Dövlət qulluğunda gender bərabərliyi



Yüklə 0,59 Mb.
səhifə1/7
tarix26.08.2018
ölçüsü0,59 Mb.
#64788
  1   2   3   4   5   6   7

Dövlət qulluğunda gender bərabərliyi


Dr Aysel Vəzirova

2010


BMT İnkişaf Proqramının Dövlət Qulluğunda gender məsələləri layihəsi

Gender bərabərliyi və qadınların səlahiyyətlərinin genişləndirilməsi Minilliyin İnkişaf Məqsədlərinin həyata keçirilməsində mərkəzi rol oynayır və yoxsulluq, açlıq və xəstəliklərlə üğurlu mübarizə üçün zərüru şərtdir. Lakin, gender bərabərliyinin bərqərar olması və qadınların səlahiyyətlərinin genişləndirilməsində irəliləyişimiz zəifdir. Bu, təhsildən başlayaraq qadınların siyasi qərarvermə prosessində iştirakına qədər bütün sahəyə aiddir.

Minilliyin İnkişaf Məqsədləri üzrə Hesabat 2010

(Millennium Development Goals Report 2010)

Hesabatın məqsədləri və strukturu haqqında

“Dövlət qulluğunda gender bərabərliyi” analitik hesabatı “Dövlət qulluğunun hər sahəsində genderə həssas yanaşmanın tətbiq edilməsi” layihəsinin çərçivəsində hazırlanmışdır. “Dövlət qulluğunun hər sahəsində genderə həssas yanaşmanın tətbiq edilməsi” Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu tərəfindən birgə həyata keçirilir. “Dövlət qulluğunun hər sahəsində genderə həssas yanaşmanın tətbiq edilməsi” daha geniş bir layihənin (“Dövlət Qulluğunda İslahatlar vasitəsilə yaxşı idarəçiliyin təşkili”) tərkib hissəsidir.



Hesabatın əsas məqsədi dövlət qulluğu sahəsində gender bərabərliyinin bərqərar olması üçün əsas vasitələrdən biri olan gender yönəmli həssas yanaşmanın uğurlu tətbiqi üçün mövcud olan şəraitin və mexanizmlərin təhlilidir. Bu ümumi məqsədə uyğun olaraq hesabatda dövlət qulluğuna aid bir sıra sahələrdə mövcud olan vəziyyətin və imkanlartın araşdırılması aparılır. Hesabatda:

  • Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın daxili prosedurları və qaydalarının gender təhlili aparılır və daxili qaydaların gender bərabərliyi çərçivəsində təkmilləşdirilməsinə dair tövsiyyələr təqdim olunur.

  • Dövlət qulluğuna aid qanunvericiliyin gender təhlili aparılır və qanunvericiliyin gender bərabərliyi çərçivəsində təkmilləşdirilməsinə dair tövsiyyələr təqdim olunur.

  • Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın administrativ hesabatlarında cins bölgüsü üzrə statistik məlumatrlarından istifadə təcrübəsinin araşdırılması və bu sahədə əlavə tədbirlərə dair təvsiyyələr təqdim olunur

  • Dövlət qulluğu sistemində və xüsusi ilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın kadr tərkibində gender balansının təhlili aparılır.

  • Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları arasında gender bərabərliyi və gender yönümlü həssas yanaşma mövzusunda keçirilmiş sorğunun nəticələrinin təhlili təqdim olunur və müvafiq tövsiyyələr verilir.

Hesabat 7 hissədən ibarətdir. Hesabatın birinci hissəsində gender bərabərliyi və gender yönümlü həssas yanaşmanın nəzəri əsasları və praktiki tətbiqi haqqında ümumi məlumat verilir. Birinci hissədə həmçinin Azərbaycan Respublikasının gender bərabərliyi sahəsində yürütdüyü siyasətin əsas istiqamətləri və mərhələləri araşdırılır. Hesabatın ikinci hissəsində Azərbaycanda dövlət qulluğu islahatı, dövlət qulluğu sistemi və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın strukturu və vəzifələri haqqında məlumat verilir. Hesabatın üçüncü hissəsində dövlət qulluğunun gender təhlilinin metodologiyası izah olunur. Hesabatın dördüncü hissəsində dövlət qulluğuna aid qanunvericiliyin gender təhlili aparılır və müvafiq tövsiyyələr təqdim olunur. Hesabatın beşinci hissəsində dövlət qulluğu sistemində və xüsusi ilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın kadr tərkibində kişilərin və qadınların say nisbəti və mövqeləri araşdırılır, sistemdə gender əsaslı şaquli və üfüqi seqreqasiyası haqqında məlumat verilir və müvafiq tövsiyyələr təqdim olunur. Hessabatın altinci hissəsində Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın daxili qayda və prosedurlarının gender təhlili aparılır və müvafiq tövsiyyələr təqdim olunur. Hesabatın yeddinci hissəsində gender bərabərliyi və gender yönümlü həssas yanaşma mövzusunda Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mərkəzi aparatının əməkdaşları arasında aparılmış sorğunun nəticələri təhlil olunur.

I hissə.

Gender bərabərliyi və gender yönümlü həssas yanaşma: nəzəri əsaslar və praktiki tətbiq.

Birləşmiş Millətlər Təşkilatının qlobal missiyası hər kəsin bərabər hüquqlarını, çərəf və ləyaqətini qorumaqdır. Bu qlobal missiya üçün gender bərabərliyi və qadınların səlahiyyətlərinin genişləndirilməsi fundamental rol oynayır...Lakin qadınlar və qızlar üçün bərabərliyin bərqərar olması həm də iqtisadi və sosial zərurətdir. Qadınlar və qızlar yoxsulluğun və ədalətsizliyin əsarətindən azad olmayınca biz ümumi məqsədlərimizə, sülhə, əminamanlığa, davamlı inkişafa, nail ola bilməyəcəyik.

Ban Ki-Mun, BMT-nin Baş katibi



Gender bərabərliyi insan hüqurları və davamlı inkişaf perspektivində

XXİ əsrdə bəşəriyyət qadın və kişi bərabərliyinin (gender bərabərliyinin) ictimai və özəl həyatda bərqərar olmasını qarşısında dəyanan ən mühüm vəzifələrdən biri olaraq seçmişdir. Bioloji cinsdən fərqli olaraq gender insanların ictimai münasibətlər çərçivəsində (məsələn ailədə, məktəbdə, iş kollektivində) formalaşan rol və vəzifələrini əhatə edir. Bu rol və vəzifələr cəmiyyətdə mövcud olan “kişi” və “qadın” sosial kategoriyaların mahiyyətini təşkil edir. Digər mühüm sosial kategoriyalar kimi (ictimai sinif, irq, etnik qrupu və s) gender insanların cəmiyyətdəki mövqeyini müəyyənləşdirən əsas faktorlardan biridir. Gender əsaslı rollar və vəzifələr cəmiyyətin kişi və qadın üzvlərindən gözlədiyi davranış modellərini müəyyənləşdirir. Cəmiyyətdə formalaşan digər münasibıtlər sistemləri kimi gender münasibətləri də müəyyən güc balansına əsaslanan qadağalar və normalarla six bağlıdır.

6-8 sentyabr 2000-ci il tarixlərində Nyu Yorkda keçirilmiş BMT sammitində 147 dünya dövlətlətinın səlahəyyətli nümayəndələri Minilliyin İnkişaf Beyannaməsini imzalayaraq demokratiya və insan haqqlarının qorunmasını, yoxsulluğun aradan qaldırılmasını və davamlı inkişafı1, sülh və təhlükəsizliyin qorunmasını, ətraf mühitin mühafizəsini və bir sıra başqa vəzifələri uğurla həyata keçirmək məqsədiylə birgə fəaliyyət göstərməyə qərar verdilər. Azərbaycan Respublikası adından Bəyannaməni Prezident Heydər Əliyev imzalamışdır. Bu ümumi istəyin nəticəsi olaraq BMT Minilliyin İnkişaf Məqsədlərini müəyyənləşdirildi. Bunlar ifrat yoxsulluğu və aclığı aradan qaldırmaq, ümumi ibtidai təhsilə nail olmaq, gender bərabərliyini təmin etmək və qadınların səlahiyyətlərinin genişləndirilməsinə nail olmaq, uşaq ölümü hallarını azaltmaq, ana sağlamlığını yaxşılaşdırmaq, HİV/AİDS, malyariya və digər xəstəliklərə qarşı mübarizə aparmaq, ətraf mühitin davamlığını təmin etmək, inkişaf üçün qlobal tərəfdaşlığı inkişaf etdirməkdir.

Minilliyyin İnkişaf Məqsədləri davamlı inkişaf və yoxsulluğun aradan qaldırılması naminə dünya dövlətlərinin XXİ əsrdə apardığı birgə fəaliyyətinin əsas hədəflərini əhatə edir. Bu geniş fəaliyyət planında Məqsədlərin hər birisi üçün konkret vaxt çərçivəsi və indikatorlar nəzərdə tutulmuşdur. 2010-cu il, 20-22 sentyabrda BMT Sammitinə toplaşmış dünya dövlətlərinin başçıları, yerli və beynəlxalq təşkilatların üzvləri və özəl sektorun nümayəndələri bu günə qədər əldə olunmuş nəticələri təhlil etmiş 2015 ilə qədər Minilliyin Məqsədləırinə çatmaq üçün zəruri olan tədbirləri razılaşdırımışdır.

Minilliyin Məqsədlərinə Minilliyin 8 İnkişaf Məqsədi arasında gender bərabərsizliyinin aradan qaldırılması və qadınların səlahiyyətlərinin artırılması (3cü MİM) mühüm yer alır.Gender bərabərsizliyi insanların müəyyən sosial kategoriyaya mənsubiyyətini əsas götürərək onların başqa insanlarla müqayisədə huquq və imkanlarını məhdudlaşdıran sosial şəraitdir. Gender bərabərsizliyi hər şeydən əvvəl insan haqqlarının pozulmasıdır.

Gender bərabərliyi – kişi və qadınların öz insan hüquqlarını tam realizə etmək, iqtisadi, sosial, mədəni və siyasi inkişafa töhfə vermək və ondan bəhrələnmək üçün bərabər şərtlərə malik olması deməkdir. Bu baxımdan gender bərabərliyi kişi və qadınların oxşar və fərqli cəhətlərinin, eləcə də onların oynadıqları rolun cəmiyyət tərəfindən bərabər qiymətləndirilməsi deməkdir. Gender bərabərliyi kişi və qadınların ailədə, ictimai həyatda, eləcə də cəmiyyət daxilində bərabər tərəfdaşlığına əsaslanır2. Gender bərabərliyi konsepsiyasının məqsədi kişilərin və qadınların “eyniləşdirilməsi” deyil. Əksinə bu yanaşma konkret cəmiyyətdə kişi və qadınların fərqli mövqelərini, mənafelərini və təlabatlarını nəzərə alır və cəmiyyətin hər bir üzvü üçün (kişi ya qadın olmağından asılı olmayaraq) bərabər hüquqların, vəzifələrin və imkanların təmin olunmasını vacib bilir.
Ümumi sosial bərabərsizliyin bir forması olan gender əasaslı bərabərsizilik cəmiyyətdə gedən demokratikləşmə və insan hüquqlarının qorunması proseslərinin uğurlu gedişatı üçün ən böyük əngəllərdən biridir. Əksər hallarda gender əsaslı bərabərsizlik qadınların hüquqlarının və imkanlarının məhdudlaşdırılması və ya açıq çəkildə tapdalanmasında özünü biruzə verir. Gender bərabərsizliyi bir çox hallarda (siyasi və iqtisadi sahələrdə qadınların iştirakına qoyulan qadağalarda, qadınlara qarşı zorakılıq hallarında) qadınların insan hüquqlarının açıq və kobud şəkildə pozulmasına əsaslanır. Eyni zamanda gender əsaslı ayri-seçkilik praktikası açıq hüquq pozuntusu formasını almaya da bilər. Təhsil, ailə münasibətləri, reproduktiv sağlamlıq, ictimai və professional fəaliyyət sahələrində bərabərsizlik ictimai qinaq, qadağalar və stereotiplər şəklində qadınların imkanlarını məhdudlaşdırır və qadınlar üçün öz hüquqlarından istifadə etməkdə əngəllər törədir. Beləliklə əhalinin böyük hissəsini təşkil edən qadınlar öz hüquqlarından tam şəkildə istifadə edə bilmir. Bu isə demokratik proseslərin və institutların cəmiyyətin bütün üzvlərini əhatə etməsinə və vətəndaşların insan hüquqlarının qorunmasına zəmanət verən dövlətin öz funksiyasını yetərincə yerinə yetirə bilməməsi deməkdir.

Qadınların kişilərlə bərabər hüquq və imkanlardan məhrum olması XXİci əsrdə bəşəriyyət qarşısında duran aclıq və yoxsulluq problemlərinin davam etməsi üçün şərait yaradır. BMT-nin hesablamalarına görə dünyada 1.5 milliard yoxsul əhalinin əksəriyyətini qadınlar təşkil edir. Yoxsulluğun aradan qaldırılması uğrunda gedən qlobal mübarizədə məhz qadınların iqtisadi, sosial və özəl həyatda səlahiyyətlərinin artırılması aparıcı rol oynayır.

Gender bərabərliyii davamlı inkişafın təməlində dəyanan faktorlardan biridir. BMT-nin İnsan İnkişafı Hesabatında deyilir: “...inkişafın əsas məqsədi insanların seçim imkanlarını genişləndirməkdi. Bu fikir üç əsas komponenti ehatə edir: cəmittətin bütün üzvləri üçün bərabər imkanlar; bu imkanların nəsildən nəsilə davamlı şəkildə ötürülməsi; cəmiyyətin bütün üzvlərinin inkişaf prosesində iştirakını və bu prosesdən bəhrələnməsini təmin etmək məqsədiylə insanların səlahiyyətlərinin artırılması3

Hal-hazırda dünyanın bəzi dövlətlərində qadınların və kişilərin bərabərliyi hələ də qanun səviyyəsində təsdiq olunmayıb. Gender bərabərliyinin qanunvericilikdə təmin olunması cəmiyyətdə insanlar üçün bərabər imkanların yaradılmasında ən mühüm şərtlərdən biridir. Lakin beynəlxalq təcrübə göstərir ki hər hansı bir dövlətdə kişi və qadınların resursların istifadəsində və inkişaf prosesində bərabər iştirakını təmin edən qanunların mövcud olması real bərabərliyi əldə etmək üçün kifayət deyil. Mövcud olan qanuni və institusional mexanizmlərdən istifadə etmək imkanları və bu imkanları həyata keçirmək üçün lazım olan qabiliyyətlər də eyni səviyyədə olmalıdı.



Səmərəli idarəçilik və gender bərabərliyi

Gender bərabərliyi inkişaf məqsədi olmaqla bərabər həm də yoxsulluğun azaldılması, davamlı inkişafın əldə olunması və səmərəli idarəçiliyin qurulması üçün muhum şərtdir.

Kofi Annan, BMT-nin sabiq Baş Katibi

Minilliyin Bəyannaməsi yoxsulluğun aradan qaldırılmasında və davamlı inkişafın təmin olunmasında səmərəli idarəçiliyin xüsusi rolunu qeyd edir. Dunya dövləıtlərinin Minilliyin İnkişaf Məqsədləri formatında üzərlərinə götürdüyü öhdəliklərin uğurla yerinə yetirilməsi hər bir ölkə daxilində səmərəli idarəetmə sisteminin qurulmasından və təkminləşdirilməsindən asılıdır.

Səmərəli idarəçilik termini ilk olaraq 1989 ildə Dünya Bankının hessabatında işlənilib və davamlı inkişafın ən mühüm elementlərindən biri kimi təqdim olunub. Növbəti onillikdə “səmərli idarəçilik” anlayışı BMT və digər beynəlxalq təşkilatların sənədlərində və həmçinin bir çox dövlətin yoxsulluğun aradan qaldırılmasına və davamlı inkişafa həsr olunmuş proqram və fəaliyyət planlarında mərkəzi yer tutmağa başlamışdır.

BMT-nın sənədlərində “idarəetmə” və ya “idarəçilik” anlayışının ətraflı izahi verilir: “ölkənin işlərini bütün səviyyələrdə idarə edərkən siyasi, iqtisadi və inzibati səlahiyyətlərdən istifadə. Neytral bir anlayış olan idarəetmə mürəkkəb mexanizmlər, proseslər, münasibətlər və institutlardan ibarətdir ki, onların vasitəsilə vətəndaşlar və qruplar öz maraqlarını ifadə edir, öz hüquqlarından istifadə edir və öhdəliklərini yerinə yetirirlər. Yaxşı/səmərəli idarəetmə kollektiv problemlərin həlli üçün zəruri resursların ayrılması və idarə edilməsi məsələlərini həll edir; xarakterik xüsusiyyətlərinə iştirak, şəffaflıq, hesabatlılıq, qanunun aliliyi, səmərəlilik və bərabərlik aiddir.”4



Cavabdeh__Konsensusa_bağlı'>Səmərəli idarəçiliyin xüsusiyyətləri.


Hesabatlı

Cavabdeh

Konsensusa bağlı




Şəffaf



İştiraka əsaslanan



SƏMƏRƏLİ İDARƏÇİLİK




Cavabdeh

Qanunun aliliyinə əsaslanan




Bərabərliyə əsaslanan



Effektivli və səmərəli

Səmərəli idarəçiliyi yuxarıda göstərilən 8 xüsusiyyət fərqləndirir.

  • Konsensusa bağlı idarəçilik sistemi öz fəaliyyətiylə cəmiyyətdə olan müxtəlif mövqelər və maraqlar arasında vasitəçilik edir və bələliklə cəmiyyət üçün ən faydalı variantın seçilməsində konsensus (ümumi razılıq) yaradır. Konsensusa bağlı idarəçilik sistemi öz fəaliyyətində dövlətin davamlı inkişaf perspektivlərini daimə diqqət mərkəzində saxlayır və ölkənin (və ya konkret icmanın) tarixi, sosial və mədəni şəraitinə əsaslanan inkişaf istiqamətini müəyyən edir.

  • İştiraka əsaslanan səmərəli idarəçilik qadın və kişilərin eyni səviyyədə idarəçilik prosesində iştirakını nəzərdə tutur. Bu iştirak həm birbaşa həm də vasitəçi institutların və ya da nümayəndələrin köməyi ilə həyata keçə bilər. İdarəçilikdə vətəndaşların iştirakı məlumatlı və təşkilatlanmış şəkildə keçməlidir. Burada cəmiyyətdə söz azadlığı və güclü vətəndaş cəmiyyətlə ünsiyyət mühüm rol oynayır.

  • Qanun aliliyi. Səmərəli idarəçilik ədalətli obyektiv qanunvericilik sisteminə əsaslanır. O həmçinin, insan haqllarının qorunmasını, xüsusiylə də azlıqların hüquqlarının qorunmasını tələb edir. Qanunların ədalətli tədbiqi yalnız müstəqil məhkəmə sistemi və obyektiv və ədalətli polis sistemi tərəfindən həyata keçirilir.

  • Effektiv və səmərəli idarəçilik öz resurslarından ən dolğun şəkildə istifadə edərək cəmiyyətin tələbatlarına cavab verir. Burada həm də təbii resurslardan səmərəli istifadə və ətraf mühitin qorunması mühüm rol oynayır.

  • Şəffaf idarəçilik sistemində qərarların alınması və tədbiqi mövcud olan qaydalara uyğun şəkildə həyata keçirilir. Şəffaf idarəçilik sistemində qərarıar və onların tədbiqi haqqında məlumat bu qərarların təsiri altında olan hər bir vətəndaş üçün açıq olmalı, asanlıqla əldə olunmalı və aydın şəkildə təqdim olunmalıdır .

  • Cavabdeh idarəçilik sistemində institutlar və proseslər (konkret siyasət, proqram və ya layihədə) maraqlı olan bütün tərəflərə (imkan daxilində) operativ şəkildə xidmət göstərməlidir.

  • Bərabərliyə əsaslanan idarəçilik bütün vətəndaşlar üçün bərabər imkanlar yaradır və həç kəsi prosesdən kənarlaşdırmır. Bu xüsusiylə aztəminatlı qruplara qarşı həssas yanaşmada və onlara göstərilən dəstəkdə özünü biruzə verir.

  • Hesabatlı idarəçilik sistemində verilən qərarların təsir dairəsində olan bütün maraqlı tərəflərə mütəmadi şəkildə hesabatlar verilməlidir. Bu həm dövlət orqanlarına, həm də özəl sektora və vətəndaş cəmiyyətinə aiddir. Şəffaflıq və qanun aliliyi olmadan hesabatlı idarəçilik sistemini qurmaq mümkün deyil5.

Beləliklə, konsensusa bağlılıq, bərabərlik, iştirak, qanunun aliliyi, effektivlik və səmərəlilik, cavabdehlik, hesabatlılıq və şəffaflıq səmərəli idarəçiliyin səciyyəvi xüsusiyyətləridi. Bu ümumi konseptual çərçivədə hər bir dövlət öz iqtisadi, sosial, siyasi və mədəni şəraitinə görə və hazırkı idarəçilik sisteminin güclü və zəif cəhətlərini nəzərə alaraq səmərəli idarəçiliyin tətbiqində konkret addımlar müəyyənləşdirir.

Minilliyin digər İnkişaf Məqsədləri kimi gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması da səmərəli idarəçiliyin uğurlu tətbiq olunması ilə bi-la-vasitə bağlıdır. Cəmiyyətdə gender bərabərsiziliyin müxtəlif formalarda davam etməsi vətəndaşların qərar vermə prosesində dolğun və səmərəli iştirakı üçün ciddi əngəllər yaradır və beləliklə idarəçilik sisteminin əsasında duran bərabərlik və iştirak prinsiplərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Gender mənsubiyyətlərinə görə ayri-seçkilik siyasətinin ya da onun daha gizli forması olan “kənarlaşdırma” praktikalarının qurbanı olan vətəndaşlar öz maraqları, problemləri, istəkləri, tənqidləri və təkliflərini idarəçilik sisteminin yaratdıği mexanizmlər vasitəsiylə gündəmə daxil edə bilmədikdə səmərəli idarəçiliyin şəffaflıq, cavabdehlik və effektivlik prinsipləri pozulur.

Eyni zamanda gender bərabərliyinin bütün sahələrdə bərqərar olmasına nail olmaq üçün zəruri olan siyasətlərin formalaşmasında, planlaşdırılmasında, tədbiqində, monitorinq və qiymətləndirilməsində səmərəli idarəçilik sistemi aparıcı rol oynayır. Gender bərabərsizliyinin aradan qaldırılmasına yönələn dövlət proqramları, layihələri və strategiyaları cəmiyyətdə mövcud olan müxtəlif qrupların təlabatrlarını araşdırmalı və nəzərə almalı, vətəndaşların irəli sürdüyü təşəbbüslərə açıq olmalı, konsensus prinsipinə əsaslanaraq formalaşmalı, şəffaf və cavabdeh şəkildə həyata keçirilməlidir. İdarəçilik sisteminin bütün səviyyələrində bərabər imkanların yaradılması üçün lazım gəldikdə dövlət tərəfindən mədəni və sosial səbələr üzündən qərar vermə prosesindən tarixən kənarda qalmış genderin nümayəndələri üçün ünvanlı tədbirlər və proqramlar vasitəsiylə xüsusi şərait yaradılmalıdır. Gender bərabərliyinin bərqərar olması kimi mürəkkəb dövlət vəzifəsi ictimai həyatın saysız sahələrinə təsir göstərir. Müasir dövrün tələblərinə cavab verməyən idarəetmə prosesi bu vəzifənin öhdəsindən gələ bilməz. Yalnız qanun aliliyinə əsaslanan, konsensusa və iştiraka arxalanan, bərabər imkanlar yaradan, hesabatlı, şəffaf, cavabdeh və effektiv idarəçilik mexanizmi vasitəsiylə gender bərabərliyi sahəsində zəruri olan mürəkkəb vəzifələri uğurlu şəkildə həyata keçirilə bilər.






Gender bərabərliyi sahəsində əsas hədəflər





Bərabər imkanlar

Qadınınların səlahiyyətlərinin artırılması

Gender əsaslı ayrı-seçkiliyin aradan qaldırılması

Hədəfə çatmaq üçün zəruri olan səmərəli idarəçiliyin xüsusiyyətləri











Konsensusa bağlı








İştiraka əsaslanan








Qanunun aliliyinə əsaslanan








Effektiv və səmərli








Şəffaf








Cavabdeh











Bərabərliyə əsaslanan








Hesabatlı








Gender həssaslı yanaşma və onun bütün sahələrə tətbiq edilməsi.

Gender bərabərsizliyinin aradan qaldırılması cəmiyyətin bütün sahələrini əhatə edən mürəkkəb və çox mərhələli bir prossesdir. Bu prosessin uğurlu gedişatı yalnız hökümət institutları, vətəndaş cəmiyyəti və özəl sektorunun birgə səyləri nəticəsində mümkündür. Cəmiyyətdə kişi və qadın bərabərliyinin bərqərar olması müxtəlif üsullarla əldə oluna bilər. Bunların arasında bərabər imkanların yaradılması, affirmativ tədbirlər (affirmative action), positiv tədbirlər (positiv action) və genderə həssas yanaşmaları qeyd etmək olar. Konkret ölkənin sosial, siyası və iqtisadi şəraitindən və həmçinin cəmiyyətin tarixi və mədəni xüsusiyyətlərindən asılı olaraq bəzi hallarda müxtəlif üsul və yanaşmaların birgə işləməsı səmərəli nəticələr verir, bəzən isə davamlı şəkildə bir üsulun tətbiqi daha effektiv olur.

XX əsrin 90-ci illərində beynəlxalq inkişaf sahəsində fəaliyyət göstərən qurumlar, Billəşmiş Millətlər Təşkilatı başda olmaqla, qadın kişi hüquq bərabərliyi və ictimai və özəl həyatda qadın səlahiyyətlərinin genişləndirilməsinə yönəlmiş səylərini “gender mainstreaming” (gender həssaslı yanaşmanın bütün sahələrə tətbiq edilməsi) adlanan yeni nəzəri və metodoloji yanaşma vasitəsi ilə həyata keçirməyə başladı. Qısa müddət ərzində bu yeni yanaşma BMT-nin İnkişaf Proqramı, digər BMT Agentlikləri və başqa beynəlxalq qurumlarının fəaliyyətində mühüm yer aldı və 1995-ci ildə Pekin Fəaliyyət Platforması çərçivəsində qadın kişi bərabərliyinin bərqərar olunmasında əsas qlobal strategiya kimi öz təsdiqini tapdı. Pekin Fəaliyyət Platformasına dəstək verən dünyanın 189 dövləti ( Azərbaycan Respublikası daxil olmaqla) bu strategiyanın ardıcıl şəkildə həm ölkədaxili siyasətdə, həm də beynəlxalq münasibətlərdə tətbiq olunmasını öz ohdəsinə götürmüşdür.

“Gender mainstreaming” (gender yönümlü həssas yanaşmanın bütün sahələrə tətbiq edilməsi) milli hökümətlərin və beynəlxalq təşkilatların keçmişdə geniş şəkildə tətbiq etdiyi və əsasən sırf “qadın məsələlərinə“ tuşlanmış olduqları siyasətdən köklü şəkildə fərqlənirdi. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı gender yönümlü həssas yanaşmanın bütün sahələrə tətbiq edilməsinin aşağıdakı tərifini verir: “istənilən fəaliyyət sahəsində və istənilən səviyyədə qanunvericilik, siyasət və proqramlar da daxil olmaqla, planlaşdırilan hər bir addımın kişilərin və qadınların həyatına göstərə biləcək təsiri nöqtei nəzərindən təhlili. Bu, siyasi, iqtisadi və sosial sahələrdə tətbiq olunan konsepsiyaların və həyata keçirilən siyasət və proqramların, işlənib hazırlanması, icrası, monitorinqi və qiymətləndirilməsində qadınların və eləcə də kişilərin maraq və təcrübələrini əsas amil kimi qəbul edən strategiyadır. Nəticədə kişilər və qadınlar qəbul olunan hər bir siyasətin və ya tədbirlər proqramının nəticələrindən bərabər şəkildə bəhrələnə biləcək və eyni zamanda qeyri‐bərabərliyi davamlı şəkildə yaradan institusional amillər aradan qaldırılacaq6”. Dövlət siyasətinin formalaşmasında gender həssaslı yanaşmanın tətbiq olunması 10 mərhələdən ibarətdir.




Dövlət siyasətinin formalaşmasında gender həssaslı yanaşmanın tətbiq olunması 10 mərhələ


1.

Layihə və ya proqramın həyata keçirilməsində maraqlı olan tərəflərin mövqelərini müəyyən etmək və gender əsaslı çərçivədə təhlil etmək.

2.

Layihə və ya proqramın hansı problemlərin aradan qaldırılmasına və ya hansı sahənin inkişafına yönəldiyini müəyyənləşdirib bu problemlərin gender mahiyyətini araşdırılıb nəzərə almaq.

3.

Layihə və ya proqramın əsas məqsədlərinin ölkədə gender bərabərliyinin bərqərar olunması sahəsində aparılan dövlət siyasıti ilə uyğunlaşdırmaq.

4.

Layihə və ya proqramın başlanmasından əvvəl mövcud olan şəraiti araşdırarkən kişilərin və qadınların fərqli tələbatlarını, imkanlarını və vəzifələrini nəzərə almaq.

5.

Toplanmış məlumatların ümumi təhlilinə gender təhlili çərçivəsində əldə olunmuş nəticələri əlavə etmək.

6.

Layihə və ya proqramın fəalliyyət planını tərtib edərkən onun mövcud olan gender balansına təsirini nəzirə almaq. Layihə və ya proqramın büdcəsini hazırlayarkən büdcənin gender həssaslı olduğunu təmin etmək.

7.

Layihə və ya proqramın çərçivəsində hazırlanan təbliğat/təşviqat tədbirlərində gender komponentini nəzərə almaq.

8.

Layihə və ya proqramın monitorinqində gender həssaslı indikatorlar, hədəflər və planlardan istifadə etmək.

9.

Layihə və ya proqramın nəticələri, ümumi təsiri və iş prosesi gender komponenti nəzərə almaqla qiymətləndirilməlidir.

10.

Layihə və ya proqramın gedişatı haqqında ictimaiyyəti məlumatlandırmaq məqsədiylə görülən bütün tədbirlər hər bir hədəf auditoriyanın müxtəlif gender qruplardan ibarət olduğunu nəzərə almalıdır.

Gender həssaslı yanaşmanın gətirdiyi əasas yenilik onun məhz siyasətin formalaşması və tətbigi sahələrinə yönəlməsidir. Yanaşma müxtəlif qurumlarda və təşkilatlarda tətbiq oluna bilər, lakin onun əsas fəaliyyət sahəsi dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qiymətləndirilməsidir. “Qadın məsələlərinə“ aid tədbirlər və programlar adətən bərabərsizliyin nəticələri ilə mübarizə aparır bu nəticələrin aradan qaldırılmasına çalışırdı və bu formatda mühüm nəticələr əldə etmişdi. Lakin təcrübə göstərdi ki gender bərabərsizliyinin köklü surətdə aradan qaldırılması üçün bu formatda görülən tədbirlər kifayət deyil. Bərabərsizliyin ən gözə çarpan məqamları qanuni və institusional səviyyələrdə aradan qaldırılsa da bu əksər hallarda gender bərabərliyinin bərqərar olunmasında yalnız cüzi irəliləyişə gətirib çıxarmışdır.

Eyni zamanda bu strategiyanın ərsəyə gəlməsi müasir dövlət idarəçiliyi sahəsində gedən mühüm proseslərlə bağlıdır. Gender həssaslı yanaşma hər bir siyasətin formalaşmasında, tətbiqində və qiymətləndirilməsində bərabərsizliyi törədən və ya törədə biləcək amillərin təmizlənməsini təmin edən strategiyadır. Bu strategiya müasir dövlət idarəçiliyində mühüm yer almış siyasətin formalaşması metodlarının inkişafı, hər bir siyasətin uğurlu və ya uğursuz olmasını müəyyən etməyə imkan yaradan monitorinq və qiymətləndirmə üsüllarının yaratdığı imkanlardan geniş istifadə edir. Bu səbəbdən gender həssaslı yanaşma məhz səmərəli idarəçilik sistemində uğurla tətbiq oluna bilər. Hər hansı bir siyasətin kişilərin və qadınların həyatına göstərə biləcək təsirini öyrənmək üçün və bu təsiri nəzərə almaqla vətındaşlara effektiv xidmət göstərmək üçün dövlət strukturları daimə vətəndaşlarla ünsiyyətdə olmalı, öz fəaliyyətində həsabatlılıq, şəffaflıq, cavabdehlik, bərabərlik və effektivlik prinsiplərinə əsaslanmalıdır.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə