Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə3/32
tarix29.10.2017
ölçüsü0,75 Mb.
#7175
1   2   3   4   5   6   7   8   9   ...   32

9

Ön söz

Hal-hazırda  dünyanın  bir  sıra  ölkələrində  aktual  problemlərdən  biri    də  doğulan  uşaqların  cinsə  görə 

nisbətinin pozulmasıdır.  Qeyd etmək lazımdır ki,  hamiləliyin süni şəkildə pozulması  faktı inkişaf etmiş 

ölkələrdə il ərzində  iyirmi səkkiz milyon, inkişaf etməkdə olan ölkələrdə isə il ərzində yüz səksən iki milyondur. 

Hamiləliyin süni şəkildə pozulmasının müxtəlif səbəbləri vardır. Bəzi qadınlar ailə planlaşdırmalarında ikinci, 

üçüncü  və daha çox uşağın olmasını nəzərdə tutmurlar. Buna səbəb kimi  iqtisadi və ya sosial səbəbləri 

göstərirlər. Bu siyahıya uşağın cinsinə görə hamiləliyin süni şəkildə pozulmasını da aid etmək olar.

Əfsuslar olsun ki,  Azərbaycan da bu problemdən kənarda qalmayıb. Ailədə əsasən kişinin, qayınana və 

qayınatanın istəyinə görə oğlan uşaqlarının ana bətnində saxlanılması, qız uşaqlarının isə məhv  edilməsi 

cəmiyyətdə gender balansının, eləcə də genofondun pozulmasına gətirib çıxara bilər.

Uşaqların  cinsi  nisbətinin  pozulması  əvvəllər  o  qədər  də  hiss  olunmayan,  lakin  hazırda  cəmiyyəti 

düşündürən məsələlər  sırasında dayanır. Əgər bu disbalans təbii surətdə baş verirsə, müdaxilə etmək  

düzgün olmazdı. Lakin təəssüflər olsun ki, bu proses bir çox hallarda müdaxilə nəticəsində baş verir.

Azərbaycan  hökuməti  digər  sahələrdə  olduğu  kimi,    bu  istiqamətdə  də  milli  qanunvericilik  bazasına 

malikdir. Azərbaycan dövləti Beynəlxalq Əmək Təşkilatının “Analığın  mühafizəsi haqqında” Konvensiyasına 

qoşulmuşdur.  “Əhalinin  sağlamlığının  qorunması”  haqqında  Qanun  qəbul  olunmuşdur.  Hazırda    isə 

“Reproduktiv sağlamlıq”haqqında Qanun müzakirə edilir. Qeyd etmək lazımdır ki, Cinayət Məcəlləsində 

hamiləliyin süni surətdə pozulması üçün xüsusi məsüliyyət müəyyən edilmişdir.

Problemin aradan qaldırılması istiqamətində   maarifləndirmə işlərinin geniş şəkildə  aparılması və səhiyyə 

xidmətlərinin  inkişaf etdirilməsi vacibdir. Xüsusilə kənd yerlərində qadınlar arasında bir çox məsələlərlə (ailə 

planlaşdırılması,  hamiləlikdən  qorunma,  süni  mayalanma,  reproduktiv  sağlamlığın  qorunması  və  s.)  bağlı 

maarifləndirmə kampaniyalarının aparılması zəruri haldır.  Qeyd etmək istərdim ki, artıq iki ildən çoxdur ki, 

Komitə “Sağlam ailə - sağlam cəmiyyətin təməlidir” adlı silsilə tədbirlər keçirir. Bu tədbirlər çərçivəsində doğulan 

uşaqların cinsə görə nisbətinin pozulmasının qarşısının alınması məqsədilə müxtəlif layihələr həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu yaxınlarda “Ana və uşaqların sağlamlığının 

yaxşılaşdırılmasına  dair  2014-2020-ci  illər  üçün    Dövlət  Proqramı”nı  imzalamışdır.  Bu  sənədin  əsas 

məqsədlərindən biri də hamiləliyin süni şəkildə pozulmasının qarşısının alınması istiqamətində tədbirlər 

görməkdir.  Bildiyiniz kimi, “Azərbaycan 2020- gələcəyə baxış” Konsepsiyasında digər məsələlərlə yanaşı, 

bu problemin həlli istiqamətində xüsusi sənədin hazırlanması nəzərdə tutulur. Bir məsələni qeyd etmək 

lazımdır ki, bu istiqamətdə vətəndaş cəmiyyətinin fəallıq göstərməsi də vacibdir.

