Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə4/32
tarix29.10.2017
ölçüsü0,75 Mb.
#7175
1   2   3   4   5   6   7   8   9   ...   32

11

Giriş

a)    Əsas  etibarilə  əhalinin  siyahıyaalınması    və  qeydiyyat  sistemindən  alınan 

mütləq məlumatları istifadə edərək Azərbaycanda dünyaya gələn oğlan və qız 

uşaqlarının nisbətinin artma tendensiyasını aşkar etmək;

b)    2011-cı  ildə  Azərbaycanda  keçirilmiş  Demoqrafiya  və  sağlamlıq  sorğusuna 

əsasən nəsilvermə, kontraseptivlərin istifadəsi, süni abortlar və nəsilvermə üzrə 

əhalinin istəkləri haqqında bütün məlumatları yoxlayaraq keyfiyyət üsullarının 

tətbiqi ilə aparılacaq tədqiqat üçün lazımi məlumatlarla təmin etmək;

c)    Guilmoto  (2009;  2013)  tərəfindən  irəli  sürülmüş  nəzəriyyədən

1

    istifadə 



edərək  ətraflı  müsahibələr  və  qrup  müzakirələrinin  təhlili  vasitəsilə  dünyaya 

gələn uşaqların cinsinə görə nisbətinin süni şəkildə pozulmasına zəmin yaradan 

sosial-demoqrafik amilləri aşkar etmək

d)    Azərbaycanda  dünyaya  gələn  uşaqların  cinsinə  görə  nisbətinin  pozulmasını 

bərpa etməkdə istifadə oluna biləcək siyasi prioritetləri və tövsiyyələri təklif etmək.

Bu tədqiqatın eyniadlı mövzuda mövcud tədqiqat işlərinə iki zəruri töhfə verəcəyi gözlənilir. 

Birincisi  odur  ki,  burada,  ilk  dəfə  olaraq,  ətraflı  intervyular  və  qrup  müzakirələrindən 

toplanan məlumatlardan istifadə etməklə dünyaya gələn uşaqların cinsinə görə nisbətinin 

pozulmasına zəmin yaradan sosial demoqrafik amillər təhlil edilir. İkincisi isə  bu tədqiqatda 

keyfiyyət və kəmiyyət əsaslı məlumatların müvafiq uzlaşdırılması yolu ilə problemin kökündə 

duran sosial-demoqrafik səbəblər araşdırılır.

Tədqiqatın başlıca məhdudiyyəti odur ki, ətraflı intervyular və qrup müzakirələrindən toplanan 

məlumatların keyfiyyətinin ümumilikdə yüksək olmasına baxmayaraq, bəzi intervyular və qrup 

müzakirələrində qeyri-müvafiq  probasiyaya görə bəzi uyğunsuzluqlar var. 

2

Bu hesabat yeddi hissədən ibarətdir. Birinci hissədə tədqiqatın araşdırdığı mövzu üzrə ümumi 



vəziyyət,  tədqiqatın  məqsəd  və  vəzifələri  və  həcmi  təqdim  olunur,  həmçinin  tədqiqatın 

məhdudiyyətləri və müvafiq ədəbiyyata edəcəyi töhfələr qeyd olunur. İkinci hissədə lazımi 

məlumatların  toplanması  və  təhlili  üçün  tədqiqatda  istifadə  olunan  üsullar  göstərilir  və 

məlumatların keyfiyyəti müzakirə olunur. Üçüncü hissədə Azərbaycanın demoqrafik və sosial-

iqtisadi strukturu haqqında əsas məlumat təqdim olunur. Dördüncü hissədə kəmiyyət əsaslı 

məlumatların  təhlilindən  əldə  olunan  əsas  tapıntılar  təqdim  olunur.  Beşinci  hissədə  ətraflı 

intervyulardan və qrup müzakirələrindən əldə olunan keyfiyyət məlumatları araşdırılır. Altıncı 

hissədə əsas tapıntılar əsasında təklif olunan siyasət prioritetləri müzakirə olunur. Nəhayət, 

yeddinci hissədə tədqiqatın nəticələri şərh edilir və oğlan uşaqlarına üstünlük verilməsinin 

ölkənin gələcək demoqrafik strukturuna ehtimal olunan təsirləri qiymətləndirilir.



1

Bu nəzəriyyəyə əsasə dölün cinsinə görə edilən abortlara zəmin yaradan üç əsas amili var: təminat amili –dölün 

cinsini müəyyən edə bilən texnologiyaların müyəssərliyi; tələbat amili – cəmiyyətin qız uşaqlarından daha çox 

oğlan uşaqlarına üstünlük verməsi; və valideynlərin uşağın cinsini seçmək istəyi ilə nəticələnə bilən nəsilvermə 

əmsalının aşağı olmasıdır. 

 

2

Tədqiqatda istifadə olunan kəmiyyət və keyfiyyət əsaslı məlumatların keyfiyyəti haqqında qısa müzakirə (şərh) 

bu tədqiqat işinin ikinci hissəsində qeyd edilmişdir.


12

2-ci FƏSİL

Metodologiya

B

u hissədə tədqiqat zamanı istifadə olunmuş məlumat mənbələri və onların toplanması və 



təhlili ilə əlaqədar metodologiyalar izah olunur. Buraya layihənin başlanğıcında aparılmış Əsas 

İnformant  Sorğusu  (İƏS),  demoqrafik  sorğulardan  alınmış  kəmiyyət  məlumatları  və  xüsusi 

olaraq layihə üçün keyfiyyət üsullarından istifadə ilə  aparılmış sorğu daxildir. Bu hissədə, həmçinin 

tədqiqatda istifadə olunmuş məlumatların keyfiyyətinin qiymətləndirilməsi də ehtiva olunur.



2.1. Əsas İnformant Sorğusu

Tədqiqatın  ümumi  planını  çəkmək  üçün  vəziyyətin  təhlili  və  Əsas  İnformant  Sorğusu 

(ƏİS)  aparılmışdır.  Bu  işləri  yerinə  yetirmək  məqsədilə  Hacettepe  Universitetinin  Əhali 

üzrə Tədqiqat İnstitutundan iki nəfər beynəlxalq ekspert - Dr. İlknur-Yüksel-Kaptanoğlu və 

Dr.  Mehmet  Ali  Eryurt  2012-ci  il  3-7  sentyabr  tarixlərində  Bakıya  səfər  etmişlər.  Onların 

məqsədi əsas mütəxəssislərlə bir sıra müsahibələr keçirmək vasitəsilə ölkədə dünyaya gələn 

uşaqların cinsinə görə nisbətinin pozulması faktının müxtəlif aspektləri haqqında məlumat 

toplamaq olmuşdur. Tədqiqata zəruri ekspertlərin cəlb olunmasını yəqin etmək üçün BMT-

nin  Əhali  Fondunun  Azərbaycan  Nümayəndəliyi  ilə    məsləhətləşmə  vasitəsilə  tədqiqatın 

seçməsi    müəyyən  olunmuşdur.    Dövlət  rəsmiləri,  səhiyyə  mütəxəssisləri,  habelə  qeyri-

hökumət təşkilatı (QHT) nümayəndələri ilə yeddi müsahibə aparılmışdır (Cədvəl 1). 

Tədqiqatda  istifadə  olunacaq  bələdçi  sənədlər  hazırlanmış  və  adı  çəkilən  beynəlxalq 

ekspertlər  intervyuları  keçirmişdir.  İntervyular  zamanı  ölkənin  sosial-iqtisadi  vəziyyəti, 

gender və sağlamlıq siyasəti, mövcud kəmiyyət əsaslı məlumatların keyfiyyəti, dölün cinsinə 

görə selektiv süni abortlar kimi texnoloji inkişafdan istifadə imkanları və oğlan uşaqlarının 

üstün tutulmasını həvəsləndirən milli-mədəni normalar müzakirə olunmuşdur. 

Əsas  İnformant  Sorğusundan  (ƏİS)  əldə  olunan  nəticələr  tədqiqatın  keyfiyyət  üsullarına 

əsaslanan komponentində istifadə olunmuşdur. Bundan əlavə, əhalinin qeydiyyat sistemi 

və  statistik  məlumatların  keyfiyyətinin  yoxlanılmasında  toplanan  məlumatlar  kəmiyyət 

təhlilinin  aparılması  zamanı  dəyərli  olmuşdur.  Tədqiqatın  keyfiyyət  üsulları  vasitəsilə 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə