KitabxanaşÜnasliq və İnformasiYA



Yüklə 156,6 Kb.
Pdf görüntüsü
tarix08.11.2018
ölçüsü156,6 Kb.
#79354


№1  (22)

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA

2017


H EY D Ə R   Ə LİY EV  İR SİN İN   Ö Y RƏ N İLM ƏSİN D Ə   K İTA B LA R IN

Ə H Ə M İY Y Ə Tİ

SÜLEYM ANOV R.İ.

BDU,  Kitabşünaslıq və Nəşriyyat işi 

kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru

Məqalədə  Azərbaycan  elmini,  mədəniyyətini  və  ədəbiyyatını  dərindən 

bilən,  onu  böyük  məhəbbətlə  sevən  və  yüksək  qiymətləndirən,xalqımızın 

ümummilli  lideri,müstəqilliyimizin  memarı,dünya  şöhrətli  ictimai-siyasi  və 

dövlət  xadimi  Heydər  Əliyevin  Azərbaycan  kitab  mədəniyyəti,  kitabçılıq 

işi,kitab  və  onun  nəşri  məsələləri  ilə  əlaqədar  dahiyanə  və  müdrik 

fikirləri,qayğısı,eyni  zamanda  onun  zəngin  irsi  və  ulu  öndərə  həsr  olunmuş 

fundamental kitablar və tədqiq edilmişdir.

Ulu  öndərin həyatımızın  bütün sahələrini  əhatə  edən fundamental elmi- 

nəzəri  irsinin  daim  araşdırılmasına,öyrənilməsinə  geniş  yer  ayrılmış  və  bu 

məsələlər ardıcıllıqla  təhlil olunmuşdur.

Açar  sözlər:  Ümummilli  lider,  kitab  mədəniyyəti,  dövlət  atributları, 

fundamental kitablar,  miniatür nəşrlər,  albom-kitablar.

Heydər Əliyevin zəngin irsinin  öyrənilməsi və təbliği  bütün Azərbaycan 

xalqının ümdə istəyidir.

Ulu  öndər  Heydər  Əliyevin  nəzəri  irsi  milli  sərvətimizdir  və  biz  bu 

qiymətli  irsi  zaman-zaman  öyrənməli,  dövlətçiliyimizə  və  həyatımıza  tətbiq 

etməliyik.  Bu  istiqamətdə  bir  çox  dəyərli  əsərlər  yazılıb.  Akademik  Ramiz 

Mehdiyev  tərəfindən  Heydər  Əliyev  irsinin  tədqiq  metodologiyası  və 

araşdırmaların  strategiyası  işlənib hazırlanmışdır.

2007-ci  ildə  “Azərnəşr”  tərəfindən  çap  olunmuş  Azərbaycan  Prezidenti 

İlham  Əliyevin  Ulu  öndər  Heydər  Əliyevə  ithaf  olunmuş  “Azərbaycanıma 

inanırdım”  kitabının  nəşriyyat  annotasiyasında  deyilir:  “Bu  kitab  Azərbaycan 

Prezidenti  İlham  Əliyevin  dörd  il  ərzində  rəhbərlik  etdiyi  ölkəsi,  onun  uğurlu 

inkişaf yolu,  respublikanın  bugünkü  həyatı  haqqında  parlaq,  dərin  və  obrazlı 

söhbətdir. 

Kitabda  Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyev 

haqqında faydalı və çox maraqlı məlumatlar öz əksini tapmışdır” .

Möhtərəm  Prezidentimiz  İlham  Əliyev  kitabın  “Nəticə”sində  qeyd  edir 

ki:  “Mən  tez-tez  Franklin  Ruzveltin  bir  kəlamını  xatırlayıram.  Atam  bu  ABŞ 

prezidentinə  heyran  idi.  Ruzvelt  demişdir:  “Bizim  qurduğumuz  dünya

39



KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA

№1  (22) 

2017

amerikalı,  yaxud  rus,  fransız,  Çin  dünyası  olmaya  bilər...  O,  bütün  ölkələrin 



ümumi  səylərinə əsaslanan dünya olmalıdır”

Ruzveltin  fikrini  tamamlayaraq  əlavə  edim  ki,  bizim  qurduğumuz 

Azərbaycan bütün  insanların  səylərinə  əsaslanan  ölkə  olmalıdır.  Ümid  edirəm 

ki,  mənim kitabım bir-birimizlə məhz belə münasibətin qurulmasına töhfədir.

Mən  inanıram  ki,  bu  kitab  hələ  başa  çatmamışdır.  Başa  çata  da  bilməz. 

Onun qalanını zaman,  həyat özü yazacaq,  dəqiqləşdirəcək.  Və məqsədlərimizə 

çatmağa  kömək  edən  gündəlik  işimiz  yazacaq.  Bu  kitabın  səhifələrində  o 

məqsədlər barədə  söz açdım.

Güman  edirəm  ki,  bu  kitabın  oxucusu  yer  kürəsinin  istənilən  yerində 

olduğu  kimi,  Azərbaycanda  da  dəyişikliklərin  asanlıqla  başa  gəlmədiyini 

gördü.”

2004-cü  ildə  “Azərnəşr”  tərəfindən  nəşr  olunub  oxuculara  təqdim 



olunan  “Dünyanı  heyran  qoyan  insan”  kitabında  dünyanın  görkəmli  siyasi  və 

dövlət xadimlərinin,  diplomatlardan,  ədəbiyyat,  elm,  mədəniyyət və  incəsənət 

xadimlərindən tutmuş biznes  nümayəndələrinə, jurnalistlərə  qədər ən m üxtəlif 

peşə  sahiblərinin  otuz  ildən  cox  siyasi  hakimiyyətin  zirvəsində  olan 

ümummilli  liderimiz,  xalqımızın  dahi  oğlu  Heydər  Əliyev  haqqında 

fikirlərinin  bir hissəsi  toplanmışdır.  Müəlliflər  qeyd  edirlər  ki,  “ümidvarıq  ki, 

bu  materiallar  Heydər  Əliyev  şəxsiyyətinin  əzəmətinin,  müasir  tarixdə  onun 

müstəsna  rolunun  daha  dolğun  və  dərindən  dərk  olunmasında  indiki  və 

gələcək nəsillərə kömək edəcəkdir.”  [1,  s.  376]

Kitab  akademik  Ramiz  Mehdiyevin  rəhbərliyi  ilə  çap  olunmuşdur.  Bu 

fundamental  kitabın  tərtibçi  redaktorları  Aslan  Aslanov,  V aqif  Musayev  və 

Dağbəyi  İsmayılovdur.

Ulu  öndər Heydər  Əliyev  haqqında  bədii  əsərlər,  sənədli  oçerklər,  elmi 

məqalələr  çox  yazılıb.  Bu  böyük  insanın  şəxsiyyətinin  və  gördüyü  işlərin 

miqyası  o  qədər genişdir ki,  onun öyrənilməsi  üçün  elmdə  ayrıca bir istiqamət 

yaratmaq  vaxtı  gəlib  çatmışdır.  Bu  əsərlər  arasında  Azərbaycanın  tanınmış 

yazıçı-publisisti Milli Məclisin deputatı  Elmira Axundovanın “Heydər Əliyev. 

Şəxsiyyət və  zaman”  çoxcildli  roman-tədqiqatı  xüsusi  yer tutur.  2013-cü  ildə 

müasir  dövrün  görkəmli  dövlət  və  siyasi  xadiminin,  Azərbaycan  xalqının 

ümummilli  liderinin  çoxcəhətli  həyat  və  yaradıcılığına  həsr  olunmuş  bu 

fundamental  əsərin  son  beşinci  və  altıncı  (iki  hissədə)  kitabları  çapdan 

çıxmışdır.  Kitab  nəinki  Azərbaycanda,  həm  də  onun  hüdudlarından  kənarda 

böyük  oxucu  auditoriyası  qazanmışdır  ki,  bu  da  həm  Heydər  Əliyevin  qeyri- 

adi  şəxsiyyətinə  çox  böyük  maraqdan,  həm  də  romanın  danılmaz  ədəbi-bədii 

məziyyətlərindən irəli gəlir.  Rusiya Milli 

Kitabxanasında, 

Sankt-

Peterburqdakı  Tavriya  Sarayında,  Ukraynada  və  Türkiyədə  ilk  dörd  cildin 



təqdimatı  keçirilmişdir.  Romanın  beşinci  kitabı  “Naxçıvan  dönüşü”  adlanır.

40


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA

№1  (22) 

2017

Bu  kitab  Heydər  Əliyevin  tərcümeyi-halında  “Naxçıvan  dövrünə”  həsr 



olunmuşdur  və  1990-cı  ilin  iyulundan  1993-cü  ilin  iyununadək  olan  zaman 

kəsiyini  əhatə  edir.  M üəllif kitaba  ön  sözündə  oxucuya  müraciətində  yazır ki, 

bu  nəinki  Naxçıvan  Muxtar  Respublikasının,  həm  də  bütün  Azərbaycanın 

tarixində ən mürəkkəb,  həmçinin ən əlamətdar dövrlərdən biridir.

...Öz həyatının başlıca kitabını  yazmaq  səadəti  hər yazıçıya nəsib  olmur. 

Bu  Elmira  Axundovaya  nəsib  olmuşdur.  M üəllif  kitablarından  birinin 

müqəddiməsində  yazır:  “Bəzən  məndən  soruşurlar:  “Heydər  Əliyev  haqqında 

daha  nə  qədər  yazacaqsınız?”  Açıq  etiraf edirəm:  “Yəqin  ki,  bütün  həyatım 

boyu” .  Təəccüblü  heç  nə  yoxdur.  Axı,  rus  tarixçisi  R udolf  İvanovun  qeyd 

etdiyi  kimi  “ ...dahi  insanlarda bir  çox  öyrənilməmiş  keyfiyyətlər  olur,  onların 

aşkara  çıxarılmasına  və  ifadə  olunmasına  zaman  və  insanlar  kömək 

edəcəkdir”  [14,s.2]

Müasir  müstəqil  Azərbaycan  dövlətinin  memarı  və  qurucusu,  dünya 

şöhrətli  siyasi  xadim  bütün  dövrlərin  dühası,  xalqımızın  ümummilli  lideri 

Heydər  Əliyev  həyatının  və  fəaliyyətinin  bütün  dövrlərində  Azərbaycan 

kitabına  böyük  qiymət  vermiş  və  onun  inkişafına,  tərəqqisinə  qayğı  ilə 

yanaşmışdır.

Bəşəriyyətin  ən nadir tarixi  şəxsiyyətlərindən  olan  ulu  öndərin həyat və 

fəaliyyətinə,  zəngin  və  çox  qiymətli  irsinə  zaman-zaman  filosoflar, 

mədəniyyətşünaslar,  dilçilər,  tarixçilər,  ədəbiyyatşünaslar,  kitabxanaşünaslar, 

kitabşünaslar,  sosioloqlar,  iqtisadçılar  və  b.  sahələrdən  olan  alimlər,  yaradıcı 

ziyalılar ona və əsərlərinə fundamental  monoqrafiyalar,  elmi  əsərlər həsr etmiş 

və  bu  iş  minilliklər  boyu  davam  etsə  belə,  onun  zəngin  irsinin  gələcək 

nəsillərə çatdırılması  işində mühüm əhəmiyyət kəsb  edəcəkdir.

Ümummilli  lider Heydər  Əliyev  demişdir:  “Kitab  nəşri  hər  ölkənin,  hər 

xalqın mədəniyyətində,  ümumiyyətlə,  mənəvi,  ictimai  həyatında çox  görkəmli 

yer tutur.  Hər birimiz  ilk  növbədə  ancaq  kitab  vasitəsilə  təhsil  almış,  elmlərə 

yiyələnmiş,  həyatda  yaşamağa,  fəaliyyət  göstərməyə  hazırlaşmışıq.  Ona  görə 

də  hər  birimiz  kitablara  borcluyuq.  Həm  kitabları  yazıb-yaratmaq  həm  də 

onları  nəşr  etmək  əsas  vəzifələrimizdən  biridir.  Bunun  üçün  mümkün  olan 

bütün  tədbirləri  görməliyik.  Mən  respublikanın  prezidenti  kimi  bunu  əsas 

vəzifələrimdən  biri  sayıram.  Doğrudur,  indiki  ağır  sosial-iqtisadi  böhran 

dövründə,  respublikamızın  iqtisadiyyatında yaranmış  çətinliklərlə  əlaqədar və 

başqa  ölkələrlə  əlaqələrin  məhdudlaşdığı  bir vaxtda  nəşriyyat  işi  çətinliklərlə 

qarşılaşır.  Bu  təbiidir.  Ancaq  biz  bu  çətinliklərin  qarşısını  almalıyıq,  bunun 

üçün yeni-yeni yollar axtarmalıyıq.

Eyni  zamanda yazılan  kitabların  nəşr olunmasının  qayğısına  qalmalıyıq. 

Bilirəm  ki,  yazılanlar  və  yazmaq  istəyənlər  çoxdur.  Bu  adamlar-alimlər, 

yaçılar,  mədəniyyət  xadimləri  yazılarının  bir  çoxunu  çap  etdirə  bilmirlər.  Bu

41



KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA

№1  (22) 

2017

çətinliyi  hamımız  dərk  etməliyik.  Ancaq  bununla  kifayətlənmək  olmaz.  Hər 



bir  çətinlikdən  çıxış  yolu  tapmalıyıq,  özü  də  bu  yolu  birlikdə  axtarmalıyıq. 

Dövlət  də  bütün  imkanlardan  istifadə  edəcəkdir.  Ancaq  ayrı-ayrı  cəmiyyətlər, 

təşkilatlar,  iş  adamlarımız  da  bu  işə  qoşulmalıdır.  Arzu  edirəm  ki,bu 

tövsiyənin əməli  nəticələri  olsun” .

Ulu  öndərin  ideyaları  kimi  bu  arzusu  da  onun  layiqli  davamçısı 

möhtərəm  prezident  İlham  Əliyevin  uğurlu  siyasəti  sayəsində  beynəlxalq 

standartlar  səviyyəsində  həyata  keçirilmişdir.  Heydər  Əliyev  Fondunun 

prezidenti  Mehriban  Əliyeva  ulu  öndərin  bu  arzusunun  qısa  zamanda 

reallaşmasını  nəinki respublikamızda,  o cümlədən bütün dünyada təmin etdi.

Əməkdar  elm  xadimi,  professor  Abuzər  Xələfov  “Heydər  Əliyev  və 

Azərbaycan  kitabxana  işi”  adlı  fundamental  monoqrafiyasmda bu tarixi  çıxışı 

belə  xarakterizə  edir:  “Heydər  Əliyevin  böyük  proqram  əhmiyyətinə  malik 

olan  bu  çıxışı  müstəqillik  dövründə  nəşriyyatların  qorunub  saxlanılmasına 

imkan  verdi.  Hakimiyyət  böyük  çətinliklə  olsa  da  dövlət  nəşriyyatlarına 

müəyyən  qədər vəsait  ayırır,  özəl  nəşriyyatların  yaranmasına  şərait  yaradırdı. 

Dövlətin  həyata  keçirdiyi  bu  siyasət  özünü  doğrultdu,  ölkədə  özəl 

nəşriyyatların  böyük  şəbəkəsi  yarandı.  Ölkədə  senzuranın  ləğvi  kitab  çapı 

işində hər cür ideoloji  maneəni  aradan  qaldırdı.  90-cı  illərin əvvəllərində kitab 

çapı  sahəsində baş verən böhran tədricən aradan qalxdı” .

Əməkdar  elm  xadimi,  professor  Yaqub  Mahmudov  “Heydər  Əliyev  -  

ümumdünya  tarixinin  azərbaycanlı  dahisi”  əsərində  yazır:  “Tarix  yalnız  dahi 

şəxsiyyətlərin  nurlu  əməlləri  sayəsində  nəsillərin  yaddaşına  həkk  olunur. 

Azərbaycan  xalqı  dünya  tarixinə  neçə-neçə  böyük  mütəfəkkirlərlə  yanaşı 

Cavanşir,  Babək,  Şəmsəddin  Eldəgiz,  Məhəmməd  Cahan  Pəhləvan,  Qızıl 

Arslan,  Uzun  Həsən,  Şah  İsmayıl  Xətai,  Nadir  şah  kimi  qüdrətli  dövlət 

xadimləri  də bəxş etmişdir.

Əsrlər  keçdikdən  sonra  -   XX  yüzillikdə  xalqımız  daha  bir  dahi 

şəxsiyyət  yetirdi.  Dünyanın  Atatürk,  Vaşinqton,  C.Nehru,  De  Qoll  kimi  nadir 

tarixi  simaları  sırasında Heydər  Əliyev  şəxsiyyəti  öz  layiqli  yerini  tutdu”  [16, 

s.335].


Millət vəkili,  professor Yaqub  Mikayıl  oğlu  Mahmudovun  (Mahmudlu) 

“Heydər  Əliyev  ideyalarının  zəfər  yürüşü”  kitabı  2011-ci  ildə  “Təhsil” 

nəşriyyatı tərəfindən çap  olunmuşdur.  Kitabda Heydər Əliyev şəxsiyyəti,  onun 

zəngin  irsinin  və  ideyalarının  davamçısı  olan  Prezident  İlham  Əliyevin 

uzaqgörən  daxili  və  xarici  siyasəti  və  bu  siyasətin  uğurları  Azərbaycanın 

dövlətçilik tarixi  fonunda  araşdırılır.  Əsərdə Ulu  Öndərin  doğma xalqına bəxş 

olunmuş  ömür  yoluna  “Azərbaycanın  dövlətçilik  tarixindən”,  “Azərbaycan 

dövlətçiliyinin xilaskarı”,  “Ötən minilliklərin tarixinə Heydər Əliyev baxışı və 

ya  tariximizin  dirçəliş  konsepsiyası”,  “Qurtuluş  mübarizəsinin  qalibi”,  “Yeni

42



KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA

№1  (22) 

2017

Azərbaycan  Partiyasının  banisi,  Yeni  Azərbaycanın  qurucusu”,  “Ata 



Yurdumuzun Atatürkü”  adlanan  ayrıca başlıqlar həsr olunmuşdur.  Azərbaycan 

Respublikasının  Prezidenti  İlham  Əliyevin  həyata  keçirdiyi  böyük  quruculuq 

və  abadlıq  işləri,  xalqımızın  parlaq  gələcəyinə  istiqamətlənmiş  islahatlar 

proqramı  və  milli  təəssübkeşlik fəaliyyəti  kitabın  “Heydər Əliyev -  zaman və 

məkan  anlayışlarından  ucada  duran  azərbaycanlı  dahi”  və  “Heydər  Əliyev 

ideyalarının zəfər yürüşü” bölmələrində tədqiq edilmişdir.

Kitab Heydər Əliyev irsini,  onun inkişaf strategiyasını müasir mərhələdə 

uğurla  davam  etdirən Prezident İlham  Əliyevin fəaliyyətini  öyrənən tarixçilər, 

həmçinin  geniş  oxucu  kütləsi  üçün  nəzərdə  tutulmuşdur.  Kitabın  elmi 

redaktoru tarix elmləri  doktoru,  professor Əli Həsənovdur.

Bu  gün  dahi  liderin  xatirəsinə  onlarca  sanballı  kitablar  həsr  olunur, 

Heydər Əliyev irsi  öyrənilir və təbliğ edilir,  gələcək nəsillərə ötürülür.

Mədəniyyət  və  Turizm  Nazirliyinin  nəşr  etdiyi  “Heydər  Əliyev  və 

mədəniyyət”  (üç  cilddə)  kitabında  Heydər  Əliyevin  1969-2003-cü  illərdə 

Azərbaycana  rəhbərlik  etdiyi  dövrdə Azərbaycanın mədəniyyət,  incəsənət və 

ədəbiyyat  xadimləri  -   yazıçı,  şair,  rəssam,  heykəltəraş,  memar,  xanəndə, 

bəstəkar,  aktyor  və  s.  ilə  çoxsaylı  görüşləri,  yubiley  mərasimində  sənət 

adamları  ilə onların  öz  sənət dilində  söhbətləri,  ədəbi-mədəni  irsimiz haqqında 

çıxış  və  nitqləri  toplanmışdır.  Bu  zəngin  materiallar  bir  tərəfdən  Heydər 

Əliyevin  ədəbi-mədəni  mənəvi  dəyərlərimizə  sıx  bağlı  olmasını,  ardıcıl 

nümayiş  etdirirsə,  ikinci  tərəfdən  dövlətimizin  müstəqillik  tarixini  yaradan 

Heydər  Əliyevin  yüksək  intellektə,  dərin  zəkaya,  fenomenal  bədii  təfəkkürə 

və təxəyyülə,  geniş dünyagörüşünə malik olduğunu  sübut edir  [18,  s.536].

“Görkəmli  adamların  həyatı”  seriyası  ilə  Viktor  Andriyanovun  və 

Hüseynbala  Mirələmovun  “Heydər  Əliyev”  kitabı  “Nurlan”  nəşriyyatı 

tərəfindən 2008-ci  ildə nəşr olunmuşdur.

Heydər  Əliyev  Sovet  İttifaqı  hökumətində  ikinci  şəxs  və  Sov.İKP  MK 

Siyasi  Bürosunun  üzvü  idi.  Qərəzli  və  ədalətsiz  istefadan  sonra  o,  böyük 

siyasətə qayıtmağa və doğma Vətəni  müstəqil  Azərbaycana rəhbərlik edib  onu 

bəlalardan  qurtarmağa  özündə  güc  tapdı.  Yazıçılar  Viktor  Andryanov  və 

Hüseynbala  Mirələmov  arxiv  mənbələrində,  Heydər  Əliyevin  yaxınlarmm  və 

doğmalarının,  silahdaşlarının və yoldaşlarının xatirələrinə  əsaslanıb,  bu böyük 

şəxsiyyət haqqında dolğun və müfəssəl məlumat verirlər.

Yazıçı  Hüseynbala  Mirələmov  araşdırmalarını  davam  etdirərək,  kitabın 

rus  dilində  ikinci  nəşrinin  Azərbaycan  dilində  tərcümə  edilmiş  bu  nəşrinə  bir 

sıra  yeni,  sənədli  materiallar  əlavə  etməklə  əsəri  daha  da  zənginləşdirmiş  və 

bu dahi  şəxsiyyətin gerçək,  bitkin obrazını  oxuculara çatdırmağa çalışmışdır.

Kitabda Heydər Əliyevin  ailə  arxivindəki,  Naxçıvandakı  Heydər Əliyev 

muzeyinin,  Heydər  Əliyevin  şəxsi  fotoqrafları  R.Bağırovun,  Y.Qrabilinin

43



KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA

№1  (22) 

2017

“Trud”  qəzetinin  və  müəlliflərin  arxivlərindəki  fotoşəkillərdən  istifadə 



olunmuşdur [19,  s.562].

Milli  Elmlər  Akademiyasının  müxbir  üzvü,  kimya  elmləri  doktoru, 

professor  V aqif  Abbasov  “Liderlik  fəlsəfəsi”  kitabında  liderlik  haqqında 

olduqca maraqlı  fikirlərini  sistemli  şəkildə oxuculara təqdim edir.

Azərbaycana  rəhbərlik  etdiyi  34  il  ərzində  ölkənin  hərtərəfli  inkişafına, 

tərəqqisinə  nail  olan,  onu  bütün  dünyaya  tanıdan,  müstəqil  Azərbaycanın 

qurucusu,  dövlətçiliyimizin  qarantı,  ümummilli  liderimiz  Heydər  Əliyev 

fenomeninin  sosiologiya və politologiya elmində liderliyi  müəyyənləşdirən 21 

qanuna əsasən məharətlə tədqiqi  kitabın ana xəttini təşkil  edir.  M üəllif Heydər 

Əliyevin  titanik  fəaliyyətini  tarixin  prizmasından  keçirərək  onu  dünyanın 

tanınmış  siyasətçiləri,  sərkərdələri  və  dahi  şəxsiyyətləri  ilə  müqayisəli  şəkildə 

təhlil və tədqiq edir.

Vaqif Abbasov Heydər  Əliyevin  siyasi  kursunu ləyaqətlə  davam  etdirən 

İlham  Əliyevin  xalqın  etimadını  qazanaraq  prezident  seçilməsinin  də 

qanunauyğunluq  olduğunu  elmi  və  məntiqi  əsaslarla  hərtərəfli  təhlil  etmişdir 

[20,  s.204].

“Heydər  Əliyev  və  Milli-mənəvi  dəyərlər”  kitabı  2011-ci  ildə  nəşr 

olunmuşdur.  Azərbaycan Dövlət Mədəniyyət və  İncəsənət Universitetinin  uzun 

illər  rektoru  olmuş,  Əməkdar  incəsənət  xadimi  filologiya  elmləri  doktoru, 

professor  Timuçin  Əfəndiyevin  bu  kitabı  ulu  öndər,  ümummilli  liderimiz 

Heydər 

Əliyevin 



çoxcəhətli 

mədəniyyət 

nəzəriyyəsinin 

təhlilinə 

həsr 

olunmuşdur.  Müəllif  tarixilik  prinsipinə  əsaslanaraq  dünya  şöhrətli  siyasi 



xadimin  mədəniyyət  konsepsiyasını  şərh  etməyə  çalışır.  O,  belə  bir  fikri 

metodoloji  əsas  kimi  götürür  ki,  Heydər  Əliyev  istər  çoxəsrlik  zəngin 

ədəbiyyatımız,  istərsə  də  qədim  və  bədii  cəhətdən  kamil  mədəniyyət  və 

incəsənətimizin  ayrı-ayrı  sahələrindən  bəhs  edərkən  bütün  bunlara  dövlətçilik 

nöqteyi-nəzərindən,  azərbaycançılıq  fəlsəfəsinin məxəzləri kimi yanaşmışdır.

Kitabda  ulu  öndərin  milli-mənəvi  xəzinəmiz  olan  adət  və  ənənələrimiz, 

dini  inanclarımız,  ədəbiyyatın,  incəsənətin  müxtəlif  sahələri  ilə  bağlı  söylədiyi 

fikirlər yer almışdır.  Həmçinin Heydər Əliyevin  sənət xadimləri  ilə unudulmaz 

görüşləri,  onlara göstərdiyi qayğısı,  diqqəti tədqiqatda xüsusi qeyd olunur.

Kitab 


elmi-konseptual 

xarakterdə 

olduğundan 

tədqiqatçı-alimlər, 

ziyalılar, tələbələr,  magistrlər və doktorantlar üçün nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının Prezidenti  İlham  Əliyevin 20  aprel  2007-ci 

il 

tarixdə 


imzaladığı 

“Azərbaycanda 

kitabxanaların 

fəaliyyətinin 

yaxşılaşdırılması  haqqında”  Sərəncamında  deyilir:  “Azərbaycan  Respublikası 

Prezidentinin  “Azərbaycan  dilində  latın  qrafikası  ilə  kütləvi  nəşrlərin  həyata 

keçirilməsi  haqqında”  2004-cü  il  12  yanvar  və  “2005-2006-cı  illərdə 

Azərbaycan dilində latın qrafikası  ilə çapı  nəzərdə tutulan əsərlərin  siyahısının



44


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA

№1  (22) 

2017

təsdiq  edilməsi  haqqında”  2004-cü  il  27  dekabr tarixli  sərəncamlarına  əsasən, 



milyonlarla  ədəbiyyat  nəşr  olunmuş  və  ölkə  kitabxanalarına  hədiyyə 

edilmişdir.  Yeni  nəşrlər  kitabxana  fondlarını  və  onlardan  istifadə  imkanlarını 

xeyli  genişləndirmişdir.

Bu nəşrlər sayəsində gənc nəslin latın  qrafikası  ilə  çap  olunmuş bədii  və 

elmi 

ədəbiyyata 



ehtiyacının 

ödənilməsi 

istiqamətində 

mühüm 


işlər 

görülmüşdür.  Lakin  həmin  kitabların  satışının  nəzərdə  tutulmaması  və  kitab 

həvəskarlarının  öz  şəxsi  kitabxanalarını  latın  qrafikasında  nəfis  şəkildə  nəşr 

olunmuş  ədəbiyyat  nümunələri  ilə  zənginləşdirmək  məqsədilə  Dünya 

ədəbiyyatının  görkəmli  nümayəndələrinin  əsərlərinin  Azərbaycan  dilində  nəşr 

edilməsi  də  təqdirəlayiq  bir  iş,  ulu  öndərin  başladığı  işin  davamı  kimi 

qiymətləndirilməlidir.

Azərbaycanın  kitabçılıq  işi  sahəsində  strateji  əhəmiyyətə  malik  olan 

proqram  xarakterli  bu  məsələlər  professor  Abuzər  Xələfovun  məlum 

monoqrafiyasında  elmi  müstəvidə  əsaslı  surətdə  təhlil  olunmuşdur  [17,  s. 

312].

Heydər  Əliyev.  “Müstəqilliyimiz  əbədidir”  çoxcildliyinin  “Azərnəşr” 



tərəfindən  çapdan  buraxılmış  42-ci  cildində  -   ümummilli  lider  Heydər 

Əliyevin  2002-ci  ilin  oktyabrın  14-də  İqtisadi  Əməkdaşlıq  Təşkilatına  üzv 

ölkələrin  dövlət başçılarının  İstanbulda  keçirilmiş  VII zirvə  görüşündəki  nitqi 

də yer almışdır.

Nəşrin  buraxılışına  məsul  Prezident  Administrasiyasının  rəhbəri, 

akademik Ramiz Mehdiyevdir.

Xalqımızın  ümummilli  lideri  Heydər  Əliyevin  çoxcildlik  əsərlərinin 

oxuculara  təqdim  olunan  bu  cildində  İstanbulda  İqtisadi  Əməkdaşlıq 

Təşkilatına  üzv  ölkələrin  dövlət başçılarının  VII  zirvə  görüşündə  ulu  öndərin 

çıxışları,  dövlət  və  hökumət  başçıları  ilə  danışıqları,  Azərbaycana  gələn  bir 

sıra xarici  dövlət və hökumət nümayəndələri, tanınmış ictimai-siyasi xadimlər, 

beynəlxalq  təşkilatların  rəhbərləri  ilə  yüksək  səviyyəli  görüşlərinə  dair 

materiallar, KİV-ə verdiyi bəyanat və müsahibələr dərc edilmişdir.

Kitabda, 

həmçinin  Ulu  öndərin  Azərbaycan  ədəbiyyatının  görkəmli 

nümayəndəsi,  böyük  şair  və  dramaturq  Hüseyn  Cavidin  ev-muzeyinin  açılış 

mərasimində, Bakı M etropoliteninin 35  illik yubileyinə həsr olunmuş təntənəli 

mərasimdə  nitqləri,  ölkəmizin  sosial-iqtisadi  inkişafı  və  ictimai-siyasi 

həyatından  bəhs  edən  materiallar,  Şəkiyə  səfəri  zamanı  şəhər  sakinləri  ilə 

görüşlərdəki  nitq  və  çıxışları,  Dağlıq  Qarabağ  probleminə  dair  prinsipial 

mövqeyi  öz əksini tapmışdır.

ƏDƏBİYYAT



45


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA

№1  (22) 



2017

1.  Dünyanı  heyran  qoyan  insan/İdeyanın  müəllifi  və  buraxılışa 

məsulRamizMehdiyev.- Bakı: Azərnəşr,  2004.- 376 s.

2.  Mərdanov M.  Azərbaycan  təhsil  tarixi:  4  cilddə.- Bakı,  2011.- 

CII.-S.241

3. 

Qasımlı M.  Heydər  Əliyev -   istiqlala gedən yol  (1969-1987-ci 

illər).- Bakı: Bakı  Universiteti nəşriyyatı,  2006.- 608 s.

4.  Heydər  Əliyev  və  Bakı  Dövlət  Universiteti:  buraxılışa  məsul, 

ön  sözün  və  məqalələrin  müəl.  Misir  Mərdanov;/  Tərt.  ed.  Əli 

Əhmədov. - Bakı,  1997.- S.4.

5.  Əliyev  Heydər.  Müstəqilliyimiz  əbədidir:  Çıxışlar, 

nitqlər, 

bəyanatlar,  müsahibələr,  məktublar,  məruzələr,  müraciətlər,  fərmanlar 

[Mətn].  Fevral,  2000  -  mart,  2000 K.25  /H.  Əliyev;  burax.  məs.  R. 

Mehdiyev.-Bakı: Azərnəşr,  2008.-S.117.

6.  Bakı  Dövlət  Universitetinin  dünya  şöhrətli  məzunu  /   Burax. 

məsul,  ön söz və  məqalələrin müəllifi MEA-nın müxbir üzvü, prof.  Abel 

Məhərrəmov.-Bakı: Bakı  Universitetinin nəşriyyatı,  2001.- S.21.

7.  Heydər  Əliyev  və  Şərq:  -  / 6   cilddə:  Türkiyə  Cümhuriyyəti.- 

Bakı:  Çaşıoğlu,  2003.- Kitab IV.- S.8.

8.  Türkiyənin Atatürk Kültür,  D il və  Tarix Yüksək Qurumunun sədri 

professor Sadiq Kamal Tural və Atatürk Araşdırmalar Mərkəzinin sədri 

professor  Mehmed  Saray 

ilə 

görüş: 

İlham 

Əliyev. 

İnkişaf 

məqsədimizdir:  10 cilddə.- Bakı: Azərnəşr,  2012.- Kitab  VI.- S.165-166.

9. 

29 dekabr 2000- ci  il  “Kitabi- Dədə  Qorqud” dastanının  1300 

illik yubileyi  şərəfinə  həsr  olunmuş  Azərbaycan  Prezidenti  Heydər 

Əliyevin adından Gülüstan sarayında keçirilən rəsmi qəbulda  Prezident 

Heydər  Əliyevin  nitqi:  Əliyev Heydər.  Müstəqilliyimiz  əbədidir.-Bakı: 

Azərnəşr,  2010.-Kitab 31.-S.283.

10.  Əliyev  Heydər.  Müstəqilliyimiz  əbədidir.  Çıxışlar,  nıtqlər, 

bəyanatlar,  müsahibələr,  məktublar.-  Bakı:  Azərnəşr,  2009.-  K.  25.- 

S.296.

11.  “Heydər  Əliyev irsi  və Azərbaycanın müasir  inkişafında İlham 

Əliyev  mərhələsi”  Beynəlxalq  elmi-praktik  konfrans  /Elmi  red.  və  ön 

söz.  müəl. 

Fizika  - Riyaziyyat  elmləri  doktoru,  professor  A səf 

İsgəndərov.- Bakı,  2007.- 280 s.

12.  Əliyeva  İ.Ulu  öndər  haqqında  37  miniatür  kitab  çap 

olunmuşdur//Azərbaycan. -2013. -S.3.

13.  Zəmanəmizin  ən  böyük  Azərbaycanlısı/Tərt.ed. 

Nurlana 

Əliyeva və b.- Bakı: Nurlan,  2007.-407s

46


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA

№1  (22) 

2017

14.  Maraqlı  insan  haqqında  maraqlı  kitab  /Heydər  Əliyev.- Bakı: 

Şəxsiyyət  və  zaman  roman  tədqiqatın  son  kitabları  çapdan  çıxmışdır. 

AzərTac: Azərbaycan. - 2013.-  4 aprel.- S..2.

15.  Xələfov  A.  Heydər  Əliyev  və  Azərbaycan  kitabxana  işi.  B.: 

Azərnəşr,  2006.  -  312s.

16.  Mahmudov  Y.  Heydər  Əliyev  ideyalarınm zəfər yürüşü.- Bakı: 

Təhsil,  2011.-S.335.

17.  Andriyanov  V.,  Hüseynbala  Mirələmov.  Görkəmli  adamların 

həyatı:  Heydər  Əliyev/  Viktor  Andriyanov,  Hüseynbala  Mirələmov.- 

Bakı: Nurlan,  2008.- 562 s.  (Azərbaycan dilində) .

18.  Abbasov  V.M. Liderlik fəlsəfəsi.-B akı:  Təhsil,  2004-204 s.

19. 

Əfəndiyev  T.  Heydər  Əliyev  və  milli-mənəvi  dəvərlərimiz. 

Bakı,  2011.- 260 s.

20. 

Əliyev  Heydər.  Müstəqilliyimiz  əbədidir:  Çıxışlar,  nitqlər, 

bəyanatlar,  müsahibələr,  məktublar,  məruzələr,  müraciətlər,  fərmanlar 

[Mətnl.-  oktyabr,  2002  -  noyabr,  2002-  /H.  Əliyev;  burax.  məs.  R. 

Mehdiyev.- K.42.- B a k ı: Azərnəşr,  2012.- C.42.

21. 

Xələfov A.  Heydər  Əliyev:  Biblioqrafik  məlumat  kitabı /Red. 

və ön sözün müəllifi A.M.Məhərrəmov.  - B.: Bakı  Universiteti Nəşriyyatı, 

2003.  -  434s.  S.A.Sadıqova ilə birlikdə.

В А Ж Н О С Т Ь  К Н И Г  П О  И ЗУ Ч Е Н И Ю  Н А С Л ЕД И Я  

ГЕЙ Д А РА  А Л И ЕВА  

С У Л ЕЙ М А Н О В  Р.И. 



РЕЗЮ МЕ

В  статье  говорится, 

что  архитектор  и  основоположник 

современного  Азербайджанского 

государства, 

всемирноизвестный 

политический  деятель  и  гений  всех  времен,  общенациональный  лидер 

нашего  народа  Гейдар  Алиев,  во  все  времена  своей  жизни  и 

деятельности,  придавал  огромное  значение  Азербайджанской  книге  и 

относился  с  заботой  ее развитию  и  прогрессу.  Временами  философы, 

культурологи,  языковеды,  историки,  литературоведы,  книговеды,  биб- 

лиотековеди,  социологи,  экономисты  и  учёные  из  других  областей, 

посвящали  жизни  и  деятельности  и  ценнейшему  наследию  великого 

лидера,  ему  и  его  произведениям  фундаментальные  монографии, 

научные  произведения,  и  несмотря  на  то  что  эта  работа  будет

47


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA

№1  (22) 

2017

продолжаться  тысячелетиями,  значимость  его  богатого  наследия  в 

передаче  будущим  поколениям  является  одной  из  основных  целей 

научной статьи.

Ключевые  слова:  Общенациональный  лидер,  книжная  культура, 

государственные  атриибуты,  фундаментальные  книги,  миниатюрные 

издания,  книга-альбом

TH E IM PO R T A N C E   O F B O O K S IN  T H E   STUDY O F TH E R IC H  

H E R IT A G E  H E YDAR A LIY EV  

SYLEYM ANOV R. İ.



SU M M A RY

The  article  says  that  the  architect  and founder  o f the  modern  state  o f 

Azerbaijan,  a world- renowned politician and genius o f all time,  our national 

leader  Heydar  Aliyev,  at  all  times  o f  his  life  and  work,  attached  great 

importance to Azerbaijan book and cared about its development and progress. 

At  times,  philosophers,  cultural,  linguists,  historians,  literary  critics, 

bibliographers,  librarians,  sociologists,  economists  and scientists from   other 

fields,  devotedfundamental monographs,  scientific works to life and work and 

most valuable  heritage  o f the great leader,  to him  and his works,  and despite 

the fa ct that this work will continue fo r thousands o f years,  the significance o f 

its rich  heritage  in  the  transmission  to future generations  is  one  o f the  main 

objectives o f the scientific article .

Keywords:  National  leader,  book  culture,  state  attributes,  miniature 

editions,  the book-album

48

Document Outline

  • k_x_2017_n_1

Yüklə 156,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə