Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə9/32
tarix29.10.2017
ölçüsü0,75 Mb.
#7175
1   ...   5   6   7   8   9   10   11   12   ...   32

22

Qrafik1. Azərbaycanın iqtisadi rayonları

3-cü fəsil

 

1996-2005-ci illər iqtisadi islahatlar və stabilləlşmə, təkmilləşdirilmiş istehsal və beynəlxalq 



iqtisadi bazarlarla inteqrasiyanın artması ilə səciyyələndirilərək bərpa dövrü hesab edilir. 

Azərbaycanın ümumi istehsal həcmi (GDP) 1990-cı illərdəki səviyyəni 2005-ci ilin sonuna 

qədər ötüb keçmişdir (Qrafik 2)

 

2090



1500

2090


4648

9410


0

1000


2000

3000


4000

5000


6000

7000


8000

9000


10000

1993


1995

2000


2005

2012


$

İl

Qrafik 2. Adam başına GDP, PPP (Cari beynəlxalq dollar)

Mənbə: Dünya Bankı, 2013




23

Azərbaycanın demoqrafik və sosial-iqtisadi vəziyyəti

Cədvəl 4. Azərbaycanda beynəlxalq miqrasiya

İl

Daimi yaşayış üçün 



ölkəyə gələnlər (min 

nəfər)


Daimi yaşayış üçün 

ölkədən gedənlər (min 

nəfər)

Miqrasiya saldosu (+;-)



1991

66.3


106.4

-40.1


1992

35.7


49.9

-14.2


1993

16.3


28.5

-12.2


1994

8.6


19.6

-11.0


1995

6.2


16.0

-9.8


1996

5.8


13.2

-7.4


1997

7.5


15.7

-8.2


1998

5.4


10.5

-5.1


1999

4.8


9.1

-4.3


2000

4.4


9.9

-5.5


2001

2.6


7.3

-4.7


2002

1.2


4.3

-3.1


2003

2.5


3.8

-1.3


2004

2.4


2.8

-0.4


2005

2.0


2.9

-0.9


2006

2.2


2.6

-0.4


2007

2.0


3.1

-1.1


2008

3.6


2.5

1.1


2009

2.3


1.4

0.9


2010

2.2


0.8

1.4


2011

2.2


0.5

1.7


2012

2.2


0.2

2.0


Mənbə: DSK, 2013

Azərbaycanın son zamanlar iqtisadi inkişafı neft ixracatı və neftin qiymətinin qalxması ilə 

2012-ci  ildə  ümumi  istehsal  həcminin  (GDP)  əhəmiyyətli  dərəcədə  artması  ilə  müşayiət 

olunur (Qrafik 2). Ölkənin iqtisadi dirçəlişi miqrasiya axınlarının əks istiqamətdə dəyişməsinə 

əlverişli şərait yaratmışdır. Rəsmi məlumatlara görə, miqrasiya artımı  2012-ci ildə təxminən 

müsbət 2.000 nəfər olmuşdur (Cədvəl 4). 

Qaçqın  və  məcburi  köçkünlərin  olması  Azərabaycanda  ciddi  sosial  və  siyasi  problemlər 

yaradır.  Ermənistanın  Dağlıq  Qarabağı  işğal  etməsi  nəticəsində  Azərbaycan  adambaşına 

düşən  məcburi  köçkünlərin  sayına  görə  ən  yüksək  göstəricisi  olan  ölkələrdən  biridir. 

Digər tərəfdən başqa ölkələrdə yaşayan çoxlu sayda azərbaycanlılar var. Azərbaycanlıların 

diasporası  42  ölkədə  mövcuddur  və  İran  azərbaycanlıları sayca  İranda  yaşayan    millətlər 

arasında birinci yeri tutur. 




24

3.2. Təhsil, işçi qüvvəsi və siyasətdə gender bərabərliyi 

Post-sovet  dövründə  ölkədə  baş  verən  sosial  transformasiya  prosesləri  Azərbaycanda 

gender  əlaqələrinə  böyük  təsir  göstərmişdir.  İqtisadi  qeyri-stabillik  və  kütləvi  işsizlik 

ailələrin strukturu və dinamikasına təsir etmişdir. Müstəqilliyinin ilk illərində ölkə qadınları, 

produktiv  işdən  uzaqlaşdırılaraq  evə,  ailə  qayğılarına  daha  çox  meyllənmişdilər  (BMT-

