27
4-cü FƏSİL
Kəmiyyət əsaslı
məlumatların təhlili
M
illi və beynəlxalq mexanizmlər oğlan uşaqlarına üstünlük verilməsinin ayrıseçkilik və
insan hüquqlarının pozulması forması kimi ləğvinin zəruriliyini vurğulayır. Ümumdünya
Səhiyyə Təşkilatı (ÜST) və Avropa Şurası hesab edir ki, dünyaya gələn uşaqların cinsinə
görə nisbətinin pozulması qızlara və qadınlara qarşı ayrıseçkiliyin və onların hüquqlarının
pozulmasının qəbuledilməz göstəricisidir (ÜST, 2011; Avropa Şurası, 2011). Hökumətlərin insan
hüquqları çərçivəsində qızların və qadınların hüquqlarına hörmət etmək, habelə bu hüquqları
qorumaq və həyata keçirmək öhdəlikləri var. 1979-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən
qəbul edilmiş və Azərbaycan hökuməti tərəfindən 10 iyul 1995-ci ildə ratifikasiya edilmiş
Qadınlara Qarşı Ayrıseçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Bəyannamənin 1-ci
Maddəsində qadınlara qarşı ayrıseçkilik anlayışı aşağıdakı kimi müəyyən olunur:
“Qadınlara qarşı ayrı-seçkilik anlayışı qadınların ailə vəziyyətlərindən asılı
olmayaraq, kişi və qadınların hüquq bərabərliyi əsasında insan hüquqlarının və
siyasi, iqtisadi, sosial, mədəni, mülki və hər hansı digər sahələrdə əsas azadlıqların
zəiflədilməsinə, yaxud tanınmasını, qadınların onlardan istifadə etməsini, yaxud
onları həyata keçirməsini heçə endirməyə yönəldilmiş cinsi əlamətə görə hər hansı
fərqləndirmə, istisna, yaxud məhdudiyyət deməkdir”
1994-cü ildə qəbul olunmuş və 180-dən çox hökumət tərəfindən imzalanmış Əhali və İnkişaf
üzrə Beynəlxalq Konfransın Fəaliyyət Proqramı (ƏİBK) sözügedən sənəddə əks olunmuş
müddəaların həyata keçirilməsi üzrə hüquqi öhdəlik yaratmasa da, sənədi dəstəkləyən
dövlətlərin aşağıdakı fəaliyyətləri yerinə yetirmək niyyətləri ifadə edilir:
“…qız uşaqlarına qarşı ayrıseçkiliyin bütün formalarını ləğv etmək və qız uşaqlarının
qətli və hamiləlik dövründə dölün cinsinə görə selektiv prinsiplə bağlı zərərli,
həmçinin qeyri-etik təcrübə ilə nəticələnən oğlan uşaqlarına üstünlük verilməsinin
kökündə duran səbəbləri aradan qaldırmaq.” BMT (1994): paraqraf 4.16.
ƏİBK-nın çərçivə sənədini imzalayan ölkələrdən biri kimi Azərbaycan Respublikası hökuməti
2006-cı il 10 oktyabr tarixində “Gender bərabərliyinin zəmanətləri” haqqında qanun qəbul
etmişdir. Qanunun müvafiq maddəsində “gender əsaslı ayrıseçkiliyin” tərifi genişləndirilərək
cinsi təcavüz və kişi və qadınların bərabər hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran
və ya qarşısını alan hər-hansı fərqləndirmə və ya üstünlük verilmə də daxil edilmişdir (Maddə
2.4).
28
Bu qanunverici çərçivələrə baxmayaraq oğlan uşaqlarına üstünlük verilməsi faktları
Azərbaycan kimi ölkələrdə artmaqdadır. Patriarxal cəmiyyətlərdə ailələr böyüdükdə
iqtisadi dəstək və təhlükəsizlik təmin etmək baxımından oğlan uşaqlarına etibar edirlər.
Nəticədə sosial normalar qız uşaqlarına nisbətən oğlan uşaqlarına daha böyük dəyər verir.
Nəsilvermənin azalmasına doğru ümumi tendensiya dərin köklərə malik bu məsələni - kişi
cinsindən olan uşaqlara üstünlük verilməsini gücləndirir. İqtisadi şərait və sosial normalar
qadınları daha az sayda uşaqlara sahib olmağa sövq etməklə yanaşı, hər bir ailədə ən azı
bir oğlan uşağının olmasını da diktə edir. Bu sosial normaların təsiri ilə qadınlar oğlan uşağı
anadan olana qədər uşaq dünyaya gətirməyi davam edirlər, bu isə, qadının həyatını və
sağlamlığını təhlükə altında qoya bilər. Yeni tibbi texnologiyalar vasitəsilə cinsi seçim artıq
dölün cinsinin müəyyən edilərək selektiv süni abort yolu ilə hamiləlik zamanı baş verə bilər.
Süni abort bəzən ailə planlaşdırılması üsulu kimi kontraseptiv üsulları əvəz edir və cinsin
seçilməsi üçün də əlavə alətə çevrilə bilər.
Tədqiqatın bu hissəsində dünyaya gələn uşaqların cinsinə görə nisbətinin keçmiş və cari
göstəriciləri təqdim olunur və bu nisbətin kəmiyyət əsaslı tədqiqi yolu ilə, həmçinin
nəsilvermə, kontraseptiv üsulların istifadəsi, hamiləliyin dayandırılması (süni abort) və
nəsilvermə üzrə əhali arasında olan meyllər haqda məlumatların təhlili vasitəsilə dünyaya
gələn uşaqların cinsinə görə nisbətinin pozulmasının kökündə duran mümkün səbələr
araşdırılılr. Əsas məlumat mənbəyi kimi 2011-ci il Azərbaycanda Demoqrafik və Sağlamlıq
Sorğusu (SN, 2013) seçilmişdir ki, buna səbəb həmin mənbənin yüksək keyfiyyəti və
əhalinin subqruplarının təhlilinə imkan yaratmasıdır. AzDSS-2011 məlumatlarının qadınların
doğum təcrübəsinin retrospektiv modulu bu istiqamətdə dolğun məlumat təmin edir və
hesablamaların etibarlılığını artırır.
4.1. Doğulan uşaqların cins nisbəti
Azərbaycan, Ermənistan və Gürcüstan 1990-cı illərdən bəri dünyaya gələn uşaqların cinsinə
görə nisbətinin ən çox pozulmuş ölkələr sırasındadırlar (Mesle, Vallin və Badurashvili, 2005;
Guilmoto, 2012). Ümumdünya Əhali Perspektivləri (2010 yeni nəşri, BMT, 2011) sənədinə
görə, Azərbaycan dünyaya gələn uşaqların cinsinə görə nisbətinin pozulması göstəricilərinə
görə dünyada ikinci yerdədir (Cədvəl 8).
4-cü fəsil
Cədvəl 8. Dünyaya gələn uşaqların
cinsinə görə nisbəti,
ölkələr üzrə
Ölkə
1975-
1980
1980-
1985
1985-
1990
1990-
1995
1995-
2000
2000-
2005
2005-
2010
Çin
107
107
110
115
118
121
120
Azərbaycan
107
107
107
107
110
117
117
Ermənistan
107
107
107
107
114
118
115
Gürcüstan
108
108
108
108
111
111
111
Koreya Respublikası
107
110
114
110
110
110
110
Mənbə: BMT, 2011