“Azərbaycanda  doğulan  uşaqların  cinsi  nisbətinin  pozulmasına  zəmin  yaradan  mexanizmlər:  keyfiyyət 

və  kəmiyyət  əsaslı  tədqiqat”  bu  sahədə  mövcud  vəziyyətin  dəyərləndirilməsi  və  təkliflərin  verilməsi 

istiqamətində aparılan mühüm işlərdən biridir.

Əminəm ki, tədqiqatın nəticələri problemin həllinə öz müsbət töhvəsini verəcəkdir.



Prof. Hicran Hüseynova

Ailə, Qadın və Uşaq Problemləri üzrə Azərbaycan Respublikasının Dövlət Komitəsinin sədri 


10

1-ci FƏSİL    

Giriş

D

ünyaya  gələn  uşaqların  cinsinə  görə  nisbəti  anadan  olan  100  nəfər  qız  uşağına 



düşən oğlan uşaqlarının sayı kimi müəyyən olunur. Bioloji prosesin nəticəsi olaraq 

bu göstərici (yəni oğlan uşaqlarının sayı) heç bir xarici müdaxilə olmadığı təqdirdə 

103-lə 106 arasında dəyişir.

Doğulan  uşaqların  cinsinə  görə  nisbəti  müəyyən  bir  ölkədə  oğlan  və  ya  qız  uşağının  üstün 

tutulması dərəcəsinin mühüm göstəricisi ola bilər. Dünyaya gələn hər 100 nəfər qız uşağına 

düşən oğlan uşaqlarının sayı 106-dan çox olarsa yeni doğulan uşaqların cinsinə görə bu cür 

nisbəti oğlan uşaqlarına üstünlük verildiyini göstərir. Əksinə, 103-dən az olarsa bu nisbət qız 

uşaqlarına  üstünlük  verildiyini  göstərir.  1980-ci  illərdən  başlayaraq  demoqraflar  Çin,  Cənubi 

Koreya və Hindistan da daxil olmaqla bir neçə Asiya ölkələrində dünyaya gələn uşaqların cinsinə 

görə nisbətinin yüksək olduğunu göstərmişdir. (Das Gupta, 1987; Yi et al, 1993; Park and Cho, 

1995; Guilmoto, 2007; Zhu, Lu and Hesketh, 2009; Guilmoto, Hoang and Van, 2009; Guilmoto, 

2009; Sedgh, Singh and Henshaw, 2011; Guilmoto, 2012). Bu problem ana bətnindəki dölün 

cinsini müəyyən etməyə imkan verən texnologiyaların təqdimatı və geniş şəkildə istifadəsindən 

sonra yaranmağa başladı. Daha sonra 1990-cı illərdən başlayaraq eyni fenomen Azərbaycanda, 

Ermənistanda və Gürcüstanda da özünü göstərməyə başladı (Hortaccu et al, 2001; Mesle, Vallin 

and Badurasvili, 2007; Guilmoto, 2009; Duthé et al, 2012; Guilmoto, 2013).

Azərbaycana gəldikdə, dünyaya gələn oğlan və qız uşaqlarının nisbəti 1980-ci illərə qədər əsas 

etibarilə gözlənilən bioloji səviyyədə idi. Əsasən reproduktiv sağlamlıq texnologiyalarının 

inkişafı və istifadəsinə başlanması nəticəsində 1990-cı ildə bu nisbət 107-yə, 2000-ci ildə 

110-a,  daha  sonra  2010-cu  ildə  117-yə  qalxdı.  Azərbaycanın,  ölkə  olaraq,  anadan  olan 

uşaqların cins nisbətinin pozulması üzrə narahatlıq doğuran göstəricilər müşahidə olunan 

ölkələr sırasında olmasına baxmayaraq (BMT, 2011), bu məsələ üzrə məhdud sayda elmi 

tədqiqatlar aparılıb (Hortaccu et al, 2001; Mesle, Vallin and Badurassvili, 2005; Duthé et 

al, 2012). Mövcud tədqiqatlar əhalinin siyahıyaalınması, qeydiyyat sistemi və demoqrafik 

sorğulara əsaslanır və diqqəti əsasən problemin özünə cəmləşdirərək, məsələnin kökündə 

dayanan səbəbləri araşdırır.

Hazırki tədqiqat digərlərindən onunla fərqlənir ki, mövcud mütləq (kəmiyyət) məlumatlardan 

istifadə olunmaqla yanaşı, burada keyfiyyət üsullarının tətbiqi ilə ətraflı müsahibələr və qrup 

müzakirələri vasitəsilə məlumatların toplanması və təhlili aparılmışdır. Beləliklə, tədqiqatın 

bir-birilə qarşılıqlı əlaqədə olan dörd əsas məqsədi var:




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə