrq 

olur (bir çox hallarda qabın üzәrindә mәlumat tәqdim edilmir). 

Xüsusi misal kimi çörәyi gәtirmәk olar. Tәdqiq olunan ölkәlәrin 

demәk olar ki, hәr birindә son illәr çörәyin qiymәti sabit qaldığı 

tәqdirdә çәkisi tәdricәn azalmaqdadır. Yәni gizli inflyasiya baş 

verir. 


İndeksin  şәffaflığı ilә bağlı problemlәr

 çox güman 

ki, tәdqiq edilәn hәr bir ölkәdә mövcuddur. Şәrhlәr vә tәnqid 

әvәzinә sadә misal gәtirmәk yerinә düşәr: tәdqiqat zamanı 

yalnız Rusiyada istehlak zәnbilinin strukturunu heç bir 

maneәsiz әldә etmәk mümkün oldu. 

2003-cü ilin fevral ayında Ali Rada (Ukraynanın 

parlamenti) “Әhalinin pul gәlirlәrinin indekslәşdirilmәsi” 

haqqında qanuna dәyişikliklәr etdi. Bu sәnәdә uyğun olaraq 

Nazirlәr Kabineti vә regional dövlәt inzibatçılıqlarında  İQİ-nin 




Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə