Azərbaycan Xalq Cümhuriyyəti – 100



Yüklə 489,7 Kb.
Pdf görüntüsü
səhifə3/16
tarix08.09.2018
ölçüsü489,7 Kb.
#67516
1   2   3   4   5   6   7   8   9   ...   16

 

AXC dövründ



ə təşkil edilmiş ilk Parlamentimizdə müsəlman 

Şərqində ilk dəfə ölkə ərazisində yaşayan bütün xalqlar və fəaliy-

y

ət göstərən siyasi təşkilatlar təmsil olunurdu. AXC-nin tolerant 



mühitinin  olması  elə  bundan görünürdü ki, parlamentdə  tarixi 

düşmənimiz olan ermənilərin 21 nümayəndəsi  vardı.  Burada 

ruslara, y

əhudilərə, gürcülərə  də  yer  ayrılmış,  bütün millətlər 

qanun  qarşısında  cavabdehlik  daşıyırdı.  AXC  o  zaman  Şərqdə, 

müs


əlman  dünyasında  ilk  dövlət idi ki,  qadınlara  seçki  hüququ 

vermişdi. Müqayisə üçün qeyd edək ki, qadınlar ABŞ-da 1920-ci 

ild

ə, Fransada 1944-cü ildə, İsveçrədə isə 1971-ci ildə səsvermə 



hüququ  qazanıblar.  Beləliklə, Azərbaycan  Şərqdə  qadınlara 

seçm


ək və seçilmək hüququ verən ilk ölkədir. Qadınlara verilmiş 

bu hüquq sonrakı illərdə də reallaşdırılmış və qadınlar Azərbay-

canda h

əyatın bütün sahələrində özlərinə məxsus yer tutub, bəra-



b

ərhüquqlu vətəndaşlar  kimi  bütün  imkanlardan  istifadə  etməyə 

başlamışdılar.  Azərbaycan  qadını  XX  əsrin  20-30-cu  illərinin 

ictimai-siyasi h

əyatında,  iqtisadi  və  mədəni  quruculuğunda  fəal 

iştirak etmişdir. 

Cümhuriyy

ətin apardığı bütün bu islahatlar çox çətin yaşam 

şərtləri daxilində, ermənilərlə müharibə şəraitində, şimaldan rus, 

q

ərbdən ingilis, cənubdan İran təhlükəsi ilə qarşı-qarşıya qalaraq 



h

əyata keçirilirdi. Yəni, o müdrik insanlar, Vətən mücahidləri 

olan  ziyalılar  heç  nədən çəkinməyərək gələcəyimiz üçün vacib 

olan q


ətiyyətli addımları atmağı bacardılar. 

1920-ci ilin 28 aprelind

ə bolşevik işğalı nəticəsində min bir 

əziyyətlə qurulan bu dövlət devrildi

.

 

Baş nazir Fətəli Xan Xosyki 



1920-ci ild

ə  Tiflisdə  bir erməni tərəfindən güllələnərək  şəhid 

oldu, onun x

ələfi sayılan hökumət başçımız Nəsib bəy Yusifbəyli 

d

ə  elə  həmin il qətlə  yetirildi və  bu günə  qədər harada və  kim 



t

ərəfindən  öldürüldüyü  sirr  olaraq  qalır.  Daxili  işlər nazirimiz 

Behbud  xan  Cavanşir,  parlamentin  sədr müavini Həsən bəy 

Ağayev də həmçinin Tiflisdə erməni terrorçular tərəfindən güllə-

l

ənərək şəhidliyə qovuşdular. Məhəmməd Əmin Rəsulzadə, Şəfi 



b

əy Rüstəmbəyli, Əlimərdan bəy Topşubaşov və digərləri ömür-




 

l



ərinin sonunadək vətən həsrəti ilə  qürbətdə  mühacirət həyatı 

yaşamağa məcbur edildilər. 

71 il sovet t

əbliğat maşını Azərbaycan xalqının milli məfku-

r

əsini, mənəvi  ideallarını  yox  etmək üçün var-gücü ilə  çalışdı. 



Minl

ərlə insanımız fiziki işgəncələr və amansız qətllərlə müşayiət 

olunan repressiyalara m

əruz qaldı. Lakin milli və mənəvi məfku-

r

ə məhv olmadı. 



XX 

əsrin  70-80-ci illərində  ziyalılar  ulu öndər  Heydər 

Əliyevin qayğısı ilə əhatə olundular. Müstəqil dövlət üçün lazım 

olan t


əməllər məhz bu illərdə  düşünülmüş  şəkildə  hazırlandı. 

Az

ərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli 



bayrağımız  rəsmi  şəkildə  ilk dəfə  1990-cı  il  noyabrın  17-də 

Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məclisində  Heydər 

Əliyevin təşəbbüsü və  rəhbərliyi ilə  keçirilən sessiyada muxtar 

respublikanın dövlət bayrağı kimi təsdiq edilmişdir.  

