15
Keyfiyyət üsullarına əsaslanan tədqiqatda ƏİS-dən əldə olunan məlumatlar istifadə
edilmişdir və həmin tədqiqat zamanı müxtəlif yaş qruplarına, təhsil səviyyəsinə və müxtəlif
coğrafi regionlara aid qadın və kişilərlə ətraflı intervyular və qrup müzakirələri aparılmışdır.
Oğlan uşaqlarına verilən üstünlük nəticəsində dölün cinsinə görə selektiv abort edilməsi,
həmçinin reproduktiv hüquqlara münasibət və təcrübələrin respondentlərin cinsinə və
yaşına görə fərqli olmasının tədqiqat prosesində aşkarlanması gözlənilirdi. Buna görə də
iştirakçılar iki qrupa ayrılmışdı: 40 yaşdan aşağı və 40 yaşdan yuxarı (reproduktiv yaş həddini
nəzərə alaraq)
Təhsil insanların həyat seçimləri və münasibətlərini formalaşdıran vacib xüsusiyytədir və bu
da respondentlərin seçimi zamanı nəzərə alınmışdır. Əvvəlki tədqiqatlar göstərir ki, qadınların
təhsil səviyyəsi artdıqca süni abort səviyyəsi azalır və kontraseptivlərin istifadəsi artır (DSK,
2008). Respondentlərin bir hissəsi orta ümumtəhsillli, digər hissəsi isə ali təhsilli idi.
Respondentlərin seçimi zamanı nəzərə alınan daha bir kateqoriya coğrafi region olmuşdur
ki, burada da reproduktiv sağlamlıq davranışlarında ən böyük fərqlər müşahidə olunan
regionlara üstünlük verilmişdir. Regionlar süni abortun, kontraseptivlərdən istifadənin
və doğulan qız və oğlan uşaqlarının nisbətinin ən son göstəricilərinə görə seçilmişdir
(Cədvəl 2). Tədqiqat üçün seçilmiş regionlara gəldikdə, 1990-cı illərdə erməni silahlı
qüvvələri tərəfindən işğal edilmiş rayonlar nəzərə alınmamışdır: Yuxarı Qarabağ iqtisadi
rayonunun bir hissəsi (daha dəqiq, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl rayonları, Xankəndi
şəhəri, həmçinin Ağdam və Füzuli rayonlarının bir hissəsi) və Kəlbəcər-Laçın iqtisadi rayonu.
Naxçıvan Muxtar Respublikası məsafə və digər aidiyyəti təşkilatçılıq məsələləri ilə əlaqədar
sorğu ilə əhatə edilməmişdir.
Seçmə Paytaxt Bakı şəhəri və beş iqtisadi rayon üzrə (Abşeron, Gəncə-Qazax, Quba-Xaçmaz,
Aran və Lənkəran) aparılmışdır. İntervyular 2012-ci il oktyabr-dekabr ayları ərzində Gəncə-
Qazaxın Tovuz, Quba-Xaçmazın Siyəzən, Aranın Ağcabədi, Lənkəranın Lerik, Abşeronun
Abşeron rayonlarında və Bakı şəhərində keçirilmişdir. Tədqiqatın seçməsi hər bir əyalət
üçün ayrıca nəticələrin təhlili üçün tərtib edilməmişdir. Əsas məqsəd müxtəlif coğrafi
regionlardan toplanan məlumat əsasında tədqiqat nəticələrini zənginləşdirməkdən ibarət
idi.
Sorğuların və qrup müzakirələrinin aparılması üçün beynəlxalq ekspertlər tərəfindən ətraflı
qaydalar hazırlanmışdır. Müsahibə alınanların cinsindən asılı olaraq müsahibələri və qrup
müzakirələrini aparmaq üçün Sosial Tədqiqatlar üzrə Beynəlxalq Mərkəz tərəfindən kişi və
qadın sorğu aparanlar və moderatorlar seçilmişdir (kişilər kişilərdən, qadınlar qadınlardan
müsahibə almışdır). Müsahibə alanlar üçün heç bir spesifik təlim keçirilməmişdir, belə ki, onların
əksəriyyətinin keyfiyyət üsulları vasitəsilə sahə tədqiqatları aparmaq üzrə təcrübələri vardı.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli İcra Hakiiyyəti orqanları
sahə işlərini təşkil etməyə kömək etmişdir. Regionlarda müsahibə verən şəxslər və qrup
müzakirələrinin iştirakçıları qeyri-rəsmi şəbəkələrdən istifadə etməklə seçilmişlər. Altı
regionda ümumilikdə 54 intervyu və 24 qrup müzakirələri aparılmışdır. Sahə işlərinin sayı və
kateqoriyaları Cədvəl 3-də qeyd edilmişdir.
Metodologiya
16
Prosesin anonimliyi xüsusi vurğulanmış və iştirakçılar müsahibə və müzakirələrdən əvvəl
bu barədə məlumatlandırılaraq iştirak üçün razılıqlarını təsdiqləmişdir. Fərdi intervyular
müsahibə verənlərin evlərində aparılmışdır, lakin həkimlərlə sorğular tibbmüəssisələrində
keçirilmişdir. Qrup müzakirələri isə ya orta məktəb binalarında ya da tibb müəssisələrində
aparılmışdır. Bütün sorğular və qrup müzakirələrinin lazımi qaydada qeydləri aparılmış və
sonra Azərbaycan dilindən ingilis dilinə tərcümə edilmişdir. Məxfilik prinsiplərinə riayət
etmək üçün hesabatda respondentlərin həqiqi adları başqa ad kimi təqdim olunmuşdur.
Cədvəl 3. Təfərrüatlı intervyuların (Tİ) və qrup müzakirələrinin (QM) regionlar üzrə sayı,
Azərbaycan Respublikası
Regionlar
Tİ
40
yaşdan
aşağı
qadınlar
Tİ
40
yaşdan
aşağı
kişilər
Tİ
40
yaşdan
yuxarı
qadınlar
Tİ
40
yaşdan
yuxarı
kişilər
Tİ
Həkimlər
QM
40
yaşdan
aşağı
qadınlar
QM
40
yaşdan
aşağı
kişilər
QM
40
yaşdan
yuxarı
qadınlar
QM
40
yaşdan
yuxarı
kişilər
Abşeron
Abşeron
2
2
2
2
1
1
1
1
1
Ağcabədi
Aran
2
2
2
2
1
1
1
1
1
Bakı
Bakı
2
2
2
2
1
1
1
1
1
Gəncə-Qazax
Tovuz
2
2
2
2
1
1
1
1
1
Quba-Xaçmaz
Siyəzən
2
2
2
2
1
1
1
1
1
Lənkəran
Lerik
2
2
2
2
1
1
1
1
1
Total
12
12
12
12
6
6
6
6
6
Tİ-larda, orta məktəbi bitirib bitirmədiyi nəzərə alınır.
2.3.1. Ətraflı sorğular
Ətraflı sorğular uşaq dünyaya gətirmək, kontraseptiv üsullardan istifadə, ultrasəs müayinəsi
və süni abort kimi reproduktiv sağlamlıq xidmətlərindənistifadə üzrə kişi və qadınların
münasibət və davranışlarlına dair məlumat toplmaq məqsədi daşımışdır. Bu sorğular
vasitəsilə milli-mədəni amillər və oğlan uşaqlarına üstünlük verilməsinə səbəb ola bilən
gender əlaqələri, yaxud dünyaya gələn uşaqların cinsinə görə nisbətinin pozulmasının
kökündə dayanan səbəbləri izah edə bilən digər sosial normalar tədqiq edilmişdir. Həmçinin
sorğular abort, ultrasəs müayinəsi və ailə planlaşdırılması xidmətləri göstərilən səhiyyə
müəssisələrində çalışan həkimlərlə də aparılmışdır.
2-ci fəsil