Azərbaycanda “Açıq Hökumətin Təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/28
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7782
1   ...   18   19   20   21   22   23   24   25   ...   28

77 
 
8.3  Mineral  Ehtiyatların  Hasilatı  ilə  Məşğul  olan  Sənaye 
Sahələrində  Şəffaflıq  Təşəbbüsünün  Azərbaycanda  tətbiqi  üzrə 
illik hesabatların açıqlanması 
 
Məsul dövlət orqanları: Dövlət Neft Fondu 
İcra müddəti: 2012-2015-ci illər 
 
Ölçmək  üçün  indikatorlar:  Mineral  Ehtiyatların  Hasilatı  ilə 
Məşğul  olan  Sənaye  Sahələrində  Şəffaflıq  Təşəbbüsünün 
Azərbaycanda tətbiqi üzrə illik hesabatın nəşri faktları 
 
2  –  Mineral  Ehtiyatların  Hasilatı  ilə  Məşğul  olan  Sənaye 
Sahələrində  Şəffaflıq  Təşəbbüsünün  Azərbaycanda  tətbiqi  üzrə 
illik hesabat dərc edilmişdir. 
1  –  Mineral  Ehtiyatların  Hasilatı  ilə  Məşğul  olan  Sənaye 
Sahələrində  Şəffaflıq  Təşəbbüsünün  Azərbaycanda  tətbiqi  üzrə 
illik hesabatın dərc edilməsinə hazırlıq gedir. 
0  -  Mineral  Ehtiyatların  Hasilatı  ilə  Məşğul  olan  Sənaye 
Sahələrində  Şəffaflıq  Təşəbbüsünün  Azərbaycanda  tətbiqi  üzrə 
hesabat dərc edilmir və ona hazırlıq işləri görülmür. 
İcra vəziyyəti  
Monitorinq balı: 2 
(Mineral  Ehtiyatların  Hasilatı  ilə  Məşğul  olan  Sənaye 
Sahələrində  Şəffaflıq  Təşəbbüsünün  Azərbaycanda  tətbiqi  üzrə 
illik hesabat dərc edilib) 
Azərbaycan  Respublikası  Dövlət  Neft  Fondunun  15 
yanvar 2015-ci il tarixli məktubunda bildirilmişdir ki, MHŞT-nin 
Azərbaycanda tətbiqi üzrə 2013-cü ili əhatə edən illik hesabat 29 
iyun 2014-cü il tarixində açıqlanmışdır. 
 
 


78 
 
III.
 
NƏTICƏLƏR 
 
1.
 
İkinci  monitorinqdən  aydın  oldu  ki,  ümumilikdə  Milli 
Fəaliyyət  Planının  icrası  sahəsində  mərkəzi  icra  hakimiyyəti 
orqanları  tərəfindən  görülən  işlər  qənaətbəxşdir:  planda 
nəzərdə  tutulan  konkret  addımlar  atılıb.  Bunu  MFP-nin 
istiqmətləri üzrə aparılan birinci (sentyabr 2012 – sentyabr 2013) 
və ikinci (sentyabr 2013-dekabr 2014) monitorinqin nəticələri də 
təsdiq edir.  
 
Monitorinq  olunan  5  istiqamətin  3-  üzrə  nəticələr  xeyli 
yaxşılaşıb, iki istiqamət üzrə orta bal 2 dəfə artıb.  
 
2.
 
Ümumi  nəticələri  mənfiyə  doğru  dəyişdirən  yerli  icra 
hakimiyyəti orqanlarının fəaliyyətsizliyidir. Monitorinq olunan 
46  yerli  icra  hakimiyyəti  orqanından  yalnız  7-də  informasiya 


79 
 
azadlığı  üzrə  məsul  şəxs  təyin  olunub,  5-də  informasiyaya 
əlçatanlıq məsələlərinin tənzimlənməsi üzrə daxili icraat qaydaları 
qəbul edilib, 4-də informasiya azadlığının təmin edilməsi məqsədi 
ilə məsul dövlət qulluqçuları üçün ətraflı təlimlər keçirilib. Yalnız 
birində ictimai şura yaradılıb. 
 
Bundan əlavə, yalnız 3 yerli icra hakimiyyəti orqanında öz 
fəaliyyətini  tənzimləyən  rəhbər  prinsiplər  hazırlanıb  ki,  onlardan 
yalnız 1-i öz fəaliyyətini tənzimləyən qanunverici aktları sadə və 
anlaşıqlı  dildə  tərtib  və  dərc  edib.  Çox  maraqlıdır  ki,  saytlarda 
fəaliyyətlərin  işıqlandırılması  baxımından  ən  acınacaqlı  vəziyyət 
Bakı,  Sumqayıt,  Gəncə  kimi  iri  şəhərlərdədir.  Bu  şəhərlərin 
saytlarında 
məlumatların 
yenilənmə 
intensivliyi 
təəssüf 
doğurmaya bilmir. Bu sahədə Binəqədi rayon icra hakimiyyətinin 
internet  saytı  əhatəliliyi  və  informasiya  açıqlığı  baxımından 
digərlərinə  nümunə  ola  bilər.  Adıçəkilən  rayon  istisna  olmaqla 
heç bir yerli icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində 
elektron xidmətlər aktiv deyil. 
 
3.
 
Dövlət  qurumlarında  informasiya  azadlığı  üzrə  məsul  şəxslə 
mətbuat  katibinin  vəzifə  və  səlahiyyət  bölgüsünün  sərhədləri 
məlum  deyil.  Adətən,  dövlət  qurumlarında  informasiya  azadlığı 
üzrə məsul şəxs olaraq elə mətbuat katibləri təyin olunub, çox az 
sayda  orqanlarda  bu  iş  hüquqşünasa  həvalə  edilib.  Dövlət 
qurumlarının  demək  olar  ki,  hamısında    mətbuat  katiblərinin 
vəzifə  və  funksiyalarını  müəyyənləşdirən  hüquqi  normativ  sənəd 
mövcud deyil və ya olsa da, əlçatan deyil. Buna görə də mətbuat 
katibi ilə informasiya azadlığı üzrə məsul şəxsin vəzifə və yerinə 
yetirdikləri  funksiyalar  baxımından  fərqini  müəyyənləşdirmək 
mümkün  deyil.  İnformasiya  azadlığı  üzrə  məsul  şəxsin 
fəaliyyətini  əksər  qurumlarda  daxili  icraat  qaydaları  tənzimləyir. 
Həmin  qaydalar  isə  kiçik  fərqlərlə  “İnformasiya  əldə  etmək 
haqqında” qanunun müddəalarının təkrarıdır.
  
 


80 
 
 
4.
 
Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Azərbaycan 
Respublikası  Milli  Məclisi  qarşısındakı  illik  hesabatlarında 
açıq  hökumətin  təşviqi  və  korrupsiyaya  qarşı  mübarizə 
sahəsində  həyata  keçirilmiş  tədbirlər  haqqında  məlumatlara 
rast gəlinməyib. 
 
5.
 
Mərkəzi  və  yerli  icra  hakimiyyəti  orqanlarının  yanında 
ictimai  şuraların  yaradılması  ilə  bağlı  MFP-də  qoyulan 
müddət  2013-cü  ildə  başa  çatsa  da,  şuraların  yaradılması 
prosesi  hələ  də  ləngiyir.  “İctimai  iştirakçılıq  haqqında” 
Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ 
nömrəli  Qanununun  tətbiqi  barəsində  Azərbaycan  Respublikası 
Prezidentinin 16 yanvar 2014-cü il tarixli Fərmanında fəaliyyətinə 
ictimai  nəzarət  ediləcək  mərkəzi  icra  hakimiyyəti  orqanları 
barəsində  təkliflərini  hazırlayıb  Azərbaycan  Respublikasının 
Prezidentinə  təqdim  etmək  üçün  Nazirlər  Kabinetinə  3  ay  vaxt 
verilib.  Lakin  bir  ildən  artıq  vaxt  keçsə  də,  hansı  mərkəzi  icra 
hakimiyyəti orqanlarında ictimai şuraların yaradılması bəlli deyil. 
 
6.
 
Dövlət  orqanlarının  fəaliyyətini  tənzimləyən  qanunverici 
aktların  sadə  və  anlaşıqlı  formada  rəhbər  prinsiplərin 
işlənilməsi  ilə  bağlı  fəaliyyətlər  aparılsa  da,  onun  qəbul 
olunması ləngiyir. 
 
7.
 
Yerli  icra  hakimiyyəti  orqanlarının  internet  saytları  vahid 
formada  olsa  da,  imkanları  məhduddur.  Saytlarda  xəbərlərin 
arxivləşdirilməsi  üçün  səhifə  məhdudiyyəti  qoyulub.  Bu  isə  bəzi 
hallarda  yerli icra strukturlarının cəmi 2-3 aylıq  fəaliyyətinə dair 
məlumatların arxivləşməsinə imkan verir.  
Saytlarda  axtarış  rejimi  yoxdur.  Hesabat  bölməsi  nəzərdə 
tutulmayıb.  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə