13
aparılacağı regionlar partnyor qurumlarla məsləhətləşərək razılaşdırılmışdır.
İntervyular zamanı bütün hökumət nümayəndələri Azərbaycan cəmiyyətində ailə və oğul
övladlarının vacibliyini qeyd etmişlər. Dünyaya gələn uşaqların cinsinə görə nisbətinin
pozulması ölkədə uşaqların sayının azalmasına gətirib çıxaran iqtisadi problemlərlə, həmçinin
oğlan uşaqlarının olmasını həvəsləndirən adət-ənənə ilə əlaqələndirilmişdir. Reproduktiv
sağlamlıq xidmətləri ölkədəki problemlərdən biri kimi qeyd edilmişdir, həmçinin bəzi
intervyularda səhiyyə işçilərinin davranışı tənqid edilmişdir. “Süni abort mədəniyyətinin”
mövcudluğu (yəni süni abortun ailə planlaşdırılması vasitəsi kimi ümumi qəbulu) dölün
cinsinə görə selektiv süni abortların sayının artmasında təsiredici amil kimi qeyd edilmişdir.
Ekspertlərdən biri gender bərabərliyinə nail olmaq və dəyişiklik həyata keçirmək üçün
qadınları səlahiyyətləndirmək məqsədi daşıyan yeni strategiyaların müəyyən olunmasına
istiqamətlənmiş fəaliyyət planları və proqramların zəruriliyini vurğulamışdır. Sosial və
iqtisadi şərtlər, reproduktiv sağlamlıq xidmətləri, ailə strukturu, gender rolları və oğlan
uşaqların vacibliyinə dair münasibətin davam etməsi məsələsi də xüsusi vurğulanmışdır.
Cədvəl 1. İnformantların adı və vəzifəsi, sorğunun keçirildiyi tarix
Adı
Vəzifəsi
İntervyunun tarixi
Fərid Babayev
BMT-nin Əhali Fondunun Azərbaycandakı
Nümayəndəliyinin Baş Müşaviri
3 sentyabr 2012
Sədaqət Qəhrəmanova
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi sədrinin müavini
4 sentyabr 2012
Rza Allahverdiyev
Dövlət Statistika Komitəsinin Əhali və
gender statistikası şöbəsinin müdiri
4 sentyabr 2012
Gülsura Hüseynova
Müstəqil ekspert
5 sentyabr 2012
Rəna İbrahimbəyova
Müstəqil ekspert
5 sentyabr 2012
Rəcəb Səttarov
Sosial Tədqiqatlar üzrə Beynəlxalq
Mərkəzin Direktoru
6 sentyabr 2012
Munir Məmmədzade
UNICEF-in Azərbaycan nümayəndəliyinin
Uşaqların Müdafiəsi Proqramının rəhbəri
6 sentyabr 2012
Yulia Əliyeva
Kamilla Dadaşova
Qafqaz Tədqiqat Resurs Mərkəzləri
Proqramı
“Simmetriya” təşkilatının rəhbəri
7 sentyabr 2012
7 sentyabr 2012
2.2. Kəmiyyət üsullarına əsaslanan tədqiqat metodologiyası
Ölkə üzrə dünyaya gələn uşaqların cinsinə görə nisbətinin hesablanması üçün üç əsas
məlumat mənbələri vardır:
• Əhalinin siyahıyaalınmaları (1989, 1999 və 2009-cu illər üçün )
• Keyfiyyətli məlumatlarla təmin edən əhalinin qeydiyyat sistemi (Meslé et al, 2007)
Metodologiya
14
• Ev təsərrüfatları sorğusu, daha dəqiq desək, 2011-ci ildə Azərbaycanda keçirilmiş
Demoqrafiya və Sağlamlıq Sorğusu (AzDSS-2011), 2001-ci ildə keçirilmiş Azərbaycanda
Reproduktiv Sağlamlıq Sorğusu (Serbanescu et al, 2003).
Tədqiqatın bu hissəsində, əsas mənbə kimi AzDSS-2011-in məlumatlarından istifadə
olunmuşdur, çünki, bunlar əhalinin subqruplarının təhlilinə imkan yaradır və əlaqədar
məsələlər üzrə keyfiyyətli məlumatlarla təmin edir, məsələn əhali arasında nəsivermə üzrə
olan meyllər, kontraseptivlərin istifadəsi və süni abortlar
3
.
AzDSS-2011 sorğusuna əlavə olaraq, tədqiqat zamanı 2001-ci ildə aparılmış Reproduktiv
Sağlamlıq Sorğusundaəldə edilmiş keyfiyyətli məlumatlardan da istifadə olunmuşdur
(Serbanescu et al, 2003).
2.3. Keyfiyyət üsullarına əsaslanan tədqiqat metodologiyası
Kəmiyyət üsulları vasitəsilə aparılan tədqiqatlar coğrafi və sosial-iqtisadi xüsusiyyətlərə
görə dünyaya gələn uşaqların cinsinə görə nisbəti haqqında məlumat əldə etmək üçün
dəyərli olmuşdur. Son tədqiqatlara əsasən ehtimal etmək olar ki, Azərbaycanda bu nisbət,
oğlan uşaqlarına üstünlük verilməsi nəticəsində pozulmuşdur (Asiya İnkişaf Bankı, 2005;
Duthé, 2012; Hotacsu at al., 2001; Guilmoto, 2009; Guilmoto, 2013; Meslé et al., 2007;
UNFPA, 2012). Eyni problemlə üzləşən digər ölkələrdə olduğu kimi Azərbaycanda da
sözügedən nisbətin pozulmasına zəmin yaradan səbəbləri araşdırmaq və problemin həllinə
dair tövsiyyələr irəli sürmək üçün keyfiyyət üsulları vasitəsilə aparılan tədqiqata ehtiyac var
idi (Guilmoto, 2013; Mesle et al, 2007).
Cədvəl 2. Keyfiyyət üsullarına əsaslanan sorğunun əhatə etdiyi iqtisadi
rayonlar və onların demoqrafik göstəriciləri, Azərbaycan Respublikası
İqtisadi
rayonlar
Süni
abortların
ümumi
əmsalı
Yeni
doğulmuş
uşaqların
cinsə görə
nisbəti
Son üç ildə
süni abort-
lar (%)
Kontraseptivlərdən
istifadə (%)
Süni
abortların
səbəbi (dölün
cinsinə görə
seçim) %
Süni abortla
yekunlaşan
hamiləliklər
(%)
Bakı
2.1
125
12.0
56
4
51
Abşeron
2.7
142
13.0
41
5
54
Gəncə-Qazax
3.5
112
18.0
50
1
55
Lənkəran
1.3
94
7.5
47
9
37
Quba-Xaçmaz
1.0
140
6.0
57
6
35
Aran
2.4
129
13.0
49
2
46
3
AzDSS-2011 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 2011-ci ilin avqust-oktyabr aylarında
keçirilmişdir. Bu sorğuda ölkəni təmsil edən 15-49 yaşda 9381 qadını əhatə edərək 7704 ailə iştirak etmişdir.
Sorğunun məqsədi nəsilvermə, uşaq ölümü, ailə planlaşdırılması, ana və uşaq sağlamlığının səviyyəsi və onlarla
bağlı tendensiyalar haqda məlumat toplamaq olmuşdur. Sorğu üçün Naxçıvan Muxtar Respublikasından başqa
Azərbaycanın hər bir iqtisadi rayonu üzrə göstəricilər əldə edilmişdir.
2-ci fəsil