1991-

ci ilin 18 oktyabrında 71 il öncə 28 may günü qurulan 



cümhuriyy

ət yenidən bərpa olundu. Azərbaycan  Respublikası 

Az

ərbaycan Xalq Cümhuriyyətinin varisi oldu. Azərbaycan  “bir 



k

ərə  yüksələn bayraq bir daha enməz!”  şüarının  ölməzliyini 

sübut  etdi.  İndi  artıq  27  ildir ki, müstəqilliyimizin bəhrələrini 

görürük. 

28 may  bizim ücün n

ə  deməkdir?  Əgər nəzərə  alsaq ki, 

bugünkü  müst

əqil Azərbaycan, Azərbaycan Xalq Cümhuriyyəti-

nin varisidir

, onda daha da aydın olar ki, bu gün fəxr etdiyimiz 

azad Az

ərbaycan öz tarixi başlanğıcını, 1918-ci ilin milli azadliq 



h

ərəkatının nəticəsi olan Azərbaycan Xalq Cümhuriyyətindən 

alıb və bugünkü mövcudiyyətində mənəvi olaraq ona borcludur. 

28 may sad

əcə keçmişimizin bir mərhələsini ifadə edən sadə 

bayram deyil, dövl

ətçilik  ənənələrinin  varislik  prinsipi  baxımın-

dan söyk

əndiyi tarixi bir gündür. Bu  ənənələrin  qorunması  və 

g

ələcək nəsillərə  ötürülməsi də  tarixi  mirasımıza  sahib  çıxmaq-



dan, onu yaşatmaqdan keçir. 

Cümhuriyy

ət  dövrü  tarixinin  sistemli  araşdırılmasına  başla-

nılması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. AXC-




10 

 

nin 80, 85 illik  yubileyl



əri ilə  bağlı  ulu  öndər Heydər  Əliyevin 

verdiyi s

ərəncamlar həmin dövrdə  çoxsaylı  arxiv  sənədlərinin 

toplanması,  elmi  işlərin, akademik nəşrlərin çap edilməsi ilə 

n

əticələnib.  



2004-cü ild

ə  iki cilddə  Azərbaycan Xalq Cümhuriyyəti 

Ensik

lopediyası  çap olunmuşdur.  AXC  haqqında  latın  qrafikası 



il

ə  nəşr  edilən ensiklopediya kitabxanalara pulsuz paylanılmış, 

2014-cü ild

ə  isə  ensiklopediyanın  təkmilləşdirilmiş  ikinci  nəşri 

işıq üzü görmüşdür. 

 Heyd


ər  Əliyev  Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmi-

zin dövl


ətçilik tarixində rolunu həmişə  yüksək qiymətləndirmiş, 

cümhuriyy

ətin  xalqımızın  azadlıq  və  müstəqillik fikirlərini daha 

da gücl


əndirdiyini bildirmişdir. Heydər Əliyev dövlətçilik tarixi-

mizd


ə  Azərbaycan Xalq Cümhuriyyətinin özünəməxsus yeri 

oldu


ğunu nəzərə alaraq 2003-cü ilin fevral ayında Bakı şəhərində 

Xalq Cümhuriyy

ətinin xatirəsinə  abidə  ucaldılması  haqqında 

s

ərəncam imzalamışdır. 2007-ci ilin mayında Bakıda İstiqlaliyyət 



küç

əsində  Cümhuriyyət xadimlərimizin  şərəfinə  abidə  ucaldıl-

mışdır.  Xatirələri  əbədiləşdirilmiş,  küçə,  prospekt  və  qəsəbə 

onların  şərəfinə  adlandırılmışdır.  Görkəmli xadimlər  haqqında 

s

ənədli filmlər çəkilmiş,  xarici  ölkələrdəki məzarları 



abadlaşdırılmışdır. 

Ulu Önd


ərin  siyasi kursunu layiqincə  davam etdirən Prezi-

dent İlham Əliyev xalqımızın tarixi keçmişinin öyrənilməsi kimi 

m

əsələləri daim diqqət mərkəzində  saxlayır.  Hər il 28 May - 



Respublika Günü münasib

ətilə  Azərbaycan  Prezidenti  İlham 

Əliyevin adından rəsmi qəbullar təşkil olunur, bu əlamətdar günlə 

bağlı dövlətimizin başçısı xalqı təbrik edir.  

Bu il Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq 

Cümhuriyy

ətinin  qurulmasının  100  ili  tamam  olur.  Azərbaycan 

Xalq Cümhuriyy

ətinin 100 illik yubileyinin qeyd edilməsi ilə 

bağlı Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərənca-

ma 

əsasən, Cümhuriyyətin  yaradılmasının  100  illik  yubileyi 



respublikada dövl

ət səviyyəsində  geniş  qeyd  ediləcək.  Dövlət 

başçısı  tərəfindən  2018-ci ilin “Azərbaycan Xalq  Cümhuriyyəti 



Yüklə 489,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə