17
Hər regionda cəmi doqquz müsahibə aparılmışdır: hər cins və yaş qrupu üzrə iki müsahibə
və həkimlə bir müsahibə. Tədqiqat mövzusunun həssaslığını nəzərə alaraq respondentlə
sorğular eyni cinsdən olan şəxslər tərəfindən aparılmışdır. Aşağıdakı qruplara aid olan və ən
azı bir uşağı olan şəxslərin ümumilikdə 54 nəfərindən intervyu alınmışdır:
• Hazırda nikahda olan qadınlar (40 yaşdan aşağı);
• Hazırda nikahda olan kişilər (40 yaşdan aşağı);
• Nə vaxtsa nikahda olmuş qadınlar (40 yaşdan yuxarı);
• Nə vaxtsa nikahda olmuş kişilər (40 yaşdan yuxarı);
• Həkimlər (ginekoloqlar).
Sorğu zamanı 6 ginekoloqla intervyu aparılmışdır. Onlardan ikisi 33 və 46 yaşında olan
və kifayət qədər təcrübəyə malik həkimlər, digərləri isə 50 yaşdan yuxarı baş həkimlər
(ginekologiya şöbələrinin müdirləri) olmuşdur. Respondent həkimlərin hamısı ən azı bir
uşağı olan evli qadınlar olmaqla, yaxşı təchiz edilmiş xəstəxanalarda işləyir, və doğuş,
kontrasepsiya və abort da daxil olmaqla bütün reproduktiv sağlamlıq xidmətləri göstərirlər.
Sörğu olunan 24 qadından yeddisi dul və 17-si ailəli idi. İntervyu aparılmış 24 kişinin hamısı
evli idi. Yaş kateqoriyası baxımından respondentlərin yarısı 40 və ondan aşağı yaşda, qalanları
isə 40 yaşdan yuxarı olmuşdur. Seçmə zamanı respondentlər üç təhsil səviyyəsini təmsil
etmişlər: ali təhsil/universitet, natamam ali təhsil/texniki ixtisas, və ümumi orta təhsil.
Qadın iştirakçıların arasında 11 nəfəri ali təhsilli, 7-si natamam ali təhsilli/texniki ixtisaslı və
6 nəfəri ümumi orta təhsilli idi. Kişi iştirakçıların arasında 12 nəfər ali təhsilli, ikisi natamam
ali təhsilli/texniki ixtisaslı və 10 nəfəri ümumi orta təhsilli idi.
Seçmənin kriteriyalarına görə bütün iştirakçıların ən azı bir uşağı var idi. Onların arasında
28 iştirakçının hər iki cinsdən uşaqları var idi, lakin yedisinin ya bir ya da bir neçə qızı və
13-nün ya bir ya da bir neçə oğlu var idi. Süni abort təcrübəsi baxımından səkkiz qadın
heç zaman süni abort əməliyyatı keçirməmiş (bunlardan üçü 40 yaşdan yuxarı və hələ də
reproduktiv yaşda olmaqla), lakin yeddi nəfərin bir dəfə və doqquz nəfərin çoxlu sayda süni
abort təcrübələri olmuşdur. Həyat yoldaşlarının süni abort təcrübəsi/tarixçəsi haqqında
məlumat həmçinin kişi respondentlərdən də toplanmışdır, lakin təhlil onu göstərir ki, onlar
ya kifayət qədər məlumatlı deyildi, ya da bu məlumatı paylaşmaq istəyində deyildilər. Bunu
nəzərə alaraq 16 nəfər kişi iştirakçısına əsasən onların həyat yoldaşı heç zaman süni abort
əməliyyatı keçirməmişdir.
İştirakçıların profilinin digər vacib cəhəti onların kontraseptivlərdən istifadə təcrübəsi olmuşdur.
Reproduktiv yaşda olan iştirakçılardan (15-49) yeddi nəfəri hazırda heç bir kontraseptiv
üsullardan istifadə etmirdi, iki nəfəri ənənəvi üsullardan (təqvim və yarımçıq cinsi əlaqə üsulunun
birləşməsi) və üç nəfəri müasir üsullardan istifadə edirdi (ya UDV və ya kondom). Kişi iştirakçılar
arasında yalnız bir nəfər yarımçıq cinsi əlaqə üsulundan istifadə etdiyinə dair məlumat vermiş,
bir nəfər isə həyat yoldaşının kontraseptiv həblər qəbul etdiyini bildirmişdi. Yaşlı iştirakçılar
arasında kontraseptivlərdən istifadə təcrübəsinin çox məhdud olduğu müəyyən edilmişdir.
Metodologiya
18
Məşğulluq digər müvafiq meyarı təşkil etmişdir. Qadınlar arasında 40 yaşdan aşağı altı nəfər
və 40 yaşdan yuxarı 10 nəfər məşğulluqlarına dair məlumat vermişdir. Bir yaşlı qadın təqaüdə
çıxmış, bir nəfər isə evdar qadın idi. Beş nəfər təqaüdə çıxmış kişidən başqa, sorğuda iştirak
edən bütün kişilərin iş yeri var idi. İştirakçılar əsas etibarilə səhiyyə və təhsil sektorlarında
işləyənlər idi, bu da iştirakçıların tədqiqata cəlb olunmasında istifadə olunmuş qeyri-rəsmi
şəbəkələrin rolunun təzahürü kimi də qiymətləndirilə bilər. Təfərrüatlı sorğu iştirakçılarının
əsas xüsusiyyətləri Əlavə 1-də verilmişdir.
2.3.2. Fokus qruplar
Qrup müzakirələri iştirakçılardan interaktiv debatlar vasitəsilə məlumat toplamaq
məqsədi daşımışdır. Müzakirələrin məqsədi iştirakçıların dünyaya gələn uşaqların cinsinə
görə nisbətinin pozulması, oğlan uşaqlarına üstünlük verilməsi, oğlan və ya qız övladının
olmasının üstün və çatışmayan cəhətlərinə dair fikirlərini öyrənmək, habelə, dünyaya
gələn uşaqların cinsinə görə nisbətinin pozulması probleminin həllinə dair təkliflər əldə
etmək olmuşdur. Məlumatlar iştirakçılar arasında canlı ünsiyyət yaratmaq məqsədilə qeyri-
mütəşəkkil müzakirələr vasitəsilə toplanmışdır.
İştirakçılar eyni cins və eyni yaş həddi meyarına uyğun olaraq altı regionda ümumilikdə 24
qrup müzakirələrinə cəlb olunmuşdur. Hər bir qrupda iştirakçıların sayı 6-10 nəfər olmuşdur.
Qruplarda aşağıdakı kateqoriyalardan iştirakçılar cəlb olunmuşdur:
• Hazırda ailəli olan gənc qadınlar (40 yaşdan aşağı)
• Nə vaxtsa ailəli olmuş daha yaşlı qadınlar (40 yaşdan yuxarı)
• Hazırda ailəli olan gənc kişilər (40 yaşdan aşağı)
• Nə vaxtsa ailəli olmuş daha yaşlı kişilər (40 yaşdan yuxarı)
Altı rayonda yuxarıdakı kateqoriyalardan hər birini əhatə edən dörd qrupda müzakirələr
aparılmışdır. Ümumilikdə, fokus qruplarda 150 nəfər iştirak etmişdir: 37 yaşlı qadın, 38
gənc qadın, 39 yaşlı kişi və 36 gənc kişi. Qrup müzakirələri iştirakçılarının əsas xüsusiyyətləri
Əlavə 2-də verilmişdir.
2.4. Məlumatların keyfiyyəti
Kəmiyyət üsullarından istifadə ilə aparılan təhlil üçün əsas mənbəni yüksək keyfiyyətli hesab
olunan AzDSS-2011-də verilmiş məlumatlar təşkil etmişdir. Sözügedən tədqiqatda həm ev
təsərrüfatlarına əsaslanmış sorğunun, həm də münasib qadınların cavab əmsalı 94.3 faiz
olması ilə cavablandırma səviyyəsi çox yüksək olmuşdur. Respondentlərin doğum tarixi və
onlar haqqında əsas verilənlər və s. kimi çatışmayan məlumatların dərəcəsi 1 faizdən azdır
(SN, 2011). Digər tərəfdən, başqa bir tədqiqatda (Duthé et al., 2012) qeyd edildiyi kimi ev
təsərrüfatlarına əsaslanan sorğu məlumatlarının, xüsusən də yaxın keçmişdə baş vermiş
2-ci fəsil