41
təminatı, ailə üzvlərinin, xüsusən də qadınların qorunması, habelə ölkənin qorunması kimi
meyarlar oğlan uşaqlarına üstünlük verilməsinin başlıca səbəbləri kimi qeyd edilmişdir.
Həmçinin, oğlan uşaqlarına üstünlük verilməsi, başqa türk cəmiyyətlərində olduğu kimi
Azərbaycan cəmiyyətində də ənənə kimi qeyd edilmişdir. Oğuz Türklərinə də səciyyəvi olan
Türk cəmiyyətlərində ənənəvi qohumluq əlaqələri “ata xəttinə əsaslanan və patrilokal”
əlaqələr kimi təsvir olunmuşdur (Hortacsu vəBastug, 2000). Bu mədəniyyətə xas olan
cəhətlərdən biri ondan ibarətdir ki, qohumluq əlaqələri və cəmiyyət kişiləri qadınlardan
daha üstün hesab edən dəyərlərə söykənərək qurulur.
Bu tədqiqat vasitəsilə oğlan uşaqlarına üstünlük verilməsinin əhali arasında adi hal təşkil
etməsi müəyyən olunsa da, keyfiyyət üsulları ilə aparılan sorğu zamanı iştirakçıların
əksəriyyəti uşaqların cinsinin Allah tərəfindən müəyyən edildiyini və bir cinsi digərindən
üstün tutmağın yaxşı olmadığı ilə bağlı dini inancı ifadə etmişlər. Demək olar ki, iştirakçıların
hamısı Azərbaycan mədəniyyətində hər iki cinsdən olan uşaqlara dəyər verildiyini qeyd
etmişdir. Eyni zamanda, uşaqlara yüksək qiymət verilməsi və ailələrin imkan daxilində daha
çox uşaq dünyaya gətirmək istəyinə dair fikirlər ifadə edilmişdir: “…bizim millətimiz uşaqları
sevir. Zənnimcə, ailədə oğlan və qız uşaqlarnın sayı bərabər olsa daha yaxşı olar” (Gülmirzə,
təqaüdçü, 61 yaş, orta məktəb təhsilli, Qazax-Gəncə regionundandır, üç oğlu var).
Ənənəvi gender rollarına əsasən qadın və kişilərdən müxtəlif gözləntilər olduğu üçün əsas
etibarilə hər iki cinsdən olan uşaqlara üstünlük verilir. İntervyuların və qrup müzakirələrinin
əvvəlində oğlan və qız uşaqlarının olmasının bərabər dərəcədə arzulanması və hər iki cinsdən
olan uşaqlara qarşı bərabər rəftarın olmasına dair tendensiyası var idi. Yalnız müzakirələr
davam etdikcə iştirakçılar oğlan uşaqlarının qız uşaqlarından üstün tutulması səbəblərini
izah etməyə və bu halın geniş vüsət aldığını qəbul etməyə başladılar. Ümumililkdə əksər
iştirakçılar oğlan uşaqlarına üstünlük verilməsi hallarını “başqalarının” problemi kimi
səciyyələndirərək, bunun xüsusən də kənd ərazilərində kəskin problem olduğunu qeyd
etməyə üstünlük verdilər. Məsələn, Lənkəran regionundan (Lerik) olan 40 yaşlı Nərmin (orta
texniki təhsilli, iki oğlu var) oğlan uşaqlarına üstünlük verilməsi ilə bağlı onun hesab etdiyi
tipik yanaşmaları vurğulamışdır: “Bu, xüsusilə kənd əraziləri üçün xarakterikdir, çünki bu
ərazilərdə kişilər daha çox sayda oğula sahib olmaq istəyirlər. Qadınların isə etiraz etməyə
haqları yoxdur. O ərazilərdə bütün qərarlar kişilər tərəfindən verilir.” Yalnız bir neçə iştirakçı
oğlan uşaqlarına üstünlük verilməsini şəxsən dəstəklədiyini ifadə etmişdir, respondentlərin
əksəriyyəti isə, xüsusən də ali təhsilli qadınlar və kişilər, bu hadisəyə qarşı olduğunu
bildirmişdi. Lakin bütün iştirakçılar, oğlan uşaqlarına üstünlük verilməsini dəstəkləyib-
dəstəkləmədiyindən asılı olmayaraq Azərbaycanda qızların say baxımından çatışmazlığı
problemindən agah idilər.
Oğlan və ya qız uşaqlarına üstünlük verilməsi əsasən fokus qruplarda müzakirə edilmişdir.
Bəzi iştirakçılar oğlan uşaqlarının qoruyucu rolunun valideyn və ailə üçün necə əhəmiyyətli
olduğunu göstərmək məqsədilə nümunələr söyləmiş, digərləri isə qız uşaqlarının rolunu və
onların vacibliyini qeyd etmişdir. Qız uşaqları, xüsusən də yaşlı şəxslər tərəfindən “valideyn
üçün hədiyyə” və ya “ailənin gözəlliyi” kimi təsvir edilmişdir. Bakıdan olan respondentlərdən
Keyfiyyət əsaslı məlumatların təhlili
42
biri Bikə (32 yaşlı, orta peşə ixtisası təhsilli, 1 oğlu və 1 qızı var) söyləmişdir ki, “qızı olmayan
ana qaşı olmayan üzüyə bənzər. Qız uşağı ana üçün bəzəkdir”. Qız uşaqları əksər analar
tərəfindən həm də yaxşı ünsiyyət, ev işlərinə kömək və səbrli olmaq baxımından da
arzulanırlar. O da qeyd edilmişdir ki, qızların qayğıkeş davranışı həm də oğlan uşaqlarının
işsizlik, spirtli içkilərdən və narkotiklərdən istifadə problemləri ilə müqayisədə də qızlara
daha çox önəm verən amillərdəndir. Nəticələrdən məlum olur ki, Azərbaycan cəmiyyətində
gender ayrı-seçkiliyinə zəmin yaradan ailə münasibətlərinin tədqiqi ölkədə kişi və qadınların
durumunu daha yaxşı dərk edilməsi üçün əsas mənbələrdəndir.
5.1.1. Gender bərabərsizliyi
Azərbaycan cəmiyyətinin sosial və milli-mədəni mənşəyi ata xəttli və patrilokal ailə
qaydalarına əsasən oğlan uşaqlarına üstünlük verilməsi və qadınların israrla asılı tərəf
kimi qəbul edilməsinə gətirib çıxarır. Gender bərabərliyini tənzimləmək məqsədi daşıyan
qanunlara baxmayaraq bərabərsizlik halları hələ də qalmaqdadır. Təhsil və məşğulluq
sahəsində bərabər hüquqlara dair təminatların olmasına baxmayaraq, özəl həyat sahəsində
qadın və kişilər arasında münasibətlər ənənəvi dəyərlərə söykənir. İntervyular və qrup
müzakirələri vasitəsilə ölkədə kişi və qadınların çörəkpulu qazanan və evdar qadın rollarının
ənənəvi bölgüsünün dərk edilməsi üçün dəyərli məlumatlar əldə edilmişdir. Ev işlərinin
əksəriyyəti analar və qızlar tərəfindən yerinə yetirilir, lakin evdən kənar fəaiyyətlər və gəlir
əldə edilməsi daha çox ataların və qardaşların məsulliyyətidir. Keyfiyyət üsulları vasitəsilə
aparılan sorğuya əsasən, müxtəlif yaş və təhsil qruplarına aid kişi və qadnıların ailədə əmək
bölgüsü baxımından təcrübələri arasında kifayət qədər oxşarlıqlar var.
“Ev işlərini anam yerinə yetirərdi. O, biş-düş, qabların yuyulamsı, təmizlik işləri
ilə məşğul olardı. Biz isə anama kömək edərdik, həm də dərslərimizi oxuyardıq.
Lakin atam səhər işə gedərdi, evə isə axşam qayıdardı.” (Günay, 29 yaş, ali təhsili,
2 oğlu var, Tovuz/Gəncə-Qazax)
“Atam işə gedib gəlir. Ümumiyyətlə, atam ev işləri ilə məşğul olmur. O, yalnız anam
xəstə olanda bizə yemək hazırlayırdı. Ancaq başqa vaxtlarda o, heç zaman ev
işləri ilə məşğul olmurdu. Evimiz standart həyət evi olduğundan atam bütün kişi
işlərini yerinə yetirərdi, məsələn, evin təmiri və ya digər zəruri ağır işlər, yaxud ağır
əşyaların qaldırılması”. (Bikə, 32 yaş, orta ümumi təhsilli, 1 oğlu və 1 qızı var, Bakı)
Ənənəvi gender rollarına əsasən qızlar ev işlərini yerinə yetirmək və uşaqların, yaşlıların və
ailədəki digər üzvlərin qayğısına qalmağı bacaracaq şəkildə tərbiyə olunurlar. Tədqiqatda
iştirak etmiş qadınların əksəriyyəti qadınların gənc yaşlarında öz uşaqlarının qayğısına
qalmağa önəm verdiyini ifadə etmiş və müvafiq olaraq, hətta yaxşı təhsilləri olduğu halda
belə evdən kənarda işləməməyi üstün tuturlar. Təfərrüarlı intervyularda iştirak etmiş ali
təhsilli qadınların təqribən üçdə birini evdar qadınlar təşkil edirdi.
İştirakçıların söylədiklərinə görə kişilər ev və ailə ilə bağlı qərarların qəbul edilməsinə daha
meyllidilər. Bəzi respondentlərin ailəsində qərarların onların atası ilə anası arasında razılıq
5-ci fəsil