nin  İnkişaf  Proqramı,  2007).  Növbəti  illərdə  kişilərin  iş  axtarmaq  üçün  qonşu  ölkələrə 

miqrasiyası nəticəsində qadınlar işçi qüvvəsinə yenidən daxil olmağa çalışdılar və bu zaman 

onların iştirakını həvəsləndirəcək heç bir kvota olmayan kifayət qədər rəqabətli bir mühitə 

düşdülər. Bundan əlavə, sovet dövründə mövcud olan dövlət ailə və uşaq qayğısı üzrə dəstək 

sisteminin  ləğv  edilməsi  bu  məsuliyyəti  də  qadınların üzərinə  qoymuş  oldu.  Beləliklə  də 

siyasət sahəsində olan gender ayrı-seçkiliyi halları daha da artdı və qanunvericilik sahəsində 

daha az qadının işə cəlb olunması ilə (milli parlament üzvlərinin 16 faizi qadınlardır) milli 

siyasi  gündəliyə  qadınların  təsir  imkanları  zəifləmiş  oldu.  Bundan  başqa,  erkən  nikah, 

qadın  alveri,  qadınlara  qarşı  zorakılıq,  ənənəvi  patriarxal  inancların  və  təcrübələrin 

yenidən baş qaldırması, eyni zamanda sağlamlıqla bağlı risklər meydana çıxmağa başladı.

Azərbaycanda  Ailə,  Qadın  və  Uşaq  Problemləri  üzrə  Dövlət  Komitəsi  qadınlar  və  gender 

bərabərliyi ilə bağlı siyasətin formalaşmasını tənzimləyən əsas dövlət qurumudur. Komitə, 

2006-cı  ildə  1998-ci  ildən  fəaliyyət  göstərən  Azərbaycan  Respublikası  Qadın  Məsələləri 

üzrə  Dövlət  Komitəsinin  əsasında  yaradılmışdır.  Dövlət  Komitəsi  qanunvericilik,  təhsil  və 

məşğulluq sahələrində qadınlara bərabər hüquqların verilməsi üzrə artıq bir sıra mühüm 

irəliləyişlər əldə etmişdir. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyası 

“İran,  Türkiyə  və  bir  çox  müsəlman  və  qeyri-müsəlman  ölkələrindən  fərqli  olaraq  daha 

proqressiv və eqalitar (bərabər hüquqlar verən) sənəd kimi” tanınmışdır (Tohidi, 1999).

Azərbaycanda ümumi təhsil səviyyəsi ümumdünya orta göstəricilərdən daha yüksəkdir. 

Faktiki  olaraq  bütün  azərbaycanlılar  ibtidai  və  orta  təhsil  almışdır.  2012-ci  il  Azərbaycan 

Respublikası  Dövlət  Statistika  Komitəsinin  hesablamalarına  əsasən  tədris  illərinin  orta 

uzunluğu kişilər üçün 11,9 il, qadınlar üçün isə 11,5 ildir. Məktəb yaşında olan ev təsərrüfatları 

üzvləri arasında davamiyyət yüksəkdir. İbtidai və orta məktəb siniflərində gender bərabərliyi 

göstəricisi (GPİ) və ya qız və oğlanların davamiyyət nisbəti göstərir ki, Azərbaycanda qadın və 

kişilərin təhsil almaq imkanları bərabərdir. İbtidai məktəb səviyyəsində gender bərabərliyi 

göstəricisi (GPİ) 0,98-dir, eyni zamanda orta məktəb səviyyəsi yəni yuxarı siniflər üçün də bu 

göstərici eynidir (DSK, 2008). 

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2010-cu ildən 

bəri kişi işçi qüvvəsinin iştirakı 68 faiz, qadın işçi qüvvəsinin iştirakı isə 61 faiz təşkil edir. 

Qadınlardan ibarət işçi qüvvəsi əsasən kənd təsərrüfatı və xidmət sektorlarındadır (Cədvəl 

5). İşləyən qadınlar əsas etibarilə səhiyyə, sosial xidmətlər və təhsil sektorlarında çalışırlar 

(UNFPA, 2012).  Iqtisadi fəallığın bütün növlərində qadınların orta aylıq məvacibi kişilər üzrə 

müvafiq göstəricidən aşağıdır və 2012-ci ildə qadınların gəliri kişilərin gəlirinin təxminən 

46,9 faizini təşkil etmişdir (DSK, 2013). 

3-cü fəsil



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə